Açıq Cəmiyyət İnstitutu‐Yardım Fondu



Yüklə 206,54 Kb.
Pdf görüntüsü
səhifə5/8
tarix13.11.2017
ölçüsü206,54 Kb.
#9761
1   2   3   4   5   6   7   8

 

15

kompensasiyaların  miqdarının  minimuma  endirməyə  cəhd  edirlər. 



Təsadüf  olunan  tipik  pozuntular  da  kompensasiyaların  torpaqların 

bazar qiymətlərinə nisbətən dəfələrlə aşağı olması ilə bağlıdır.  Odur 

ki,  alınmanın  təsirinə  məruz  qalan  şəxslər  kompensasiyaların 

miqdarı  ilə  razı  olmadıqda  müvafiq  dövlət  orqanlarına  və 

məhkəməyə iddia verməlidirlər. 

  

Kompensasiyanın  məbləği  ilə  bağlı  torpağın  qiymətləndiril‐



məsi üsulu 

  

 Qanunun  55‐ci  maddəsinə    əsasən  alınan  torpaq  üçün 



kompensasiyanın məbləği aşağıdakı üsullarla hesablanır: 

•  torpağın bazar qiymətinin müəyyən edilməsi;  

•  torpağın  qiymətinin  bazar  qiyməti  əsasında  ədalətli 

müəyyən  edilməsi  üçün  alınan  torpağın  yerləşdiyi  ərazidə 

torpaq  bazarı  olmadıqda  və  ya  mövcud  torpaq  bazarı  real 

bazar 


qiymətinin 

müəyyən 


edilməsi  üçün  kifayət 

etmədikdə,  yaxud  alınan  torpağın  əvəzinə  digər  torpaq 

verildikdə  bu  Qanunun  59‐cu  maddəsinə  uyğun  olaraq 

bərpa qiymətinin müəyyən edilməsi. 

 

Qanunda bazar qiyməti dedikdə aşağıdakılar nəzərdə tutulur: 



Qanunun  məqsədləri  üçün  torpağın  bazar  qiyməti  həmin 

torpağın  siyahıya  alınma  tarixinə  olduğu  vəziyyətdə  açıq  bazarda 

satmaq  istəyində  olan  satıcı  tərəfindən  almaq  istəyində  olan  alıcıya 

satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. 

Torpağın  bazar  qiyməti  torpağın  siyahıya  alınma  tarixindən 

əvvəlki  üç  ay  ərzində  alınan  torpağa  uyğun  torpağın  notariat 

qaydada  təsdiq  edilmiş  alqı‐satqı  müqavilələrində  göstərilmiş  3  ən 

yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. 

Torpağın  qiymətinin  onun  bazar  qiyməti  əsasında  müəyyən 

edilməsi  üçün  alınan  torpağı  100  metrədək  əhatə  edən  ərazi  üzrə, 

həmin  ərazidə  torpaqla  bağlı  bazar  mövcud  olmadıqda  alınan 

torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla 

bağlı  bazar  mövcud  olmadıqda  alınan  torpağı  500  metrədək  əhatə 



 

16

edən  ərazi  üzrə  mövcud  olan,  alınacaq  torpağa  uyğun  torpağın 



bazar qiyməti əsas götürülür. 

 

 Torpağın  qiymətinin  onun  bazar  qiyməti  əsasında  müəyyən 



edilməsi  üçün  alınan  torpağı  500  metrədək  əhatə  edən  ərazidə 

torpaqla  bağlı  bazar  mövcud  olmadıqda  həmin  torpağın  bazar 

qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər 

və  şəhər  rayonlarında  mövcud  olan,  alınacaq  torpağa  uyğun 

torpağın bazar qiyməti əsas götürülür. 

 

Torpağın  qiymətinin  bazar  qiyməti  əsasında  ədalətli  müəyyən 



edilməsi  üçün  alınan  torpağın  yerləşdiyi  ərazidə  torpaq  bazarı 

olmadıqda  və  ya  mövcud  torpaq  bazarı  real  bazar  qiymətinin 

müəyyən  edilməsi  üçün  kifayət  etmədikdə,  yaxud  alınan  torpağın 

əvəzinə  digər  torpaq  verildikdə  bu  Qanunun  59‐cu  maddəsinə 

uyğun olaraq bərpa qiymətinin müəyyən edilməsi. 

 

Yuxarıda    göstərilən  qiymətləndirmə  üsullarından  hər  ikisi 



tətbiq  edilə  biləcəyi  hallarda  ödəniləcək  kompensasiyanın 

məbləğinin  müəyyənləşdirilməsi  üçün  torpağın  daha  yüksək 

qiymətini verən üsul tətbiq edilir. 

  

Kompensasiyanın  qiymətləndirilməsində  nəzərə  alınmalı 



olan amillər 

  

Torpaqların  dövlət  ehtiyacları  üçün  alınması  haqqında” 



Qanun  əsasən  alınacaq  hər  hansı  torpaqla  bağlı  kompensasiyanın 

məbləği müəyyən edilərkən aşağıdakı amillər nəzərə alınır: 

•  iddiaçılara  ödəniləcək  kompensasiya  elə  prinsipə 

əsaslanmalıdır  ki,  torpaqlarını  tərk  etmələrinin  və  başqa 

yerə  köçürülmələrinin  tələb  olunması  ilə  bağlı  və  onun 

nəticəsində  zərər  və  narahatlıq  çəkən  bütün  şəxslərin 

əmlakları,  dolanışıq  üçün  vasitələri,  gəlirləri,  yaşayış 

standartları  onların  məruz  qaldıqları  zərər  və  narahatlığın 

baş verdiyindən sonra ağlabatan müddətdə, köçürülənədək 



 

17

malik  olduqları  şəraitdən  əlverişsiz  şəraitə  düşməmələri 



baxımından bərpa edilsin; 

•  ödəniləcək  kompensasiya  qiymətləndirilərkən  mövcud 

inflyasiya; 

•  torpağın bu Qanuna əsasən müəyyən edilmiş bazar qiyməti; 

•  alınmanın təsirinə məruz qalan şəxsdən torpağın müəyyən 

hissəsinin  alındığı  hallarda  alınan  torpağın  həmin  şəxsin 

saxlanılan  (alınmayan)  torpağından  ayrılması  nəticəsində 

şəxsə dəyə biləcək zərər; 

•  alınmanın  təsirinə  məruz  qalan  şəxsdən  torpağa  sahibliyin 

əldə  edilməsi  nəticəsində  həmin  şəxsin  digər  daşınar  və  ya 

daşınmaz əmlakına, yaxud həqiqi gəlirinə dəyən və ya dəyə 

biləcək zərər; 

•  alınma  nəticəsində  şəxs  yaşayış,  həyata  keçirdiyi  sahibkarlıq 

fəaliyyətininin və ya iş yerini dəyişməyə məcbur edilmişdirsə, 

belə yerdəyişmədən irəli gələn bütün xərclər və itkilər. 

  

Torpaqların  dövlət  ehtiyacları  üçün  alınması  haqqında” 



Qanunun  59‐cu  maddəsi   Bərpa  qiymətiləri  ilə  bağlıdır.  Müxtəlif 

təyinatlı torpaq sahələrinin alınması ilə əlaqədar mülkiyyətçinin yeni 

torpaq  sahəsinin  əvvəlki  torpağın  səviyyəsinə  çatdırılması, 

infrastrukturun  bərpası,  əgər  torpaq  üzərində  daşınmaz  əmlak 

varsa, onun bərpası üçün tələb olunan materialların bazar qiyməti və 

s. nəzərdə tutulur.   

Torpaq  sahəsinin  yalnız  müəyyən  hissəsinin  alınması 

nəticəsində  torpaq  bölünürsə,  saxlanılan  (alınmayan)  torpaqdan 

yolların, drenaj borularının, divarların, hasarların, körpülərin, yeraltı 

keçidlərin,  qurğuların  və  digər  obyektlərin  tikintisi  ilə  bağlı  qanuni 

əsaslarla istifadə edildikdə müvafiq kompensasiya ödənilir. 

 

Yanaşı torpaqlara dəymiş zərərlə bağlı kompensasiya 

  

Bu  Qanuna  əsasən  alınan  torpağın  hər  hansı  hissəsini  təşkil 



etməyən və alınan torpaqda tikintinin inşası və alınmaya səbəb olmuş 

digər işlərin aparılması nəticəsində və (və ya) həmin tikintinin təyinatı 




Yüklə 206,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə