Abuzər Xələfov


Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə9/130
tarix08.07.2018
ölçüsü4,41 Mb.
#54702
1   ...   5   6   7   8   9   10   11   12   ...   130

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 25 – 
 
elibrary.ru platformasında Rusiyanın universal xarakterli (müxtəlif elm sahələrinə dair) elmi 
jurnallarının elektron versiyalarının tam mətnlərindən oxucuların istifadəsi məqsədi ilə kitab-
xananın  elmi  zallarında  –  Dövri  mətbuat,  Humanitar,  Dəqiq  və  texniki  elmlər  zallarında, 
Lokal  şəbəkədən  istifadə  üzrə  oxu  zalında  olan  kompyuterlər  oxucuların  istifadəsinə 
verilmişdir.  
Bu  gün  oxucular  qısa  zaman  ərzində  daha  çox  informasiya  əldə  etmək  istəyirlər.Bu 
baxımdan  kompyuterlərin,  telekommunikasiya  sistemlərinin,  surətçıxarma  texnikasının 
kitabxana  xidmətinə  daxil  edilməsi  mühüm  əhəmiyyət  kəsb  edir.  Çünki  yeni  texnika  və 
texnologiya  kitabxana  şəraitində  sənədlərin  asan  və  tez  əldə  edilməsinə  kömək  göstərməklə 
bərabər, həm də əldə edilən bir çox materialların ev şəraitində istifadəsinə imkan verir. Müasir 
tələblərə  cavab  verən  Elektron  resurslardan  istifadənin  təşkili  bölməsində  oxucu  sorğusu 
əsasında  çox  qısa  müddət  ərzində  ən  çox  istifadə  olunan  kitabların,  dövri  mətbuat 
nümunələrinin,  dissertasiyaların  elektron  versiyaları  yaradılır  və  surəti  çıxarılaraq  oxuculara 
verilir.  Kitabların,  dövri  mətbuatın,  dissertasiyaların  elektron  versiyalarının  yaradılması 
rəqəmli  fotoaparatlar  vasitəsi  ilə  yerinə  yetirilir.  İstənilən  ədəbiyyatın  lazım  olan  səhifələri 
rəqəmli  fotoaparat  vasitəsilə  çəkilir,  işlənir,  çap  edilərək  oxuculara  verilir.  Eyni  zamanda 
həmin  ədəbiyyatın  tam  elektron  versiyaları  yaradılaraq  kitabxananın  lokal  kompyuter 
şəbəkəsinin məlumat bazasına daxil edilir. Bu da ondan gələcəkdə digər oxucuların da istifadə 
edə bilməsinə şərait yaratmış olur.  
Milli  Kitabxanada  elektron  kataloq,  elektron  kitabxana  xidmətləri  ilə  yanaşı,  oxucuya 
kitab  verilişi  prosesi  də  avtomatlaşdırılmışdır.  Oxucu  elektron  bilet  ilə  avtomatik 
qeydiyyatdan  keçir  və  elektron  kataloqdan  sifarişini  verir.  Oxucu  hər  hansı  bir  ədəbiyyatı 
sifariş etdikdə fondda quraşdırılmış e-mail vasitəsilə sorğu qəbul olunur, tələbnamə çap edilir 
və  ədəbiyyat  kitab  verilişi  məntəqəsinə  çatdırılır.  Oxucu  elektron  tablonu  izləyərək 
ədəbiyyatın hansı zala göndərildiyini öyrənir və kitabı operativ əldə edə bilir. 
Milli Kitabxanada fondların mühafizəsi üçün mühüm tədbirlər həyata keçirilir. 2014-cü 
ildən kitabxananın fondlarında müasir tipli mobil kitab rəflərinin quraşdırılması işlərinə başla-
nılmışdır. Tozu, rütubəti, işığı buraxmayan və qiymətli kitabların digər kənar təsirlərdən qo-
runmasına  xidmət  edən  mobil  kitab rəfləri eyni  zamanda,  yeni  kitabların  yerləşdirilməsi  im-
kanlarının  da  iki  dəfə  artırılmasına  kömək  edir.  Kitabxanada  Avropa  standartlarına  uyğun 
işıqlandırma, havalandırma və rütubət rejimini tənzimləyən avadanlıqlar quraşdırılmış, qazla 
işləyən avtomatlaşdırılmış yanğın xəbərverici və yanğın söndürücü sistem quraşdırılaraq isti-
fadəyə verilmişdir. Fondun xüsusi, mobil kitab rəflərində yerləşdirilməsi həm oxucuya xidmət 
işini yaxşılaşdırır, həm də kitab sərvətini mühafizə edir. 
Bu gün Milli Kitabxanada modernləşmə işləri uğurla davam etdirilir. 
 
 
Adiba Ġsmayılova 
 
THE MAIN DIRECTIONS OF READER SERVICES IN INFORMATION  
ENVIRONMENT OF THE XXI CENTURY, THE EXPERIENCE 
OF APPLYING INNOVATIONS 
 
Summary 
The  article  provides  information  about  the  implementation  of  new  service  methods  in 
recent years in the Azerbaijan National Library in order to cover information demands of us-


“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 26 - 
ers  more  rapid,  complete  and  comprehensive  and  the  creation  of  modern  conditions  in  the 
separate  reading-halls  of  the  library  both  for  research-scholars  and  for  students,  in  order 
them to get the necessary literature. 
Keywords:  Reader  services,  e-library, virtual  order, electronic resource, mobile book-
shelves 
 
 
 


Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 27 – 
 
Cavid Cəfərov  
Tarix üzrə fəlsəfə doktoru
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, 
“Beynəlxalq əlaqələr” şöbəsinin aparıcı elmi işçisi 
ccavid@yahoo.com 
 
 
RADĠOTEZLĠKLĠ ĠDENTĠFĠKASĠYA, 4G VƏ WEB 3.0 TEXNOLOGĠYALARI 
AZƏRBAYCAN KĠTABXANALARININ ĠNFORMASĠYA MARġRUTUNDA 
 
Açar sözlər: Elektron kataloq, e-kitabxana, RFID, 4G, Web 3.0. 
Ключевые слова: Электронный каталог, e-библиотека, RFID, 4G, Web 3.0. 
Key words: Electronic catalog, e-library, RFID, 4G, Web 3.0. 
 
GiriĢ 
Prezident cənab İlham Əliyev tərəfindən təsdiq olunmuş ―Azərbaycanda kitabxanaların 
fəaliyyətinin yaxşılaşdırılması haqqında» sərəncam və ―Azərbaycan Respublikasında kitabxa-
na-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı»ı kitabxanaları-
mızın inkişaf strategiyası kimi qəbul edilir və kitabxanaların fəaliyyəti bu mühüm sənədlərin 
tələbləri üzərində qurulur [1]. 
Sərəncama əsasən Azərbaycan kitabxanaları ən yaxın zamanda tam modernləşdirilməli, 
yeni texnoloji avadanlıqlarla təmin edilməli, elektron kataloq və elektron kitabxana quruculu-
ğu işləri sürətlənməlidir. 
Azərbaycanda bir  çox iri kitabxanalar artıq 10 ilə  yaxındır ki,  modernləşməyə  hazırlıq 
dövrünü yaşayır, elektron kataloq sistemini qurur, elektron kitabxana üçün baza formalaşdırır. 
Lakin yaxın gələcəkdə kitabxanalarımızda elektronlaşma proseslərinin daha mütərəqqi istiqa-
mətlərini müəyyənləşdirmək üçün bir sıra yeniliklərə ehtiyac duyulur.  
 
Məqsəd və vəzifələr 
Azərbaycan kitabxanalarında yaradılan elektron kataloq sistemlərinin yaxın 5 il ərzində 
inkişafı üzrə vəzifələri aşağıdakı kimi müəyyənləşdirmək olar:  
1.
 
Azərbaycan kitabxanalarında elektron kataloqu inkişaf etdirmək üçün MAKİS yara-
dılmalıdır. 
2.
 
Kitabxanalardakı  elektron  kataloq  sistemi  RFID-radiotezliklə  identifikasiya  (ingi-
liscə, Radio Frequency Iddentification) texnologiyaları ilə uzlaşdırılmalıdır. 
3.
 
Veb  kataloq  sistemi  elektron  sənədlərin  göndərilməsi  mexanizmi  ilə  təchiz  edilmə-
lidir. 
4.
 
Elektron kataloqa əlyetərliyin səviyyəsini yüksəltmək üçün 4G və Web 3.0 texnolo-
giyalarından istifadə olunmalıdır. 
5.
 
Elektron  kataloq  sisteminin  təhlükəsizlik  məsələləri  həll  olunmalı,  kibertəhlükəyə 
qarşı önləyici tədbirlər görülməlidir. 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə