Adam Smit-əlifba



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə3/22
tarix04.11.2017
ölçüsü0,57 Mb.
#8216
1   2   3   4   5   6   7   8   9   ...   22

www.azadliqciragi.org 



ADAM SMİTİN BU GÜN ÜÇÜN ÖNƏMİ 

 

Bir çoxlarına görə, xüsusilə onun ana vətəni ġotlandiyada, Adam Smit önəmli Ģəxsiyyətdir. 



Edinburqda onun Ģərəfinə abidə ucaldılıb, banknotlara əksi həkk olunub və kollec və teatrlara adı 

verilib.  Hətta  mən  bunu  da  Qlazqou  Universitetində  Adam  Smitin  adını  daĢıyan  binadakı 

ofisimdən  (Q.Smit  bu  universitetin  professorudur  –  Tərc.)  yazıram.  Amma  kədərlidir  ki,  Smit 

onun düĢündüyündən çox çox az tanınmıĢ və tədqiq olunmuĢdur. Smit ġotlandiyada, Britaniyada 

və həqiqətən, Avropada da tanınan hərtərəfli biliyə malik mütəfəkkirlərdən biridir. Ümid bunadır 

ki,  Adam  Smit  “iqtisadiyyatın  əlifbası”  –  dərsliyi    bu  geniĢ  ictimai  məlumatsızlığı  düzəltməyə 

müəyyən dərəcədə yol açacaq. 

Mənim Adam Smitlə  ilk tanıĢlığım  məlumatlı  yuxarı sinif  iqtisadiyyat müəllimim  vasitəsilə 

yaranıb.  O,  dərsləri  canlandırmaq  üçün  “Xalqların    sərvəti”ndən  misallar  gətirirdi.  ÇərĢənbə 

axĢamı dördüncü dərs intellektual zövqlü söhbətlərlə qaynayırdı, sancaq düzəldənlər,  yun palto 

hazırlayan  iĢçilər  və  qəssablar,  pivəçilər  və  çörəkçilər...  Mənim  bəxtim  gətirdi  ki,    bu  böyük 

Ģəxsin  fəaliyyəti  haqqında  erkən  təcrübə  qazandım  və  hətta  bəxtim  daha  artıq  onda  gətirdi  ki, 

Ģotland  maarifçiliyi  əsasında  keçdiyim  o  dərsi  sonrakı  yüksək  təhsilimin  bir  hissəsi  kimi 

götürmək imkanım yarandı. 

Təəssüf  ki,  Smitin  düĢüncələri  haqqında  mənim  faydalandığım  ilkin  təcrübə  bütünlükdə  çox 

azdır.  Bu gün Smitin  yaradıcılığı tələbə  və qeyri-peĢəkarlar tərəfindən kifayət  dərəcədə oxunmur. 

Smit  bizim  məktəb  və  universitetlərdə  yetərincə  öyrənilməyib.  Bu,  böyük  bir  nöqsandır.  Xüsusi 

olaraq  təəssüfləndiricidir  ki,  bir  çox  yüksək  dərəcəsi  olmayan  iqtisadçı  tələbələr  öz  sahələrinin 

əsasını qoyan “ataları” haqqında yalnız səthi müqəddimələr verməklə kifayətlənmiĢlər. Bir çox iqti-

sadiyyat kursları  mühazirələrində Smiti yalnız qısa təqdimatla, bir qayda olaraq sancaq düzəldənlər 

misalı  ilə,  əmək  bölgüsü    məsələsində  onun  müəyyən  etdiyi

 

qısa  mücərrəd  terminlərlə,  yüksək 



prinsiplərin müzakirəsinə keçmədən  xatırlayır.   

Smit  aydın tərzdə yazdığına görə, onun yaradıcılığı  250 il  əvvəl olduğu kimi oxunaqlıdır. Onun 

yazıları ruhlandırıcı və maarifləndirici müĢahidələrin zəngin və mürəkkəb sistemindən ibarətdir. Smitin 

yaradıcılığı  mürəkkəb  cəmiyyətlərin  həqiqətən  necə  fəaliyyət  göstərdiyini  anlamağa  yönəlib.  Bu 

ictimai elm  xüsusi qarĢılıqlı  münasibət  və asılılığın önəmli reallığı  haqda məlumatlılığın  mərkəzində 

dayanır. Bunların hər ikisi bizim bu gün yaĢadığımız dünyanın reallıqlarıdır.   

QloballaĢan  dünyada  Smitin  beynəlxalq  və  yerli  ticarət  elmi  bizim  bütün  yaĢamımıza  yön 

verən  qüvvələrin  düz  mərkəzindən  keçir.  O  müxtəlif  dövrlərdə  yazmıĢ  ola  bilər,  amma  onun 

merkantilizmin  səhvləri  haqqında  diaqnozu    və  ixtiyari  siyasi  müdaxiləyə  ümumi  inamsızlığı, 

xüsusilə  bu  gün,  ticarətin  güman  edilən  nəticələrinə  müqavimət  göstərənlər  tərəfindən,  onun 

asanlıqla ələ keçirildiyi dünyada daha yerinə düĢür.   

Smitin intellektual elm adamları arasında da yetərli rəqibləri vardır. Amma onların  “eqoizm 

peyğəmbəri”  kimi  qəbul  etmədikləri  Smit,  onun  yaradıcılığını  oxuyan  və  anlayan  hər  hansı 

Ģəxsin tanıdığı Smit deyil. “Əxlaqi duyğular nəzəriyyəsi” kitabı hissiyyatı insan fəaliyyətinin düz 

mərkəzində  yerləĢdirən  əxlaq  fəlsəfəsi  haqqında  dərin  insan  yaradıcılığıdır.  Smit  öz  yetkinlik 

yaĢının  hər  gününü  insan  fəaliyyətini  öyrənməyə  və  aydınlaĢdırmağa  sərf  etmiĢdir.  O, 

mükəmməl  əxlaq  haqqında  əlçatmaz  ideyalar  axtarmır.  Əksinə,  o  öz  vaxtını  normal  insanların 

ictimai qarĢılıqlı  münasibəti gerçəkdən  necə  həyata keçirdiyini  və onların  əxlaqi qərarları  necə 

qəbul etdiyini sınaqdan keçirməyə sərf edir.  

 Və  ya    bəzi  dayaz  tənqidçilər  “Xalqların    sərvəti”ndə  ticarətin  öyrənilməsi  və  “Əxlaqi 

duyğular  nəzəriyyəsi”ndə  rəğbətin analiz olunması arasında ziddiyyət olduğunu irəli  sürür. Hər 

ikisi  insan  fəaliyyətinin  qollarıdır  və  Smit  eyni  konseptual  vəziyyəti  hər  ikisinin  insan  ictimai 

həyatı ilə əlaqələrinin sınaqdan keçirilməsinə tətbiq edir.  

Smitin  yaradıcılığı  insan  ictimai  həyatının  empirik  reallığını  öyrənmək  istəyinə  əsaslanır. 

Məsələn, artıq onun siyasi müdaxiləyə qarĢı arqumentləri  ticari mübadilənin reallığının düzgün 

analizlərinə  əsaslanır.  Bu  da  tez-tez  nəzərdən  qaçır  ki,  onun  fərdlər  arasında  mübadilənin 

səmərəli faydaları  haqqında misalları çox zəngin deyil (o, buna çox da  məhəl qoymur), əksinə, 



www.azadliqciragi.org 

çox  zəifdir.  Smit  inanırdı  ki,  ticarət  hər  kəsə  xeyir  verir  və  xüsusilə  də,  cəmiyyətin    lap  aĢağı 



təbəqəsində olanlara.  

Adam Smitin  yaradıcılığı azad cəmiyyətə dəstək vermək üçün fundamental prinsiplərin və gərəkli 

institutların aydın analizlərini təqdim edir. Qanun norması və ədalət  bütün bəĢəriyyətə xeyir verən təbii 

azadlığın  “sadə  və  açıq”  sistemi  üzrə  çərçivə  təmin  edir.  Ona  baxmayaraq,  Ģərik  əxlaqi  təcrübələrin 

təkamülü insan cəmiyyətinin yaĢamına və onun davamlılığına yardım edir. 

Bu,  “görünməz  əl”  və  ya  daha  ümumi  düĢünülməmiĢ  nəticələr  vasitəsilə  ictimai  təkamül 

ideyasıdır ki, müasir dünya üçün Smitin əsas irsini təĢkil edir.  

Bir  Ģəxsin  təqdir  olunması,  çoxlu  sayda  mühüm  insan  nailiyyətlərinin  olması  deməkdir, 

Smitin  dostu  Adam  Ferqüsonun  düĢündüyü  kimi,  insan  fəaliyyətinin  nəticələri  insan  planının 

məhsulu  deyil,  bizim  hamımız  üçün  hərtərəfli  dərsdir.  Bu  o  fikirdir  ki,  Smiti  öz  dərin 

skeptisizmini  “insanlar  sistemi”  istiqamətinə  aparır  ki,  insanlığı  alicənab  sonluqlara  nail  olmaq 

üçün təĢkil etsin.   

Smit  iĢgüzar,  ehtiyatlı  Ģəxsdir  və  onun  düĢüncəsi    asanlıqla  siyasi  ideologiyanın  iddiasına 

təslim olmur. Bu o demək deyil ki, Smitin radikal düĢüncə sahibi olduğunu düĢünməməliyik. Öz 

zamanı  üçün  onun  ideyaları  inqilabi  ideyalar  idi.  Bizim  zamanımızda  onun  ideyaları  gələcəyin 

siyasi  mənzərəsini  göstərir  ki,  bu  insanpərvər  və  liberal  Ģəkildə  ən  yaxĢı  formada  xarakterizə 

olunur.  Onlar  radikal  olaraq  qalır,  çünki  onlar  bizim  siyasi  dərslər  üçün  həlledici  fərziyyələr 

təqdim edir. 

Bəlkə  də,  bizim  siyasətçilər  Smitin  yaradıcılığını  oxumuĢ  və  anlamıĢ  olsaydı,  onun  radikal 

görünən dünyası sağlam düĢüncə, həqiqi faktlara əsaslanan təklif kimi qəbul olunardı.  

ġübhə az ola bilər ki, elmi cəmiyyətdə Adam Smit adına təqaüd sağlam vəziyyətdədir. 2000-

2004-cü illər arasında dünyanın müxtəlif yerlərindən olan 14-dən artıq məzun tələbə Adam Smit 

“PhD”  (elmlər  doktoru)  elmi  dərəcəsini  bitirdi.  Bu  alimlər  elm  sahələrində  fəaliyyət  göstərən 

Adam  Smit  təqaüdçülərini  bir  beynəlxalq  cəmiyyətdə  birləĢdirirlər.  Beynəlxalq  Adam  Smit 

Cəmiyyəti  tərəfindən  illik  “Adam  Smit  icmalı”nın  nəĢri  Smitin  yaradıcılığında  elmi  marağın 

gücünə əlavə vəsiyyətnamədir.  

Adam Smit təqaüdçülərindən baĢqa, Smitdən ilhamlanan sağlam cəmiyyət məktəbləri də  var. 

Onun  fikirlərindən  ruhlananların,  o  ideyaları  öz  yaradıcılıqları  vasitəsilə  geniĢləndirmək  üçün 

böyük  imkanları  vardır. Smitin  “məĢhur  müasir”  elmi  nəzəriyyəsinə  maraq  artır  və onun  əxlaqi-

sosial psixologiyası təkamül psixologiyası üzrə yeni yarımbölmələrdə tədqiqata yardım edir. Onun 

dil  və  estetika  nəzəriyyələri  tədqiq  ounmaqdadır  və  alimlər  üçün  səmərəli  bilgilər  verir.  Dr. 

Butlerin dərsliyi ustalıqla göstərir ki, Smit böyük elmi irs qoyub gedib. Amma həm də yarımçıq irs 

qoyub gedib. Smitin fikirlərindəki fərziyyələrin tədqiqi bir ömür boyunca davam edə bilən zəngin 

və həyəcanverici araĢdırma layihəsidir. 

Adam Smit bizə  misilsiz  yazılı zəngin  irs  buraxıb. O,   bu gün bizim  yaĢadığımız dünyanın 

formalaĢmasına  kömək  etmiĢ  bir  Ģəxsiyyətdir.  O,  həm  də  bizə  həmin  dünyanı  anlamağa 

intellektual  vasitələr dəsti təqdim etmiĢ bir Ģəxsdir. Onun yaradıcılığı geniĢ surətdə oxunmalı və 

düzgün  anlaĢılmalıdır.  Əgər  bu  baĢ  versə,  onun  ideyalarının  ilhamverici  qüvvəsi  öz  dövrünün 

maariflənməsinə yardım etdiyi kimi,  bizim dünyamızın iĢıqlanmasına da kömək edər.   

 

Qreq Smit 




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə