18
ilə əlaqədar alınan torpaqla yanaşı olan torpaqda qanunvericiliklə
nəzərdə tutulmuş məhdudiyyətlərin müəyyənləşdirilməsi nəticəsində
zərər dəymiş yanaşı torpaq üzərində müvafiq hüququ olan alınmanın
təsirinə məruz qalan şəxs həmin zərərli təsirlə bağlı kompensasiya
almaq hüququna malikdir.
Qanunda həmçinin narahatlığa, ümumi istifadədə olan torpaqların
hüdudlarının itməsinə görə də kompensasiyalar nəzərdə tutulur.
Ödənilən kompensasiyanın mahiyyəti və növü
“Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında”
Qanunu ödənilən kompensasiyaların mahiyyətini və növünü
aşağıdakı şəkildə müəyyənləşdirir:
Kompensasiya aşağıdakı formalarda ödənilə bilər:
• itirilmiş torpaqla müqayisə ediləcək keyfiyyətə, ölçüyə,
istehsal potensialına malik olan torpaq sahəsi;
• itirilmiş yaşayış sahəsi və ya tikili ilə müqayisə ediləcək
keyfiyyətə, ölçüyə və istifadə imkanına malik olan yaşayış
sahəsi və ya tikili;
• kənd təsərrüfatı torpaqları itirildikdə, itirilmiş torpaqla
müqayisə ediləcək keyfiyyətə, ölçüyə, istehsal potensialına
malik olan torpaq sahəsindən əlavə kənd təsərrüfatı
torpağında istifadə etmək üçün bitkilər və toxumlar;
• itirilmiş torpaqda əldə edilən qida məhsullarının və ya
əvvəllər belə qida məhsullarını əldə etmək üçün istifadə
olunmuş itirilmiş gəlirin əvəzinə müəyyən müddət ərzində
qida məhsulları ilə mütəmadi təchizat;
• yerdəyişmə nəticəsində itirilmiş iş imkanlarının əvəz edilməsi
məqsədi ilə iş əldə etmək üçün alınmanın təsirinə məruz
qalan şəxslərə yeni vərdişləri aşılamaqla və ya torpağın
alınması layihəsi nəticəsində açılan iş imkanlarından istifadə
etməklə əlaqədar təlimin təmin edilməsi;
• alınmanın təsirinə məruz qalan şəxslərlə alan orqan arasında
müəyyən edilən və ya razılaşdırılan digər kompensasiya
formaları.
19
• Alınmanın təsirinə məruz qalan şəxs ona ödənilməli
kompensasiyanın bir və ya daha çox növünü seçə bilər.
• Alan orqan kompensasiyaların növləri, onların hansının
daha faydalı olması haqqında alınmanın təsirinə məruz
qalan şəxsin məlumata malik olduğuna əmin olmalıdır. Əks
təqdirdə, alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə
bu barədə ətraflı məlumat verir.
• Qəbiristanlığın ərazisi olan torpaq alındıqda, alan orqan
həmin qəbiristanlıqda dəfn edilmiş şəxslərin qohumları ilə
dəfn edilmiş şəxslərin eksqumasiyası və başqa yerdə
basdırılması, onların həmin məqsədlə üstünlük verdikləri
yerlə bağlı məsləhətləşmələr aparır və həmin şəxslər
eksqumasiya və başqa yerdə basdırılma ilə bağlı qərar qəbul
etdiyi halda, alan orqan eksqumasiya və başqa yerdə
basdırılma, habelə bununla əlaqədar bütün müvafiq və
ənənəvi mərasimlərlə bağlı xərcləri ödəyir.
• Ümumi istifadədə olan bina alındıqda, alan orqan:
• həmin binadan istifadə edən şəxsləri onların istifadə edə
biləcəkləri yerdə eyni məqsədli (təyinatlı) bina ilə (binalarla)
təmin edir və ya;
alınmanı həyata keçirən orqan Qanunun 59‐cu maddəsinə
uyğun olaraq alınmanın təsirinə məruz qalan şəxslərə həmin
binanın bərpa qiymətini ödəyir.
Köçürüləcək şəxslər alınan torpaqda elektrik enerjisi, qaz, su və
kanalizasiya, telekommunikasiya və elektron kommunikasiya ilə
təchizatına, habelə yol və sair bu kimi infrastruktur təchizatına malik
olduqda alan orqan alınmanın təsirinə məruz qalan həmin şəxsləri
köçürüləcəkləri ərazidə müqayisə ediləcək keyfiyyət, rahatlıq və
kəmiyyətə malik olan müvafiq infrastruktur təchizatı ilə təmin
etmək öhdəliyini daşıyır, bu şərtlə ki, həmin ərazidə əvvəllər
yaşayan şəxslərin infrastrukturlarının və tikililərinin keyfiyyəti,
rahatlığı və kəmiyyəti azalmasın.
Alınan torpağa ümumi istifadədə olan torpaq sahələri daxil
olduqda, ondan istifadə etmək və ya məhsul götürmək hüququna
20
malik olan şəxslər ümumi istifadədə olan torpaq sahələrinə giriş,
istifadə və ya məhsul götürmək hüququnun itirilməsinə görə
kompensasiya almaq hüququna malikdirlər.
Belə torpaqlar üçün:
• torpaq və digər kapital itkisinə görə bu fəslin müddəalarına
uyğun olaraq müəyyən edilmiş məbləğdə birdəfəlik pul
ödənişi;
• yerdəyişmə nəticəsində azalmış və ya itirilmiş gəlirin təmin
edilməsi və ya əvəz edilməsi üçün müəyyən müddətə
ödənişlər.
Çətinliklərə görə kompensasiya
Qanuna uyğun olaraq yaşayış sahəsinin alındığı hər bir halda,
alan orqan iddiaçıya bu fəsilə uyğun olaraq alınmanın təsirinə məruz
qalan şəxslərin almaq hüququna malik olduqları ödənişlərə əlavə
olaraq çətinliyə görə kompensasiya verir.
Çətinliklərə görə kompensasiya alınmanın təsirinə məruz qalan
şəxsə alınan yaşayış sahəsində əsas yaşayış yeri kimi ən azı beş il
müddətində yaşamasını təsdiq edən sənədi onun tərəfindən təqdim
edildikdə ödənilir.
Alınmanın təsirinə məruz qalmış şəxs alan orqana çətinliklə
bağlı ödəniş üçün tələbi bu
çətinliklərə görə kompensasiya alınmanın təsirinə məruz qalan
şəxsə alınan yaşayış sahəsində əsas yaşayış yeri kimi ən azı beş il
müddətində yaşamasını təsdiq edən sənədi onun tərəfindən təqdim
edildikdə ödənilir. Belə olduqda kompensasiya alınmanın baş
verdiyi tarixdən bir təqvim ili müddətində təqdim edə bilər.
Çətinliklə bağlı ödəniş alınmanın təsirinə məruz qalmış şəxsin
alınan yaşayış sahəsində yaşadığı müddətdən asılı olaraq bu fəslə
uyğun olaraq iddiaçıya ödəniləcək kompensasiyanın ümumi
məbləğinin aşağıda göstərilən faizi miqdarında müəyyənləşdirilir:
• 5 ildən 6 ilədək müddət üçün — 5 faiz;
• 6 ildən 7 ilədək müddət üçün — 6 faiz;
• 7 ildən 8 ilədək müddət üçün — 7 faiz;