Афаг Ялийева



Yüklə 3,93 Mb.
səhifə3/17
tarix23.01.2018
ölçüsü3,93 Mb.
#21895
1   2   3   4   5   6   7   8   9   ...   17
NƏSR ƏSƏRLƏRİ



1.ATLAR DAYANDI
Azərbaycan dilində ərəb əlifbası ilə avtoqraf. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Əsər pərakəndə sarı saya vərəqlərin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Vərəqlər nömrələnmişdir. Üz qabığında «Atlar da­yan­dı», «(hekayə)» sözləri qeyd olunmuşdur. Əsər üzərində təshih işi aparılmışdır.
Başlanır: Şəhər dağın təpəsində…

Bitir: … burası yamandır ey!..

Ölçüsü: 18x30 sm; həcmi: 25 vərəq; fond 6, s.v. 46.
2.BU NƏ QİYAMƏTDİR?
Azərbaycan dilində ərəb əlifbası ilə avtoqraf. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Əsər pərakəndə saya vərəqlərin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Vərəqlər nömrələnmişdir. İlk səhifəsində «Bu nə qiyamətdir?», «Kəndli qadınlara», səhifənin küncündə «Oktyabr inqilabı münasibətilə», son səhifəsində isə «Cəlil Məmməd­quluzadə (Molla Nəsrəddin)» sözləri qeyd olunmuşdur. Əsər üzərində təshih işi aparılmışdır. 2-ci vərəqin hər iki üzü yazılmış, sonradan isə bir üzü qəhvəyi mürəkkəblə bu (X) şəkildə pozulmuşdur.
Başlanır: Heç kəs məni başa sala bilmədi…

Bitir: … iki kəlmə – Oktyabr inqilabıdır!

Ölçüsü: 18x30 sm; həcmi: 9 vərəq; fond 6, s.v. 48.

3.BUZ
Azərbaycan dilində ərəb əlifbası ilə avtoqraf. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Əsər pərakəndə saya vərəqlərin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Vərəqlər nömrələnmişdir. Üz səhifəsində «Buz», onun altından «(hekayə)» sözləri qeyd olunmuşdur. Əsər üzərində təshih işi aparılmışdır.
Başlanır: Mən on yaşında, ya bəlkə…

Bitir: … həsrət qoymağım yadıma düşür.

Ölçüsü: 18x36 sm; həcmi: 16 vərəq; fond 6, s.v. 47.
4.DANABAŞ KƏNDİNİN ƏHVALATLARI
Azərbaycan dilində ərəb əlifbası ilə surət. Katibi məlum deyil. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Əsər pərakəndə cizgili dəftər vərəqlərinin hər iki üzünə qara mürəkkəblə yazılmışdır. Vərəqlər nömrələnməmişdir. Səliqəlidir. Natamamdır. Əsərin başlanğıc hissəsidir.
Başlanır: Mənim adım Cəlil və…

Bitir: … əhvalatdan xəbəri yoxdu…

Ölçüsü: 18,5x21,5 sm; həcmi: 5 vərəq; fond 6, s.v. 33*.
5.DANABAŞ KƏNDİNİN MƏKTƏBİ
Azərbaycan dilində ərəb əlifbası ilə avtoqraf. Yazılış tarixi 10 yanvar, Nehrəm. İli oxunaqsızdır. Ağ sapla tikilmiş saya vərəqlərin hər iki üzünə qara mürəkkəblə yazılmışdır. Vərəqlər nömrələnmişdir. «Yazılıbdı Danabaş kəndində, yanvarın 10-da, 18..» (son iki rəqəm oxunmur) şəkildə qeyd edilmiş, lakin sonradan pozulmuşdur. 2-ci vərəqdə «Danabaş kəndinin məktəbi» sözü qeyd olunmuşdur. 1-ci və axırıncı vərəqlərin ikisi yarıdan uzununa cırılmışdır. 1-ci vərəqin iki, 2-ci vərəqin isə bir üzü bu (/) şəkildə pozulmuşdur. 5-ci vərəqin bir üzü boş saxlanılmışdır. Əsər üzərində qara və qırmızı mürəkkəblə təshih işi aparılmışdır. Natamamdır.
Başlanır: Dünən mən kənddə deyil idim…

Bitir: … ondan ötrü zərər toxunurdu.

Ölçüsü: 17x22 sm; həcmi: 21+8 (boş) vərəq; fond 6, s.v. 34.
6.EYDİ-RƏMƏZAN
Azərbaycan dilində ərəb əlifbası ilə avtoqraf. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Əsər pərakəndə saya vərəqlərin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Vərəqlər nömrələnmişdir. İki vərəq təkrar olaraq 6 rəqəmilə nömrələnmişdir. 1-ci səhifədə «Eydi-rəməzan», son səhifədə isə «Molla Nəsrəddin» sözləri qeyd olunmuşdur. Əsər üzərində təshih işi aparılmışdır.
Başlanır: Şükür olsun haman…

Bitir: … mən də yoruldum.

Ölçüsü: 17,5x36 sm; həcmi: 10 vərəq; fond 6, s.v. 51.
7.XANIN TƏSBEHİ
Azərbaycan dilində ərəb əlifbası ilə avtoqraf. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Əsər pərakəndə saya vərəqlərin bir üzünə qara mürəkkəblə yazılmışdır. Vərəqlər nömrələnmişdir. İlk səhifəsində «Xanın təsbehi», son səhifəsində isə «Molla Nəsrəddin» sözləri qeyd olunmuşdur. Əsər üzərində təshih işi aparılmışdır.
Başlanır: Bakı ilə Tiflisin arasında…

Bitir: … getdim Əhər şəhərinə.

Ölçüsü: 13,5x36 sm; həcmi: 14 vərəq; fond 6, s.v. 44.

8.İKİ ALMA
Azərbaycan dilində ərəb əlifbası ilə avtoqraf. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Əsər cizgili vərəqlərin hər iki üzünə qara mürəkkəblə yazılmışdır. Səhifələr nömrələnmişdir. 1-ci səhifəsində «İki alma», son səhifəsində isə «Tamam» sözləri qeyd olunmuşdur. Bəzi söz və cüm­lələr pozulmuşdur.
Başlanır: Axşam vaxtları gəzməyə çıxanda…

Bitir: … almanın birini yetim uşağa verir.

Ölçüsü: 22x34,5 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 54.
9.İKİ QARDAŞ
Azərbaycan dilində ərəb əlifbası ilə avtoqraf. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Əsər saya vərəqlərin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Vərəqlər nömrələnmişdir. Üz səhifəsində «İki qardaş» sözü qeyd olunmuşdur. Əsər üzərində təshih işi aparılmışdır.
Başlanır: Gürcüstan yaylaqlarının birindən…

Bitir: … bunu dəxi söyləmək istəmirəm.

Ölçüsü: 21,5x36,5 sm; həcmi: 3 vərəq; fond 6, s.v. 55.
10.KONSULUN ARVADI
Azərbaycan dilində ərəb əlifbası ilə avtoqraf. Yazılış tari­xi 1918-ci il. Harada yazıldığı qeyd edilməmişdir. Əsər ciz­gili dəftər vərəqlərinin bir (1-10) və hər iki (11-12) üzünə qara mürəkkəblə yazılmışdır. Vərəqlər nömrələnmişdir. İlk səhifəsində «Konsulun arvadı», onun altından əvvəlcə «(hekayə)» yazılmış, sonradan isə qara mürəkkəb və qırmızı karandaşla pozulmuşdur. Avtoqrafın axırında «Tamam. Cəlil Məmmədquluzadə (Molla Nəsrəddin). 1918» sözləri qeyd edilmişdir. Əsər üzərində qara, yaşıl mürəkkəb və qırmızı karandaşla təshih işi aparılmışdır.

Başlanır: Nahardan sonra uzandım…

Bitir: … yerində idi, nə də Rzaqulunun.

Ölçüsü: 17, 5x22 sm; həcmi: 12 vərəq; fond 6, s.v. 39.
11.QİYAMƏT
Azərbaycan dilində ərəb əlifbası ilə avtoqraf. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Əsər pərakəndə saya vərəqlərin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Vərəqlər nömrələnmişdir. Üz səhifəsində «Qiyamət», onun altından «(Yaxud kəndli qadınlar)», «Oktyabr inqilabının on illiyi», son səhifəsində isə «Cəlil Məmmədquluzadə (Molla Nəsrəddin)» sözləri qeyd olunmuşdur. Əsər üzərində cüzi təshih işi aparılmışdır.
Başlanır: Bu ilki oktyabr ayı ola bilər ki…

Bitir: … iki kəlmə – Oktyabr inqilabıdır!

Ölçüsü: 18x30,5 sm; həcmi: 8 vərəq; fond 6, s.v. 49.
12.QOŞA BALINC
Azərbaycan dilində ərəb əlifbası ilə avtoqraf. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Əsər pərakəndə saya vərəqlərin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Vərəqlər nömrələnmişdir. Üz səhifəsində «Qoşa balınc», onun altından «(hekayə)» sözləri qeyd olunmuşdur. 7-ci vərəqdən iki ədəddir: 7 (1) və 7 (2). Əsər üzərində təshih işi aparılmışdır.
Başlanır: Avqust ayının iyirmi üçündə…

Bitir: … biz qoşa yataq və qucaqlaşaq.

Ölçüsü: 18x30 sm; həcmi: 24 vərəq; fond 6, s.v. 50.
13.QUZU
Azərbaycan dilində ərəb əlifbası ilə surət. Katibi məlum deyil. Yazılış tarixi iyun, 1914-cü il, Tiflis. Əsər dama-dama dəftər vərəqlərinin bir üzünə qara mürəkkəblə yazılmışdır. Vərəqlər nömrələnməmişdir. Səliqəlidir. İlk səhifəsində «Quzu», son səhifəsində isə yenə «Quzu», riyazi hesablamalar və rus dilində bəzi qeydlər vardır.
Başlanır: Kəblə Məhəmmədhüseynin…

Bitir: … Allah xana ömür versin.

Ölçüsü: 18x22 sm; həcmi: 14 vərəq; fond 6, s.v. 37.
14.OĞRU İNƏK
Azərbaycan dilində ərəb əlifbası ilə surət. Katibi məlum deyil. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Əsər pərakəndə saya vərəqlərin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Vərəqlər nömrələnmişdir. İlk səhifəsində «hekayə», «Oğru inək», onun altından «(qabağı keçən nömrədə)», son səhifəsində isə «Cəlil Məmmədquluzadə» sözləri qeyd olunmuşdur. Əsər üzərində cüzi təshih işi aparılmışdır. Natamamdır. Hekayənin əvvəli yoxdur.
Başlanır: … Oğru inəyin macərası…

Bitir: … hava da çox soyuq idi.

Ölçüsü: 21x30,5 sm; həcmi: 4 vərəq; fond 6, s.v. 59.
15.PROLETAR ŞAİRİ
Azərbaycan dilində latın əlifbası ilə avtoqraf. Yazılış tarixi 22 fevral, 1929-cu il. Harada yazıldığı qeyd edilməmişdir. Əsər pərakəndə saya vərəqlərin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Vərəqlər nömrələnmişdir. İlk səhifəsində «Proletar şairi», son səhifəsində isə «22 fevral 29 il» sözləri qeyd olunmuşdur. Əsər üzərində təshih işi aparılmışdır.
Başlanır: Mənə dedilər ki, iki adam…

Bitir: … o qədər əhəmiyyəti yoxdur.

Ölçüsü: 18,5x35,5 sm; həcmi: 3 vərəq; fond 6, s.v. 45.

16.RUS QIZI

I
Azərbaycan dilində ərəb əlifbası ilə surət. Katibi məlum deyil. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Əsər cizgili dəftər vərəqlərinin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Vərəqlər nömrələnməmişdir. Dəftərin üz vərəqində C.Məmmədquluzadənin xətti ilə bənövşəyi mürəkkəblə «Rus qızı», onun altından «(hekayə)», «Yazanı: Cəlil Məmmədquluzadə (Molla Nəsrəddin)», vərəqin yuxarı küncündə isə çəpinə qara karandaşla «Maarif və mədəniyyətdə getmədi. 27/V.26» sözləri qeyd olunmuşdur. Mətn boyu kiril və latın əlifbası ilə sözlər işlənmişdir. Əsər üzərində müəllif tərəfindən təshih işi aparılmışdır. Natamamdır. Sondan bir neçə vərəq çatmır.


Başlanır: Tarixi-İsəvinin min səkkiz…

Bitir: … kişilər kimi özü yavuqlaşdı…

Ölçüsü: 17x22 sm; həcmi: 11 vərəq; fond 6, s.v. 41.
17.RUS QIZI

II
Azərbaycan dilində ərəb əlifbası ilə surət. Katibi məlum deyil. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Əsər pərakəndə dama-dama vərəqlərin hər iki üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Vərəqlər nömrələnməmişdir. Əsər üzərində C.Məmmədquluzadə tərəfindən təshih işi aparılmış, qara mürəkkəb və qırmızı karandaşla bəzi ixtisar və əlavələr edilmişdir. Natamamdır.


Başlanır: Tarixi-İsəvinin min səkkiz…

Bitir: … bal qayqanağına bizi qonaq elədi…

Ölçüsü:17x21,5; həcmi: 8 vərəq; fond 6, s.v. 60.



18.SAQQALLI UŞAQ

I
Azərbaycan dilində ərəb əlifbası ilə avtoqraf. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Əsər pərakəndə saya vərəqlərin bir üzünə qara mürəkkəblə yazılmışdır. Vərəqlər nömrələnmişdir. İlk səhifəsində hekayənin sərlövhəsi əvvəl «Yağ satan» olmuş, sonra müəllif özü bənövşəyi mürəkkəblə sərlövhəni pozaraq «Saqqallı uşaq» etmişdir. Əsər üzərində bənövşəyi və qara mürəkkəblə təshih işi aparılmışdır.


Başlanır: Bu hekayəni nəql eləməmişdən…

Bitir: … nə dərdi-sər vermək.

Ölçüsü: 13,5x36 sm; həcmi: 13 vərəq; fond 6, s.v. 62.
19.SAQQALLI UŞAQ

II
Azərbaycan dilində ərəb əlifbası ilə avtoqraf. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Əsər bir-birinə yapışdırılmış saya vərəqlərin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Vərəqlər nömrələnmişdir. İlk səhifəsində «Saqqallı uşaq» başlığı qeyd olunmuşdur. Sonuncu vərəq yarıdan eninə kəsilmişdir. Əsər üzərində cüzi təshih işi aparılmışdır.


Başlanır: Bu hekayəni nəql eləməmişdən…

Bitir: … oxucuya aşkar olsun gərək.

Ölçüsü: 18x29 sm; həcmi: 8 vərəq; fond 6, s.v. 63.
20.SARI

I
Azərbaycan dilində ərəb əlifbası ilə avtoqraf. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Əsər pərakəndə saya vərəqlərin bir üzünə qara karandaşla yazılmışdır. Vərəqlər nömrələnmişdir. İlk səhifəsində «Sarı», son səhifəsində isə «Molla Nəsrəddin» sözləri qeyd olunmuşdur. Əsər üzərində təshih işi aparılmışdır.


Başlanır: Bir neçə il bundan əqdəm…

Bitir: … o hamama yolum düşmədi.

Ölçüsü: 17,5x26 sm; həcmi: 8 vərəq; fond 6, s.v. 64.
21.SARI

II
Azərbaycan dilində ərəb əlifbası ilə avtoqraf. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Əsər ağ sapla tikilmiş saya vərəqlərin bir üzünə qara mürəkkəblə yazılmışdır. Vərəqlər nömrələnməmişdir. Üz və 1-ci səhifəsində «Sarı», onun altından «(hekayə)», son səhifəsində isə «Cəlil Məmmədquluzdə (Molla Nəsrəddin)» sözləri qeyd olunmuşdur. Əsər üzərində qara və bənövşəyi mürəkkəblə təshih işi aparılmışdır.


Başlanır: Bir neçə il bundan əqdəm…

Bitir: … o hamama yolum düşmədi.

Ölçüsü: 16,5x29,5 sm; həcmi: 7+1 (boş) vərəq; fond 6, s.v. 65.
22.ŞEİR BÜLBÜLLƏRİ
Azərbaycan dilində ərəb əlifbası ilə avtoqraf. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Əsər bir cizgili dəftər vərəqlərinin hər iki üzünə qara mürəkkəblə yazılmışdır. Səliqəsizdir. Vərəqlər nömrələnməmişdir. İki qoşa vərəq ağ sapla dəftərə əlavə olaraq tikilmişdir. Dəftər yarıdan eninə cırılmış və yalnız aşağı hissəsi saxlanılmışdır. Əsər üzərində təshih işi aparılmış, bir çox yerlər bu (X) şəkildə pozulmuşdur. Natamamdır.

Başlanır: … bir gün axşam çağı…

Bitir: … taza azəri şairlərinin dilini…

Ölçüsü: 13x17 sm; həcmi: 13+1 (boş) vərəq; fond 6, s.v. 40.
23.ŞƏHƏR VƏ KƏND
Azərbaycan dilində ərəb əlifbası ilə avtoqraf. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Əsər pərakəndə saya vərəqlərin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Vərəqlər nömrələnmişdir. İlk səhifəsində hekayənin adı əvvəl «Xəbərdarlıq» yazılmış, sonra pozularaq «Şəhər və kənd»lə əvəz olunmuşdur. Əsər üzərində təshih işi aparılmışdır.
Başlanır: Bir ay bundan qabaq övrətim…

Bitir: … amma qəlbim inciməsin.

Ölçüsü: 21,5x36,5 sm; həcmi: 3 vərəq; fond 6, s.v. 38.
24.TAXIL HƏKİMİ
Azərbaycan dilində ərəb əlifbası ilə avtoqraf. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Əsər bir cizgili dəftər vərəqlərinin hər iki üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Vərəqlər nömrələnməmişdir. Dəftərin üz vərəqində göy karandaşla «Taxıl həkimi» yazılaraq altından xətt çəkilmişdir. İlk səhifəsində «Taxıl həkimi», onun altından isə «(hekayə)» qeyd olunmuşdur. Əsər üzərində bənövşəyi mürəkkəb və qırmızı karandaşla təshih işi aparılmışdır.
Başlanır: İki il bundan qabaq Pirsaqqız…

Bitir: … tollasın çölə və belə də eləyir.

Ölçüsü: 17,5x21,5 sm; həcmi: 7+5 (boş) vərəq; fond 6, s.v. 42.

25.TOY
Azərbaycan dilində ərəb əlifbası ilə avtoqraf. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Əsər pərakəndə saya vərəqlərin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Vərəqlər nömrələnmişdir. İlk və son səhifəsində «Toy» başlığı qeyd olunmuşdur. Əsər üzərində təshih işi aparılmışdır.
Başlanır: Mənim adətimdir: bir yerdə…

Bitir: … üç ağaclığından qaçıram.

Ölçüsü: 18x36,5 sm; həcmi: 10 vərəq; fond 6, s.v. 66.
26.UCUZLUQ
Azərbaycan dilində ərəb əlifbası ilə avtoqraf. Yazılış tarixi 28 noyabr. İli və harada yazıldığı qeyd edilməmişdir. Əsər pərakəndə saya vərəqlərin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Vərəqlər nömrələnmişdir. İlk səhifəsində sərlövhə əvvəlcə «Yaylaq» olmuş, sonradan pozularaq «Ucuzluq»la əvəz olunmuşdur. Son səhifəsində isə «noyabr 28» qeyd edilmşdir. Əsər üzərində bənövşəyi mürəkkəb və qırmızı karandaşla təshih işi aparılmışdır.
Başlanır: Naxçıvan şəhərindən bir…

Bitir: … hara getdi və başına nə iş gəldi.

Ölçüsü: 18x30 sm; həcmi: 5 vərəq; fond 6, s.v. 67.
27.YAN TÜTƏYİ
Azərbaycan dilində ərəb əlifbası ilə avtoqraf. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Əsər cizgili dəftər vərəqlərinin hər iki üzünə qara karandaşla yazılmışdır. Vərəqlər nömrələnməmişdir. Üz vərəqində qara mürəkkəblə, 1-ci səhifəsində isə qara karandaşla «Yan tütəyi» başlığı qeyd olunmuşdur. Əsər üzərində qara karandaş və bənövşəyi mürəkkəblə təshih işi aparılmışdır. Natamamdır.
Başlanır: Cavan vaxtlarımda mən…

Bitir: … yan tütəyi alsın versin…

Ölçüsü: 17,5x22 sm; həcmi: 8 vərəq; fond 6, s.v. 56.
28.YUXU
Azərbaycan dilində ərəb əlifbası ilə avtoqraf. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Əsər müxtəlif ölçülü pərakəndə saya vərəqlərin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Səliqəsizdir. Vərəqlər nömrələnmişdir. İlk səhifəsində «Yuxu» başlığı qeyd olunmuşdur. Sonuncu iki vərəq təkrar olaraq 5 rəqəmilə nömrələnmişdir. Əsər üzərində təshih işi aparılmışdır.
Başlanır: Hacı Mirzəli ağa vəfat etmişdi…

Bitir: … uşaq səsini kəsdi.

Ölçüsü: 17,5x34,5–23x36,5 sm; həcmi: 6 vərəq; fond 6, s.v. 58.
29.ZƏLZƏLƏ

I
Azərbaycan dilində ərəb əlifbası ilə avtoqraf. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Əsər pərakəndə sarı saya vərəqlərin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Vərəqlər nömrələnmişdir. Əsər üzərində təshih işi aparılmışdır.


Başlanır: Zəlzələdən indi on yeddi il…

Bitir: … sübhə kimi rahatsız oluram.

Ölçüsü: 18x30,5 sm; həcmi: 16 vərəq; fond 6, s.v. 52.


30.ZƏLZƏLƏ

II
Azərbaycan dilində ərəb əlifbası ilə avtoqraf. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Əsər ağ sapla bir-birinə tikilmiş saya vərəqlərin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Vərəqlər nömrələnmişdir. Üz səhifəsində «Zəlzələ», onun altından «(hekayə)», sol tərəfdə «Cəlil Məmmədquluzadə (Molla Nəsrəddin)» sözləri qeyd olunmuşdur. Sərlövhə ilə imza arasında qara mürəkkəblə çəpinə belə bir qeyd «hekayə bir az qısaldılmalı və cümlələr sadələşdirilməli» yazılmış, sonradan isə bənövşəyi mürəkkəblə pozulmuşdur. Əsər üzərində təshih işi aparılmışdır.


Başlanır: Zəlzələdən indi on yeddi il…

Bitir: … «Ax, yazıq uşaqlar!»

Ölçüsü: 17,5x30 sm; həcmi: 14 vərəq; fond 6, s.v. 53.

FELYETON VƏ MƏQALƏLƏRİ




1.ADSIZ FELYETON
Azərbaycan dilində ərəb əlifbası ilə avtoqraf. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Əsər pərakəndə saya vərəqlərin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Vərəqlər nömrələnmişdir. Əlyazmanın adı yoxdur. Avtoqrafın sonu «Elan»la bitir. Əsər üzərində təshih işi aparılmışdır.
Başlanır: Əlhəmdi lillahi rəbbil aləmin…

Bitir: … «Molla Nəsrəddin» məcmuəsi göndərilir.

Ölçüsü: 22x35,5 sm; həcmi: 6+1 (boş) vərəq; fond 6, s.v. 71*.
2.ARVAD MƏSƏLƏSİ
Azərbaycan dilində ərəb əlifbası ilə avtoqraf. Yazılış tarixi 9 iyul, 1917-ci il, Tiflis. Məqalə qoşa saya vərəqlərin bir üzünə qara mürəkkəblə yazılmışdır. Vərəqlər nömrələnmişdir. Əvvəlindən iki vərəq düşdüyünə görə əlyazma 3-cü vərəq­dən başlanır. İlk səhifəsində «Arvad məsələsi», son səhifə­sində isə «9 iyul 1917. Tiflis» sözləri qeyd olunmuşdur. 3-cü vərəqin sonundan 3 sətir kəsilmişdir. Vərəqlərin kənarında qırmızı mürəkkəblə əlavələr edilmişdir. Mətn boyu bəzi rəqəm və sözlərin altından qırmızı mürəkkəblə xətt çəkilmişdir. Bəzi sözlərin üzərində isə rus dilində tərcüməsi yazılmışdır. Əsər üzərində qara mürəkkəblə təshih işi aparılmışdır.
Başlanır: Yevropanın ən şöhrətli alimlərindən…

Bitir:və əlbəttə, məqsədinə çatacaq.

Ölçüsü: 33x36 sm; həcmi: 8+2 (boş) vərəq; fond 6, s.v. 71.

3.BƏS ASPİSOVA XANIMIN MÜSƏLMAN QIZLARI ÜÇÜN MƏKTƏBİ NECƏ OLDU?
Rus dilində. C.Məmmədquluzadənin «Vozrojdeniye» qəzetinin 5 (18) oktyabr, 1905-ci il, 3-cü sayında dərc olunmuş «Kavkazskaə jiznğ i pressa sredi musulğman. Qde-je şkola dlə musulğmanskix devoçek q-ji Aspisovoy?» məqaləsi saya vərəqin bir üzünə qara rəngdə makina çapı ilə yazılmışdır. Məqalənin sonunda «Mamed Kuli-Zade» qeyd edilmişdir. Mətn üzərində qara mürəkkəblə orfoqrafik düzəlişlər edilmişdir.



Başlanır: Çerez dva mesəüa …

Bitir: … nesçastnıx musulğmanok?

Ölçüsü: 20,5x31 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 162*.
4.CÜMHURİYYƏT
Azərbaycan dilində ərəb əlifbası ilə avtoqraf. Yazılış tarixi 1917-ci il, Tiflis. Günü və ayı qeyd edilməmişdir. Məqalə cizgili vərəqlərin bir üzünə qara mürəkkəblə yazılmışdır. Vərəqlər nömrələnmişdir. Yarıdan eninə kəsilmiş üz vərəqində «Cümhuriyyət», ilk səhifəsində isə yenə «Cümhuriyyət», rus dilində «(Respublika)», əsərin yarıdan eninə kəsilmiş son vərəqində isə «Bahar. 1917 ildə. Tiflis» sözləri qeyd olunmuşdur. 2-ci səhifədə rus dilində bir cümlə yazılmışdır. 9-cu vərəq boş saxlanılmışdır. Məqalə üzərində qara mürəkkəb və qırmızı karandaşla təshih işi aparılmışdır.
Başlanır: Vətəndaşlar! Padşahlıq taxtından…

Bitir: … Yaşasın cümhuriyyət!

Ölçüsü: 22,5x35,5 sm; həcmi: 8+1 (boş) vərəq; fond 6, s.v. 72.
Avtoqrafa sonradan Azərbaycan dilində kiril əlifbası ilə köçürülmüş surət əlavə edilmişdir. Makina çapıdır.
Ölçüsü: 20,5x31 sm; həcmi: 5 vərəq; fond 6, s.v. 72.

5.FELYETONLAR
Azərbaycan dilində latın (1-11 s.) və ərəb (12-96 s.) əlifbası ilə «Molla Nəsrəddin» jurnalında dərc olunan «Molla Nəsrəddin» imzalı felyetonların surətidir. Katibi məlum de­yil. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Əsər müxtəlif ölçülü pərakəndə saya vərəqlərin bir üzünə bənövşəyi (2-10 s.) və göy (11-96 s.) mürəkkəblə yazılmışdır. Səliqəlidir. Vərəqlər nömrələnmişdir. 1-ci səhifənin yarısı bənövşəyi, 2-ci yarısı isə göy mürəkkəblə yazılmışdır. Əlyazma iki hissəli «Felyetonlar»ın I hissəsidir18. 1906-cı ildə dərc olunan «Molla Nəsrəddinin cavabı» felyetonu ilə başlanan əlyazma, 1907-ci il 15 iyul tarixli 26-cı nömrədə dərc olunan «Papaq» felyetonu ilə tamamlanır.

Felyetonların sonunda imza qeyd olunmuşdur. 14 iyul 1906-cı il, 15-ci nömrədə çıxan «İran konsulları» felyetonundan başlayaraq sonda mənbə də göstərilmişdir.


Başlanır: Ağdaşda Kərbəlayi Nəcəfqulu…

Bitir: … bizim papaqlar qazanıblar.

Ölçüsü: 17x37–18x52 sm; həcmi: 96 vərəq; fond 6, s.v. 69*.
6.FELYETONLAR
Azərbaycan dilində ərəb (97-162 s.) və latın (163-175 s.) əlifbası ilə «Molla Nəsrəddin» jurnalında dərc olunan «Molla Nəsrəddin» imzalı felyetonların surətidir. Katibi məlum deyil. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Əsər müxtəlif ölçülü pərakəndə saya vərəqlərin bir üzünə qara (97-162 s.), bənövşəyi (163-164 s.) və göy (165-175 s.) mürəkkəblə yazılmışdır. Səliqəlidir. Vərəqlər nömrələnmişdir. Əlyazma iki hissəli «Felyetonlar»ın II hissəsidir19. 1907-ci il 24 iyul tarixli 27-ci nömrəsində dərc olunan «Bizim işlərimiz» felyetonu ilə başlanan əlyazma 1909-cu il 5 aprel tarixli 14-cü nömrədə dərc olunan «Qoqol» felyetonu ilə tamamlanır.

Felyetonların sonunda mənbə və imza göstərilmişdir. 163-cü səhifədə latfn əlifbasında olan «Necə qan ağlamasın daş bu gün» felyetonundan başlayaraq yalnız imza göstərilmişdir.


Başlanır: Məlumdur ki, bu il çox yerlərdə…

Bitir: … gərək yadından çıxartmasın.

Ölçüsü: 17x35, 5–18,5x52 sm; həcmi: 80 vərəq; fond 6, s.v. 70*.
Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə