Ad : Soyad: Fakültə: Biznes və Menecment Mövzu: Bazar və rəqabət Qrup: Kurs



Yüklə 19 Kb.
tarix01.04.2018
ölçüsü19 Kb.
#35556


Ad :

Soyad:

Fakültə:Biznes və Menecment

Mövzu: Bazar və rəqabət

Qrup:

Kurs:

Bazar və rəqabət



İqtisadi inkişafın bazar mexanizmi bir sıra iqtisadi ünsürlərin qarşılıqlı əlaqədə fəaliyyəti ilə şərtlənir. Bu ünsürlərdən biri də rəqabətdir. Rəqabət latın sözü olub( concurere) “toqquşma”mənasını verir. Rəqabin meydana gəlməsi tarixən mülkiyyət ayrıseçkiliyinin və əmək bölgüsünün şərtləndirdiyi əmtəə istehsalının meydana gəlməsi dövrünə təsadüf edir, əmtəə istehsalının inkişafı ilə iqtisadi inkişafın ən fəal ünsürünə çevrilir. İstehsal vasitələri üzərində xüsusi mülkiyyət rəqabətin mövcudluğunu şərtləndirir. Rəqabət bəhsləşmədir.Rəqabət nəticəsində istehsalçı və istehlakçılar bərabər imkarlara malik olmalarına baxmayaraq,bu imkanlardan daha səmərəli istifadə etməklə qalib gəlm k istəyi həmişə onları istehsalın nəticəsini yaxşılaşdırmağa stimullaşdırır. 
Rəqabət bazarın təbiətinə daxilən xas olan bir ünsür olub bazar iqtisadiyyatını inkişaf etdirən başlıca amillərdən biri kimi çıxış edir. 

Rəqabət bazar əlaqələrinə cəlb olunmuş bazarın iştirakşıları arasında xüsusi formada təzahür edən münasibətləri ifadə edir. O, bir tərəfdən istehsalçıların öz aralarında, ikinci tərəfdən, istehsalçılarla istehlakçılar arasında, üçüncü tərəfdən isə istehlakçıların öz aralarında mənafelərinin reallaşması uğrunda mübarizəni əks etdirir. Onlar öz aralarında rəqabət mübarizəsi yolu ilə istehsalda, satışda alışda əlverişli şəraitə nail olmağa çalışırlar. Bu mübarizə isə həmişə onları istehsalı təkmilləşdirməkdə, inkişaf etdirməkdə maraqlı edir, çünki rəqabət mübarizəsinə dözməməkdə həmişə iflasa uğramaü təhlükəsi var. Rəqabət bazar iqtisadiyyatı şəraitində müəssisələrin, xüsusi sahibkarlıq fəaliyyətinin səmərəliliyinin yüksəldilməsinin başlıca amilidir. Rəqabət nəticəsində subyektlər həmişə bir birini ötməyə, bir- birini öz iqtisadi göstəricilərini yaxşılaşdırmağa sövq etdirir, bir- birindən geri qalmamağa çalışır.

Rəqabət bir tərəfdən istehsalın kifayət dərəcədə çevik olmasında istehsalçıları stimullaşdırır, digər tərəfdən bu iqtisadi mübarizəyə tab gətirməyənlərin iflasa uğramasına səbəb olur. O elmi- texniki tərəqqinin nailiyyətlərinin istehsala tətbiqinin sürətləndirilməsini, əməyin təşkilinin mütərəqqi formalarının tətbiqini, eyni zamanda iqtisadiyyatda təşkilati və struktur dəyişikliyin aparılmasını zəruri edir. Əks təqdirdə iqtisadiyyatın dünya iqtisadi inkişafından geri qalması prosesi müşahidə olunur. Rəqabət nəticəsində məhsulun keyfiyyətinin yaxşılaşdırılmasına, dünya bazarına rəqabət qabiliyyətli məhsulla çıxmağa imkan yaranır. Rəqabət nəticəsində məhsul vahidinə material məsrəfləri istehsalçı tərəfindən aşağı salınır və nəticədə həm istehsalın həm də bütövlükdə iqtisadiyyatın səmərəliliyi yüksəlir. Bu isə nəticə etibarı ilə istehlakçıların tələbatlarını mövcud resurslardan səmərəli istifadə etməklə daha dolğun ödənilməsinə şərait yaradır. Digər tərəfdən rəqabət təsərrüfat subyektlərini məcbur edir ki, istehsal güclərinin bir hissəsini ehtiyatda saxlasınlar. Daha əlverişli bazar şəraiti yaranan kimi həmin  ehtiyatda olan resursları istehsala cəlb etməklə özləri üçün əlverişli istehsal və bazar şəraiti yaratsınlar. Qərb ölkələrinin təcrübəsi göstərir ki, istehsal güclərinin bir hissəsinin ehtiyatda saxlanılması rəqabət mübarizəsində məhv olmamaq zərurətindən irəli gəlir.
Rəqabət həmçinin istehsalçılarla istehlakçılar arasında təzahür edir. Bunun da məzmunu satıcının alıcı üzərində hökmranlığına, bazarın istehsalçıların inhisarına çevrilməsinə və s. yol verməməkdən ibarətdir.
Rəqabətin tarixən sadə əmtəə istehsalı şəraitində meydana gəlçəsinə baxmayaraq o, iri maşınlı istehsal şəraitində də iqtisadi inkişafın həlledici amillərindən biri kimi çıxış edir. İri maşınlı istehsal şəraitndə o, təkcə fərdi istehsalçılar arasındakı rəqabət şəklində deyil, həmçinin sahədaxili və sahələrarası rəqabət kimi də çıxış edir. Sahədaxili rəqabət eynitipli fəaliyyət növü ilə məşğul olan təsərrüfat subyektləri arasında, sahələrarası rəqabət isə müxtəlif sahələrə daxil olan, lakin müəyyən məkan daxilində olan bazar subyektlərinin bəhsləşməsi kimi təzahür edir.

qtisadi nəzəriyyədə, təkmil rəqabət (ing. perfect competition) eynicinsli məhsul istehsal edən və qiymətlərə təsir göstərməyəcək qədər kiçik bazar payına malik çoxlu sayıda satıçı və alıcının olduğu bazardır. Gəlin bu tərifi hissə-hissə izah edək



. . . eynicinsli məhsul istehsal edən . . .

Təkmil rəqabət bazarındakı məhsullar tam əvəzedicidir. Başqa sözlə satıcıların təklif etdiyi məhsullar və xidmətlər istər keyfiyyət, istərsə xarakter baxımından bir-birindən fəqlənmir. Buna misal kimi 50 satıcı tərəfindən eyni çaydan əldə edilib satılan suyu göstərmək olar.



. . . qiymətlərə təsir göstərməyəcək qədər kiçik bazar payına malik . . .

Bu bazarda heç bir satıcı istehsalı artıraraq və ya azaldaraq qiymətlərə təsir etmək imkanına malik deyil. Həmçinin heç bir alıcı da məhsul tədarükünü azaldıb qiymətlərin aşağı enməsinə səbəb ola bilmir. Məsələn, su satışı ilə məşğul olan 50 satıcının hər biri bazarda cəmi 2%-lik paya malikdir. Bu səbəbdən qiymətə təsir gücləri demək olar ki, yoxdur.



. . . çoxlu sayıda alıcının və satıcının olduğu bazar . . .

Yuxarıdakı xüsusiyyət birbaşa bununla bağlıdır. Belə ki, bazarda bir satıcı və ya alıcı olarsa (inhisar və ya monopsoniya kimi), o rahatlıqla bazar qiymətinə təsir edə bilər. Amma təkmil rəqabət vəziyyətində hər bir satıcı və alıcı bazarda əmələ gələn qiymətlər əsasında fəaliyyət göstərməlidir. Məsələn, su satışını 1 nəfər həyata keçirsə idi, o qiyməti istədiyi kimi müəyyən edə bilərdi. Amma 50 satıcının biri qiyməti qaldırarsa, alıcılar digər satıcıdan su tədarük edəcəklər.

Təkmil rəqabətin xüsusiyyətləri

Təkmil rəqabətin xüsusiyyətləri yuxarıda göstərilənlərlə (eynicinsli məhsul, kiçik bazar payı, çoxlu sayıda satıcı və alıcı) bitmir. Bunlar aşağıdakılardır

• Bazara daxil olmaq və çıxmaq üçün heç bir maneə yoxdur. Yəni, bazara daxil olmaq həddən artıq asanddır və bu zaman yeni iştirakçı üşün nə dövlətin müəyyənləşdirdiyi, nə də köhnə bazar iştirakçıları tərəfindən heç bir maneə yoxdur. Məsələn, bu gün su satışına həyata keçirmək istəyən şəxs öz qabını götürüb çaya yollanar və qabını doldurduqdan sonra su satmağa başlaya bilər.

• Təkmil informasiya. Hər bir bazar iştirakçısı qiymətləri, keyfiyyəti və istehsal metodlarını bilir. Məsələn, su satışı bazarında hər bir iştirakçı suyun hansı qiymətə, hansı miqdarda, satıldığını və bu keyfiyyətə malik suyu haradan və necə əldə edəcəyini bilir.



• Sıfır transaksiya xərcləri. Alıcılar və satıcılar məhsul və xidmət alış-verişi zamanı heç bir  transaksiya xərci çəkmir.
Yüklə 19 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə