Açıq Cəmiyyət İnstitutu‐Yardım Fondu



Yüklə 206,54 Kb.
Pdf görüntüsü
səhifə7/8
tarix13.11.2017
ölçüsü206,54 Kb.
#9761
1   2   3   4   5   6   7   8

 

21

•  8 ildən 9 ilədək müddət üçün — 8 faiz; 



•  9 ildən 10 ilədək müddət üçün — 9 faiz; 

•  10 ildən artıq müddət üçün — 10 faiz. 

  

ʺTorpaqların  dövlət  ehtiyacları  üçün  alınması  haqqında” 

Qanunda  torpaqların  dövlət  ehtiyacları  üçün    satın  alınması  üçün 

həyata keçirməli olan fəaliyyətlər əks olunmuşdur. 

 

Alqı ‐ satqı ilə bağlı  

 

Torpaqların  alqı‐satqısı  üçün  səlahiyyət  verilmiş  orqan 

qanunda  nəzərdə  tutulan  aşağıdakı  şəxslərdən  torpaqları  almaq 

istiqamətində zəruri işləri həyata keçirir: 

•  torpaqla  bağlı  dövlət  qeydiyyatına  alınmış  mülkiyyət, 

istifadə  və  ya  icarə  hüquqları  olan,  habelə  qanunvericiliklə 

dövlət qeydiyyatı tələb olunmayan qanunauyğun istifadə və 

ya icarə hüquqları olan şəxslər; 

•  torpağa  hüququnun  yaranmasına  səbəb  olan,  qanun 

tərəfindən  tanınan  uzun  müddətli  istifadə  əsasında 

torpaqda yaşayan şəxslər. 

 

Alqı‐satqı  və  bununla  bağlı  olan  digər  proseslər  könüllü  alqı‐ 



satqı  yolu  ilə,  könüllü  alqı‐satqı  olmadıqda  isə  məhkəmə  qərarı  ilə 

alqı‐ satqını həyata keçirir. 



 

Könüllü alqı ‐ satqı 

Torpaqları satın alan orqan aşağıdakı  şəxslərin alınan torpaqla 

bağlı  hüquqlarını  bu  fəsildə  müəyyən  edilmiş  qaydada  danışıq 

(könüllü alqı‐satqı) yolu ilə əldə edə bilər. 

•  torpaqla  bağlı  dövlət  qeydiyyatına  alınmış  mülkiyyət, 

istifadə  və  ya  icarə  hüquqları  olan,  habelə  qanunvericiliklə 

dövlət qeydiyyatı tələb olunmayan qanunauyğun istifadə və 

ya icarə hüquqları olan şəxslər; 




 

22

•  torpağa  hüququnun  yaranmasına  səbəb  olan,  qanun 



tərəfindən  tanınan  uzun  müddətli  istifadə  əsasında 

torpaqda yaşayan şəxslər. 

 

Torpaqların  alınması  haqqında  qərar  qəbul  olunduqdan  sonra 



alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə, həmin torpaqlar 

üzərində  hüquqların  danışıq  (könüllü  alqı‐satqı)  yolu  ilə  satın 

alınmasına razılığı barədə bildiriş göndərir. 

 Bildiriş alan orqanın torpaqları danışıq yolu ilə almağa razılığı 

və bu Qanunun 31.3‐cü maddəsində nəzərdə tutulan müddət barədə 

məlumatla yanaşı aşağıdakıların qısa izahını əks etdirir: 

•  torpağın satın alınmasının məqsədi; 

•  torpağın  danışıq  yolu  ilə  satın  alınması  mümkün 

olmadıqda,  torpağın  alınmasının  bu  Qanunla  müəyyən 

edilmiş alternativi; 

•  mülkiyyətçinin bu iş üzrə müstəqil məsləhətçi axtara bilməsi 

imkanına  dair  izahat  daxil  olmaqla,  könüllü  danışıq yolu  ilə 

satışın qaydaları (tələb olunan sənədlər, prosedurlar və s.). 

 

Alınmanın  təsirinə  məruz  qalan  şəxs  torpaq  üzərində 



hüquqların danışıq (könüllü alqı‐satqı) yolu ilə satışına razı olduqda,  

bildirişi alan gündən 30 təqvim günü ərzində öz razılığı barədə alan 

orqanı yazılı şəkildə məlumatlandırır. 

Qanuna  əsasən  təşkil  edilmiş  torpağın  alınması  qrupunun 

üzvləri  bildiriş  göndərilmiş  bütün  mülkiyyətçilərə  bildirişi  izah  və 

müzakirə  etmək  məqsədilə  görüşlər  keçirirlər.  Torpağın  alınması 

qrupunun heç bir üzvünün mülkiyyətçidən torpağı satın almaq üçün 

təklif  vermək  və  ya  torpağın  satın  alınmasına  razılıq  verilməsini 

tələb  etmək,  yaxud  mülkiyyətçidən  torpağı  alan  orqana  satmaq 

təklifini qəbul etmək hüququ yoxdur. 

Torpağın  mərzlənməsi  və  qiymətləndirilməsi  məqsədi  ilə 

alınmanın  təsirinə  məruz  qalan  şəxs  torpaq  üzərində  hüquqların 

danışıq  (könüllü  alqı‐satqı)  yolu  ilə  satışına  razılığı  barədə  alan 

orqanı  yazılı  şəkildə  məlumatlandırdığı  hallarda  alan  orqan  həmin 

şəxslərin torpaqlarının qiymətləndirilməsini təmin edir. 



 

23

Sonrakı  dövrdə  torpağın  satın  alınması  təklifi  ilə  bağlı 



prosedurlar,   təkliflə  bağlı  danışıqlar  həyata  keçirilir  və  Torpağın 

satın alınması təklifinin qəbul olunması və müqavilənin bağlanması 

prosesi başlanır. 

 

Torpağın satın alınması təklifinin qəbul olunmasından sonra 



alan orqanın hərəkətləri aşağıdakılardır: 

90 təqvim günü ərzində aşağıdakıları həyata keçirir: 

•  mülkiyyətçiyə torpağın dəyərini tam ödəyir; 

•  torpaqla bağlı hüquqların dövlətə verilməsi (keçməsi) üçün 

öz xərcləri hesabına lazımi tədbirləri görür; 

•  satılan  torpaq  mülkiyyətçinin,  onun  ailəsinin  yaşayış  yeri 

olduğu  halda,  torpağın  dəyəri  mülkiyyətçiyə  tam 

ödənildikdən  sonra  bu  Qanunun  V  fəslinə  uyğun  olaraq 

mülkiyyətçiyə  torpağı  boşaltmaqda  və  yeni  yaşayış  yerinə 

köçməkdə köməklik göstərir. 

 Mülkiyyətçi  yuxarıda  göstərilən    tələblərinin  təmin  edilməsi 

məqsədi  ilə  satılan  torpağa  dair  hüquqlarla  bağlı  müvafiq sənədləri 

təqdim etməklə alan orqana köməklik göstərmək öhdəliyi daşıyır. 

  

Torpaqların  qiymətləndirilməsi  və  əldən  çıxmış  faydanın 



hesablanmasına dair örnək 

 

Bakı‐Subsa  neft  kəmərinin  təsirlərinə  məruz  qalan  ərazilərdə 

mülkiyyətçilərin torpağa olan hüquqlarının məhdudlaşdırılması və 

əldən  çıxmış  faydanın  hesablanması  üçün  xüsusi  metodika 

hazırlanmışdır.  Bu  metodika  ilk  dəfə  “Gülsüm  Məmmədova  və 

qeyriləri  Azərbaycan  Dövlət  Neft  Şirkətinə,  BP  Azərbaycan 

Şirkətinə  və  Dövlət  Torpaq  və  Xəritəçəkmə  Komitəsinə  qarşı” 

məhkəmə  iddiasının  hazırlanması  zamanı  istifadə  edilmişdir. 

Sonradan  bu  metodika  başqa  analoji  işlərdə  də  tətbiq  edilmişdir. 

Torpağa 

olan 

hüquqların 

məhdudlaşdırılmasına 

görə 

kompensasiyanın  verilməsi  üçün  analogiyadan  istifadə  edilmişdir. 

Bu zaman eyni ərazidən keçən Bakı‐Tibilisi‐Ceyhan Əsas İxrac Neft 

Kəmərinin  çəkilişi  zamanı  əhaliyə  ödənilən  kompensasiyaların 


Yüklə 206,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə