Açıq Cəmiyyət İnstitutu‐Yardım Fondu



Yüklə 206,54 Kb.
Pdf görüntüsü
səhifə2/8
tarix13.11.2017
ölçüsü206,54 Kb.
#9761
1   2   3   4   5   6   7   8

 

5

hüquqların  həyata  keçirilməsi,  mülkiyyətin  dövlət  ehtiyacları  üçün 



özgəninkiləşdirilməsinin hüquqi tənzimlənməsi əks olunmuşdur. 

Beləliklə,  hər  kəs  ona  məxsus  olan  mülkiyyət,  o  cümlədən 

daşınmaz  əmlak  olan  torpaq  sahələri,  yaşayış  və  qeyri  yaşayış 

sahələri    üzərində  haqlarını  sərbəst  surətdə  həyata  keçirmək 

hüququna malikdir.  

 

HANSI HALLARDA SİZİN MÜLKİYYƏTİNİZ 



ÖZGƏNİNKİLƏŞDİRİLƏ BİLƏR 

Konstitusiya  müəyyən  edir  ki,  dövlətin  ehtiyacı  yarandıqda 

mülkiyyət  onun  dəyəri  qabaqcadan  ədalətli  şəkildə  ödənilməklə 

özgəninkiləşdirilə,  yəni dövlət maraqları üçün alına bilər.  



 

Dövlət ehtiyacları nədir? 

Dövlət  ehtiyacı  qanunvericilikdə  abstrakt  anlayış  kimi 

verilməyib. Bu ehtiyacların adları konkret olaraq göstərilib. Hər kəs 

bilməlidir  ki,  qanunlarda  nəzərdə  tutulmayan  digər  hallar  dövlət 

ehtiyacı adlandırıla bilməz. Əgər kim isə Sizin torpaq sahənizi və ya 

yaşayış  və  ya  qeyri  yaşayış  sahənizi  dövlət  ehtiyacı  üçün  almaq 

istəyirsə,  onda  Siz  bunun  həqiqətən  dövlətə  lazım  olmasını 

dəqiqləşdirin. Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında 

Qanunda torpağın alınmasına əsas verən dövlət ehtiyaclarının adları 

göstərilmişdir. 

Dövlət ehtiyaclarına aşağıdakılar daxildir: 

•  Dövlət  əhəmiyyətli  yolların  və  digər  kommunikasiya 

xətlərinin  (magistral  neft  və  qaz  boru  kəmərlərinin, 

kanalizasiya, 

yüksək 

gərginlikli 



elektrik 

xətlərinin, 

hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması; 

•  Sərhədboyu 

zolaqda 

dövlət 


sərhədinin 

etibarlı 

mühafizəsinin təmin edilməsi; 

•  Müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi;  

•  Dövlət  əhəmiyyətli  dağ‐mədən  sənayesi  obyektlərinin 

tikilməsi. 

 Torpaqlar  dövlət  ehtiyacları  üçün  yalnız  bu  Qanunda  nəzərdə 

tutulmuş hallarda alına bilər. 




 

6

Mülki Məcəllənini 207.1.  maddəsinə əsasən “Torpaq sahəsində 



olan  binalara,  qurğulara  və  ya  digər  daşınmaz  əmlaka  mülkiyyət 

hüququna  xitam  verilmədən  həmin  sahənin  dövlət ehtiyacları  üçün 

alınmasının mümkün olmadığı hallarda dövlət bu əmlakı satınalma 

yolu ilə ala bilər”. 

Bu  ehtiyaclar  üçün  dövlət  daşınmaz  əmlakın  əvəzini  ədalətli 

şəkildə ödəməklə  özgəninkiləşdirə bilər. 

 

Qeyd:  Dövlət  əhəmiyyətli  yollar  və  kommunikasiya  xətləri 

dedikdə  respublika  əhəmiyyətli  magistral  yollar  və  magistral 

kəmərlər  və  s.  qurğular  nəzərdə  tutulur.  Hər  hansı  yerli  əhəmiyyət 

daşıyan  yollar    və  kommunikasiya  vasitələrinin  tikilməsi  dövlət 

ehtiyaclarına daxil deyildir. 

 

Mülkiyyət  hüququnun  məhdudlaşdırılması  halları  nə  vaxt 



mümkündür? 

Mümkündür  ki,  torpaqlar  özgəninkiləşdirilməsin,  amma  bu 

torpaqlardan  istifadə  hüququ  məhdudlaşdırılsın.  Belə  hal  olduqda,  

ehtiyaclar  üçün  istifadə  olunan  torpaq  sahələri  mülkiyyətçidə  qalır, 

lakin  o,  bu  mülkiyyətdən  istifadə  edərkən  ona    müəyyən 

məhdudiyyətlər  qoyulur.  Məsələn,  əgər  həmin  torpaq  sahəsindən 

yeraltı  kəmərlər  keçirsə,  onda  mülkiyyətçi  həmin  kəmərin  üstündə 

yaşayış  və  ya  qeyri  yaşayış  binası  tikə  bilməz,  kökü  dərinə  gedən 

bitkilər  əkə  bilməz  və  s.  Belə  olan  halda,  həmin  torpaqlar  yüklü 

edilir və buna görə mülkiyyətçiyə kompensasiya verilir.   

Eyni  zamanda  məhdudlaşdırma  yalnız  dövlət  ehtiyacları  üçün 

deyil, həmçinin digərlərin xeyrinə də həyata keçirilə bilər. 

Mülki Məcəllənin 169.2.  maddəsində göstərilir ki,  

“Hər  bir  daşınmaz  əmlak  mülkiyyətçisi,  əgər  quyuların 

qazılması,  drenaj,  qaz  və  başqa  boruların,  habelə  yerüstü  və  yeraltı 

elektrik  xətlərinin  çəkilməsi  onun  torpaq  sahəsindən  istifadə 

edilmədən  qətiyyən  mümkün  deyildirsə  və  ya  hədsiz  yüksək 

məsrəflər  hesabına  mümkündürsə,  bununla  əlaqədar  dəyən  zərərin 

əvəzinin  qabaqcadan  tam  ödənilməsi  şərti  ilə  həmin  tədbirlərin 

həyata keçirilməsinə icazə verməlidir”. 




 

7

Mülki Məcəlləyə görə “Yüklü torpaq sahəsinin mülkiyyətçisi öz 



mənafelərinin ədalətlə nəzərə alınması hüququna malikdir. Yerüstü 

xətlərin çəkildiyi hallarda, əgər fövqəladə hallar əsas verirsə, o, tələb 

edə  bilər  ki,  həmin  xəttin  keçdiyi  ağlabatan  həcmdə  torpaq  sahəsi 

tam əvəzi ödənilməklə ondan ayrılsın”. 

Qeyd  edilməlidir  ki,  Bakı‐Tibilisi‐Ceyhan,  Cənubi  Qafqaz  Boru 

Kəməri,  bu  əsas  ixrac  kəmərlərindən  əvvəl  istismar  olunan  Bakı‐

Subsa  və  Bakı‐Novorossiysk  neft  kəmərlərinin  altına  və  təsir 

zonasına  düşən  torpaqlar  mülkiyyətçilərdən  alınmamışdır.  Bu 

kəmərlərin  keçdiyi  torpaqlardan    mülkiyyətçilərə  məhdud  istifadə 

imkanı verilmişdir. 

 

Ədalətli kompensasiya nə deməkdir?   

Dövlət  ehtiyacları  üçün  torpaqların  geri  alınması  zamanı 

mülkiyyətçilərə ədalətli kompensasiya verilməlidir. 

Mülki  Məcəllənin  247.2.  maddəsinə  görə  “Satınalma  qiyməti 

müəyyənləşdirilərkən həmin qiymətə torpaq sahəsinin və orada olan 

daşınmaz  əmlakın  bazar  dəyəri,  habelə  torpaq  sahəsinin  alınması 

nəticəsində  mülkiyyətçiyə  dəyən  bütün  zərər,  o  cümlədən,  əldən 

çıxmış  fayda  da  daxil  olmaqla,  onun  üçüncü  şəxslər  qarşısında 

daşıdığı  öhdəliklərə  vaxtından  əvvəl  xitam  verilməsi  ilə  əlaqədar 

düşdüyü zərər daxil edilir”.  

Bu  o  deməkdir  ki,  torpaqlar  dövlət  ehtiyacı  üçün  alınarkən, 

mülkiyyətçiyə  yalnız  torpağın  bazar  qiymətinə  uyğun  olan  qiyməti 

deyil,  həmçinin  mülkiyyətçinin  həmin  torpaqdan  istifadə  edərək 

əldə edəcəyi gözlənilən gəliri də (əldən çıxmış fayda) ödənilməlidir. 

Məsələn, əgər torpaqlar alınarkən həmin torpaqda taxıl əkilmişdirsə, 

onda  alan  tərəf  mülkiyyətçinin  həmin  torpaqlarda  əkilən  dənli 

bitkidən  əldə  etməli  olduğu  gəlir  də  ona  ödənilir.  Mülkiyyətçiyə 

həmçinin  torpağın  alınması  ilə  bağlı  dəyə  bilən  və  ya  dəyə  biləcək 

zərərin də əvəzi ödənilməlidir. 

Zərərin əvəzinin ödənilməsinə dair mübahisələri məhkəmə həll 

edir. 



Yüklə 206,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə