Afad qurbanov maket sayt indd



Yüklə 24,91 Mb.
Pdf görüntüsü
səhifə6/63
tarix14.07.2018
ölçüsü24,91 Mb.
#55504
1   2   3   4   5   6   7   8   9   ...   63

Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
24
kosmonimika və ktematonimikanın əmələ gəlməsi, inkişaf 
qa 
 
nunauyğunluqları,  onların  dildəki  mövqeyi  və  digər 
mə sə lə lər əhatəli şəkildə təhlil edil mişdir.
Fidan Afad qızı Qurbanova
filologiya üzrə elmlər doktoru
Afad  Qurbanov  Azərbaycan  dilçiliyi  tarixində  elmi 
kon frans ların  təşəbbüsçüsü  və  təşkilatçısı  kimi  şöhrət-
lən mişdir. Təsa düfi deyildir ki, Azərbaycan ono mas tikası 
prob lemlərinə həsr edilmiş respublika kon frans ları, “Azər-
baycan nitq mədə niy yəti problemləri”, “Azər baycan termi-
no logiyası problem lə ri”, “Or taq türk dili problemləri” və 
s. konfranslar məhz Afad Qur  banovun adı ilə bağlıdır.
İsmayıl Kazımov
professor
Dünyada  tanınmış  “Azərbaycan  dilinin  ono ma lo gi-
ya sı”  elmi  məktəbini  yaratmış,  “Ümumi  dilçilik”  (2  cild-
lik),  “Türkoloji  dilçilik”  (5  cildlik),  “Azər bay can  dilçiliyi 
prob lem ləri” (13 cildlik), “Müasir Azər bay can ədəbi dili-
nin onoma lo giyası” (2 cild lik), “Dün yanın dil ailələri” və 
s.  əsər lərin  müəl lifi,  altay şü nas,  türkoloq-dilçi  Qurbanov 
Afad  Mə həmməd  oğlu  bitib-tü kən məyən,  coşub-daşan 
el mi  fəaliy yəti,  nailiy yət ləri  ilə  dilçilik  elminin  görkəmli 
alim lərindən ol muş dur.
Roza Eyvazova
professor
Professor  Afad  Qurbanovun  elmi  yaradıcılığı  zən-
gin, çox şa xəli, müxtəlif istiqamətli, mövzu dairəsi eti barı 


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
25
ilə  olduq ca  geniş  və  əhatəlidir.  Onun  tədqiqat  və  ma raq 
da irəsinə mövzu və isti qamətinə görə müasir Azər baycan 
ədə bi  dili,  türkoloji  dil çilik,  dil  univer sa li yaları,  ümumi 
dil çilik, onomalogiya, leksi ko logiya, nitq mə dəniyyəti, tər-
cüməşünaslıq,  bədii  əsərlərin  di li,  üslu biyyat,  ali  məktəb 
pedaqogikası və metodikası kimi sa hələr daxildir.
İsmayıl Məmmədov
professor
Onun rəhbərliyi ilə respublikamızda yüksək səviy yəli 
el mi araşdırmalar aparılmış, dilimizin onomastik vahidlər 
sis temi tarixi-linqvistik planda təhlil olunmuş, “Azərbay-
can  dilinin  onomalogiyası”  adlı  əsəri  Dövlət  mükafatına 
layiq görülmüş, ikicildlik “Azərbaycan ono malogiyasının 
əsas ları” adlı fun damental monoq ra fiyası ümumtürk dün-
yasında hadisə kimi qar şılan mış dır. Afad müəllimin elmi 
fəaliyyətində  Azərbaycan  onomastikası  problemlərinə 
həsr olunmuş elmi kon fransların təşkili və keçirilməsi də 
mü hüm yer tutur.
Adil Bağırov
professor
Azərbaycan  elmində  məktəb  yaratmış  çox  az  adam 
var. Onları, bəlkə də, barmaqla saymaq olar. Dilçilik sa hə-
sin də bu məktəbi yaradan Azərbaycan Milli Elmlər Aka-
de miyasının üzvü, akademik, Əməkdar elm xadimi, Döv-
lət mükafatı laureatı, filologiya elmləri doktoru, pro fessor 
Afad Məhəmməd oğlu Qurbanov olmuşdur. Gör düyü bö-
yük və savab işlər müqa bilin də o, “Afad Qur banov” dağı 
ucalt mış, heç kəsin çata bilmədiyi, hər kəsin həsədlə baxdı-


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
26
ğı, fəxarət duyduğu bir ucalıqda da yan  mışdır. Məhz bu sə-
bəbdən də ona təkcə həsədlə ba xan lar deyil, eyni zamanda 
qısqanclıq münasibətində olan lar da tapılırdı. Ancaq Afad 
mü əllim Afad müəllim idi.
Mahmud Allahmanlı
professor
Professor  Afad  Qurbanovun  elmi  yaradıcılıq  diapa -
zonu ol duq ca dərin və əhatəlidir. Çoxsaylı əsər lə rində bü-
töv bir elmi kol lektivin görəcəyi işin zəh mə tinə qatlaşaraq 
Azərbaycan dil çi li yinin ehtiva dairəsi olduqca geniş olan 
problemləri  barədə  təd qi qatlar  apar mış,  filologiyamıza 
dəyərli töhfələr bəxş etmişdir. 
Məhərrəm Hüseynov 
filologiya üzrə elmlər doktoru
Prof. Afad Qurbanov dialektoloji axtarışlarda öz sözü-
nü de miş, bu sahədə düzgün araşdırmanın yeni is ti qa mə-
tini müəy yən ləşdirmişdir. Alimin “Cücəkənd şi vəsi” əsəri 
bu baxımdan diq qəti xüsusilə cəlb edir. Mü əl lif Azərbay-
can dialekt və şivələri ilə bağlı ideyalarını bu əsərdə ümu-
miləşdirmişdir.
İbrahim Bayramov
professor
Afad müəllim deyirdi ki, Füzuli türk dilində yaza bil-
məz di, əgər türk dövlətçilik mexanizminin gücünü hiss et-
məsəydi.  Biz  deyə  bilmərik  ki,  o  zamanlarda,  o  dövrlərdə 
Afad  müəllim  hansı  milli  güclə  bu  sözləri  deyirdi.  Ancaq 
za man  keçəndən  son ra  özümüz  də  dərk  etdik  ki,  bəli,  bu, 


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
27
tarixi-nəzəri tezisdir. Və həm də elə tarixi-nəzəri tezisdir ki, 
onu heç vaxt təkzib et mək müm  kün deyil. Həqiqətən, Füzuli 
dövrünün türk dili Şərqin, az qala, yarısına hakim olan türk 
hökm ran lı ğının, gücünün dik təsi idi.
Kamil Bəşirov
filologiya üzrə elmlər doktoru
Əli Rza Xələfli
şair, publisist
Professor Afad Qurbanov fars, aqul, ləzgi, rus, gür cü 
və s. dillərlə təmasın nəticəsi olaraq həmin dillərə keçən 
Azər baycan dili sözlərinin geniş şəbəkəsini ver məklə həm 
də bu dilin qon şu dillərin qrammatik qu ru luşlarının tək-
milləşməsinə təsir etdiyini qeyd edir.
Faiq Şahbazlı
filologiya üzrə fəlsəfə doktoru
Afad  Qurbanovun  Azərbaycanda  onomastika  mək -
təbinin, “Onomastika” elmi cəmiyyətinin və “Ono  mastika” 
elmi jur na lının yaradıcısı, təsisçisi kimi xidmətləri də bö-
yükdür. O de yir di: “Dildə mənasız söz yoxdur və ola da 
bilməz. Hər bir söz geniş şəkildə araşdırılmalıdır, xüsusi 
adlar da həmçinin”. Azər baycan dilçiliyində xüsusi adla-
rın tədqiqi Afad Qur ba novun adı ilə bağlıdır.
Həcər Hüseynova
filologiya üzrə elmlər doktoru
Bu yaxınlarda Azərbaycan elmi ictimaiyyəti  AMEA-nın 
üzvü, Əməkdar elm xadimi, akademik Afad Məhəmməd 


Yüklə 24,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə