Adam Smit-əlifba



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə7/22
tarix04.11.2017
ölçüsü0,57 Mb.
#8216
1   2   3   4   5   6   7   8   9   10   ...   22

www.azadliqciragi.org 

14 


uzun müddətdə yenidən canlandı. O müddət ərzində Smit  qədim tarixçi Edvard Qibbon, radikal 

siyasətçi  Edmund  Burke,  Bosvell  və  hətta  (aralarındakı  toqquĢan  baxıĢlara  baxmayaraq) 

leksikoqraf  doktor  Samuel  Conson  kimi  baĢqa  düĢüncə  adamlarının  təmsil  olunduğu  bir 

cəmiyyətdən zövq alırdı.                                                                                                       

  Nəhayət,  1776-cı  ilin  mart  ayında  “Xalqların  sərvəti”  nəĢr  olundu.  Cəmi  bir  neçə  il  ərzində 

çoxlu  nəĢr  və  dillərdə  iĢıq  üzü  görən  bu  kitab,  böyük  bir  kommersiya  uğuru  idi.  Bu  həm  də 

təcrübi  bir  uğur  idi:  onun  ticarətin  liberallaĢdırılması  kimi  “reseptləri”  dövlət  siyasətinə  yol 

açmağa baĢladı. 

 

Xüsusi səlahiyyətli gömrük müfəttişi 

 

Smit Edinburqda, 600 pound məbləğində yüksək maaĢla xüsusi səlahiyyətli gömrük müfəttiĢi 



vəzifəsinə  gətirildi.  Britaniyanın  özbaĢına  və  səmərəsiz  vergi  sisteminin  qatı  tənqidçisi,  indi  o 

sistem  üçün  nəsə  edə  biləcəyi  bir  vəzifədə  idi  və  o,  bunu  etməkdə  əzmli  idi.  O,  həmçinin 

Ġrlandiyada  ticarət  məhdudiyyətləri  və  amerikan  müstəmləkə  “iğtiĢaĢları”  haqqında  da 

məsləhətlər  verirdi.  Sonra  BaĢ  nazir  Uilyam  Pitt  Smitin  prinsiplərini  Fransanın  ticarət  paktının 

iĢlənməsi  və  milli vergi sistemində geniĢ islahatların həyata keçirilməsinə tətbiq etdi. 

Smit  dostları  ilə  müzakirə  və  debatları  sevirdi.  1790-ci  ilin  iyulunda  Edinburqun  belə 

axĢamlarının  birində  o,  yorğunluq  hiss  etdi  və  diskussiyanı  hansısa  baĢqa  yerdə  aparmağa  ehtiyac 

olduğunu deyərək yatmağa getdi. Bir neçə gün sonra o vəfat etdi və layiqli, amma məhdud qəbirüstü 

abidə ilə Kanonqeytdəki evinin yaxınlığındakı kilsə həyətində dəfn olundu. 

 

 



 


www.azadliqciragi.org 

15 


“XALQLARIN SƏRVƏTİ” 

 

Geniş əhatəli kitab 

 

Adam  Smit  “Xalqların  sərvəti”  kitabını  siyasətçilərin  ticarətin  çiçəklənməsindənsə,  onu 



məhdudlaĢdıran  və  pisləĢdirən  siyasətinin  əksinə,  müəyyən  mənada  onları  qıcıqlandırmaq  üçün 

yazdı. Bunun üçün o elə səlis dildən istifadə edir ki, hələ bu gün də asanlıqla baĢa düĢülür. 

Amma Smit həmçinin yeni iqtisad elmi yaratmağa çalıĢırdı. Bu, ilk baĢlanğıc iĢi idi və onun termin 

və konsepsiyalarını bugünkülər ilə uzlaĢdırmaq çətin olardı. Onun mətni qarıĢıq, uzun ricətlərlə və me-

Ģəsalma haqqında, həmçinin Çində gümüĢün qiymətindən tutmuĢ Londonda irland fahiĢələrinin pəh-

rizinə qədər müxtəlif faktlarla doludur. Bütün bunlar onun kitabını istifadə etmək üçün çətinlik yaradır. 

Gəlin, ikin olaraq diqqətimizi onun əsas tezislərindən bəzilərinin üzərinə yönəldək. 

Ən aydın tezis odur ki, “ticarətin tənzimlənməsi  qaydaları nöqsanlı qoyulub və təsirsizdir”. 

O vaxt üstün olan baxıĢ  “merkantilist” ideyası idi ki, ona görə bir xalqın zənginliyi onun malik 

olduğu  pulun  məbləğində  idi.  Nəzərdə  tutulan  zəngin  olmaq  üçün  bir  xalqın  baĢqalarına  daha 

artıq  mal  satmasına  ehtiyac  duyulurdu.  Məqsəd  daha  çox  pulu  geri  qaytarmaq  idi,  həmçinin, 

nağd pul ehtiyatlarının xaricə axmasının qarĢısını almaq üçün baĢqalarından mümkün qədər daha 

az mal almaq tələb olunurdu. Ticarətə bu baxıĢ idxal tariflərinin, ixrac subsidiyalarının, vergi və 

yerli sənaye üzrə imtiyazlı gömrük rüsumlarının geniĢ Ģəbəkəsinin yaranmasına apardı ki, bunlar 

hamısı idxalı məhdudlaĢdırmaq və ixracı təĢviq etmək üçün nəzərdə tutulmuĢdu. 

Smitin inqilabi baxıĢı o idi ki, sərvət bir millətin xəzinəsindəki qızıl və gümüĢün miqdarı ilə 

ölçülmür.  “Bir  millətin  zənginliyi  real  olaraq  onun  yaratdığı  malların  və  xidmətlərin  axını  ilə 

ölçülür.” O, iqtisadiyyatda bu gün üçün xarakterik və əsaslı olan ümumi daxili məhsul haqqında 

ideya kəĢf etmiĢdi.  O iddia edirdi ki, bu məhsulu maksimum dərəcədə artırmaq yolu bir xalqın 

istehsal qabiliyyətini məhdudlaĢdırmaqda deyil, onu sərbəst buraxmaqdadır.  

BaĢqa  əsas  tezisi  odur  ki,  “istehsal  qabiliyyəti  onu  mümkün  edən  əmək  bölgüsündə  və 

kapital  yığımındadır.” Ġstehsal prosesini  mütəxəssis  əlləri  ilə  icra olunan  çoxlu kiçik  vəzifələrə 

bölməklə, yüksək səmərəlilik əldə oluna bilər. Bu istehsalçılara izafi məhsul yaradır ki, onlar bu 

məhsulu  baĢqaları  ilə  bölüĢə  və  ya  yeni  və  hətta  daha  səmərəli,  iĢ  sərfinin  qarĢısını  alan 

avadanlıqlara xərcləyə bilərlər.  

Smitin  üçüncü  tezisi  odur  ki,  ölkənin  “gələcək  gəliri  bu  kapital  yığımından  asılıdır”.  Daha 

yaxĢı  istehsal proseslərinə  yatırılan daha çox  investisiya, gələcəkdə daha çox sərvət yaradacaq. 

Amma insanlar öz kapitallarını yaratmaq istəyirlərsə, onlar oğurluqdan mühafizə olunacaqlarına 

əmin  olmalıdırlar.  Çiçəklənən  ölkələr  öz  ümumi  kapitalını  artıran,  onu  uğurla  idarə  edən  və 

qoruyan ölkələrdir.  

Dördüncü  tezis  odur  ki,  bu  sistem  avtomatik,  qeyri-ixtiyaridir.  Hansı  məhsul  ki,    azdır, 

insanlar  onlara daha çox ödəməyə  hazırdırlar:  onların təchiz olunmasında  daha çox qazanc  var, 

beləliklə,  istehsalçılar  da  daha  çox  istehsal  etmək  üçün  daha  çox  kapital  yatırırlar.  Harada  ki, 

bolluqdur, qiymətlər və  qazanc  da aĢağıdır və  istehsalçılar  da  kapital  və  biznesini  baĢqa sahəyə 

yönəldirlər.  Beləliklə,  sənaye  mərkəzi  idarəetməyə  ehtiyac  duymadan  xalqın  daha  mühüm 

ehtiyaclarına yönəlmiĢ olur.  

Amma bu sistem o zaman avtomatik olur ki, orada azad ticarət və rəqabət var. Nə zaman ki, 

hökumət himayə etdiyi istehsalçılara dotasiya (maliyyə yardımı) verir və  inhisar yaradır, yaxud 

da  onları  tarif  divarları  arasında  gizlədir,  onlar  yüksək  qiymət  təyin  etmək  imkanı  qazanırlar. 

Bundan  daha  çox  əziyyət  çəkən  yoxsullar  isə  ehtiyacları  üçün  onların  qoyduqları  yüksək 

qiymətlərlə üz-üzə qalırlar.  

“Xalqların  sərvəti”  əsərinin  tezislərindən  biri  də  odur  ki,  iqtisadi  inkişafın  müxtəlif 



mərhələləri  dövlət  institutlarını  necə  yaradır.  Qədim  ovçuların  müəyyən  dəyərə  malik  azacıq 

sərvəti vardı. Amma nə zaman ki, insanlar fermer oldular, onların mühüm mülkiyyət torpaqları, 

məhsulları  və  mal-qarası  oldu,  onlar  bunu  qorumaq  üçün  dövlət  və  məhkəmə  sistemini  inkiĢaf 

etdirdilər.  




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə