Afad qurbanov maket sayt indd



Yüklə 24,91 Mb.
Pdf görüntüsü
səhifə3/63
tarix14.07.2018
ölçüsü24,91 Mb.
#55504
1   2   3   4   5   6   7   8   9   ...   63

Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
11
siyalar təşkil olunmuş və onoma lo giya üçün qiymətli materiallar 
top lanmışdır. Az vaxt ərzin də mər kəzin 4 şöbəsi yaradılmış (an­
troponim, toponim, zoonim, kos monim) və hər şöbəyə aid materi­
al lar qeydə alınmışdır. 
Azərbaycan  Onomastikası  Məktəbinin  formalaşma sın da 
A.M.Qur banovun  “Azərbaycan  dilinin  onomalogiyası”  ki  ta  bı­
nın xüsusi rolu olmuşdur. Bu kitab respublikamızın hü  dud la­
rın dan kənarda da geniş əks­səda doğurmuşdur. Bu nu hiss et­
miş aka demik M.Şirəliyev Afad Qurbanovun yaradıcılığına həsr 
etdiyi  məqalələrindən  birində  yazırdı:  “A.Qur banovun  “Azər­
baycan di linin onomalogiyası” adlı əsəri təkcə bizim dil çiliyimiz 
üçün de yil, dünya türkoloji dilçiliyi üçün də çox qiymətlidir...”
Qardaş  Türkiyə  Cümhuriyyətindən  türkoloq  Xəlil  Açıq  ­
göz adı çəkilən kitabın Türkiyədə də nəşr olun ma sı nın gərəkli ol­
duğunu əsaslandırarkən öz arzusunu belə ifa də etmişdir:  “...Əsər 
ölkəmizdə də nəşr edilərsə, türk ono mas  tik araşdırmaları da ha ay­
dın işıqlandırılar”.
Afad Qurbanovun təşkilatçılıq qabiliyyəti 
Əzizxan Tanrıverdinin əsərindən aydın olur ki, Afad Qur­
banov  həm  də  məharətli  təşkilatçılıq  qabiliyyətinə  ma lik  bir 
şəxsiyyət olmuşdur. Əsərin ümumi ahəngindən belə bir tə səv­
vür yaranır ki, sanki ADPU onun şəxsində öz böyük fə da ka rını 
gözləyirmiş və elə bil, akademik Afad Qur banov bunu duy muş, 
bu duyğu ilə hər tərəfə qol­qanad aç mış, universitetin il kin ehti­
yaclarını zəhməti, istedadı, yu xusuz gecələri he sa bına ödəməyi 
özünə borc bilmişdir.
Azərbaycan  onomastikası  problemlərinə  həsr  edilmiş  res­
publika konfranslarının hər biri bilavasitə onun adı ilə bağlıdır. 
Dünyada tanınmış türkoloqları həmin kon frans la ra dəvət et mək­
lə, bir tərəfdən, konfransların əhatə dairə sini geniş lən dir miş, di­


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
12
gər tərəfdən, onu ümumtürk arena sın da tanınan elmi mərkəzə 
çevirə bilmişdir. 
...O, səksən ilə yaxın ömür sürmüşdür. Ömrünün çox his­
səsini sinif otaqlarında, auditoriyalarda, yazı stolunun arxasın­
da keçirmişdir. Ən yaxın sirdaşı qalaq­qalaq kitab lar, bir də əl­
yazmalar olmuşdur.
ADPU­nun auditoriyalarında hələ də onun səsi, onun sö ­
zü, onun nəfəsi qalıb. Çünki bu bina onun üçün müqəd dəs bir 
yer idi. Bu binada Afad Qurbanovun əməlləri, ta leyi, nişanələri, 
bir də ... silinməz dəst­xətti yaşayır.
Sonda...
Ustadı haqqında böyük zəhmət və əzmlə yazılmış monoq rafik 
səciyyəli kitaba görə professor Əzizxan Tan rı ver di hər cür təqdir 
və təşəkkürə layiqdir. Kitabla tanış olduqca akademik Afad Qurba­
novun alim hünərinə, və tən daş qeyrətinə heyran qalırsan.
Akademik A.Qurbanov həqiqi alim, gözəl müəllim, yo  rul­
maz təşkilatçı, təvazökar insan olmuşdur. Fikrimi Əziz  xan mü­
əl  limin bu sözləri ilə yekunlaşdırıram: “Onil lik lər əvəz lən əcək, 
əsr lər dəyişəcək, amma Afad Qur ba no vun əsərləri ya şa yacaq, ən 
mö təbər istinad mənbəyi ki mi qalacaqdır”.
Xoşbəxt  o  MÜƏLLİMDİR  ki,  professor  Əzizxan  Tan   rı­
ver di kimi is tedadlı davamçısı və yetirməsi var!!!
Arif Kazımov


13
 
AFAD QURBANOVU BİR ALİM,
TÜRKOLOQ KİMİ
DƏYƏRLƏNDİRMİŞ
ALİMLƏRİN ƏSƏRLƏRİNDƏN
SƏTİRLƏR


14
Afad Qurbanovun kitabı yalnız Azərbaycan dili ma   te-
riallarını deyil, həm də başqa türk dillərinin mate ri allarını 
əha tə edən mövzunu işıqlandırır.
Andrey Kononov
akademik
Afad Qurbanov çıxış və məruzələrində özünün dilçi-
lik elminə həvəskar olduğunu göstərmişdir. O, bu sa hədə 
iş ləyərsə, gələcəkdə yaxşı bir mütəxəssis ola bi ləcəyi ümi-
dini ver mək dədir.
Əbdüləzəl Dəmirçizadə
AEA­nın müxbir üzvü, professor
Afad  Qurbanovun  “Azərbaycan  dilinin  onomalo gi-
yası” adlı əsəri təkcə bizim dilçiliyimiz üçün deyil, dünya 
tür koloji dilçiliyi üçün də çox qiymətlidir. Mən tam məsu-
liyyətlə deyə bilərəm ki, Afad Qurbanov bu əsə ri ilə Azər-
baycan Onomastikası Məktəbinin əsasını qoy muşdur.
Məmmədağa Şirəliyev
akademik


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
15
Afad Memmed Kurbanov Türk dünyasında ortak al-
fabe, bilhassa latin alfabesi temelinde bir alfabe kullanıl-
ması ko nusunda çalışmalar yapıyordu, kitaplar, makaleler  
yazmışdı. Ortak bir dil kullanılması konu sunda da değerli 
görüşleri bu lun maktaydı.
Şükrü Haluk Akalın
professor
Məşhur filoloq, akademik A.Qurbanov geniş yara dı-
cı lıq qabiliyyətinə, zəngin erudisiyaya, dərin biliyə ma lik 
alim, xalqa və onun mədəniyyətinə dərin məhəb bət bəslə-
yən fədakar, ic timai xadim, sadə, təvazökar və hu manist 
bir insan idi. O, bütün mənalı həyatını, son suz, tükənməz 
el mi istedadını, yaradıcılıq qüvvəsini Azər baycan dilçiliyi-
nin inkişafına sərf edən, öz xalqına sədaqətlə və namusla 
xid mət göstərən, bütün varlığını elmin, təhsilin və mədə-
niyyətin  inkişafına,  Azərbaycan  dilinin  saflığının  təmin 
olunmasına verən əvəzsiz dilçi alim lərdən olmuşdur.
Mahmud Kərimov
akademik
Azərbaycanda ümumdilçilik tədqiqatlarını aparan ilk 
alim A.Qurbanov olmuşdur. Onun “Ümumi dil çi lik” adlı 
dərs liyi bir neçə dəfə çap olunmuşdur. Hazırda da bütün 
dilçi alimlərin, mü əllim, tələbə və aspi rant ların stolüstü ki-
tabı olan bu əsər pe da qoji universitetlər üçün milli zəmin-
də yazılmış ilk dərslikdir.
Arif Mehdiyev
akademik 


Yüklə 24,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə