Adaptasiyanın fizioloji mahiyyəti



Yüklə 15,24 Kb.
tarix29.04.2022
ölçüsü15,24 Kb.
#86222
adaptasiya


Adaptasiyanın fizioloji mahiyyəti

Adaptasiyanın (lat. adaptatio – uyğunlaşma) ilkin nəzəri şərtləri Selyenin (onun mahiyyətini müəyyən etmiş Kanadalı alimin adı ilə bağlıdır) ümumi adaptasion sindromu barədə tədqiqatlarında göstərilmişdir. Selyenin ümumi adaptasion sindromu – qıcıqlandırıcıların təsirinə orqanizmin verdiyi qeyri-spesifik reaksiyalar kompleksidir ki, bu da bir neçə mərhələdər keçir: həyəcan, rezistentlik, tükənmə.

Həyəcan mərhələsi üçün norma və patologiyanın hüdudlarında dayanan fizioloji funksiyaların səfərbərliyi xasdır. Bu mərhələdə adaptiv effektə nail olmaq hipotalamus-hipofiz-böyrəküstü vəz hormonlarının gərgin sintezilə təmin olunur. Hüdud əzələ yüklənmələrinin təsiri zamanı həyəcan mərhələsi əzələ gərginliyinin qüvvə və müddətinin maksimal göstəriciləri ilə təzahür olunmaqla, nəticədə eneji ehtiyyatlarının sürətli tükənməsinə və işin davam etdirilməsindən imtinaya gətirib çıxara bilər.

Stress reaksiyalarla müşayiət olunan əzələ işinin vegetativ təminatı daha qənaətli yolla baş verir. Bu qanın vurğu həcminin azalması zamanı ürək təqəllüsünün kəskin tezləşməsi, tənəffüsün dərinliyinin azalması zamanı tənəffüsün sıxlığının çoxalması və icra olunan digər hərəkətlərlə uyğunlaşmalara da aid ola bilər. Qlobal əzələ fəaliyyəti zamanı qan axının paylaşdırılması daxili orqanların qan təchizinin nisbətən pisləşməsinə səbəb olmaqla, nəticədə onların fəaliyyətindəki pozuntulara da gətirib çıxara bilər.

Uzunmüddətli adaptasiyanın fizioloji mexanizmləri rezistentlik mərhələsinin mexanizmlərinə oxşardır. Ağır fiziki yüklənmələrdə adenozintrifosfat turşusu (ATF) ehtiyyatlarının kəskin azalması baş verir, bunun nəticəsində onun parçalanma məhsullarının nisbəti digər qalan miqdarından çox olur. ATF-in enerji mübadiləsi məhsullarının çoxalması enerji toplanmasını fəallaşdırır. Bu zaman nuklein turşusu və zülalların biosintezi aktivləşir ki, bu da uzunmüddətli adaptasiyanın əsası hesab edilir. Uzunmüddətli adaptasiya prosesində hüceyrə daxili oksigen nəqledici sistemin şiddəti yüksəlir, bəsləyici və bioloji aktiv maddələrin kütləsi artır, dominantlıq təşkil edən funksional sistemin formalaşması yekunlaşır, adaptasiyaya cavabdeh olan bütün orqanlarda spesifik morfoloji dəyişikliklər müşahidə olunur. Beləliklə, ürəyin kütləsi 20-40%-ə qədər arta bilər; normal sürətli adaptasiya zamanı paralel şəkildə ürək əzələsinin kapilyar şəbəkəsi də genişlənir.

Müsbət bioloji əhəmiyyət kəsb edən adaptasion dəyişikliklər hər zaman adaptiv ehtiyyatların qorunub saxlanılmasına zamin ola bilmir. Pozucu və dağıdıcı amillərin fasiləsiz şəkildə artdığı halda belə bir halın baş verməsi labüddür.



Fiziki hərəkətlərlə məşğul olan zaman gücləndirilmiş yüklənmələr tam orqanizm və ya onun ayrı-ayrı sistemlərinin həddən artıq gərginləşdirilməsinə səbəb ola bilər. Bu mərhələ mütləq şəkildə baş verməli deyil. İş və istirahət rejiminə düzgün riayyət olunması, məşq və bərpa vasitələrinin səmərəli təşkili zamanı yüksək idman yüklənmələrinə olan davamlılıq uzun illər ərzində saxlanıla bilər. Məhz buna görə də uzun müddətli idman təkmilləşdirmə proqramının işlənilməsi zamanı onun əsasına xarici, təsadüfi amillər (məsələn, idman yarışlarının təqvimi) deyil, idmançıların fiziki yüklənmələrə adaptasiya ehtiyyatlarının təşəkkülü və saxlanılmasının fərdi və yaş xüsusiyyətlərinin diqqətlə öyrənilməsi daxil edilməlidir.
Yüklə 15,24 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə