Afad qurbanov maket sayt indd



Yüklə 24,91 Mb.
Pdf görüntüsü
səhifə4/63
tarix14.07.2018
ölçüsü24,91 Mb.
#55504
1   2   3   4   5   6   7   8   9   ...   63

Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
16
Afad  Qurbanov  dilçilik  elminin  ən  görkəmli  və  çox 
məh suldar  nümayəndələrindən  biri  kimi  Azərbay can da 
və region ölkələrində böyük nüfuz sahibi olmuş dur. Bu-
nun əsas səbəbi, hər şeydən əvvəl, alimin çox sa həli yaradı-
cılığı və bu sahələrin hər birində əldə etdiyi sanballı elmi 
nəticələrlə bağlı idi.
Bəkir Nəbiyev
akademik
Afad Qurbanov paleoqrafiya məsələləri ilə mün tə zəm 
məşğul olurdu. Onun bu sahədəki uğurlu ad dım larından 
biri  də  Cucikənd  yazılı  abidələrini  qədim  türk  yazı  nü-
munəsi kimi tədqiq etməsidir... Afad Qurbanov bu qənaətə 
gəlir ki, bu daş kitabələrdə olan yazının ümu mi mənzərəsi, 
ruhu və görkəmi qədim türk yazılı abidələrini xatırladır, 
bu yazıları o, elmə yeni məlum olan türkdilli yazılı abidə 
hesab edir.
Rasim Əfəndiyev 
akademik
Afad Qurbanovun qoşa qanadının biri müəllim lik dir-
sə, di gəri alimlikdir. Mötəbər alim, sayılan, seçi lən, öndə 
ge dən alim. Həqiqət naminə desək, XX əsrin ikinci yarısın-
dan dilçilik elminin inkişafı, zirvələr fəth etməsində Afad 
Qur banovun  rolu  əvəzsizdir.  Bu  türk  oğ lu  türkün  dilçi-
liyin  müx təlif  sahələrinə  dair  yet miş dən  artıq  kitab,  mo-
noqrafiya və beş yüzdən çox elmi məqaləsi dediklərimizi 
təsdiqləyir.
Teymur Bünyadov
akademik


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
17
Professor  Afad  Qurbanovun  müasir  dilçiliyin  prob -
lem lə rinə həsr edilən, öz sanbalı, əhatə dairəsi və yüksək 
el miliyi ilə seçilən əsərləri dilçiliyimizə qiymətli töhfədir. 
Elmi məxəz və faktların zənginliyi, mühaki mə lərin dürüst-
lü yü, inandırıcılığı ilə seçilən bu əsər lə rin dünya, türk və 
Azər baycan dilçiliyində öz həllini tap mayan problemlərin 
həl lində elmi əhəmiyyəti ol muş dur.
Fuad Qasımzadə
аkademik
Xalqımızın  görkəmli  alimlərindən  olan  akademik 
Afad Qurbanov XX əsrdə yetişmiş böyük alimlərimiz sıra-
sında özü nəməxsus yer tutur. Azərbaycan dilçili yi nin elmi 
sə viyyədə tə şəkkül tapdığı 50–60-cı illərdə Ə.Də mirçizadə, 
A.Abdullayev, M.Şirəliyev kimi kori fey lərlə birgə dilimi-
zin incəliklərini təd qiq edən və ona el mi status verən alim-
lər sırasında Afad müəl limin xü susi yeri vardır.
Abel Məhərrəmov
akademik
Afad Qurbanovun yaratdığı Onomastik Mərkəzin fə-
aliy yəti, habelə onun rəhbərliyi və təşkilatçılığı ilə ke çi ril-
miş ono mas tik konfranslar qismən unudulmuş bir sahəni 
dir çəlt miş  və  onomastik  vahidlərimizin  toplan ma sında 
mü hüm rol oyna mış dır. 
Toğrul Şaxtaxtinski
akademik
Afad  Qurbanovun  bir-birinin  ardınca  çıxan  çox say lı 
də yərli  əsərləri,  monoqrafiyaları  Azərbaycan  dil çili yinin 


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
18
in kişafı  baxımından  xüsusi  elmi  əhəmiyyətə  ma likdir. 
Dil çilik  elminin  ümumnəzəri  məsələlərinə  bö yük  maraq 
gös tərən, tədqiqatçı həs saslığı ilə yanaşan Afad Qurbanov 
res publikamızda ilk “Ümu mi dilçilik” (1977) dərsliyini ha-
zırlamaqla tələbələrimizə və bu sa hə ilə maraqlanan təd qi-
qat çılara çox qiymətli töhfə verdi.
Kamal Abdulla
akademik
Azərbaycan dilçiliyində onomalogiyaya aid ilk fun da-
men tal tədqiqat əsəri də professor Afad Qurba no va məx-
susdur.  Əsər də  ilk  dəfə  olaraq  onomastik  təlimin  nə zə ri 
əsasları və xü susi adların hərtərəfli lin q vis tik xü su siy yət lə-
ri tədqiq edilir. Res publikada ilk Ono mastik Mər kəzin ya-
radılması və ona rəh bər lik də məhz onun adı ilə bağlıdır. 
1986-cı ildə Azərbaycan ono  mastikası problemlərinə həsr 
olun muş  ilk  res pub lika  kon fran sı  Afad  müəllimin  şəxsi 
təşəbbüsü və təş kilatçılığı sayə sin də keçirilmişdir.
Timuçin Əfəndiyev
professor
Möhtərəm professor Afad Qurbanov illərdən bəri göz-
lə di yimiz türk onomastikasının nəzəri və əməli prob lem lə-
ri
 
ni bö yük bir diqqətlə işləmişdir. Ona nə qə dər təşəkkür 
et sək, azdır. Kitabın qısa zamanda Tür kiyə türkcəsinə nəş-
rini təmənna edi rik. Əsər ölkəmizdə də nəşr edilərsə, türk 
ono mastik araş dır maları daha aydın işıqlandırılar.
Xəlil Açıqgöz
professor


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
19
Afad müəllim Azərbaycan dilçiliyinin müxtəlif sa hə-
lə ri ilə məşğul olurdu, hamısında da sözünü deyirdi. Afad 
mü əl li min yaratdığı, bütün türk dünyasını cəlb edən ono-
mastika elmi məktəbi bu və ya başqa formada indi də öz 
fəaliyyətini davam etdirir.
Yusif Seyidov
professor
Afad Qurbanov Azərbaycanda ümumi dilçilik prob lem lə-
ri nə dair fundamental araşdırmalar aparan ilk və yeganə alim-
lər dən biridir. Onun “Ümumi dilçilik” ad lı ikicildlik dərsliyi bu 
sahənin mütəxəssisləri tərə fin dən həm ölkəmizdə, həm də xa-
ric də yüksək qiymətlən di ril mişdir. Bu dərsliyin əsas məziyyəti 
odur ki, ümum bə şəri məzmun daşımasına baxmayaraq, milli 
ruhda və milli təfəkkür tərzində yazılmışdır. Dərslikdə verilən 
böl gü və təsnifatlar da yenidən işlənmiş, müəllif ümu mi dilçilik 
problemlərinə və dünya dillərinin təsnifatına dair yeni fikirlər 
söyləmişdir. Xüsusən Altay dilləri ailə si ilə bağlı fikirlər tür ko loji 
dilçilikdə yeni və orijinaldır.
Nizami Xudiyev
professor
Afad Qurbanov dilçiliyimizin çoxsahəli tədqiqat çı sı kimi 
müxtəlif məsələlərə həmişə aydınlıq gətir miş dir. Onun həm 
dil çiliyin ümumi məsələlərinə, həm də xü susi dilçilik məsə-
lələ rinə, o cümlədən Azərbaycan di linin fonetikası, leksiko-
lo giyası  və  frazeologiyası,  üslu biyyatı,  dil  tarixi  və  digər 
sahələrə aid yaz dığı əsərlərdə hə mişə sistemlilik, məntiqilik 
və ardıcıllıq diq qəti xü susi cəlb edir.
Həsən Balıyev 
professor


Yüklə 24,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə