Ümumi redaktə və
nəşrə məsul:
Esmira Əsədullayeva
Tərtib edən:
Sahib Məmmədov
Bu soraq kitabçası Vətəndaş Nəzarəti Şəbəkəsi tərəfindən Açıq
Cəmiyyət İnstitutu – Yardım Fondunun maliyyə yardımı ilə həyata
keçirilən “Hasilat sənayesinin təsirləri ictimaiyyətin nəzarətinə”
layihəsi çərçivəsində hazırlanaraq nəşr edilmişdir.
Ölkədə hazırda həyata keçirilən iri infrastruktur layihələri və
həmçinin neft və qazın nəqli məqsədi ilə dövlət əsasən mülkiyyətdə
olan torpaq sahələrini (əgər bu torpaqlar üzərində tikillilər və digər
əmlak varsa, həmçinin həmin əmlak) özgəninkiləşdirir. Odur ki,
təqdim olunan bu məlumat kitabçasında əsasən daşınmaz əmlak
növü olan torpağın dövlət ehtiyacları üçün özgəninkiləşdirilməsi
qaydaları, mülkiyyətçilərin hüquqları, bu hüquqların pozulması
zamanı həyata keçirilməli olan prosessual hərəkətlər barədə qısa
açıqlamalar verilir.
3
MÜNDƏRİCAT
MÜLKİYYӘT HÜQUQLARININ TӘMİNATI....................................4
Konstitusiya ......................................................................................4
Beynәlxalq Normalar..........................................................................4
Qanunvericilik ...................................................................................4
HANSI HALLARDA SİZİN MÜLKİYYӘTİNİZ
ÖZGӘNİNKİLӘŞDİRİLӘ BİLӘR?..................................................5
Dövlәt ehtiyacları nәdir?.....................................................................5
Mülkiyyәt hüququnun mәhdudlaşdırılması halları
nә vaxt mümkündür? .........................................................................6
Әdalәtli kompensasiya nә demәkdir?...................................................7
ÖZGӘNİNKİLӘŞDİRİLMӘNİN QAYDALARI .................................9
Hansı torpaqlar alına bilәr? .................................................................9
Alınmanın tәsirinә mәruz qalan şәxs.................................................. 10
Torpaqları dövlәt ehtiyacları üçün alan orqan..................................... 11
Torpaqların alınması prosesinә hansı dövlәt orqanı nәzarәt edir? ......... 12
Torpaqların alınma prosedurları vә
alınma qiymәtlәrinin müәyyәn edilmәsi ............................................. 14
Kompensasiyanın mәblәği ilә bağlı torpağın qiymәtlәndirilmәsi üsulu .. 15
Kompensasiyanın qiymәtlәndirilmәsindә nәzәrә alınmalı olan amillәr ... 16
Yanaşı torpaqlara dәymiş zәrәrlә bağlı kompensasiya ......................... 17
Ödәnilәn kompensasiyanın mahiyyәti vә növü.................................... 18
Çәtinliklәrә görә kompensasiya......................................................... 20
Alqı-satqı ilә bağlı ............................................................................ 21
Könüllü alqı-satqı............................................................................. 21
SİZİN HÜQUQLARINIZ POZULUBSA NӘ ETMӘLİSİNİZ ............27
Dövlәt orqanlarına şikayәt ................................................................ 28
QHT-lәrә müraciәt ........................................................................... 29
Vәkil xidmәtindәn istifadә................................................................. 29
Faydalı ünvanlar .............................................................................. 30
4
MÜLKİYYƏT HÜQUQLARININ TƏMİNATI
Konstitusiya
1995‐ci ildə qəbul оlunmuş Аzərbаycаn Rеspublikаsı
Kоnstitusiyаsının 13‐cü mаddəsi mülkiyyətin tохunulmаzlığı
prinsipini еlаn еtmişdir. Həmin mаddəyə görə Аzərbаycаndа
mülkiyyət – dövlət mülkiyyəti, хüsusi mülkiyyət və bələdiyyə
mülkiyyətindən ibаrətdir. Kоnstitusiyаnın 29‐cu mаddəsinə görə
«Hər kəsin mülkiyyət hüququ vаrdır». Kоnstitusiyаdа mülkiyyətin hеç
bir növünə üstünlük vеrilmir. İstər dövlət, istər bələdiyyə, istərsə də
хüsusi mülkiyyət və bu mülkiyyətə оlаn hüquqlаr qаnunlа bərаbər
şəkildə müdаfiə оlunur. 29‐cu mаddənin 3‐cü hissəsinə görə «Hər
kəsin mülkiyyətində dаşınаr və dаşınmаz əmlаk оlа bilər. Mülkiyyət
hüququ mülkiyyətçinin təkbаşınа və yа bаşqаlаrı ilə birlikdə əmlаkа sаhib
оlmаq, əmlаkdаn istifаdə еtmək və оnun bаrəsində sərəncаm vеrmək
hüquqlаrındаn ibаrətdir». Kоnstitusiyаyа görə «
Hеç kəs məhkəmənin
qərаrı оlmаdаn mülkiyyətdən məhrum еdilə bilməz. Əmlаkın tаm
müsаdirəsinə yоl vеrilmir. Dövlət еhtiyаclаrı və yа ictimаi еhtiyаclаr
üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yаlnız qаbаqcаdаn оnun
dəyərini ədаlətli ödəmək şərti ilə yоl vеrilə bilər».
Beynəlxalq Normalar
Аzərbаycаn Rеspublikаsının tərəfdаr çıхdığı İnsаn Hüquqlаrı
və Əsаs Аzаdlıqlаrın Müdаfiəsinə dаir Аvrоpа Kоnvеnsiyаsınа
əlаvə оlunаn 1 sаylı Prоtоkоlun 1‐ci mаddəsinə görə «Hər bir fiziki və
hüquqi şəхs öz mülkiyyətindən maneəsiz istifаdə hüququnа mаlikdir. Hеç
kəs cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və bеynəlхаlq hüququn ümumi
prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа оlmаqlа, öz mülkiyyətindən
məhrum еdilə bilməz».
Qanunvericilik
Azərbaycan
Respublikası
Mülki
Məcəlləsində,
Torpaq
Məcəlləsində, Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında
Qanunda və s. normativ hüquqi aktlarda mülkiyyət hüququnun, o
cümlədən daşınmaz əmlakın müdafiəsi, mülkiyyət üzərində