Afad qurbanov maket sayt indd



Yüklə 24,91 Mb.
Pdf görüntüsü
səhifə63/63
tarix14.07.2018
ölçüsü24,91 Mb.
#55504
1   ...   55   56   57   58   59   60   61   62   63

Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
233
Qafqaz mən şəli adlar. Müasir antroponimikamızdakı ərəb 
mənşəli  adlar  düzgün  olaraq  iki  istiqamətdə  izah  edilib: 
ərəb dilindən dilimizə birbaşa daxil olan adlar (Mustafa, 
Əhməd...), ərəb mənşəli apelyativlər əsasında formalaşan 
adlar (qadir – Qadir, sabit – Sabit, valeh – Valeh...). Müəl lif 
dilimizdəki fars mənşəli şəxs adlarını da həmin isti qa mət-
də  təhlil  edib  (fars  mənşəli  şəxs  ad ları,  fars  apel ya tivləri 
əsasında yaranmış şəxs adları).
A.Qurbanova görə, dilimizin antroponimik siste min-
də Litvin, Roman, Novella, Flora və s. kimi Avropa mən-
şəli adlara az-çox təsadüf edilir və bu tip şəxs adları apa rıcı 
mövqeyə malik deyil.
Azərbaycan antroponimlərini sistemli şəkildə tədqiq 
edən müəllif belə qənaətə gəlir ki, şəxs adları quruluş ba-
xı mından iki ye rə bölünür: ilkin və düzəltmə şəxs adları 
(İsa,  Ömər,  Ba bək...;  Arifə,  Ulduzə,  Şərqiyyə...),  sadə  və 
mü rəkkəb şəxs adları (Dönməz, Şamil, Kərim; Bəybala, El-
xan, Daşdəmir...).
Afad Qurbanov şəxs adlarının semantik yükə malik 
olma dığını iddia edən, onlara yalnız şərti işarə kimi baxan 
dil çilərin fikirlərini qəbul etmir və daha inandırıcı müla-
hi zələr  söyləyir:  “...İnsan  ona  məlum  olan,  tanıdığı  hər 
han sı bir şəxsin adını eşi dəndə onun zahiri və daxili cəhət-
ləri  silsilə  halında  təsəv vü ründə  canlanır.  Həmin  şəxsin 
boy-buxunu, sir-sifəti, davra nı şı və s. müəyyən mənalarda 
yada düşür. Deməli, şəxs adı, özü də məlum şəxs adları 
onu da şı yan haqqında geniş məna yü künə malik olur”.
Əsərin  “Advermə  və  advermə  ənənəsi”  adlanan  V 
fəslin də  mənaya  görə  advermə,  xatirə  ad  vermək,  uşağa 
ta rixi  şəxsiy yətlərin  adını  vermək,  uşağın  çox  yaşaması 
ar zusu ilə ad ver mək, ailəyə qız gəlməsinə etiraz əlaməti 


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
234
ki mi advermə və s. ge niş şəkildə işıqlandırılır, adın cəmiy-
yət dəki həlledici rolu konkret faktlarla əsaslandırılır, uşa-
ğa ad seçərkən onun gözəl, ahəngdar və poetik olmasının 
va cibliyi vurğulanır.
“Kitabi-Dədə Qorqud” dastanının antroponimik siste- 
min də müşahidə olunan Əgrək – Səgrək, Beyrək – Yeynək 
ki mi qa fiyəli adlar müasir antroponimikamız baxımından 
da səciy yə vidir. A.Qurbanov ilk dəfə olaraq bu tip şəxs ad-
larının  yaranma  səbəblərini  sistemli  şəkildə  tədqiq  edir. 
Mü əllifin qənaətlərinə görə, qafiyəli şəxs adlarının 5 əsas 
tipinə rast gəlinir:
1)  Ata ilə oğul adının qafiyələndirilməsi: Mahir (ata) – Zahir 
(oğlu)...;
2) 
Ana ilə qız adının qafiyələndirilməsi: Xalidə (ana) – Validə 
(qızı)...;
3) 
Qardaş ilə qardaş adının qafiyələndirilməsi: Hamid – Zahid 
– Xalid – Valid...;
4) 
Bacı ilə bacı adının qafiyələndirilməsi: Şəfiqə – Tofiqə – Rə­
fiqə...;
5) 
Qardaş ilə bacı adının qafiyələndirilməsi: Əhliman (oğlan) 
– Fərman (oğlan) – Xuraman (qız)... 
Burada bir cəhəti də qeyd edək ki, ümumtürk antro-
po  nim ləri baxımından səciyyəvi olan, türk poetik təfək kü-
ründən süzülüb gələn qafiyəli adlar türk mədəniyyətinin 
ən gözəl inciləri kimi çıxış edir.
Şəxs adlarının yazılışı və deyilişində bir sıra nöqsan və 
ça tışmazlıqların müşahidə olunduğunu qeyd edən müəl lif 
onla rın həlli yollarını da göstərir. Məsələn, tərkibində ağa, 
xan, bəy, mirzə, hacı, seyid, soltan, xanım sözləri olan mü-
rəkkəb  şəxs  adlarının  bitişik  yazılmasını,  mürəkkəb  şəxs 
adlarında iki sait qo şalaşdıqda birinci sözün son saiti nin 


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
235
yazılmamasını, bəzi şəxs adlarının yazılışında tarixi-ənənə-
vi prinsipin əsas götü rül məsini uyğun dil faktları ilə təs-
diqləyir. Yaxud şəxs adları tər kibində uzun saitlərin, kar 
və cingiltili samitlərin tələffüzü, xü susən də cingiltili səs lə-
rin karlaşması, kar səslərin cingiltiləş məsi kimi məsə lə ləri 
zərgər dəqiqliyi ilə şərh edir və nəhayət, şəxs adlarının ya-
zılışı və deyilişində orfoqrafik və orfoepik normalara ciddi 
şəkildə əməl etmənin zəruriliyini xüsusi olaraq qa bardır.
“Bəzi adların ensiklopedik şərhi” fəslində 200-dən çox 
əsl şəxs adının izahı verilir, hər bir apelyativin se mantik 
yükü müəyyənləşdirilir, hətta bəzi apelyativlər bə dii mətn 
daxilində  təqdim  edilir.  Məsələn,  müəllif  “İlqar”  adının 
sözvermə,  əhd,  vəd,  vəfa  mənalarını  qeyd  etməklə  bəra-
bər, daxilində “İlqar” sözü işlənən bayatını da təqdim edir:
Aşiq biriynən gərək, 
Sədəf dürüynən gərək. 
Dünyada gözəl çoxdur, 
İlqar biriynən gərək.
Kitabda müasir antroponimikamız baxımından daha 
sə ciy yəvi olan kişi və qadın adlarının siyahısı verilib ki, bu 
da əsərin ən müsbət cəhətlərindən biri kimi dəyərləndirilə 
bilər.
Prof. A.Qurbanovun “Azərbaycanlı şəxs adlarının en- 
sik lopediyası” əsərindən təkcə mütəxəssislər yox, hər bir 
azər baycanlı faydalana bilər.
2007


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
236
AFAD QURBANOV LATIN QRAFİKALI
HAZIRKI AZƏRBAYCAN ƏLİFBASININ
MÜƏLLİFİ KİMİ
XX yüzilliyin sonlarınaqədərki mədəniyyət tarixi miz-
də əlifbamız qədər problemli olmuş ikinci bir məsələ tap-
maq çətindir. Bu barədə kifayət qədər söz deyilib: XVI əsr də 
Füzuli  ərəb  qrafikasından  düzgün  istifadə  etməyən,  da ha 
doğrusu, qüsurlu yazan katiblərlə barışa bilməyib: “…Gah 
bir  hərf  süqutilə  qılur  nadiri  nar//Gah  bir  nöqtə  qü surilə 
gözü kur eylər”; XIX əsrdə M.F.Axundov ərəb əlifbasını is-
lah etməyə çalışıb, ilk dəfə olaraq latın və kiril əlifbaları əsa-
sında əlifba layihəsi hazırlayıb… XX yüzil li yin 90-cı illərin-
də latın qrafikalı əlifbaya keçməyin zəru ri li yini isə ilk dəfə 
məhz akademik Afad Qurbanov tutarlı faktlarla əsaslandı-
rıb: “Kiril qrafikası Azərbaycan dilinin bütün incəliklərinə, 
onun  tələblərinə  cavab  vermir.  İndi  iş lətdiyimiz  kiril  qra-
fikalı əlifbada bir sıra düzəldilməsi müm kün olmayan qü-
surlar vardır. Eyni zamanda kiril qra fi kalı əlifba xalqımızın 
milli mədəniyyətinin birləşməsinə an caq mənfi təsir göstə-
rir.  Müxtəlif  yerlərdə  yaşayan  azər baycanlılar  bir-birinin 
nailiyyətləri haqqında birbaşa məlu mat ala bilmirlər, milli 
mədəniyyət arasında möhkəm əla qə yaranmır. Buna görə 
də xalqımızın birliyi, onun iqti sa di, siyasi və mədəni inki-
şafı üçün mütərəqqi və yararlı əlifb a lazımdır. Bu da indi 
və gələcəkdə özünü doğrulda bi lən latın qrafikası əsasında 
yeni əlifba olmalıdır”. Bura da o da qeyd olunmalıdır ki, XX 
əsrin sonlarında yeni əlifb a məsələləri ilə ciddi şəkildə məş-
ğul olan alimlər sıra sın da akademik Afad Qurbanovun adı 
xüsusi olaraq vurğu la nırdı. Bu da səbəbsiz deyildi: birincisi, 


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
237
1990-cı ildə Azər bay can KP MK-da keçirilmiş müşavirədə 
Afad  Qurbanov  Azərbaycan  Əlifba  Komissiyasının  sədri 
təyin edilib; ikin cisi, Afad Qurbanov 1990-cı ildə latın qra-
fikası əsasın da yeni əlifba layihəsi hazırlayarkən dilimizin 
səs  siste mi nin  ən  səciyyəvi  xüsusiyyətlərini  əsas  götürüb; 
üçüncüsü, Afad Qurbanov latın qrafikalı yeni Azərbaycan 
əlifbası uğ runda mübarizə aparanda sovet imperiyası hələ 
çök mə mişdi; dördüncüsü, 1 avqust 1990-cı ildə “Kommu-
nist”  qə  zetinin  müxbiri  “Azərbaycan  əlifbası  problemi” 
adlı ya zısını hazırlayarkən heç bir dilçiyə yox, məhz Afad 
Qur banova müraciət edib. Təqdirəlayiq haldır ki, görkəm-
li alim latın qrafikalı yeni Azərbaycan əlifbası ilə bağlı jur-
nalistin suallarını cavablandırarkən ən kiçik detala belə zər-
gər dəqiqliyi ilə yanaşıb. Fikirlərini isə belə yekun laş dırıb: 
“Mədəni  və  mükəmməl Azərbaycan  əlifbası  yarat maq  öz 
mahiyyətinə görə müasir ictimai, siyasi və mədəni problem-
lərin ən mürəkkəbi, bəlkə də, ən məsuliy yət lisi dir”. Bütün 
bunların  davamı  olaraq  onu  da  vurğulayaq  ki,  akademik 
Afad Qurbanovun latın qrafikalı yeni Azərbay can əlifbası 
ilə bağlı göstərdiyi misilsiz xidmətlər sonrakı dövrlərdə ta-
nınmış elm və mədəniyyət xadimlərimiz tərə fin dən xüsusi 
olaraq dəyərləndirilib. Bu məqamda bir fakt dan yan keçmək 
olmur: “Ölkəmiz müstəqilliyini əldə et diyi zaman istedadlı 
alim, bacarıqlı təşkilatçı olan A.Qur banov bütün qüvvə və 
səylərini xalqın arzu və istəyi olan Azərbaycan əlifbasının 
latın qrafikasına keçməsinə həsr etmişdir. Onun latın qrafi-
kalı yeni əlifbaya keçdiyimiz dövr də Azərbaycan Əlifba Ko-
missiyasının sədri vəzifə sin də (1990) əlifba islahatçısı kimi 
xüsusi rolu olmuş, hazır ladığı əlifba layihəsi geniş ictimaiy-
yət tərəfindən yüksək qiymətləndirilərək qəbul edilmişdir” 
(akademik Mahmud Kərimov). 


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
238
Dərin məzmunlu bu sitatın assosiativliyi 2010-cu ildə 
ifadə etdiyim bir fikri eynilə təqdim etməyi diktə edir: “XX 
yüzilliyin sonlarında qəbul etdiyimiz latın qrafikasını bü-
tün  varlığımızla  qorumalıyıq  ki,  gələcək  nəsillərin  qınaq 
obyektinə çevrilməyək” (Əzizxan Tanrıverdi. Azərbaycan 
dilinin tarixi qrammatikası. Bakı, 2010, səh.124).


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
239
SON SÖZ ƏVƏZİ
Ustad!  Düzünü  desəm,  “Türkologiyamızın  Afad 
Qur  ba novu”  kitabını  tamamlayarkən  “Son  söz  əvəzi” 
yaz maq fikrindən uzaq idim. Amma ilahi bir qüvvə, yə-
qin ki, Sizin müqəddəs ruhunuz məni bu fikrimdən da-
şın dırdı...  Bu  ruh  sanki  mənə  diktə  edirdi  ki,  bu  ki tab 
üçün yığcam bir “Son söz əvəzi” yazım...
Bəri başdan deyim ki, Afad müəllim haqqında yaz dı-
ğım hər cümlə olmasa da, hər səhifə özlüyündə bir nəticə 
kimi çıxış edir:
–  bu səhifələrdə Afad müəllimin alimliyi də, müəl lim-
liyi də, bir elm təşkilatçısı kimi şöhrətlənməyi də, ideal 
in san ol mağı da, hətta qədim Oğuz kişilərini xatırlat-
ma ğı da açıq-aydın şəkildə görünür;
–  bu səhifələrdə şagirdinə qızıl medal verdirmiş, 70-dən 
ar tıq aspiranta (doktoranta) rəhbərlik etmiş, türkolo-
gi yanı san ballı kitabları ilə zənginləşdirmiş, bir neçə 
bey nəlxalq  səviyyəli  konfransın  təşkilatçısı  və  əsas 
məruzəçisi olmuş, APİ-nin (ADPU-nun) III mərtəbəsi-
nin divarlarını məşhur yazıçıların ba rel yefləri ilə bə-
zət dirmiş,  ən  əsası  isə  rektoru  olduğu  ali  mək tə bin 
əsas binasının qarşısında çinar ağacları əkdirmiş Afad 
Qurbanovun əbədiyaşarlığını vur ğuladıq; 
–  bu səhifələrdə Afad müəllimin nitqindəki sadə li yi, şi-
rinliyi, zənginliyi, bənzərsizliyi – bir sözlə, ən səciy yə-
vi cəhət ləri işıqlandırdıq;
–  bu  səhifələrdə  tələbəsinin  öz  ustadına  olan  sonsuz 
mə  həb bətini, mənəvi bağlılığını şirin bir dillə canlan-
dır mağa çalış dıq...


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
240
Afad Qurbanovun əsərləri barədə dəyərli sözlər söy-
lə miş  çoxsaylı  alimlərin  hər  birinin  yazısını  təhlil  süz gə-
cindən ke çir dik, hər birinin fikrinə müxtəlif bucaqlardan 
mü nasibət bildir dik ki, bu da, bir tərəfdən, Afad Qur bano-
vun nüfuzlu bir alim ol du ğunu sübut edirsə, digər tərəf-
dən də Azərbaycan dilçi li yinin ümumi mənzərəsi barədə 
müəyyən təəssürat yaradır. 
Afad  Qurbanovu  “Azərbaycan  Onomastikası  Mək-
tə bi”nin  banisi  kimi  dəyərləndirərkən  onun  onomastika 
ilə bağlı nəinki bütün kitablarını, hətta indiyədək araşdır-
malardan  kənar da  qalmış  bir  sıra  məqalələrini,  xüsusən 
də  konfrans  material la rın dakı  yazılarının  hər  birini  təh-
lil etdik, ən əsası, bunların hər birinin yüksək səviyyədə 
oldu ğunu  tutarlı  faktlarla  əsaslan dırdıq.  Yaratdığı  “Ono-
mastika Mərkəzi”ni isə belə səciyyələn dir dik: “...Onomas-
tika Mərkəzi Azərbaycanda, ümumən türk dünya sın da ilk 
“Mərkəz” idi; o, bu “Mərkəz”i sovet imperiyasının kə sə kəs 
dövründə ya rat mışdı; bu “Mərkəz”də çoxlu sayda Azər-
baycan  ono mas tik  vahidləri  (xüsusi  adları)  pasportlaş-
dırılmışdı  ki,  bu  da Azərbaycan  onomalogiyasını  kifayət 
qədər  zəngin ləşdirdi;  bu  “Mərkəz”  Afad  müəllimin  şah 
əsəri idi; o, bu “Mər kəz”lə nəfəs alırdı, sanki bu “Mərkəz”ə 
görə yaşayırdı”.
Analitik təfəkkürlü alimin “Ümumi dilçilik”, “Poetik 
ono mastika”, “Azərbaycan dilinin onomalogiyası”, “Azər-
bay can dil çi liyi problemləri”, “Azərbaycan şəxs adları en-
siklopediyası” kimi sanballı əsərlərinin, demək olar ki, hər 
bi rini ayrıca təhlil etdik, hər birinin dilçiliyimizin inki şa-
fındakı rolunu faktlarla arqumentləşdirdik.
Afad müəllimə həsr edilmiş şeirləri ədəbi tənqid müs-
təvisində təhlilə cəlb edərək onların poetik semantikası ilə 


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
241
bağlı ən mühüm cəhətləri qabartdıq ki, bu da onun nüfuz-
lu alim, əsl müəllim, qayğıkeş insan obrazının həm də po-
etik şəkildə canlandırıldığını təsdiqlədi.
“Ustadımı xatırlayarkən” bölməsində müəllim-tələbə 
mü  na sibətlərini dilçilik, ədəbiyyatşünaslıq, tarix, etnoqra-
fi ya,  pe da qogika,  psixologiya  kimi  elmlərin  sintezi  kon-
teks tində ifadə etdik ki, bu da, öz növbəsində, həmin elm-
lə rə aid bir sıra tu tarlı faktları müəyyənləşdirməyə imkan 
verir. 
Yaddaşlara əbədi olaraq həkk olunmuş Afad müəlli-
min qəlbən, ruhən bu gün də sıralarımızda olduğunu müx-
təlif priz ma lardan poetik bir dillə işıqlandırmağa çalışdıq. 
Mə sələn bel ə: “Afad müəllim, türkologiyamızın ağsaqqalı 
sta tusu yenə də Sizdədir, yenə də tələbələr dərsliklərinizi 
sevə-sevə oxuyur, ye nə də əsərlərinizə ən sanballı mənbə 
ki mi istinad olunur, yenə də adınız ən mötəbər kürsülərdə 
hörmət və məhəbbətlə çə kilir...”
Afad müəllim! “Türkologiyamızın Afad Qurbanovu” 
kita bını yazmaqla öz mənəvi borcumu, az da olsa, ödə mə-
yə çalış dım... Ruhunuz şad olsun!


242
Ön söz. Düşünən və düşündürən kitab (Arif Kazımov) 
5
 
AFAD QURBANOVU BİR ALİM, TÜRKOLOQ KİMİ
DƏYƏRLƏNDİRMİŞ ALİMLƏRİN
ƏSƏRLƏRİN DƏN SƏTİRLƏR 
13
 
USTADIMI XATIRLAYARKƏN 
29
 
AFAD QURBANOVUN ELMİ YARADICILIĞI
TƏDQİQATLARDA 
79
“Afat Qurbanov 70” kitabı (Bakı, 1999) tədqiqat müstə vi sində 
82
“Dilçi Afad Qurbanov” kitabı (Bakı, 2005) tədqiqat müs tə  visində 
102
“Afad Qurbanov” kitabı (Bakı, 2010) tədqiqat müstə visin də 
118
 
AFAD QURBANOVA HƏSR EDİLMIŞ ŞEİRLƏR
ƏDƏBİ TƏNQİD MÜS   TƏ VİSİNDƏ 
135
Bir qartal şığıyıb qondu zirvəyə 
138
Çiçəklənsin onomastika 
142
Şirindi alim qisməti 
144
İnsanlığın tacıydı 
148
Afad adında bir məktəb qalacaq 
154
Ey alim, pedaqoq–türkoloq Afad! 
160
Xüsusi adların söz dünyası var 
162
MÜNDƏRİCAT


243
AFAD QURBANOV AZƏRBAYCAN ONOMASTİKASINA
DAİR KONFRANSLARIN TƏŞKİLATÇISI
VƏ ƏSAS MƏRUZƏÇİSİ KİMİ 
165
Azərbaycan onomastikasının müasir vəzifələri 
174
Azərbaycan onomalogiyasının inkişaf perspektivləri 
177
Azərbaycan onomastikasının müasir problemləri 
179
Azərbaycan onomalogiyası və müasir tələblər 
182
Onomastik tədqiqatların yeni istiqamətləri 
184
Türk xalqları antroponimlərinin tədqiqi tarixindən 
186
Tətbiqi onomalogiya problemlərinin həlli zəruriliyi 
191
Türk mənşəli şəxs adları dünya xalqlarında 
193
 
Azərbaycan nitq mədəniyyəti problemləri  
200
Azərbaycan terminologiyasının müasir vəziyyəti
və qarşıda duran vəzifələr 
204
Azərbaycan dilinin onomalogiyası 
207
Poetik onomastika 
210
Ümumi dilçilik 
212
Professor Afad Qurbanov – Onomastika Məktəbinin ya ra  dıcısı 
215
Dilçiliyimizin ağsaqqalı 
218
Azərbaycan Onomastikası Məktəbi 
223
Dilçiliyimizin aktual problemləri haqqında
kon sep tu al araşdırma 
227
Azərbaycan şəxs adları ensiklopediyası 
231
Afad Qurbanov latın qrafikalı hazırkı Azərbaycan
əlif a sı nın müəllifi kimi  
236
Son söz əvəzi 
239 


Filologiya üzrə elmlər doktoru, professor
Əzizxan Vəli oğlu Tanrıverdinin
çap olunmuş əsərlərindən:
 
Тürk mənşəli Azərbaycan antroponimləri (1996),
“Kitabi-Dədə Qorqud”da şəxs adları (1999),
XVI əsr qıpçaq (половес) dilinin qrammatikası (2000),
“Kitabi-Dədə Qorqud”un obrazlı dili (2006),
“Kitabi-Dədə Qorqud”un söz dünyası (2008),
Dilimiz, mənəviyyatımız (2008),
Poeziyanın dili, dilin poeziyası (2008),
Qədim türk mənbələrində yaşayan şəxs adları (2009),
Azərbaycan dilinin tarixi qrammatikası (2010),
“Dədə Qorqud kitabı”nda at kultu (2012),
“Dəli Kür” romanının poetik dili (2012),
Anarın nəsri (2013),
“Dədə Qorqud kitabı”nın obrazlar aləmi (2013)
Dədə sözü işığında (2014),
Çal qılıncını, xan Qazan! (2015),
“Dədəm Qorqud”un zamanı (2015),
“Dədə Qorqud”un möcüzələr dünyası (2015),
“Koroğlu”nun şeir dili (2015)...


Yığılmağa verilib: 10.01.2018
Çapa imzalanıb: 10.05.2018
Kağız biçimi: 84x108 1/32
Ümumi həcmi: 15.5 ç.v.
Sayı: 1 000
Ofset çap üsulu ilə.
Baskı ve Cilt Yeri:
İmak Ofset Basım Yayın Tic. ve San. Ltd. Şti.
Atatürk Cad. Gök Sokak No:1 Yenibosna / İstanbul – TURKEY
www.imakofset.com.tr
ISBN 9 789952 810899




Yüklə 24,91 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə