1
O.V. İbadlı, N.B. Hüseynova
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ
MƏRKƏZİ NƏBATAT BAĞI - 75
(AMEA Mərkəzi Nəbatat Bağının inkişaf tarixi haqqında qısa
məlumat)
Azərbaycan Milli Elmlər Akademiyasının 65 illiyinə həsr olunur
Bakı – 2009
Mərkəzi Nəbatat Bağının Elmi şurasının qərarına əsasən
Azərbaycan Milli Elmlər Akademiyasının 65 illiyi ilə
əlaqədar çap olunur.
2
Redaktorlar : b.e.n V.S. Fərzəliyev
R.İ. Babayev
A M E A M Ə R K Ə Z İ N Ə B A T A T B A Ğ I - 75 (Mərkəzi
Nəbatat Bağının inkişaf tarixi haqqında qısa məlumat). Bakı,
«Elm», 2009
Kitabçada 1934-2009-cu illər ərzində AMEA Mərkəzi
Nəbatat Bağının keçdiyi tarixi inkişaf yolu, laboratoriyaları və
ekspozisiyaları haqqında məlumat verilir. Kitabça Bağın tikintisi,
ekspozisiyaların yerləşməsi, müxtəlif bitkilərin fotoşəkilləri ilə
zənginləşdirilmişdir.
Kitabça nəbatatçılar, Bağa gəzintiyə gələnlər, o cümlədən
müəllim, tələbə, bağ həvəskarları və geniş oxuçu kütləsi üçün
nəzərdə tutulmuşdur.
3
Ön söz
Elmi-tədqiqat işləri aparılmayan Nəbatat bağı – adicə parkdır,
elmi-tədqiqat işləri aparılan Bağ isə cəmiyyətin inkişafında, onun
maarifləndirilməsində mühüm rol oynayır.
Belə bağlardan biri də ərazisi 45,5 hektar olan və Bakının
cənub-şərq sisteminin yaşıl zonasına daxil olaraq, onun yaşıl
mədəni mərkəzi hesab olunan Azərbaycan MEA-nın Mərkəzi
Nəbatat Bağıdır.
Yarandığı
1934-cü
ildən
Azərbaycan
Milli
Elmlər
Akademiyası Botanika İnstitutunun nəzdində bir şöbə kimi
fəaliyyət göstərən Nəbatat bağı 2000-ci ildə Azərbaycan MEA
Rəyasət Heyətinin qərarı ilə Botanika İnstitutunun strukturundan
ayrılaraq Biologiya Elmləri Bölməsi nəzdində sərbəst elmi-
tədqiqat təşkilatına çevrildikdən sonra ictimaiyyət arasında daha
böyük marağa səbəb olmuşdur.
Bağın nadir bitki kolleksiyaları ilə tanış olmaq, onun çiçək
ətirli havasını udmaq və fisünkar gözəlliyini seyr etmək üçün hər
il
minlərlə
şagird
və
tələbə,
şəhərimizin
qonaqları,
respublikamızda fəaliyyət göstərən səfirliklərin nümayəndələri,
xarici ölkələrin alimləri Bağı ziyarətə gəlirlər. Burada elə bitkilərlə
tanış olmaq olar ki, onlar artıq itmək təhlükəsi altındadırlar.
Seyrçilər sahəsi 45,5 hektar olan Mərkəzi Nəbatat Bağının
xiyabanları ilə irəliləyərkən maraqlandıqları bitkilərin adını,
cinsini, vətənini azərbaycan, rus və latın dillərində bitkilərin
üzərindən asılmış lövhəciklərdən öyrənə bilərlər.
Bitki aləmi hədsiz deyildir, yalnız onlara göstərilən diqqət və
qayğı təbiətin bizə bəxş etdiyi bu gözəlliyi qoruyub saxlamağa
imkan verir. Bağda Azərbaycan florasından olan bitkilərlə
bərabər, dünyanın müxtəlif botaniki-coğrafi zonalarından olan
(Şərqi Asiya, Şimali Amerika, Aralıq dənizi hövzəsi və s.) çox
qiymətli ağac, kol, çiçək, ot bitkiləri vardır.
4
Şəhərimizin ən yüksək nöqtəsində yerləşən Mərkəzi
Nəbatat Bağı həm də bir mədəni-maarif ocağı kimi biologiya
elminin nailiyyətlərini əhali arasında təbliğ edir.
MƏRKƏZİ NƏBATAT BAĞININ İNKİŞAF TARİXİ
Başlanğıc (1934-1940)
1934-cü ilin iyun ayının 15-də Azərbaycan SSR Xalq
Komissarları Soveti Bakı Sovetinə Nəbatat bağının salınması üçün
vəsait ayrılmasını tapşırır. Beləliklə, 1934-cü ilin ikinci yarısından
bağın tikintisinə başlanılır və inşaat materialları almaq üçün
maliyyə xərcləri ayrılır. 1934-cü ilin iyul ayının 3-də Nəbatat bağı
və Nəbatat institutu üçün Dağüstü parkdan (indiki «Şəhidlər
xiyabanı»ndan) başlamış «Qurd qapısı»na gedən yol arasında 80-
100 hektar sahə ayrılması və sahənin su ilə təchiz edilməsi barədə
qərar qəbul edilir.
1935-ci ildə Nəbatat bağının ilk direktoru Mixail Vasilyeviç
Brjezitski təyin olunur və bağda toxum, qələm, tinglərlə əkin
işinə başlanılır.
Bağın əsas sahəsinin nəzərdə tutulmuş layihə planı
5
Bağın salınması üçün ayrılmış ərazi
Nəbatat bağının bazası əsasında 1936-cı ildə Botanika
institutu təşkil olunur və Nəbatat bağı bir şöbə kimi institutun
nəzdində fəaliyyət göstərməyə başlayır. 1938-ci ildən Nəbatat
bağının direktoru vəzifəsinə Həmid Musa oğlu Qədirov təyin
edilir.
1935-1938-ci illər ərzində Nəbatat bağında institut binası,
oranjereyalar, istixanalar, bağın əməkdaşları üçün yaşayış binası,
emalatxana, təsərrüfat binası inşaat olunur. Bu vaxtdan
etibarən bağın sahəsində Azərbaycan florasından, eləcə də
ekzot texniki, dərman bitkilərinin kolleksiyasının yaradılması ilə
yanaşı, onların üzərində elmi-tədqiqat işləri aparılır.
1936-1937-ci illərdə ekspedisiya, ezamiyyətlər və toxum
mübadiləsi yolu ilə digər Nəbatat bağlarından alınan əkin və
səpin materialları hesabına açıq və örtülü sahələrdə (oranjereya və
istixanalarda) bir çox bitkilərin kolleksiyası yaradılır.
1937-1940-cı illər ərzində bağ üçün nəzərdə tutulan ərazidə
neft quyularının qazılması ilə əlaqədar olaraq bu əsas sahə alınır
və bağda yalnız 16 hektar qalır.
6
Tikinti və əkin işlərinin başlanması
7
Müharibə və müharibədən sonrakı illər
(1941-1960)
Ağır müharibə illəri (1941-1945) ilə əlaqədar olaraq tikintinin
dayandırılmasına,
introduksiya
işlərinin
ləng
getməsinə
baxmayaraq, yerli floradan olan ot və ağac bitkilərinin üzərində
tədqiqatlar, həmçinin kolleksiyaların genişləndirilməsi işləri
davam etdirilir.
1948-ci
ildən
H.M.Qədirovun
Azərbaycan
Pedoqoji
İnstitutuna keçməsi ilə əlaqədar Nəbatat bağına rəhbərlik 1949-
cu ildən müvəqqəti olaraq Əhməd Şərbət oğlu Hacıyevə həvalə
olunur. Ə.Hacıyev az müddət işlədikdən sonra vəfat edir və onun
yerinə 1950-ci ildə bağın əməkdaşı Muxtar Əli oğlu Rəhimov
təyin olunur. Bu vaxt bağın ərazisini genişləndirmək məqsədilə
Əhmədli yaylasında yeni bağ sahəsi ayrılır və orada xeyli işlər
görülməklə ağaclar əkilir. 1954-cü ildə Əhmədlidə olan sahə
bağdan alınır və əsas işlər bağın indiki ərzində aparılır.
1952-ci ildən Nəbatat bağına rəhbərlik Qasım Fərrux oğlu
Axundova tapşırılır. Bir neçə il ərzində bağda xeyli işlər görən
Q.F.Axundovun Nəbatat institutunun elmi işlər üzrə direktor
müavini vəzifəsinə keçməsi ilə əlaqədar olaraq Vahid Cəlal oğlu
Hacıyev bağa yeni direktor təyin olunur. V.C.Hacıyev 1956-cı
ildən 1957-ci ilin iyun ayına kimi Nəbatat bağına rəhbərlik edir və
xeyli əkin kompaniyası aparır.
1957-ci ilin iyun ayından bağa rəhbərlik Leninqrad Meşə
Mühəndisliyi
Akademiyasını
bitirmiş
Azərbaycan
Kənd
Təsərrüfatı İnstitutunun müəllimi, k.-t.e.n. Üzeyir Musa oğlu
Ağamirova həvalə edilir.
1950-1960-cı illər ərzində Nəbatat bağında suvarma suyunun
olmaması introduksiya işlərinin aparılmasına maneçilik törədirdi.
1960-cı ildə Ceyranbatan su ambarının tikilməsi və həmin suyun
Nəbatat bağına verilməsi, orada əkin və elmi-tədqiqat işlərinin
genişləndirilməsinə imkan verdi. Elə həmin dövrdə bağın 16
8
hektarlıq sahəsinə yaxın olan 25 hektar yaşıllıq sahəsinin Nəbatat
bağına verilməsi, bağın sahəsinin 41 hektaradək artmasına səbəb
oldu.
Bağın xiyabanları (1945- 1965- cı illər)
9
İntibah illəri (1960-1980)
1960-1978-ci illər bağın çiçəkləndiyi illər hesab olunur. Bu
illərdə Nəbatat bağı Bakı, Gəncə, Sumqayıt şəhərlərinin və
Naxçıvan MR-nın yaşıllaşdırılması üçün 100 növdən ibarət 10
minlərlə ağac, kol və çiçək bitkiləri vermiş, o cümlədən Bakı
şəhərinin Yaşıllaşdırma İdarəsinə və Abşeronun sənaye
müəssisələrinə, Bakı Məişət Kondisionerləri zavoduna,
Azərelektroterm, Radio, Gəmi təmiri zavodlarına, məktəb və
bağçaların yaşıllaşdırmasına köməklik göstərmişdir. Bu illərdə
Nəbatat
Bağında
M.Brjezitski,
İ.Səfərov,
M.Mikayılov,
R.Rəhimova, A.Əliyev, S.Pityayev, Ü.Ağamirov, M.Ağamirova,
M.Rəhimov, K.Quliyev, Ə.Məsiyev,T.Kazımova, İ.Qolniyeva,
Ş.Babayev, R.Babayev, C.Mirzəliyev, A.İsgəndərov, N.Babayev,
A.Bayramov, O.İbadlı, M.Qurbanov və başqa görkəmli alimlər
tədqiqat işləri aparmışlar.
Həmin illərdə Nəbatat bağı 70 xarici ölkənin 290 Nəbatat
bağları ilə toxum mübadiləsi aparmış, dərman, efiryağlı, sənaye
və bəzək əhəmiyyətli bitkilərin aqrotexniki tövsiyələrini
hazırlayıb təsərrüfatlara vermişdir.
1970-ci ildən başlayaraq «Abşeronun və Bakı şəhərinin
yaşıllaşdırılması haqqında» verilən dövlət qərarları Nəbatat
bağında ağac və kol bitkilərinin introduksiya işlərinin daha da
genişləndirilməsinə səbəb olur. Bu illərdə Nəbatat bağının yeni
ərazisində botaniki-coğrafi prinsipə görə sahələrin yaradılmasına
başlanılır. Bu məqsədlə Dövlət Layihə İnstitutunda xüsusi layihə
hazırlanır. Layihədə yeni istixana və oranjereyaların tikilməsi
nəzərdə tutulur. Ancaq Nəbatat institutunun yeni binasının
tikilməsi ilə əlaqədar vəsaitin çatışmaması səbəbindən tikintinin
sonraya saxlanılmasına baxmayaraq, elmi-tədqiqat işləri davam
etdirilir.
10
1977-ci ildə akademik Həsən Əliyevin rəhbərliyi ilə xüsusi
komissiya yaradılır. Həmin komissiya Bakı şəhər Yaşıllaşdırma
Trestinin, Milli Elmlər Akademiyasınin, Biologiya Elmləri
Bölməsinin bir sıra institutlarının alimlərinin, Bakı şəhər Sovetinin
nümayəndələrinin iştirakı ilə bağın inkişafı haqqında tədbirlər
hazırlayır. Həmin tədbirlər Akademiya tərəfindən Nazirlər
Sovetinə təqdim edilir və Nazirlər Sevetinin qərarı ilə bağın abad-
laşdırılması məsələsi Bakı şəhər Abadlaşdırma Trestinə həvalə
olunur və 1978-1980-cı illərdə yenidən Nəbatat bağın sahəsinin
abadlaşdırılması işlərinə başlanılır, lakin çox təəssüflər olsun ki,
bu işlər ləng aparılır.
1980-cı ilin axırlarında bağın direktoru vəzifəsinə b.e.n. Arif
Əli oğlu Bayramov təyin edilir.
Durğunluq illləri
1980-cı illərin axırı və 1990-cı illərin əvvəllərindən
Respublikadakı ümumi vəziyyətlə əlaqədar olaraq bağda heç bir
iş aparılmamış, yay mövsümündə suyun çatışmaması, qışda
oranjereyalarda istiliyin olmaması, əmək haqlarının az olması ilə
əlaqədar fəhlə qüvvəsinin çatışmaması üzündən Nəbatat bağının
qiymətli
kolleksiyaları:
Soğangülü
(georgin),
payızgülü,
qarğasoğanı, buynuzbaş, qiymətli ağaclar, güllər, çəmən (qazon)
və oranjereya bitkilərinin bir hissəsi məhv olub aradan çıxmışdı.
11
Mixail Vasilyeviç Həmid Musa oğlu
Brjezitski Qədirov
(1935-1938) (1952-1956)
Muxtar Əli oğlu Qasım Fərrux oğlu
Rəhimov Axundov
(1950-1952) (1952-1956)
12
Vahid Cəlal oğlu Üzeyir Musa oğlu
Hacıyev Ağamirov
(1956-1957) (1957-1980)
Arif Əli oğlu Oruc Vəli oğlu
Bayramov İbadlı
(1980-2000)
(2000 - hal-hazıradək)
13
Mərkəzi Nəbatat Bağı – iri elmi-tədqiqat müəssisəsidir
(2000-2009)
Akademik Cəlal Əlirza oğlu Əliyevin şəxsi təşəbbüsü və
Azərbaycan MEA-nın Rəyasət Heyətinin «Nəbatat bağının
fəaliyyətinin yaxşılaşdırılması haqqında» 04 fevral 2000-ci il
tarixli 7/2 saylı qərarına əsasən Nəbatat bağı Botanika
İnstitutunun tərkibindən ayrılaraq Biologiya Elmləri Bölməsi
nəzdində müstəqil elmi-tədqiqat muəssisəsi kimi fəaliyyətə
başladı. Bağın direktoru vəzifəsinə biologiya elmləri namizədi
(hazırda Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü,
biologiya elmləri doktoru) O.V. İbadlı, elmi işlər üzrə direktor
müavini vəzifəsinə kənd təsərrüfatı elmləri namizədi Ü.M.Ağa-
mirov (hazırda biologiya elmləri namizədi V.S.Fərzəliyev), elmi
katib vəzifəsinə isə biologiya elmləri namizədi, dosent N.B.
Hüseynova seçildilər.
Bağın Nizamnaməsi, strukturu, Elmi şurasının tərkibi təsdiq
edildi, Bağın nəzdində aspirantura fəaliyyətə başladı və Nəbatat
bağının adı dəyişdirilərək «Azərbaycan Elmlər Akademiyasının
Mərkəzi Nəbatat Bağı» adlandırıldı.
Hazırda Mərkəzi Nəbatat Bağının nəzdində aşağıdakı
laboratoriyalar fəaliyyət göstərir:
1.
«Ağac və kol bitkiləri» laboratoriyası (rəhbəri b.e.n., dos. E.
İsgəndər)
2.
«Nadir və nəsli kəsilməkdə olan bitkilər» laboratoriyası
(rəhbəri AMEA-nın müxbir üzvü O.İbadlı)
3.
«Örtülü şəraitdə becərilən bitkilər» laboratoriyası (rəhbəri
b.e.d., prof. A. Bayramov)
4.
«Çiçəkçilik» laboratoriyası (rəhbəri b.e.n. A. İsgəndərov)
5.
«Bitkilərin mühafizəsi və monitorinqi» laboratoriyası
(rəhbəri b.e.n. V. Fərzəliyev)
14
Bu laboratoriyalarla yanaşı Mərkəzi Nəbatat Bağının nəzdində
«Toxumçuluq» və «Bitkilərin xəstəlik və zərərvericilərlə
mübarizə» sektorları da fəaliyyət göstərir.
Bu bölmələrdə 123 əməkdaş, o cümlədən 23 nəfər elmi işçi
çalışır ki, onlardan 2 nəfəri Azərbaycan MEA-nın müxbir üzvü, 3
nəfəri elmlər doktoru, 13 nəfəri isə elmlər namizədidir.
Müstəqil elmi- tədqiqat müəssisəsi kimi fəaliyyətə başladığı
vaxtdan Bağın əməkdaşları tərəfindən yerli və xarici mətbuatda
400- dən artıq məqalə, 4 monoqrafiya, 4 əsərlər toplusu, «Müalicə
bitkiləri» seriyasından 10 kitabca və 4 dildə 2 hissəli «Nəbatat
terminləri və bitki adları » lüğəti çapdan çıxmışdır.
Mərkəzi Nəbatat Bağının 75 illiyi ilə əlaqədar olaraq Bağda
AMEA Biologiya Elmləri Bölməsi, Azərbaycan «Botaniklər
Cəmiyyəti» və Mərkəzi Nəbatat Bağının dəstəyi ilə «Bioloji
müxtəliflik və bitkilərin introduksiyası» Beynəlxalq elmi
konfransı keçirilmişdir.
Hal-hazırda Bağda dünya standartları səviyyəsində 1
oranjereya və 2 istixananın tikintisinə başlanmışdır.
16
İstiqaməti
Mərkəzi Nəbatat Bağında elmi tədqiqatlar Azərbaycanda
flora biomüxtəlifliyinin öyrənilməsi, genofondunun qorunması və
səmərəli istifadəsi istiqamətində davam etdirilir. Bağın bütün
elmi strukturları sənaye əhəmiyyətli nadir və nəsli kəsilməkdə
olan bitkilərin biomüxtəlifliyi, introduksiyası və məlumat
bankının yaradılması problemi üzrə elmi-tədqiqat işləri aparırlar.
Ötən 75 il ərzində Mərkəzi Nəbatat Bağı geniş dairədə
tanınmış iri tədqiqat mərkəzinə çevrilmişdir. Bağ tərəfindən
aparılmış elmi tədqiqatların nəticələri bir sıra irihəcmli əsərlərdə
əks etdirilmiş və dünyanın mötəbər nəşrlərində çap etdirilmişdir.
2006-cı ildən Mərkəzi Nəbatat Bağı Dünya Nəbatat bağlarının
üzvü seçilmişdir.
75 il ərzində Bağda bir neçə min ağac, kol, çiçək, dərman və
başqa texniki bitkilərin növ, forma və sortları (çeşidləri) sınaqdan
keçirilmişdir. Nəticədə hazırda Bağda 2500-ə yaxın faydalı
bitkilərin növ, forma və sortlarının zəngin kolleksiyası
toplanmışdır. Bunlar yerli və dünyanın müxtəlif botaniki-coğrafi
rayonlarının florasındandırlar. Kolleksiyada 250 növə qədər ağac
və kol Şərqi Asiya florasından olub, 30 növə qədər dovşanalması,
yapon kriptomeriyası, himalay sidri, 20 növ dekorativ alma, 25
növ zirinc, ağcaqayın, itburnu, yemişan, sərv, tuya və s. vardır.
Şimali Amerika florasından tikanlı küknarı, nəhəng sekvoyanı,
iriçiçək maqnoliyanı, 30 növə qədər yemişan, göyrüş, Aralıq
dənizi florasından atlas sidrini, livan sidrini, çiyələk ağacını, qara
şamı, bir çox buxur kolu növlərini, Qafqaz florasından
şabalıdyarpaq palıd, eldar şamı, dəmirağacı, vələsyarpaq azad
ağacını, mantar və daş palıdını, ipək akasiyasını və s. göstərmək
olar.
Hazırda Bağda Qafqaz florasından olan 149 növ nadir və
nəsli kəsilməkdə olan və adları keçmiş SSRİ-nin və Azərbaycanın
«Qırmızı Kitab»larına daxil edilmiş geofit bitkilərin kolleksiyası
17
vardır. Uzun illər boyu Azərbaycan şəraitinə uyğunlaşan əzvay,
zəfəran, çiriş, qulançar və ya mərəçüyüd və onlarla sənaye,
texniki, dərman, ətirli-ədviyyalı, qida əhəmiyyətli bitkilər iş
adamlarının diqqətini cəlb edə bilər və az məsrəflə, çox gəlir əldə
etmək imkanı verər.
Mərkəzi Nəbatat Bağında çiçək bitkilərinin, o cümlədən
soğanaqlı
bitkilərdən-Soğangülü,
Payızgülü,
Qarğasoğanı,
Dağlaləsi, Nərgiz, Sünbülçiçək, Süsən, 400-ə qədər qızılgül
sortunun kolleksiyası toplanmışdır.
Mərkəzi Nəbatat Bağı dünyanın 100-dən artıq Nəbatat bağları
ilə əlaqə saxlayır, toxum mübadiləsi edir və onlardan
introduksiya üçün toxum alır.
Respublikamızın mərkəzində yerləşən yeganə Nəbatat
Bağının kollektivi onu dünya standartları səviyyəsinə çatdırmaq,
gələjək nəsillərə ərməğan etmək və inkişaf etdirmək üçün əlindən
gələni əsirgəmir.
18
Bağdan bir görünüş
Bağda ekskursiya
19
«Ağac və kol bitkiləri»
laboratoriyası
2000-ci ildə yaradılmış «Ağac və kol bitkiləri» laboratoriyası
Botanika İnstitutu nəzdində 1994-cü ildən fəaliyyət göstərən
«Ağac bitkilərinin introduksiyası» laboratoiaysının bazası
əsasında yaradılmışdır. Vaxtilə laboratoriyada Ü. M. Ağamirov,
M. Ağamirova, T. Mehdiyev, Y. Zeynalov, N. Babayev, T.
Məmmədov, R. Həsənova və b. çalışmışlar.
2000-2007-ci ilərdə laboratoriyaya k./t.e.n. Ü. M.Ağamirov
rəhbərlik etmiş, hazırda «Ağac və kol bitkiləri» laboratoriyasının
rəhbəri dosent E. O. İsgəndərdir.
Əməkdaşları: AMEA-nın müxbir üzvü M. R. Qurbanov, b.e.n.
C. D. Mirzəliyev, b.e.n., dos. E.P.Səfərova, b.e.n. dos. E. Y. Əliyev,
b.e.n. dos. C. N. Nəcəfova, b.e.n. Ş. Hüseynov, elmi işçi S.
Qarayev, böyük laborant E. Fərəcovadır.
Laboratoriya əməkdaşlarının yerinə yetirdikləri elmi-tədqiqat
işlərinin istiqamətini Azərbaycan florasına daxil olan sənaye
əhəmiyyətli, eləcə də nadir və nəsli kəsilməkdə olan ağac və kol
bitkilərinin introduksiyası, reproduksiyası və repatriasiyasının,
meyvə və toxumların biomorfologiyasının tədqiq edilməsi,
genofondunun qorunması və məlumat bankının yaradılması
təşkil edir.
20
Bağın xiyabanlarından bir görünüş
21
«Nadir və nəsli kəsilməkdə olan bitkilər» laboratoriyası
«Nadir və nəsli kəsilməkdə olan bitkilər» laboratoriyası hal-
hazırda Azərbaycan MEA – nın Biologiya Elmləri Bölməsi
tərkibində müstəqil elmi-tədqiqat təşkilatı kimi fəaliyyət göstərən
Mərkəzi Nəbatat Bağının ən qabaqcıl laboratoriyalarından biridir.
Bu laboratoriyada nadir və nəsli kəsilməkdə olan bitkilərin
biomüxtəlifliyinin öyrənilməsi, introduksiyası, reintroduksiyası
(təbiətə qaytarılması), mühafizəsi və genofondunun yaradılması
istiqamətində geniş elmi-tədqiqat işləri aparılır. Laboratoriyaya
AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru Oruj Vəli oğlu
İbadlı rəhbərlik edir. Əməkdaşları: k.-t.e.n., dos. K. S. Əsədov,
b.e.n., dos. N. B. Hüseynova, k.e.i. S. Q. Quliyeva, k.e.i. G. T.
Əliyeva, böyük laborantlar - A. O. Nəsibova, S. N. Kazımova, A.
A. Zərgərlidir. Laboratoriyada 2 aspirant və 5 dissertant elmi-
tədqiqat işləri aparır.
«Nadir və nəsli kəsilməkdə olan bitkilər» laboratoriyasının
ekspozisiya sahəsi Mərkəzi Nəbatat Bağının şimal-qərb hissəsində
yerləşir. Nadir və nəsli kəsilməkdə olan ot bitkilərinin
öyrənilməsi, onların gələçək nəsillər üçün qorunub saxlanması ən
vacib və aktual məsələ olduğundan Azərbaycan florasında bitən
nadir növlərin öyrənilməsi, itib batmaqda olan növlərin
çoxaldılaraq geniş surətdə artırılması və onların genofondunun
toplanması vacib məsələlərdən biridir. Uzun müddət floramızda
bitən bir çox nadir növlər bir sıra səbəblər üzündən itib batmaq
təhlükəsi altındadır. Bu təhlükəni aradan qaldırmaq üçün
Mərkəzi Nəbatat Bağında geofit bitkilərindən ibarət dünya
standartları səviyyəsində kolleksiya sahəsi yaradılmışdır. Bu
kolleksiya introduksiya tədqiqatları üçün baza təşkil etdiyindən
22
geniş nümayiş üçün bağlı olan ərazidə yerləşmişdir. Hal-hazırda
9 kolleksiyada 96 cins, 610 növ, 300-dən artıq çeşid bitki vardır.
Toplanmış kolleksiyanın 323 bitkisi üzərində sınaq keçirilmiş və
onlardan 150-yə qədəri təsərrüfatlara tövsiyə edilmişdir. Bu işlər
haqqında 2 müəlliflik şəhadətnaməsi alınmışdır. Bundan əlavə
nadir və nəsli kəsilməkdə olan 149 bitkinin kolleksiyasını
yaradılmış, həmin kolleksiya hesabına genofond yaradılaraq
Azərbaycanda tükənməkdə olan nadir bitkilərin 60-dan çox növü
reintroduksiya (təbiətə qaytarilmış) olunmuşdur.
O. V. İbadlı və onun tələbələrinin gərgin əməyi nəticəsində
yaradılan bu kolleksiyada uzun illərin introduksiya sınağından
keçmiş soğan, qulançar və ya mərəçüyüd, asfodelina, sünbülçiçək,
çiriş, laləvər, qazsoğanı, qarğasoğanı, gəmirici soğan, süsən,
iksiolirion, iridodiktum, dağlaləsi, zambaq, nərgiz, zəfəran və s.
kimi bitkilər vardır ki, onların 160-a qədəri Azərbaycanın və
keçmiş ittifaqın «Qırmızı Kitab»larına daxil edilmişdir. Bu
bitkilərin bir çoxu xalq təbabətində geniş istifadə olunur. Geofit
bitkilərdən ibarət ekspozisiya səhəsi yaz aylarında öz əsrarəngiz
gözəlliyi ilə insanı valeh edir
23
Nadir geofit bitkiləri sahəsi
Süsən kolleksiyası
24
«Örtülü şəraitdə becərilən bitkilər» laboratoriyası
«Örtülü şəraitdə becərilən bitkilər» laboratoriyası 2000-ci
ildən yəni, Nəbatat bağı müstəqil Mərkəzi Nəbatat Bağı statusu
aldıqdan sonra təşkil olunmuşdur. Laboratoriyaya b.e.d, professor
Arif Əli oğlu Bayramov rəhbərlik edir.
Əməkdaşları: b.e.n., dosent Ş. N. Qasımov, elmi işçi Z. B.
İslamova və böyük laborant M. Abdullayevadır.
Laboratoriyanın elmi istiqaməti tropik və subtropik
zonalardan məhv olmaq təhlükəsi altında olan bitkilərin
introduksiyası
və
mədəni
floranın
onların
hesabına
zənginləşdirilməsidir. Bu istiqamətdə aparılan işlər Nəbatat
bağarı üçün 1985-ci ildə Las-Palmasda qəbul edilmiş «Bitkilərin
qorunması strategiyası»na uyğundur.
Laboratoriyanın oranjereyalarında 200-dən artıq tropik və
subtropik bitkilərin kolleksiyası toplanmışdır ki, bunlardan da
inzibati, sosial və ictimai obyektlərin daxili intryerlərinin
yaşıllaşdırılmasında istifadə olunmaq üçün təklif edilir.
Hazırda
laboratoriyanın
bir
oranjereyasının
və
iki
istixanasının tikintisi gedir. Bununla eyni vaxtda tropik və
subtropik kolleksiyasının zənginləşdirilməsi işləri davam etdirilir.
25
Oranjereyanın kompozisiyası bölməsindən görünüş
26
«Çiçəkçilik» laboratoriyası
Mərkəzi Nəbatat Bağında 75 il ərzində əsasən yaşıllaşdırmada
istifadə edilən dekorativ ağac və kol bitkiləri ilə yanaşı, çiçək
bitkilərinin də introduksiyası, öyrənilməsi və becərilməsinə geniş
yer verilmişdir. Uzun illər Nəbatat Bağının əməkdaşları
dekorativ bitkilərin introduksiyası, cinslər üzrə kolleksiyalarının
yaradılması ilə məşqul olmuş, Bakı, Abşeron və Azərbaycanın
digər iri sənaye şəhərlərinin yaşıllaşdırılmasına çoxlu sayda
dekorativ ağac, kol və çiçək bitkiləri tətbiq olunmuş, bununla
bağlı aqrotexnoloji təkliflər işləyib hazırlamışlar.
2000-ci ildə təşkil olunmuş «Çiçəkçilik» laboratoriyasında
hazırda yeni çeşidli çiçək bitkilərinin introduksiyası ilə yanaşı,
əvvələr Bağda kolleksiyaları olmuş, lakin zaman keçlikcə itmək
təhlükəsində olan çiçək bitkilərinin bərpa olunması işlərinə
başlanmışdır.
«Çiçəkçilik» laboratoriyası təşkil olunduğu və fəaliyyətə
başladığı gündən laboratoriyaya b.e.n. A. T. İsgəndərov rəhbərlik
edir.
Əmərdaşları: k.e.i. A. M. Hüseynova, k.e.i. O. O. Qafarova,
aqronom R. Əliyev.
“Çiçəkçilik” laboratoriyasında tədqiqat işləri əsasən qızılgül
sortlarının introduksiyası və seleksiyası istiqamətində aparılır.
Qızılgül kolleksiyasında müxtəlif bağ qruplarına mənsub ümumi
sayı 8 mindən artıq olan 450-ə yaxın qızılgül sortu introduksiya
olunmuşdur. Bu sortlar xarici ölkələrin (ABŞ, Fransa, Böyük
Britaniya, Hollandiya, Rusiya, Ukrayna, Qazaxstan və s.)
kultivarlarıdırlar. Bununla yanaşı seleksiya yolu ilə xeyli hibrid
toxmacarlar yetişdirilmişdir. Onların hər biri gələcəkdə sort
statusu almağa namizəddirlər. Azərbaycan Respublikası Kənd
27
Təsərrüfatı Nazirliyinin 4 aprel 2008- ci il tarixli 96 saylı əmrinə
əsasən Mərkəzi
Nəbatat
Bağında
tumurcuq
mutasiyası
nəticəsində yaradılmış “Əsrin müqaviləsi”, ”Sarı gəlin”,
“Nazpəri” qızılgül sortları üçün Müəlliflik şəhadətnaməsi və
Patent alınmışdır. (İcraçı: b.e.n A.T İsgəndərov ).
Qızılgül kolleksiyası
29
“Bitkilərin mühafizəsi və monitorinqi”
laboratoriyası
«Bitkilərin mühafizəsi və monitorinqi» laboratoriyası 2009-cu
ildən fəaliyyət göstərir. Laboratoriyaya b.e.n. Vahid Sabir oğlu
Fərzəliyev rəhbərlik edir.
Əməkdaşları: k.e.i. F. S. Seyfullayev, k.e.i. A. A. Şərifova, baş
laborant A. N. Səfərova və P. H. Əliyevdir. Laboratoriyanın
tərkibində
«Toxumçuluq»
və
«Bitkilərin
xəstəlik
və
zərərvericilərlə mübarizə» sektorları fəaliyyət göstərir.
Laboratoriyanın elmi istiqaməti Azərbaycanın bitki örtüyünə
antropogen təsirin öyrənilməsi, xüsusi mühafizə olunan ərazilərin
bitkiliyinin monitorinqi, texnogen landşafın rekultivasiyası
işlərindən ibarətdir.
Şamaxı Dayaq Məntəqəsi
(1984-2009)
1984- cü ildən Botanika institutunun nəzdində fəaliyyət
göstərən və sahəsi 30 ha olan Şamaxı dayaq məntəqəsi də Nəbatat
Bağının
strukturuna
daxil
edilmişdir. Şamaxı
dayaq
məntəqəsinin yaradılmasında əsas məqsəd mayili, əkin yararsız
və tamamilə eroziyaya uğramış torpaqlarda terras, xəndək, çala
üsullarından istifadə edərək qozmeyvəlilərdən ibarət kolleksiya
yaratmaqdan ibarət olmuşdur.
Əvvəllər dayaq məntəqəsində krımdan gətirilmiş 30 çeşiddə
qozmeyvəli bitki kolleksiya olduğu halda, son illərdə burada 100-
ə qədər çeşiddə badam, qoz, şabalıd, fındıq bitkisinin kolleksiyası
yaradılmışdır.
Dostları ilə paylaş: |