Афаг Ялийева


AZƏRBAYCAN XALQ KOMİSSARLAR ŞURASININ SƏDRİ D.BÜNYATZADƏYƏ



Yüklə 3,93 Mb.
səhifə6/17
tarix23.01.2018
ölçüsü3,93 Mb.
#21895
1   2   3   4   5   6   7   8   9   ...   17
4.AZƏRBAYCAN XALQ KOMİSSARLAR
ŞURASININ SƏDRİ D.BÜNYATZADƏYƏ

I
Rus dilində. Yazılış tarixi 24 noyabr, 1930-cu il, Bakı. Saya vərəqin hər iki üzünə bənövşəyi rəngdə makina çapı ilə yazılmışdır. İki nüsxədən ibarətdir. Məktub sonda redaksiya katibinin imzası ilə təsdiqlənir.

Məzmunu: 18 noyabr saat 10-da öz iş yerində jurnalın növbəti nömrəsini hazırlayan C.Məmmədquluzadənin özünü pis hiss edərək sol əli və ayağının tutulduğunu bildirir. Həkimlərin (Akopcanov, Ter-Stepanov, Ammosov) rəylərinə əsasən onun Kislovodskda kurort müalicəsinə ehtiyacı olduğu bildirilir. Özünün və redaksiyanın maddi imkansızlığını nəzərə alıb Şuranın hesabına müalicə olunması xahiş edilir.
Başlanır: Predsedatelö soveta Narodnıx…

Bitir: … Stepanova i professora Ammosova.

Ölçüsü: 20,5x24 sm; həcmi: 1+1 (eyni) vərəq; fond 6, s.v. 294.

5.AZƏRBAYCAN XALQ KOMİSSARLAR
ŞURASININ SƏDRİ D.BÜNYATZADƏYƏ

II
Rus dilində. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Məktub sonda redaksiya katibinin imzası ilə təsdiqlənir.

Məzmunu: 18 noyabr saat 10-da öz iş yerində jurnalın növbəti nömrəsini hazırlayan C.Məmmədquluzadənin özünü pis hiss edərək sol əli və ayağının tutulduğunu bildirir. Həkimlərin (Akopcanov, Ter-Stepanov, Ammosov) rəylərinə əsasən onun Kislovodskda kurort müalicəsinə ehtiyacı olduğu bildirilir. Özünün və redaksiyanın maddi imkansızlığını nəzərə alıb Şuranın hesabına müalicə olunması xahiş edilir. Həkimlərin rəyləri və epiqrezin əlavə olunduğunu bildirilir.
Başlanır: Predsedatelö Sovet. Nar. Kom…

Bitir: … Stepanova i professora Ammosova.

Ölçüsü: 20x56,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 498.
6.AZƏRBAYCAN İCTİMAİ ŞURA CÜMHURİYYƏTİ

KOMİSSARLAR ŞURASINA
Azərbaycan dilində ərəb əlifbası ilə və rus dilində. Yazılış tarixi 26 noyabr. İli və harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır.

Məzmunu: Şuradan fevral ayı üçün «Molla Nəsrəddin»ə çatacaq 500 manatlıq dotasiyanın verilməsini istəyir.
Başlanır: Sovetu Narodnıx Komissarov…

Bitir:məsul müdiri, kontor müdiri Cəlil.

Ölçüsü: 18x29,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 161.

7.AZƏRNƏŞR İDARƏSİNƏ

Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 5 iyun, 1926-cı il, Bakı. Saya vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Vərəqin sonunda göy karandaşla başqa xətlə «Ambara qəbul olundu» qeyd olunmuşdur.



Məzmunu: Satış üçün 300 ədəd «Konsulun arvadı» kitabının göndərildiyini bildirir.
Başlanır: Azərnəşr idarəsinə! Göndərilir…

Bitir: … «Molla Nəsrəddin» idarəsi.

Ölçüsü: 15,5x21 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 290.
8.«BAKİNSKİ RABOÇİ» QƏZETİNİN PƏRAKƏNDƏ

SATIŞ KONTORUNA
Rus dilində. Yazılış tarixi 19 yanvar, 1926-cı il, Bakı. Sa­ya vərəqin hər iki üzünə qara mürəkkəblə yazılmışdır. Məktub sonda göy karandaşla imza şəklində «D.Mamed Kuli» ya­zı­laraq təsdiqlənir.

Məzmunu: «Molla Fəzləli», «Şeir bülbülləri» və «Baqqal Məşədi Rəhim» kitablarının satışını Qafarovla razılaşdığı kimi təşkil edilməsini bildirir.
Başlanır: V kontoru po rozniçnoy prodaje…

Bitir: … derjatğ kniqi mesəü i bolğşe.

Ölçüsü: 15,5x21 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 288.
9.DÖVLƏT KANTORASI «İTTİFAQ MƏTBUAT» BAKI ŞÖBƏSİNƏ
Rus dilində. Yazılış tarixi 3 fevral, 1931-ci il, Bakı. Saya vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Bakı şöbəsinin sorğusuna cavab olaraq yazılan məktub sonda idarə müdirinin imzası ilə təsdiqlənir. Vərəqin o biri üzündə Bakı şöbəsi tərəfindən belə bir qeyd edilmişdir: «Po gtomu sçetu. Poluçeno v sçet 16 fevralə 1931 q. ot Narkompoçtelə çerez Qosbank za podpiski «1» ənvarə 1931 qoda 250 rub.».
Məzmunu: 1931-ci il üçün abunə jurnallarının ümumi sayı göstərilir, 2622 manat 65 qəpik kimi hesablanır və həmin pulun Dövlət Bankında Kontorun hesabına köçürülməsi xahiş olunur.
Başlanır: Qazetnomu sektoru. Sçet № 489…

Bitir: … v Qosbank na naş kontor. sçet № 874.

Ölçüsü: 17x37 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 322*.
10.KİTAB MAĞAZASINA
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 24 okt­yabr, 1927-ci il, Bakı. Saya vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır.

Məzmunu: Kitab mağazasında qalan kitabların sayı və onla­rın pulu hesablanaraq bildirilir.
Başlanır: Məktub. Kitab mağazasına…

Bitir: … Molla Nəsrəddin tərəfindən.

Ölçüsü: 20x23,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 168.
11.KURORT BÜROSUNA
Rus dilində. Yazılış tarixi 29 aprel, 1931-ci il, Bakı. Saya vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Məktub sonda «Molla Nəsrəddin» jurnalı redaksiyasının bənövşəyi rəngli möhürü və katibinin imzası ilə təsdiqlənmişdir.

Məzmunu: Redaksiya jurnalın redaktoru arterioskleroz xəstəliyindən əziyyət çəkən C.Məmmədquluzadə üçün 1931-ci il iyul ayında bir nəfərlik yer ayrılmasını xahiş edir.
Başlanır: V Kur-böro. Redaküiə jurnala…

Bitir: … arteriosklerozom. Sekretarğ Dobrodeev.

Ölçüsü: 20,5x24 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 297.
12.MƏRKƏZİ POÇT-TELEQRAF KONTORUNUN NƏZDİNDƏ OLAN ABUNƏ ŞÖBƏSİNƏ
Rus dilində. Yazılış tarixi 30 yanvar, 1930-cu il, Bakı. Sa­ya vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Mətn üzərində C.Məmmədquluzadə tərəfindən təshih işi aparılmışdır. Məktub sonda redaktor və katibin imzası ilə təsdiqlənmişdir.

Məzmunu: Abunə pullarının alınmasını redaksiyanın əmək­daşı Hacı Axundova etibar edildiyini bildirir.
Başlanır: Otdelu podpiski pri üentr.…

Bitir: … naşemu Qadji Axundovu.

Ölçüsü: 20,5x24 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 293.
13.NAXÇIVAN İNQİLAB KOMİTƏSİNİN SƏDRİ QƏDİMOVA
Fars dilində. Yazılış tarixi və harada yazıldığı qeyd edilmə­mişdir. Saya vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Teleqram Culfaya göndərilmişdir.

Məzmunu: C.Məmmədquluzadə Naxçıvan İnqilab Komitəsi sədri Qədimovdan Culfa yolu ilə Bakıya gələcəyini hərbi komissar Qarayevə teleqrafla xəbər verməsini və onun üçün şərait yaradılmasını xahiş edir.
Başlanır: Culfa sədri-rev.kom. Naxçıvan…

Bitir: … Nəsrəddin. Cəlil Məhəmmədquluzadə.

Ölçüsü: 23,5x11 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 181.


Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə