Adam Smit-əlifba



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə4/22
tarix04.11.2017
ölçüsü0,57 Mb.
#8216
1   2   3   4   5   6   7   8   9   ...   22

www.azadliqciragi.org 



XÜLASƏ    

 



 



Millətin sərvəti onun xəzinəsindəki qızıl və gümüĢün miqdarı ilə deyil, onun ümumi 

istehsal və ticarəti ilə ölçülür ki, bu gün biz onu ümumi daxili məhsul adlandırırıq. 

 

Azad mübadilədə hər iki tərəf varlanır. Kimsə mübadilədən itirəcəyini gözləsəydi, ona 



qoĢulmazdı. Bizim ixrac etdiklərimiz baĢqaları üçün dəyərli olduğu kimi, idxal da bizim üçün 

qiymətlidir. Biz özümüzü zənginləĢdirmək üçün baĢqalarını yoxsullaĢdırmağa ehtiyac duymuruq. 

Bundan baĢqa, əgər bizim müĢtərilərimiz zəngin olarsa, biz daha çox qazanarıq. 

 



Ticarətin tənzimlənməsi qaydaları nöqsanlı qoyulub və təsirsizdir. Yerli sənaye sahələrinin 

inkiĢafı vergilər, ixrac tarifləri, ixrac subsidiyaları və imtiyazlarla təhlükə altına alınıb. 

 

Millətin istehsal qabiliyyəti onu mümkün edən əmək bölgüsündə və kapital yığımındadır.  



Ġstehsal prosesini mütəxəssis əlləri ilə icra olunan çoxlu kiçik vəzifələrə bölməklə, yüksək 

səmərəlilik əldə oluna bilər. Bu istehsalçılara sərmayə qoymaq üçün izafi məhsul yaradır.  

 

Ölkənin gələcək gəliri kapital yığımının həcmindən asılıdır. Daha yaxĢı istehsal 



proseslərinə yatırılan daha çox investisiya, gələcəkdə daha çox sərvət yaradacaq.   

 



Azad ticarət və rəqabət olduğu zaman, bazar sistemi avtomatik Ģəkildə ən çox ehtiyac 

duyulan tələbatların üzərinə yönəlmiĢ olur. Harada ki, məhsul məhdud miqdardadır, insanlar 

onlara daha çox ödəməyə hazırdırlar. Onların təchiz olunmasında daha çox qazanc var, 

beləliklə, istehsalçılar da daha çox istehsal etmək üçün daha çox kapital yatırırlar.  

 

Məcburiyyətsiz və azad mübadiləyə əsaslanan açıq, rəqabətli bazar Ģəraitində inkiĢaf 



daha sürətli gedir. Bu açıqlığı saxlamaq üçün müdafiə, ədalət və qanun normaları tələb olu-

nur. Azadlıq və Ģəxsi maraq xaosa aparmağa ehtiyac duymur, amma, əgər o, “görünməz əl” 

tərəfindən idarə olunursa, qayda və uzlaĢma yaradacaq. 

 



Qanuni baxımdan əsaslandırılmıĢ hüquqlar (monopoliyalar) hakimiyyətin gücünü öz 

mənafeləri naminə azad bazar sistemini dağıtmaq üçün istifadə edir. ĠĢ adamları və 

sənətkarlar rəqabəti boğmaq üçün qaydaları dəstəkləyə bilər ki, insanların xüsusi ticarət sa-

hələri ilə məĢğul olmasının qarĢısında əngəl yaratsınlar. 

 

Vergilər qazanca uyğun müəyyənləĢdirilməli, dəqiq və ödəniĢ üçün uyğun olmalıdır. 



Onlar toplanmaq üçün ucuz olmalı, biznesə mane olmamalı, elə ağır olmamalıdır ki, 

hiyləgərliyə imkan yaratsın və  vergi toplayanların vaxtaĢırı səfərlərini tələb etsin. 

 

Ġnsanların baĢqalarına təbii “rəğbət” hissi (bu gün biz ona “Ģəfqət” deyirik) var. Bu, 



onlara öz davranıĢlarını tənzimləmək və uyğunluğu  saxlamaq imkanı verir. Bu, davranıĢ və 

insan ləyaqətinin mənbəyi haqqında əxlaqi hökmlərin  əsasıdır. Ġnsan təbiəti fəaliyyətdə olan 

cəmiyyətin həmahəngliyinin yaradılmasına etibarlı bələdçidir, nəinki fanatikin və ya 

xəyalpərəstin təkəbbürlü ağlı. 




www.azadliqciragi.org 



ADAM SMİT NƏ ÜÇÜN ÖNƏMLİDİR? 

 

ġotland  filosofu və  iqtisadçısı  Adam Smit  indiyədək yazılmıĢ  ən təsirli  nəĢrlərdən  biri olan 



“Xalqların sərvətinin təbiəti və səbəbləri haqqında traktat” (“Xalqların sərvəti”)

 

(1776) kitabının 



müəllifi  kimi  məhĢurdur.  Smit  insan  cəmiyyətinin  fəaliyyətinə  dair  tamamilə  yeni  düĢüncəyə 

əsaslanaraq, bizim iqtisadi həyat prinsipləri haqqında fikirlərimizi qədim formadan müasir aydın 

formaya salmıĢdır.  

 

İqtisadiyyata dair keçmiş bir baxış 



 

Smit bizim fikirlərimizdə o qədər dəyiĢiklik etmiĢdir ki, həqiqətən, onun zamanında hakim olan 

iqtisadi  sistemi  təsvir  etmək  belə  çətindir.  “Merkantilizm”  adlanan  bu  sistemə  görə  milli  sərvət 

ölkənin  sahib  olduğu  qızıl  və  gümüĢ  ehtiyatları  ilə  ölçülürdü.  Malların  xaricdən  idxal  olunması 

zərərli sayılırdı, elə düĢünülürdü ki,  sərvətlər o mallara ödənilib tükədilir; malların ixracı isə xeyirli 

hesab  olunurdu,  çünki  bu  qiymətli  metallar  geri  qayıdırdı.  Ticarət  alıcıdan  deyil,  yalnız  satıcıdan  

mənfəət götürürdü və əgər baĢqaları getdikcə yoxsullaĢırdısa, bir xalq zənginləĢirdi. 

Bu  baxıĢ  əsasında,  xalqın  sərvətinin  kənara  -  idxal  olunan  mallara  vergilər,  idxal  edənlərə 

subsidiyalar  və  yerli  istehsal  sahələrinin  qorunması  formasında  axıb  getməsinin  qarĢısını  almaq 

üçün böyük bir ciddi nəzarət sistemi qurulurdu. Hətta Britaniyanın öz amerikan koloniyaları da bu 

sistem əsasında fəlakətli hesablarla cərimələnirdi. Əslində, bütün kommersiya sahələrinə Ģübhə ilə 

yanaĢılırdı  və  proteksionizm  mədəniyyəti  yerli  iqtisadiyyata  da  nüfuz  etmiĢdi.  ġəhərlilər  baĢqa 

Ģəhərlərdən gələn sənətkarların ticarətlə məĢğul olmasının qarĢısını alırdı; istehsalçılar və tacirlər 

kraldan monopoliyaların qorunub saxlanmasını xahiĢ edirdilər; ağır əməyi yüngülləĢdirən vasitələr, 

yeni corabtoxuyan maĢın kimi, mövcud istehsalçılara təhlükə kimi qadağan olunmuĢdu.  

 

Azad mübadilənin məhsuldarlığı 

 

Smit göstərdi ki, bu böyük merkantilist nəzəriyyəsi yanlıĢlığa əsaslanır və səmərəsizdir. O, sübut 



etdi  ki,  azad  mübadilədə  hər  iki  tərəf  varlanır.  Tam  gerçək  olaraq,  kimsə  mübadilədən  itirəcəyini 

gözləsəydi, ona qoĢulmazdı. Satıcı  kimi, alıcı da mənfəət götürür. Bizim ixrac etdiklərimiz baĢqaları 

üçün  dəyərli  olduğu  kimi,  idxal  da  bizim  üçün  qiymətlidir.  Biz  özümüzü  zənginləĢdirmək  üçün 

baĢqalarını  yoxsullaĢdırmağa  ehtiyac  duymuruq:  bundan  baĢqa,  əgər  bizim  müĢtərilərimiz  zəngin 

olarsa, biz daha çox qazanarıq. 

Əsas həqiqət odur ki, ticarətdə azad mübadilə hər iki tərəfə xeyir gətirir. Smit təsdiq edir ki, 

ticarət və mübadilə kənd təsərrüfatı və istehsalda olduğu kimi bizim mülkiyyətimizi artırır.   

 Millətin  sərvəti  onun  xəzinəsindəki  qızıl  və  gümüĢün  miqdarı  ilə  ölçülmür,  onun  ümumi 

istehsal və ticarəti ilə ölçülür ki, bu gün biz onu ümumi daxili məhsul adlandırırıq. 

Bu, yeni, amma çox güclü ideya idi. Həmin ideya 16-cı əsrdən bəri Avropa ölkələri ətrafında 

qurulmuĢ  ticarət  divarlarından  böyük  bir  intellektual  oyuq  açdı.  Və  onun  təcrübi  nəticələri  də 

oldu.  “Xalqların  sərvəti”  öz  sərrast,  kəskin,  mübariz  xarakterli  üslubu,  iti  hazırcavablığı  və 

saysız-hesabsız  misalları  ilə,  öz  ideyalarını  fəaliyyətə  çevirmək  istəyən  təcrübi  insanlar 

tərəfindən asanlıqla istifadə olunur.  

Kitab  Amerika  müstəmləkələri  ilə  müharibənin  qarĢısını  almaq  üçün  çox  gecikdi.    Amma 

BaĢ  nazir  Uilyam  Pittin  azad  ticarət  və  verginin  sadələĢdirilməsini  müdafiə  etməsi  və  cənab 

Robert Pilin kənd təsərrüfatı bazarlarının liberallaĢdırılması istiqamətində daha sonrakı tədbirləri 

üçün  əsas  oldu.  Ola  bilsin  ki,  sonralar  bu  addım  azad  ticarət  və  iqtisadi  inkiĢaf  erası  olan 

möhtəĢəm XIX əsr üçün baza rolunu oynadı. Hətta bu gün sağlam  azad ticarət düĢüncəsi bütün 

dünyada qəbul olunur, baxmayaraq ki, ona nail olunmasında müəyyən təcrübi çətinliklər var.  




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə