Adam Smit-əlifba



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə8/22
tarix04.11.2017
ölçüsü0,57 Mb.
#8216
1   ...   4   5   6   7   8   9   10   11   ...   22

www.azadliqciragi.org 

16 


Ticarət  dövrünə  gələndə,  adamlar  kapital  topladıqca,  mülkiyyət  daha  önəmli  olur.  Amma  bu 

dövr  əsasən dalğalanan  bazarlardan öz xeyrinə  daha çox qazanc götürən və siyasi proseslərdən öz 

mənafelərinə  istifadə  edən  hiyləgər  tacirlər  tərəfindən  ələ  keçirilir.    Rəqabət  və  azad  mübadilə 

monopoliyalar,  vergi  güzəştləri,  yoxlamalar  və  başqa  imtiyazların  təhlükəsi  altındadır  ki, 

istehsalçılar hökumət səlahiyyətliləri adından sitat gətirmək imkanına malik olsunlar. 

Bütün bu səbəblərə görə, Smit düĢünür ki, hakimiyyət məhdudlaĢdırılmalıdır. Onun müdafiə, 

qayda-qanunu  qorumaq,  infrastruktur  yaratmaq  və  təhsili  inkiĢaf  etdirmək  kimi  vacib 

funksiyaları var. O, bazar iqtisadiyyatını azad və açıq saxlamalı, onu dağıtmaq yolu ilə hərəkət 

etməməlidir. 

 

İstehsal və mübadilə 

 

“Xalqların sərvəti” əsərinin 5 “Kitab”ından birincisi istehsal və mübadilə, onların milli gəlirə 



xidmət mexanizmlərini aydınlaĢdırır. 

 

İxtisaslaşmanın üstünlükləri 

 

Sancaq  fabrikinin  timsalında  Smit  göstərir  ki,  əmək  bölgüsü  –  əməyin  ixtisaslaĢması  – 



məhsuldarlığın  xeyli  dərəcədə  yüksəlməsinə  imkan  yaradır.  Sancaqdüzəltmə  “əhəmiyyətsiz  bir 

istehsal  sahəsi”  sayıla  bilər,  amma  əslində  bu,  yetərincə  qəliz  iĢdir.  Məftil  dartılmalı,  düzəlməli, 

kəsilməli və ucu itiləĢdirilməlidir. Yuxarı hissəsi baĢ ucun içinə uyğun yonulmalıdır ki, düzəlsin və 

bərkisin. Sancaq ağardılmalı və bundan sonra kağıza taxılmalıdır. Həqiqətən, prosesdə təxminən 18 

müxtəlif əməliyyat icra olunur. 

Smit göstərir ki, bütün bu müxtəlif əməliyyatları icra edən tək adam bəlkə də gündə heç 20 

sancaq (və əgər onlar həmçinin, tələb olunan metalı hasil edir və əridirlərsə, bəlkə heç ildə birini 

də) düzəldə bilməzdi. Amma fabrikdə iĢ müxtəlif adamlar arasında bölüĢdürülərsə, onlardan hər 

biri bir və ya iki ayrı əməliyyat yerinə yetirəcək. Onların arasında, sancaqdüzəldən on güclü qrup 

əsasən  gündə  48000  sancaq  hazırlaya  biləcək  ki,  bu  da  gündəlik  hər  tək  adamdan  əldə  olunan 

məhsulun  4800 ekvivalenti  və ya 240 mislidir. 

Bu ixtisaslaĢma elə səmərəlidir ki, yalnız Ģirkətlərin daxilində deyil, sənaye sahələri və hətta 

ölkələr  arasında  da    meydana  çıxır.  Fermerlər  məhsul  və  ya  mal-qara  yetiĢdirilməsi  sahəsində 

ixtisaslaĢır:  onların  təsərrüfat  mallarını  hazırlamağa  vaxt  sərf  etməsindənsə,  nəticə  olaraq 

torpaqları çox yaxĢı qorunur və çox məhsuldardır. Amma istehsalçılar təsərrüfat mallarını təchiz 

etməkdən çox məmnundurlar və onlar da öz ərzaq məhsullarının istehsalını fermerlərin ixtiyarına 

buraxırlar. Bənzər olaraq, ölkələr daha yaxĢı istehsal etdikləri malların ixracı üzrə ixtisaslaĢırlar 

və baĢqalarının daha yaxĢı istehsal etdikləri malları idxal edirlər. 

“Səmərəliliyin  artması  yalnız  insanın  eyni  iĢi  dəfələrlə  yerinə  yetirməsindən  əldə  olunan 

bacarıqdan  gəlmir”  –  Smit  deyir.  Bir  əməliyyatdan  baĢqasına  keçməyə  az  vaxt  sərf  olunur  və 

ixtisaslaĢma  insanlara  istehsalı  dəfələrlə  artırmaq  üçün  xüsusi,  vaxt  sərfinin  qarĢısını  alan 

maĢınlardan istifadə etməyə imkan verir. Nəticə etibarı ilə: “ĠĢçilərin məhsuldarlıq qabiliyyətində 

böyük  irəliləyiĢ,  hardasa  istiqamətləndirdiyi  və  ya  tətbiq  etdiyi  böyük  qisim  bacarıq,  çeviklik, 

mühakimə görünür ki, əmək bölgüsünün nəticələri olmuĢdur”. 

Əmək  bölgüsü  çoxminlik  insanı  əməkdaĢlıqda,    hətta  ən  əsas  gündəlik  məiĢət  mallarının 

istehsalında bir araya gətirir. 

“Məsələn, günəmuzd iĢçilərin fəaliyyəti ilə istehsal olunan, kobud və qaba görünə bilən yun 

palto böyük sayda iĢçi qüvvəsinin birgə iĢinin məhsuludur. Çoban, yunu növlərə ayıran, darayan 

və ya çeĢidləyən, boyayan, təmizləyən,

 

əyirən, toxuyan, Ģtamp vuran və vitrin tərtibatçısı bir çox 



baĢqaları  ilə  öz  müxtəlif  sənətlərini  hətta  bu  sadə  məhsulu  tamamlamaq  üçün 

birləĢdirməlidirlər.”   

Bundan baĢqa, yunun daĢınması dənizçi, gəmi, gəmi düzəldən usta iĢi tələb edəcək; hətta yunu 

qırxmaq üçün qayçılar  belə  mədənçilərin  və dəmirlə  iĢləyən  fəhlələrin  əməyini tələb edəcəkdi. Bu 




www.azadliqciragi.org 

17 


siyahı sonsuzdur. Amma yüzlərlə yüksək ixtisaslı mütəxəssisin əməkdaĢlığı inkiĢaf etmiĢ ölkələrin 

böyük  sərvət  mənbəyidir  və  hətta  ən  kasıb  əhali  üçün  də  yun  palto  kimi  malları  almağa  imkan 

yaradır-Smitin dediyi kimi “ümumi sərvət öz-özünə əhalinin ən aĢağı təbəqələrinə çatır”.  

 

Mübadilədən gələn ümumi gəlirlər 

 

Smit  2-ci  fəsildə  maddi  mübadilə  ilə  istehsal  səmərəliliyinin  gətirdiyi  faydanın



 

cəmiyyətə 

necə yayılması haqda daniĢır. Bəzi xüsusi əqli və ya fiziki istedadları götürərək, o güman edir ki, 

bir  insan  “ibtidai  bir  ölkədə”  ox  düzəltmək  iĢində  baĢqalarından  daha  yaxĢı  olduğu  halda,  bir 

baĢqası da  metal iĢində daha yaxĢı ola bilər. ĠxtisaslaĢmaqla, oxçu

 

daha çox ox və dəmirçi daha 



çox  ülgüc  istehsal  edir  ki,  onları  hər  ikisi  istifadə  edə  bilər.  Beləliklə,  onlar  oxlarla  ülgücləri 

mübadilə edirlər. Ġndi hər ikisinin  sərfəli mübadilə vasitələri var və hər biri digərinin bacarığın-

dan, ixtisaslaĢmıĢ məhsulundan faydalanır.  

Smit iddia edir ki, “mal mübadiləsinə, barter və  mübadilə ilə ticarətə” həvəs insan təbiətinin 

təbii və xarakterik cəhətidir, əlbəttə, ona görə ki, bundan hər iki tərəf faydalanır.  Həqiqətən də, 

əgər tərəflərdən hər hansı biri özünü bu prosesdə itirən hesab etsəydi, mübadilə baĢ verməzdi. Və 

bu,  həlledici  məsələdir. Smitin zamanında, bizim  zamanımızda olduğu  kimi daha çox,  mal pula 

mübadilə olunurdu, nəinki baĢqa mala dəyiĢdirilirdi. Pul sərvət kimi qiymətləndirildiyi vaxtdan, 

elə  göründü  ki,  prosesdən  yalnız  satıcı  fayda  götürür.  Amma  Smit  qeyd  edir  ki,  fayda  qar-

Ģılıqlıdır. Mübadilə ilə hər iki tərəf özü üçün məhsul hazırlamağa cəhd göstərməkdənsə, istədiyi 

məhsulu daha az səylə  əldə  edir.  Hər biri  mübadilə  sayəsində  zənginlik, sərvət  yaradır. Sərvət, 

sözün baĢqa anlamında, dəyiĢməz deyil, amma insanların apardığı ticarət sayəsində yaranır. Bu, 

önəmli ideyadır.  

BaĢqa həlledici  məsələ

 

odur ki, mübadilə hələ hər iki tərəfə  fayda gətirir, hətta baxmayaraq ki, 



hər bir tərəf digər tərəfin mənafeyini deyil, tamamilə öz maraqlarını düĢünərək sövdələĢmə təklif edir 

və öhdəlik götürür. Bu, uğurludur, çünki bizə yol verir ki,  istədiyimiz Ģeylərdə  baĢqa adamların rol 

oynamasına maraq oyadaq. Smitin məĢhur sözlərinə görə: 

“Bu  bizim  nahar  gözlədiyimiz  qəssabın,  Ģərabçının  və  ya  çörəkçinin    iltifatından  deyil, 

onların  öz  maraqlarına  qayğısı  ilə  bağlıdır.  Biz  özümüzü  onların  humanistliyinə  deyil,  özü-

nəvurğunluğuna  yönəldirik  və  heç  zaman  onlara  öz  ehtiyaclarımız  barədə  deyil,  onların 

qazancları  haqda danıĢırıq.” 

“Özünəvurğunluq” və ya “Ģəxsi maraq” dedikdə Smit “acgözlük” və “xudpəsəndliyi” nəzərdə tutmur. 

Onun  mənası  18-ci  əsrdəki  kimi  səslənir:  müəyyən  dərəcədə  çirkin  həvəsli  olub  baĢqalarına  pislik  et-

məklə qazanmaq deyil, öz mənafeyinin tamamilə zəruri və uyğun Ģəkildə qayğısına qalmaq. Bu insanlar 

üçün  çox  xarakterik  və  mühümdür  ki,  “Əxlaqi  duyğular  nəzəriyyəsi”ində  “sayıqlıq”  adlandırılır.  Eyni 

kitabda,  o,  vurğulayır  ki,  “rəğbət”  (sympathy)  (və  ya  o  dediyi  kimi,  “Ģəfqət”  “empathy”)  insanın 

baĢqalarına münasibətinin səciyyəvi xarakteristikasıdır və ədalət (baĢqalarına zərər vurmayan) onun fun-

damental qaydalarından biridir.  

  

 

 



Daha geniş bazar daha böyük qazanc gətirir 

 

Mübadilədən  əldə  etdiyimiz  qazanc  odur  ki,    bizi  ixtisaslaĢmaya  təhrik  edir  və  beləliklə, 



əlavə  məhsulu artırır ki, onu baĢqaları  ilə  mübadilə edə  bilək. Ancaq  ixtisaslaĢma  mübadilənin 

mümkün  olduğu  həcmdən  asılı  olaraq  irəli  gedə  bilər  ki,  Smit  də  bu  halda  bazarın  geniĢliyini 

nəzərdə tutur. Yalnız “böyük bir Ģəhər” hamballar üçün yetərli müĢtəri təmin edə bilər, məsələn, 

o  zaman  ki,  dağılmıĢ  cəmiyyətlər  hətta  peĢəkar  dülgərlərə  və  ya  bənnalara  yardım  etmək 

imkanında olmur, adamları məcbur edir ki, bu iĢlərin çoxunu özləri  görsünlər.  

Bazarı Ģübhəsiz olaraq geniĢləndirən bir Ģey var ki, o da puldur. 




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə