Ad: Günay Soyad: İsgəndərova Qrup



Yüklə 19,05 Kb.
səhifə1/3
tarix20.05.2022
ölçüsü19,05 Kb.
#87438
  1   2   3
Büdcə təşkilalarında mühasibat xidmətinin təşkili


Azərbaycan Respublikası Təhsil Nazirliyi
Bakı Dövlət Universiteti nəzdində
İqtisadiyyat və Humanitar kollec
Ad: Günay
Soyad: İsgəndərova
Qrup: 351
Kurs: 2
İxtisas: Maliyyə işi
Fənn: Sahibkarlığın əsasları
Müəllim: Mikayılova Kəmalə
Mövzu: Büdcə təşkilatlarında mühasibat xidmətinin təşkili

BAKI – 2022
Plan:

  1. Büdcə təşkilatlarında mühasibat xidmətinin təşkili

  2. Büdcə təşkilatlarında büdcə uçotunun vəzifələri

  3. Büdcə təşkilatlarında büdcə uçotunun obyekti




  1. Büdcə təşkilatlarında mühasibat xidmətinin təşkili

Dövlət büdcəsindən maliyyələşən təşkilatların mühasibat uçotu bu təşkilatlar tərəfindən təşkil edilmiş mühasibatlıqlar və ya mərkəzi mühasibatlıqlar tərəfindən həyata keçirilir. Dövlət büdcəsindən maliyyələşən təşkilatların mühasibatlıqları və ya bu təşkilatların aparatlarının tərkibində təşkil edilmiş mərkəzi mühasibatlıqlar Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müəyyən etdiyi qaydada illik maliyyə hesabatlarını tərtib və təqdim etməlidir. Dövlət büdcəsindən maliyyələşən təşkilat tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının hazırlanması, təqdim olunması, uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunvericiliyin pozulmasına görə təqsirkar olan şəxslər müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Bu cür halların qarşısını almaq üçün maliyyə hesabatlarının elementlərinin (aktivlərin, öhdəliklərin, kapitalın, gəlir və xərclərin), təşkilatlararası hesablaşmaların, pul vəsaitlərinin və maddi qiymətlilərin, öhdəliklərin icrasının və digər maliyyətəsərrüfat faktlarının uçotda düzgün əks olunması məsələləri mühasibat xidməti tərəfindən daim diqqət mərkəzində saxlanılmalıdır.
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən ləğv edilən dövlət büdcəsindən maliyyələşən təşkilatın ləğvi haqqında qərar qəbul olunarkən müəyyən edilmiş tarixə dövlət büdcəsindən maliyyələşən təşkilat yekun maliyyə hesabatlarını və yekun birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edir. Dövlət büdcəsindən maliyyələşən təşkilatın ləğvinə dair əməliyyatların uçotuna, yekun maliyyə hesabatlarının və yekun birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının tərtibinə görə məsuliyyəti bu təşkilatın ləğvini aparan ləğv komissiyası daşıyır. Dövlət büdcəsindən maliyyələşən təşkilatın əmlakı ləğv komissiyasının müəyyən olunmuş qaydada təyin etdiyi qiymətlərlə uçota alınır.
Ümidsiz borclar və zərərlər yekun maliyyə hesabatlarına və yekun birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarına daxil edilmir. Ləğv olunan dövlət büdcəsindən maliyyələşən təşkilatın öhdəlikləri dəqiqləşdirilərək yekun “Maliyyə vəziyyəti haqqında” hesabatda əks etdirilir və “Əhəmiyyətli uçot siyasətləri və izahlı qeydlər”də ödəniş günündən başlayaraq öhdəliklərin yerinə yetirilməsi xronoloji ardıcıllıqla bölgü üzrə göstərilir.
Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda təşkil edilmiş mühasibatlıqlar və mərkəzi mühasibatlıqlar vasitəsilə aşağıdakı işlər (xidmətlər) həyata keçirilir:

  • mühasibat uçotunun mərkəzləşdirilməsi zamanı malların tədarükü üçün müqavilələrin hazırlanması və işlərin yerinə yetirilməsi üçün xidmətlərin göstərilməsi;

  • müəyyən olunmuş qaydada təsərrüfat və digər ehtiyaclar üçün avans alınması və öz işçilərinə avans verilməsi;

  • smeta ilə nəzərdə tutulan xərclərin büdcə təxsisatı hesabına ödənilməsinin təmin edilməsi;

  • Dövlət büdcəsindən maliyyələşən təşkilatın ehtiyacları üçün müəyyən olunmuş normalara müvafiq olaraq material, yeyinti məhsulları və digər maddi qiymətlilərin istifadəyə verilməsi və xərcə silinməsi;

  • təhtəlhesab şəxslərin avans hesabatlarını, inventarizasiya sənədlərini, qüvvədə olan qaydalara müvafiq olaraq köhnəlmiş və yararsız hala düşmüş əsas vəsaitlərin və maddi qiymətlilərin silinməsi üzrə təsdiq olunmuş aktların hesabata daxil edilməsi;

Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda mühasibatlığın və ya mərkəzi mühasibatlığın işinin təşkili baş mühasib və ya mühasibat xidmətinin rəhbəri tərəfindən həyata keçirilir.




  1. Yüklə 19,05 Kb.

    Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə