Afad qurbanov maket sayt indd



Yüklə 24,91 Mb.
Pdf görüntüsü
səhifə2/63
tarix14.07.2018
ölçüsü24,91 Mb.
#55504
1   2   3   4   5   6   7   8   9   ...   63

Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
8
ta nımayan da akademik Afad Qur ba no vun adı ilə öyü nər, qürur 
duyardı.  Köhnə  məktəbimizin  ki tab xanasında  olan  dərs   liklərdən 
başqa, dilçi alimlərdən yal nız akademik Afad Qur  banovun nəfis 
tərtibatlı “Ümu mi dilçilik” kitabını şagird ikən şəxsən özüm gör­
müşəm. Məşhur pasionarlıq nəzəriy yə si nin banisi Lev Qumilyo­
vun yazdığı kimi, insan dünyaya gələn an da öz yurdunun tə biəti 
də, danışığı da... insanın canına hopur. Ömrünün so nu na dək in­
san o cazibədar ruhdan heç vaxt ayrıla bilmir. Bu baxımdan akade­
mik Afad Qurbanovun ömrünün son illə rində yazdığı möhtəşəm 
“Cücikənd şivəsi” əsəri bunun bariz nümunəsi hesab oluna bilər.
Yenilik tərəfdarları, istedadlı şəxslər həmişə qəzəbli tən qid­
lərə tuş gəlmişlər. Akademik Afad Qurbanov da tə qib lərə, qə rəzli 
tənqidlərə az məruz qalmamışdı. Lakin heç vaxt qüru ru nu, lə­
yaqətini, dəyanətini sındırmaz, haqsızlığa yalnız məntiqli, müd­
rik sözləri ilə cavab verərdi. Çünki müd rik və obyektiv adamlar 
həmişə xeyirxah tənqidə möh tac olarlar, qərəzli və böhtanlı söz­
lərə məhəl qoymaz lar. Akademik Afad Qurbanov belələrindən idi.
Əzizxan  Tanrıverdinin  əsərində  dəfələrlə  vurğulanır  ki, 
Afad müəllim elm aləminə öz istedad və bacarığını gənclik hə­
yatının yollarında sınaya­sınaya gəlmişdi.
Afad Qurbanov xeyirxah himayədar kimi... 
Əsərdə Afad  müəllimin  xeyirxahlığı  və  istedadlı  gənclərə 
himayədarlığından da bəhs olunur. Diqqəti çəkən faktlardan biri 
odur ki, XX əsrin 50­ci illərində Borçalının Başkeçid rayonu nun 
əksər  kəndlərində Azərbaycan  dilində  orta  məktəblər  yox  imiş. 
Həmin rayonda Azərbaycan di lin də ilk məktəb məhz Hamamlı 
kənd orta məktəbi olub. Afad Qurbanov 22 ya şında 4 il Hamamlı 
orta məktəbində direk tor vəzifəsində çalış mış dır. İşlədiyi az vaxt 
ərzində peşə kar lığı və təlim­tərbiyə sahəsindəki uğuru ilə kənd 
ca ma atının dərin hüsn­rəğbətini qazanmışdır. 


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
9
Məhz Afad müəllimin direktor olduğu vaxt ilk azər bay can  lı 
şagird − Novruz İsa oğlu Musayev təhsildəki mü vəffə qiy yətlərinə 
görə gümüş medala layiq görülmüş dü. Heç şüb hə siz, Hamamlı 
kənd məktəblisinin medala la yiq gö rül məsində Afad müəllimin 
xidmətləri də az olma mışdır.
Afad  müəllimin  xeyirxah  əməlləri  çox  olub.  Xeyir xahlıq, 
yax şılıq insan qəlbinə tez bir zamanda yol tapır və zaman keç­
dik cə onu liderə çevirir. Necə ki, Afad müəllimi liderə çevirdi. 
Əmək dar  elm  xadimi,  akademik  Afad  Qur ba nov  70­dən  artıq 
dok toranta  rəhbərlik  etmişdir.  Eyni  za manda  yetirmələrinin 
işlə  təmin  olunmalarında,  karyera  əldə  etmələrində  köməyini 
 əsir  gə məmişdi.
Akademik Afad Qurbanovun əsərləri haqqında...
Akademik  Afad  Qurbanov  yaradıcılığı  çoxşaxəlidir.  O, 
Azər  baycan dilçiliyinin əksər sahələrində qələmini  sı namış dır.
Afad  müəllim  görkəmli  dilçi  kimi  Azərbaycan  elmi  tari­
xində öz adını əbədiləşdirmişdir.
Professor Əzizxan Tanrıverdi ustadının hər bir əsəri nə ya 
rəy  yazmış,  ya  da  öz  əsərlərində  ona  münasibət  bil dir mişdir. 
Aka demik Afad Qurbanovun ümumilikdə elə bir əsəri yoxdur ki, 
Əziz xan müəllim bu və ya digər baxış bu ca ğın da ona münasibət 
bil dirməsin. Müəllifin “Dilimiz, mə nəviyyatımız” ki ta bı, demək 
olar ki, bütövlükdə Afad müəllimin yaradı cı lı ğı na həsr olunmuş­
dur. Həmin məqalə və rəylərin hər biri xüsusi ruhla, zövqlə qə­
lə mə alınmışdır.
Əzizxan  Tanrıverdi  ustadına  həsr  olunmuş  məqa lə lərin, 
eyni zamanda şeir nümunələrinin hər birini zərgər də qiqliyi ilə 
təh lil edərək bu kitaba daxil etmişdir. Məxsusi olaraq vurğulayaq 
ki, Əzizxan müəllim ustadının hər yu bileyində ona sanballı bir 
mə qalə həsr etmişdir.


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
10
Prof. Ə.Tanrıverdi ustadının anadan olmasının 70 il liyi mü­
na sibətilə yazdığı “Dilçiliyimizin ağsaqqalı” məqa lə sində Afad 
Qurbanovu Azərbaycan dilçiliyinin korifeyi, türk və Av ropa dil­
çiləri tərəfindən orijinal konsepsiyalar müəllifi kimi rəğ bətlə qə­
bul olunan elm xadimi kimi də yər ləndirmişdir. Mə qalədə A.Qur­
banovun  1967­ci  ildə  çap  etdirdiyi  “Müasir Azər baycan  ədəbi 
dili” kitabı haqqında rus türkoloqu, akademik A.N.Ko nonovun 
maraqlı bir fikrinə də yer verilmişdir: “A.M.Qur banovun kitabı 
yalnız Azərbaycan dili materiallarını deyil, həm də başqa türk 
dil  lərinin materiallarını əhatə edən mövzuları  işıq lan dı rır”. 
Müəllif ustadının zəhmətkeşliyini və tükənməz yara dı cılıq 
eş qini belə açıqlayır: “Təkcə onu xatırlatmaq kifa yət dir ki, müəl­
lifin (yəni – Afad Qurbanovun) 1993­cü il də fərq li problemlərə 
həsr  edilmiş  “Ümumi  dilçilik”  –  II  cild,  “Tür koloji  dilçilik”, 
“Azər baycanlı adları: Uşağa necə ad seç məli?” kimi fundamental 
əsər ləri işıq üzü görmüş dür”.
Akademik Afad Qurbanov Azərbaycan Ono mas ti kası 
Məktəbinin banisi kimi...
Azərbaycan  onomastikasının  sistemli  şəkildə  təd qi qi nə 
1960–70­ci illərdən başlanmış, bu sahəyə aid xeyli mə qalə və mo­
noqrafiya, eyni zamanda bir neçə elmlər dok toru və fəlsəfə doktor­
luğu dissertasiyaları yazılmışdır. La kin Azərbaycan ono mastik 
va hidlərinin kompleks halın da tədqiqinin bünövrəsini məhz aka­
de mik A.Qur ba nov qoy muş dur. Yalnız dilçiliyimizin onomalo­
gi ya sahə sinə dair Afad müəllimin 100­ə qədər mə qa ləsi, 4 san­
ballı monoq ra fiyası çap olunmuşdur. Məhz onun tə şəbbüsü ilə o 
vaxt kı V.İ.Lenin adına APİ­nin (indiki ADPU­nun) Azərbay can 
dil çiliyi kafedrasının nəzdində “Onomastik Elmi Mər kəz” yara­
dılmış və həmin mərkəzdə onomasti kanın ayrı­ayrı sahələri üzrə 
təd qiqat işləri aparılmışdır. Həmçinin bir sıra bölgələrə ekspedi­


Yüklə 24,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə