Adam Smit-əlifba



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə5/22
tarix04.11.2017
ölçüsü0,57 Mb.
#8216
1   2   3   4   5   6   7   8   9   ...   22

www.azadliqciragi.org 

10 


Azadlığa əsaslanan ictimai quruluş

 

 

Smit  belə  təsiri  gözləmirdi.  Amma  fərdi  azadlığa  və  ticarət  azadlığına  artan  bu  inam  insan 



cəmiyyətlərinin  həqiqətən  necə  fəaliyyət  göstərdiyi  haqda  onun  birbaĢa  özünün  radikal,  yeni 

düĢüncəsinə əsaslanır. O anlayırdı ki, insanlar birlikdə yaĢamaq və iĢləmək üçün yollar tapmaq 

istiqamətində  mübarizə  apardıqca,  sosial  harmoniya  təbii  olaraq  meydana  çıxacaq.  Azadlıq  və 

Ģəxsi  maraq  xaosa  aparmağa  ehtiyac  duymur,  amma  əgər  o,  “görünməz  əl”  tərəfindən  idarə 

olunursa, qayda və uzlaĢma yaradacaq. 

Bu hal  həmçinin resursların  mümkün qədər daha səmərəli  Ģəkildə  istifadəsinə  səbəb olacaq. 

Azad  insanlar  yalnız  öz  vəziyyətlərinin  daha  yaxĢı  olması  naminə  baĢqaları  ilə  sövdələĢmələri 

pozmaqla,  xalqa  məxsus  torpağı,  kapitalı,  bilik  və  bacarıqları,  vaxt  və  biznesi,  ixtiraçılığı 

avtomatik və labüd Ģəkildə sərf edərək o məqsədə xidmət göstərir ki,  insanlar daha artıq qazanc 

götürsünlər. 

Beləliklə,  inkiĢaf  edən  ictimai  quruluĢun  qorunub  saxlanması  kral  və  nazirlərin  davamlı 

idarəçiliyini  tələb  etmir.  O,  insan  təbiətinin  məhsulu  kimi  sistemli  Ģəkildə  böyüyür.  Lakin,  ən 

yaxĢı  Ģəkildə  böyümə  və  daha  səmərəli  fəaliyyət  üçün  o,  məcburiyyətsiz  və  azad  mübadiləyə 

əsaslanan  açıq, rəqabətli bazar tələb edir. Onun bu açıqlığı saxlamaq üçün qaydalara ehtiyacı var 

–  manqalın  odun    saxlanmasına  ehtiyacı  olduğu  kimi.  Amma  o  qaydalar  –  ədalət  və  əxlaq 

qaydaları  ümumidir  və  merkantilist  nümayəndələrinin  xüsusi  və  Ģəxsi  müdaxilələrindən  tama-

milə fərqli olaraq, konkret Ģəxsi nəzərdə tutmur.      

Buna baxmayaraq,  “Xalqların  sərvəti” ancaq  bizim  bu gün  baĢa düĢdüyümüz  “iqtisadiyyat” 

elmi deyil,  insan sosial psixologiyası  haqqında  – həyat,  maddi rifah, siyasi  institutlar, qanun və 

əxlaq haqqında əhəmiyyətli traktatdır. 

 

Əxlaq psixologiyası 

 

Smit elə bir zamandan gəlmiĢdir ki, orada təhsil almıĢ bir ziyalı üçün elm, sənət, ədəbiyyat, 



fəlsəfə, klassiklər və əxlaq kimi sahələri öyrənmək mümkün idi  və o, buna nail oldu. O, nəhəng 

bir kitabxana topladı, liberal sənətlərin tarixini, həmçinin qanun və dövlət haqqında kitab tərtib 

etdi.  Və  bu,  ona  ilk  nüfuz  gətirən  “Xalqların  sərvəti”    deyil,  əxlaq  haqqında  “Əxlaqi  duyğular 

nəzəriyyəsi”  kitabı  idi. Bu  kitab  günümüzdə çox  yaxĢı tanınmayıb,  lakin zamanında  “Xalqların 

sərvəti” qədər təsirli, öz müəllifi üçün də o dərəcədə önəmli idi. 

“Əxlaqi  duyğular  nəzəriyyəsi”  bizim  formalaĢdırdığımız  əxlaqi  hökmlərin  əsasını  müəy-

yənləĢdirməyə  cəhd  göstərir.  Bir  daha,  Smit  onu  dərin  insan  psixologiyasının  mahiyyəti  kimi 

görür. Ġnsanların baĢqalarına təbii “rəğbət” hissi (bu gün biz ona “Ģəfqət” deyirik) var ki, onlara 

öz davranıĢlarını necə tənzimləmək və uyğunluğu saxlamağı anlamaq imkanı verir. Bu, davranıĢ 

və insan ləyaqətinin mənbəyi haqqında əxlaqi hökmlərin  əsasıdır.  

 

Şəxsi maraq və ləyaqət 

 

Bəzi adamlar bu gün heyrətlənir ki, Smitin iqtisadi sistemini hərəkətə gətirən Ģəxsi maraq onun 



“əxlaqı”nı  fəaliyyətə gətirən  “rəğbət”lə  necə uyğunlaĢa  bilər. Onun cavabı  budur:  “Ġstənilən  halda, 

bir Ģəxsin nə dərəcədə xudbin olduğu  düĢünülsə belə, təbiətində, Ģübhəsiz bəzi prinsiplər var ki, onu 

baĢqalarının taleyi ilə maraqlandırır və onların xoĢbəxtliyini onun üçün önəmli edir, baxmayaraq ki, 

o, özünə məmnunluq verən Ģeydən baĢqa heç nə düĢünmür.”

 

BaĢqa  sözlə,  insan  təbiəti  mürəkkəbdir.  Çörəkçi  bizi  xeyirxahlıqdan  çörəklə  təmin  etmir, 



amma  nə  də  Ģəxsi  maraq  kimisə  təhrik  etmir  ki,  çaya  baĢ  vurub  tanımadığı  batan  adamı  xilas 

etsin.  Smitin  kitabları  Ģəxsi  maraqları  olan  insanların  bir  yerdə  necə  dinc  (mənəvi  sahədə)  və 

səmərəli  Ģəkildə  (iqtisadi  sahədə)  yaĢamağı  bacarması  və  yaĢamasını  müəyyənləĢdirmək  üçün 

əlavə cəhddir.  




www.azadliqciragi.org 

11 


Ancaq,  “Xalqların  sərvəti”  əlbəttə,  bəzən karikatura edildiyi kimi,  canavar kapitalizmin  vəkalət 

qeydi  deyildir.  ġəxsi  maraq  iqtisadiyyatı  hərəkətə  gətirə  bilər,  amma  əgər  həqiqətən  orada  və 

məcburiyyətin olmadığı açıq rəqabət varsa, bu, yaxĢılığa aparan qüvvədir. Və istənilən halda, Smitin 

öz  insanlığı  və  xeyirxahlığı  hər  səhifəyə  rəng  verir.  O,  xalqın  və  xüsusi  olaraq  yoxsulların  maddi 

rifahını  tacirlərin  və  güclülərin  xüsusi  maraqlarından  yüksək  tutur,  azad  rəqabətə  mane  olmağa 

çalıĢan və onlara kömək edən hökumətləri ittiham edən istehsalçıları tənqid atəĢinə tutur.  

 

İnsan təbiəti və insan cəmiyyəti 

 

XVIII əsr düĢüncə sahibləri inanmağa baĢladılar ki, cəmiyyət üçün sağlam əsas olmalıdır, nəinki, 



bir ehkam ruhanilər tərəfindən nəsillərə ötürülür və ya siyasi səlahiyyətlilər tərəfindən amiranə olaraq 

tətbiq  edilir.  Bəziləri  qanun  və  əxlaqın  “rasional”  sistemlərini  tapmaq  üçün  mübarizə  aparırdılar. 

Ancaq  Smit  sübut  etdi  ki,  insan  cəmiyyəti-elm,  dil,  sənət  və  kommersiya  daxil  olmaqla  insan 

təbiətinin  dərinliyindən  kök  atmıĢdır.  O  göstərdi  ki,    bizim  təbii  instinktlərimiz,  hər  hansı  məhdud

 

təfəkkürdən necə daha yaxĢı bələdçidir. Əgər biz həqiqətən “üstün tutulan və  ya məcburi bütün sis-



temləri” ləğv etsək və “həqiqi azadlığa” arxalansaq, özümüzü durulaĢmıĢ, düĢünülməmiĢ, amma Ģüb-

həsiz həmahənglik, dinclik və təsirli ictimai quruluĢ içində görəcəyik. 

Bu liberal ictimai quruluĢ onu saxlamaq üçün kral və nazirlərin daimi qayğısını tələb etmir. 

Amma  bu,  baĢqa  insanların  yaĢayıĢ  və  mülkiyyətinə  ədalət  və  hörmət  göstərildiyi  kimi, 

Ģəxslərarası davranıĢa dair qəti qaydalara riayət edən insanlara arxalanır. Səmərəli ümumi ictimai 

quruluĢ sonra tam təbii olaraq meydana çıxır. Smitin axtarıĢı da insan davranıĢının qanunauyğun 

prinsiplərini müəyyənləĢdirmək idi ki, həqiqətən bu uğurlu nəticəyə gətirir. 



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə