Advanced Internet research strategies



Yüklə 15,52 Kb.
tarix30.10.2018
ölçüsü15,52 Kb.


Ətraflı İnternet tədqiqat strategiyaları

Azərbaycan jurnalistləri üçün | Ceff Sauz tərəfindən | Virginia Commonwealth Universiteti

İngilis və ya rus dillərində axtarış edirsinizsə, aşağıdakı strategiyalardan Google axtarış sistemində istifadə edilir (Mən Azərbaycan və ya Türk dilləri ilə yoxlamamışam). Bu məsləhətlərin çoxu Yandex.ru və Rambler.ru kimi digər axtarış sistemi ilə də işləyir.



Veb səhifədə açar sözləri, söz birləşmələri və rəqəmləri axtarmaq

Söz birləşmələrini dırnaq işarəsi daxilində qeyd edin. Bu, Google axtarış sistemini sadəcə sözləri deyil, dəqiq ifadəni axtarmağa məcbur edir.

Mənfi işarəsi Google-a axtarış zamanı müəyyən sözlərin istisna edilməsini bildirir. Məsələn, əgər siz zeytun yağı deyil də Azərbaycan nefti haqqında axtarış edirsinizsə, Google-da belə yazırsınız:

Sözləri axtardığınız kimi rəqəmləri də axtara bilərsiniz. Ən əası isə müəyyən bir aralıqdakı rəqəmləri axtara bilərsiniz. Bunu etmək üçün aralığınızın başlanğıc və sonnöqtələri arasında 2 nöqtə qoyursunuz.





Axtarışları xüsusi saytlarla məhdudlaşdırmaq

Mütəxəssislərin də bildiyi kimi bütün saytlar eyni dərəcədə etibarlı deyil. Hekayələriniz üçün tez-tez hökümət veb-saytlarını yaxud müəyyənqrupların veb-saytlarını axtarmaq istəyirsiniz. Axtarışlarınıza "site:" yazaraq, bir URL'nin tamamını və ya bir hissəsini yazaraq fokuslana bilərsiniz. Misal üçün:

site:gov ABŞ-ın bütün hökümət veb-saytlarınıaxtarır

site:gov.az Azərbaycanın bütün hökümət veb-saytlarını axtarır

site:mfa.gov.az Azərbaycanın Xarici İşləri Nazirliyinin veb-saytını axtarır

Aşağıdakı nümunə vasitəsilə Prezident İlham Əliyevin veb-saytında korrupsiya ilə bağlı bütün istinadları tapa bilərsiniz:



Yaxud da Azərbaycan veb-saytlarında insan alveri ilə bağlı istinadlar tapmaq istəniz qeyd edilən nümunədəki kimi axtarış edə bilərsiniz:





Google-un "Ətraflı axtarış" interfeysi

Axtarış qutusunda yazmaraq axtarışdan əlavə, Google-un "Ətraflı axtarış" interfeysi var: https://www.google.com/advanced_search



İnternetdə gördüklərinizi necə qiymətləndirirsiniz?

Berkeley Universitetinin Kaliforniya Universitetinin veb səhifələrini qiymətləndirmək üçün əla bir təlimatı vardır. Aşağıdakı qeyd edilən link vasitəsilə nəzər sala bilərsiniz:



http://www.lib.berkeley.edu/TeachingLib/Guides/Internet/Evaluate.html

Həmin təlimatda bu məsləhətlər təklif edilir:

1. URL baxın. Hökumət saytları və QHT-lərin saytları, adətən kommersiya saytlarından və şəxsi saytlardan daha etibarlıdır.

2. Veb səhifədə müəllif haqqinda ("Bioqrafiya" və ya "Kim olduğumu") və / və ya sponsorluq təşkilatı ("Bizim haqqımızda") haqqında məlumatlara baxın. Müəllifin etimadnaməsi nədir? Veb səhifəsində tarixə də baxın.

3. Keyfiyyətli məlumatlarının göstəricilərinə baxın. Saytda qeyd (footnote), linklər və ya məlumatın mənbəyini göstərən digər məlumatlar varmı? Linklər işləyirmi? Saytda düzgün yazı və qrammatika istifadə edilirmi?

4. Başqaları nə deyir? Baxdığınız səhifəyə hansı digər saytların keçidi olmasını tapmaq üçün Google-dan istifadə edin. Alexa [ https://www.alexa.com/siteinfo ] da həmçinin saytın nə qədər populyar olduğunu və hansı saytların bu sayta keçidi olduğunu göstərə bilər.

5. Bütün bunlar kifayətdirmi? Niyə görə səhifə yaradılıb? O, obyektiv olaraq sizə məlumat verməyə çalışır, yoxsa bir şeyə inanmaq və ya bir şey etmək üçün sizi inandırmağa çalışır? Saytda satira və ya parodiya ola bilərmi?

Onlayn məlumatların qiymətləndirilməsinin başqa bir üsulu isə veb-səhifənin "sahibinin" - saytın qeydiyyatını edən və bunun üçün məsuliyyət daşıyan şəxsinkim olduğuna baxmaqdır. Bir neçə veb aləti bu məlumatı sizə verə bilər. Bunlara daxildir:



http://www.internic.net/whois.html

http://whois.domaintools.com/







Xəbərləri necə əldə bilərsiniz?

Google Alerts'I, bu linkdən https://www.google.com/alerts qurun.

Google-a nəyi axtacağını (açar sözlər və digər parametrlər) və nə axtarılacaqlarını (veb, xəbər saytları və ya blogları) yazın və sonra Google tapdıqlarını sizə e-poçt ilə göndərəcəkdir. Google, həftədə bir dəfə, gündə bir dəfə və ya sizin təfsilatlarınıza cavab verən materiallarla qarşılaşdıqda bunu edə bilər.

"Azerbaycan" və ya başqa bir açar söz olan mətbuat şərhlərini bu veb-saytdan axtara bilərsiniz. https://www.prnewswire.com/search/advanced/ . Siz, həmçinin rus və digər dillərdə də mətbuat şərhləri üçün axtarış edə bilərsiniz.



Dəyişikliklər üçün veb səhifələrə nəzarət edilməsi

Bunu, Versionista [ https://versionista.com ], VisualPing [ https://visualping.io ] və ya FollowThatPage [ https://www.followthatpage.com ] kimi pulsuz vasitələrlə edin.




: wp-content -> uploads -> 2014
2014 -> «xalqların psixologiyası»
2014 -> Yeni tanı almış hastada ilk danışmanlık, anamnez, muayene ve laboratuar testleri
2014 -> “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında
2014 -> Journey to Sacred India
2014 -> Qrup liderinin rol və funksiyaları, liderin mənimsədiyi nəzəri yanaşmadan, liderlik tərzindən və liderlik bacarıqlarından, aldığı təhsildən, etik qaydalara uyğun davranıb davranmayışından, şəxsiyyəti və fərdi xüsusiyyətlərindən təsirlənir
2014 -> Mühazirə Tarix, elm və fəlsəfə. Anlayışlar və ideyalar Keçmiş və Tarix
2014 -> Kişisel arzu, istek ve ihtiyaçları için ürünleri satın alan ya da satın alma kapasitesinde olan gerçek kişidir
2014 -> Lt scientific
2014 -> Microsoft Word Konflikt Gruppen Manus Q. doc
2014 -> Yazılı Bacarıqlar (yazma- oxuma)


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə