Adam Smit-əlifba



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə6/22
tarix04.11.2017
ölçüsü0,57 Mb.
#8216
1   2   3   4   5   6   7   8   9   ...   22

www.azadliqciragi.org 

12 


SMİTİN HƏYATI VƏ KARYERASI 

 

Marqaret  Duqlasın  yüksək cəmiyyətdə yaxĢı əlaqələrə malik vəkil və keçmiĢ gömrük məmuru 



olan  əri 1723-cü  ilin  yanvarında  vəfat  edən zaman  o, hamilə  idi.  Ġyunun 5-də o, uĢağın doğumunu 

rəsmən  qeydiyyatdan  keçirdi,  ona  mərhum  ərinin  adını  verdi-Adam  Smit.  Bu  oğlan  gələcəkdə  öz 

dövrünün aparıcı düĢüncə sahiblərindən biri və tarixən yazılmıĢ ən təsirli kitablardan birinin müəllifi 

olaraq yetiĢəcəkdi. 

 

Kirkaldi və Qlazqou 

 

Biz  onun  uĢaqlığı  haqqında  az  Ģey  bilirik.    Bildiyimiz  bircə  budur  ki,  o,  üç  yaĢında  qısa 



müddətə qaraçılar tərəfindən qaçırılmıĢ, sonra əmisi tərəfindən tapılıb geri qaytarılmıĢdı. Amma 

doğulduğu yerdə həyatının hər günü bizi onun sonrakı karyerası barədə zəngin materialla təmin 

edə  bilərdi.  Edinburqdan  Fert  -  Fort  körfəzi  boyunca  yerləĢən  Ģotland  limanı  Kirkaldi    balıqçı

 

gəmilərinin  yan  aldığı,  yerli  mədənlərdən  daĢ  kömür  ixrac  edən  və  əvəzində  dəmirlə  iĢləyən 



sənaye  sahələri  üçün  dəmir  qırıntıları  idxal  edən

 

ticarət  mərkəzi  idi.  Smit  dənizçilərin,  balıq 



tacirlərinin,  mismar  ustalarının,  gömrük  xidmətçilərinin  və  qaçaq  yolla  ticarət  edənlərin  əhatə-

sində böyümüĢdü ki, onlar haqqında “Xalqların sərvəti”ndə bəhs edir.  

Hələ dəyiĢikliklər gedirdi; Amerika ölkələri ilə tütün və

 

pambıq kimi mallar sahəsində ticarət 



geniĢlənməkdə idi

 

– Qlazqou kimi müasir qərb limanları Kirkaldi kimi köhnəlmiĢ Ģərq limanları 



üzərində  hökmranlıq  edirdi.  Smitin  önəmli  kitabı  həm  də  ticarətin  belə  növbələĢən 

nümunələrinin və yaĢamları ondan asılı olan cəmiyyətlərin “protokolu” oldu. 

Məktəbdə  onun kitablara olan sonsuz  həvəsi və qeyri-adi  hafizəsi  üzə çıxdı.    O, 14 yaĢında 

(zamanında  tam  normal  yaĢda)  Qlazqou  Universitetinə  daxil  oldu.  O,  universitetdə  böyük 

mənəviyyat  filosofu  Frankis  Hyutçesonun rəhbərliyi altında təhsil aldı.  Azad düĢüncə tərəfdarı, 

rasionalist,  praktik, parlaq natiq  və  səlahiyyət sahibi kimi  tikanlı  Ģəxs  olan Hyutçeson,  görünür, 

Smiti də bəzi oxĢar xarakterik cəhətləri ilə “yoluxdurmuĢdu”.   

 

Oksford və stimullar 

 

Smit fərqlənərək irəli getdi və Oksford Universitetinin Balliol Kollecinin təqaüdünü qazandı. 



1740-cı ildə 17 yaĢında o, yəhərli at belində bir aylıq səyahətə çıxdı.  Əgər inkiĢaf yolunda, ticari 

Qlazqou  geridə  qalmıĢ  Kirkaldidən  olan  bu  oğlanın  gözünü  açmıĢdısa,  Ġngiltərə  ona  fərqli  bir 

dünya  kimi  görünmüĢdü.  O,  Ġngiltərənin  öz  doğma  ġotlandiyasının  kasıb  nümunələri  ilə 

tamamilə fərqli olan arxitekturasının əzəmətliliyi və maldarlığının məhsuldarlığı haqqında yazdı.  

Amma  ingilis  təhsil  sistemi  ona  yüksək  təsir  bağıĢlamadı.  Əslində,  bu  sistem  ona  saxta 

motivlərə  əsaslanan  gücü  ilə  mühüm  dərs  verdi  ki,  o  bunu  “Xalqların  sərvəti”ndə  kəskinliklə 

sistemləĢdirdi.  Oksford  müəllimləri  tələbələrin  təhsil  haqqından  deyil,  geniĢ  kollec  ianə 

fondundan maliyyələĢirdi. Nəticədə, Oksfordda olan professor ictimaiyyətinin böyük bir hissəsi, 

bu  uzun  illərdə  dərs  demək  vərdiĢlərini  belə  tamamilə  tərgitdi  və  kollec  həyatı  “  maraq  və  ya 

daha düzgün danıĢmaq, sənətkarların sərbəstliyi” üçün  kəĢf edildi. Smitin iqtisadi təhsili sürətlə 

irəliləyirdi.  

Balliol kollecinin dünya səviyyəli kitabxanası sayəsində, Smit klassiklər, ədəbiyyat və baĢqa 

fənlər  sahəsində  təhsil  qazanmaq  imkanı  əldə  etdi.  1746-cı  ildə  o, təqaüd  proqramının  müddəti  

baĢa  çatmamıĢdan  əvvəl  Oksfordu    tərk  etdi  və  Kirkaldiyə  qayıtdı.  Smit  orada  iki  il  vaxtını 

ədəbiyyat, fizika, məntiq və elmi metodlar haqqında yazmağa sərf etdi.  

 

                




www.azadliqciragi.org 

13 


İlkin mühazirəçilik karyerası 

 

Ailə  əlaqələri  vasitəsilə,  aparıcı  hüquqĢünas  və  alim  Lord  Keyms  onu  Edinburqda  ingilis 



ədəbiyyatı  və  hüquq  fəlsəfəsi  mövzularında silsilə  ictimai  mühazirələr oxumağa dəvət etdi. Bu 

mühazirələrdən biz görə bilərik ki, Smit 20 yaĢlarında artıq çoxlu aparıcı  ideyaları təfərrüatı ilə 

iĢləyib hazırlamıĢdı (əmək bölgüsü kimi) ki, bu lap sonralar “Xalqların sərvəti” əsərinin mühüm 

əsaslarını formalaĢdıracaqdı. 

Bu mühazirələr onun sonrakı karyerasının inkiĢafında  böyük uğur və tramplin oldu. 1751-ci 

ildə –  27 yaĢında o,  məntiq,  əxlaq fəlsəfəsi,  ədəbiyyat və  ritorikadan dərs demək üçün  Qlazqou 

Universitetinə qayıtdı. (Zamanında “ritorika”nın bugünkü gizli mənaları yox idi  və yalnız üslub 

və ünsiyyət haqqında elm kimi baĢa düĢülürdü ).    

Onun fəlsəfə kursu teologiya, etika, hüquqĢünaslıq və dövlət siyasətini əhatə edirdi. Bir çox 

ideyaların  əhatə  olunduğu  (qiymət  sisteminin  fəaliyyəti,  protektionizmin  qüsurları  və  dövlət  və 

iqtisadi  institutların  inkiĢafı kimi) hüquqĢünaslıq  və  siyasət mövzularındakı  mühazirələr  (yalnız 

tələbə  qeydlərində  qalan)  illər  sonra,  az  qala  nöqtəbənöqtə  “Xalqların  sərvəti”  kitabında  əksini 

tapacaqdı.   

Lakin  bu,  Smitin    etika  mövzusunda  düĢüncələri  idi  ki,  onun  taleyini  müəyyənləĢdirəcəkdi. 

1759-cu ildə o, bunları “Əxlaqi duyğular nəzəriyyəsi“

 

kimi nəĢr etdirdi.  Kitab müasir və orjinal 



tərzdə,  insan  sosial  psixologiyasına  münasibətdə  bizim  əxlaqi  ölçülərimizi

 

izah  edirdi.  Smitin 



dostu  filosof  və  tarixçi  Deyvid  Hyum  bunun  nüsxələrini  bir  neçə  dostuna  göndərdi.  Onlardan 

biri,  bundan  çox  təsirlənən  siyasi  xadim  Çarlz  Taunzend  dərhal  Smiti,  həyat  ehtiyaclarını 

qarĢılaya biləcək 300 paundluq yüksək maaĢ müqabilində, ögey oğlu, gənc Dyuk Buçleuç üçün 

repetitor olaraq götürdü.  

 

Səyahətlər 

 

Brilyant  intellektinə  baxmayaraq,  Smit  Ģəxsi  müəllim  kimi  təsadüfi    seçim  idi.  Yazıçı  Ceyms 



Bosvel  deyirdi  ki,  onun  beyni  hər  cür  mövzularla  dolu  idi  ki,  bu,  onun  geniĢ  dairədə  məlum  olan 

huĢsuzluğuna gətirib çıxarmıĢdı. Bir dəfə fikrə dalmıĢ  halda o, çay əvəzinə yağla çörək biĢirmiĢdi. 

Bir  dəfə  də,  müəyyən  problemləri  götür-qoy  edə-edə,  harada  olduğunu  hiss  etmədən  Dunfermlinə 

qədər 8 mil piyada getmiĢ, qarĢıdakı yolun fərqinə varmadan bir xəndəyə düĢmüĢdü.  

Çox uzun çəkmədən,

 

Smit və Ģagirdi Fransaya yola düĢdülər. Səyahət o zaman hər bir gənc 



aristokratın  təhsilinin  bir  hissəsi  idi.  Parisdə  səfirin  Ģəxsi  katibi  olan  Deyvid  Hyumun  parlaq 

əhatəsi  onların  xoĢuna  gəldi.  Amma  Smitin  fransızca  danıĢığı  çox  zəif  idi  və  bu,  ona  baĢqa 

əlaqələr qurmaqda çətinlik törədirdi.    

Sıxıntı baĢladı və

 

 o, Hyuma dedi: “Mən vaxt keçirmək üçün bir kitab yazmağa baĢlamıĢam.” 



Bu kitab “Xalqların sərvəti” idi. 

Cənubi  Fransaya,  Cenevrəyə  və  geriyə  Parisə  sonrakı  səyahətlərində  Smit  Avropanın 

iqtisadi,  mədəniyyət,  dövlət, ticarət,  idarəçilik  həyatı  haqqında  fakt  üstünə  fakt topladı  və  evdə 

onları qruplaĢdırmaq üçün  düĢünməyə  baĢladı. Avropanın  bəzi  müdrik simaları  ilə  müzakirələr 

onun öz möhtəĢəm kitabını yazmaq fikrini daha da itiləĢdirdi.  

 

“Xalqların sərvəti” 

 

1766-cı  ildə  onlar  Londona  qayıtdılar.  Smit  Kirkaldiyə  dönüb  orada  yerləĢdi.  Burada  o, 



“High Street” dəki böyük evə sahib oldu və bu evi anası və xalası qızı Janetlə bölüĢdü. 

(Smit 1784-cü ildə anasının ölümünə qədər ona sadiq qaldı, ondan ayrılmadı.  Əvvəllər “çox 

gözəl və heyranedici gənc bir xanımla” bağlılığı olmasına baxmayaraq, o heç zaman evlənmədi).  

O, Krikaldidə, bəzən onun sağlamlığı bahasına baĢa gələn əlyazmasının yazılması, düzəliĢləri 

və cilalanması üçün uzun illər keçirdi. O ancaq 1773-cü ildən 1776-cı ilədək Londonda yaĢadığı 



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə