Афаг Ялийева



Yüklə 3,93 Mb.
səhifə7/17
tarix23.01.2018
ölçüsü3,93 Mb.
#21895
1   2   3   4   5   6   7   8   9   10   ...   17
14.NAMƏLUM YERƏ

Rus dilində. Yazılış tarixi 9 fevral, 1931-ci il, Bakı. Saya və­rəqin bir üzünə qara rəngdə makina çapı ilə yazılmışdır. Hara və kimə ünvanlandığı məlum deyil. Mətnin sonunda bənövşəyi mürəkkəblə C.Məmmədquluzadənin öz xətti ilə «Dj. Mamed-Kuli-Zade» qeyd olunmuşdur.



Məzmunu: Jurnalın nəşrinin 25 ilinin tamamı və bu müd­dət ərzindəki fəaliyyəti nəzərə çatdırılır.
Başlanır: V blijayşie dni (19 aprelə 1931…

Bitir: … Redaktor jurnala «Molla Nasreddin».

Ölçüsü: 20,5x24 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 295.

15.NEFTÇİLƏRİN TƏMİNAT ŞÖBƏSİNƏ
Rus dilində. Bakı. Yazılış tarixi qeyd edilməmişdir. Saya vərəqin bir üzünə göy rəngdə makina çapı ilə yazılmışdır. İki nüsxədən ibarətdir. Nüsxənin birində mətn daxilində qırmızı karandaşla dekabr əvəzinə «ənvarğ 1927 q.» şəklində düzəliş edilmişdir. Məktub sonda məsul redaktor və katibin imzası ilə təsdiqlənmişdir.

Məzmunu: «Molla Nəsrəddin» jurnalı redaksiyası dekabr ayı üçün hesaba pul köçürülməsini xahiş edir.
Başlanır: V otdel neftğənoqo fonda…

Bitir: … redaküii Qadji Axundovu.

Ölçüsü: 15x19,5 sm; həcmi: 1 vərəq (2 nüsxə); fond 6, s.v. 291.
16.ŞUŞA POÇT-TELEQRAF İDARƏSİNƏ
Rus dilində. Yazılış tarixi 25 avqust, 1926-cı il, Şuşa. Sa­ya vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır.

Məzmunu: Onun adına gələn pul və digər şeylərin Həmidə xanıma verilməsini xahiş edir.
Başlanır: Proşu Şuşinskuö Poçto-teleqrafnuö…

Bitir: … Nasr-Gddin» Djalil Mamed-Kuli-Zade.

Ölçüsü: 15x19,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 179.
«MOLLA NƏSRƏDDİN» JURNALI REDAKSİYASINA

YAZILMIŞ MƏKTUB VƏ TƏLİQƏLƏR


1.1 № Lİ FƏHLƏ KOMBİNATINDAN
Rus dilində. Yazılış tarixi 2 yanvar, 1929-cu il, Səmərqənd. Cizgili vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Məktub sonda Fəhlə Kombinatı sədrinin imzası ilə təsdiqlənmişdir.

Məzmunu: Latın əlifbası ilə çıxan bir illik «Molla Nəsrəd­din» jurnalının göndərilməsini xahiş edir.
Başlanır: Uvajaemıy tov. Redaktor!..

Bitir: … vıslan nalojennım platejem.

Ölçüsü: 22x17 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 313.
2.AĞA MUSA ƏFƏNDİZADƏDƏN
Azərbaycan dilində latın əlifbası ilə. Quba. Yazılış tarixi qeyd edilməmişdir. İki qatlanmış cizgili vərəqin bir üzünə bə­növşəyi mürəkkəblə yazılmışdır.

Məzmunu: 1929-cu il may ayının 17-20 nömrəli jurnallarının göndərilməsini xahiş edir.
Başlanır: Bakı. «Molla Nəsrəddin» idarəsinə!..

Bitir: … Ağa Musa Əfəndizadə.

Ölçüsü: 11x18 sm; həcmi: 1+1 (boş) vərəq; fond 6, s.v. 200.
3.AĞCABƏDİ RAYON XALQ MAARİF İNSPEKTORU ƏLİZADƏDƏN
Azərbaycan dilində latın əlifbası ilə. Yazılış tarixi 19 mart, 1931-ci il, Ağcabədi. Cizgili vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Məktuba ayrıca vərəqdə «Molla Nəsrəddin» jurnalına abunə yazılanların siyahısından ibarət akt əlavə olunmuşdur.

Məzmunu: Poçta ilə 35 manat göndərildiyini bildirir və ap­rel ayının 1-dən jurnalların göndərilməsini xahiş edir.
Başlanır: Bakı, «Molla Nəsrəddin» qəzetəsi…

Bitir: … xalq maarif inspektoru Əlizadə.

Ölçüsü: 21x14,5-21x29,5 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 320.
4.AXUND MƏHƏMMƏD TAĞI ƏRƏSZADƏDƏN
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi və hara­da yazıldığı qeyd edilməmişdir. Saya vərəqin bir üzünə qa­ra mürəkkəblə yazılmışdır. Məktuba «Molla Həsrət» imzası ilə felyeton da əlavə etmişdir.

Məzmunu: «Günəş» qəzetinin 81-ci nömrəsində gedən «İs­mayıl Qurbani» adlı məqalə barəsindədir. Göndərdiyi felyetonun jurnalda çap edilməsini xahiş edir.
Başlanır: Axund Yusif Talıbzadə. Mənim…

Bitir: … Axund Məhəmməd Tağı Ərəszadə.

Ölçüsü: 22x35 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 480*.
5.AZƏRBAYCAN DÖVLƏT NƏŞRİYYATINDAN

I
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 19 no­yabr, 1925-ci il, Bakı. Saya vərəqin bir üzünə qara mürəkkəblə yazılmışdır. Sonda C.Məmmədquluzadənin xəttilə qara karandaşla kitabların verilməsinə dair razılıq qeydi var.



Məzmunu: Nəşriyyatdakı kitabların hərəsindən 300 ədəd İmaməli Rəsulzadə vasitəsilə göndərilməsini xahiş edir.
Başlanır: «Molla Nəsrəddin» məcmuəsi idarəsinə!..

Bitir: … vasitəsilə bizə buraxmanız rica olunur.

Ölçüsü: 18x22,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 302.

6.AZƏRBAYCAN DÖVLƏT NƏŞRİYYATINDAN

II
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 24 yan­var, 1926-cı il, Bakı. Saya vərəqin bir üzünə bənövşəyi rəngdə makina çapı ilə yazılmışdır. Məktub ticarət qəsimi, umuri-idarə və əmtəə şöbəsinin müdirlərinin imzaları ilə təsdiqlənir. Sonda C.Məmmədquluzadənin xəttilə kitabların verilməsinə dair razılıq qeydi var.

Məzmunu: Satış üçün İmaməli Rəsulzadə vasitəsilə 100 ədəd «Şeir bülbülləri» kitabının göndərilməsini xahiş edir.
Başlanır: «Molla Nəsrəddin» məcmuəsi idarəsinə!..

Bitir: … kitabından buraxmanız rica olunur.

Ölçüsü: 18 x22,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 304.
7.AZƏRBAYCAN DÖVLƏT NƏŞRİYYATINDAN

III
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 10 iyul, 1926-cı il, Bakı. Saya vərəqin bir üzünə bənövşəyi rəngdə makina çapı ilə yazılmışdır. Məktub ticarət qəsimi müdiri Həsənzadə və əmtəə şöbəsinin müdiri Yüzbaşovun imzaları ilə təsdiqlənir. Sonda C.Məmmədquluzadənin xəttilə kitabların verilməsinə dair razılıq qeydi var.



Məzmunu: Azərnəşrin əməkdaşı Əli Mahmudov vasitəsilə 100 ədəd «Ölülər» kitabının göndərilməsini xahiş edir.
Başlanır: «Molla Nəsrəddin» məcmuəsi idarəsinə!..

Bitir: … Əmtəə şöbəsinin müdiri: Yüzbaşov.

Ölçüsü: 19x22 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 308.
8.AZƏRBAYCAN KOMMUNİST FİRQƏSİNİN

(BOLŞEVİKLƏR) MƏRKƏZİ KOMİTƏSİNDƏN
Rus dilində. Yazılış tarixi 23 may, 1926-cı il, Bakı. Saya vərəqin bir üzünə bənövşəyi rəngdə makina çapı ilə yazılmışdır. Məktub Az. KF (b) MK-nin mətbuat işləri üzrə müdiri Eminbəyli və katibi Pravdinanın imzaları ilə təsdiqlənir.

Məzmunu: Xalq Komissarlar Şurasından aldığı 7 aprel, 1926-cı il tarixli 2536 nömrəli məktuba əsasən «Molla Nəsrəddin» jurnalının Azpoliqraftrestə olan borcunun nə səbəbə ödənilməməsinin izah edilməsini xahiş edir.
Başlanır: V red. jurn. «Molla Nasreddin»…

Bitir: … Za sekretarğ: Pravdina.

Ölçüsü: 14x19 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 307.
9.AZƏRBAYCAN KOMMUNİST

FİRQƏSİNİN (BOLŞEVİKLƏR) MƏRKƏZİ

KONTROL KOMİSSİYASINDAN
Rus dilində. Yazılış tarixi 31 yanvar, 1928-ci il, Bakı. Saya vərəqin bir üzünə qara rəngdə makina çapı ilə yazılmışdır. Məktub Az. KF (b) MK-nin məsul katibi Dövlətov və müstəntiq Qamışevin imzaları ilə təsdiqlənmişdir.

Məzmunu: Nuxa müxbiri Rəşid Vəlibəylinin «Bizim dostlarımız və məhərrəm ayı» adlı məqaləsinin «Molla Nəsrəddin» jurnalının 1927-ci il, 25-ci nömrəsində dərc olunub-olunmaması haqda məlumat verilməsini xahiş edir.
Başlanır: V redaküiö jurnala «Molla Nasreddin»…

Bitir: … AKP (b): Dovlatov. Sledovatelğ: Kamışev.

Ölçüsü: 18,5x22,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 311.
10.«BAKİNSKİ RABOÇİ» QƏZETİ

REDAKSİYASINDAN
Rus dilində. Yazılış tarixi 27 iyun, 1928-ci il, Bakı. Saya və­rəqin bir üzünə bənövşəyi rəngdə makina çapı ilə yazılmışdır. Məktub məsul redaktor və katibin imzaları ilə təsdiqlənmişdir.

Məzmunu: «Bakinski raboçi» qəzetinin əməkdaşı Molotov haqda «Molla Nəsrəddin» jurnalında dərc olunan məqalə barəsindədir.
Başlanır: Redaktoru jurnala «Molla Nasrgddin»…

Bitir: … sootvetstvuöhimi deystvitelğnosti.

Ölçüsü: 22x35,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 312.
11.BALABƏY AĞABƏYOVDAN45
Azərbaycan dilində latın əlifbası ilə. Yazılış tarixi 4 sent­yabr, 1930-cu il, Xıllı. Cizgili vərəqin bir üzünə yaşıl mü­rək­kəblə yazılmışdır.

Məzmunu: Onun jurnallarını göstərilən ünvana göndərilməsini xahiş edir.
Başlanır: «Molla Nəsrəddin» jurnalı idarəsinə…

Bitir: … məktəb müdiri Balabəy Ağabəyova.

Ölçüsü: 21x15 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 341*.
12.BƏDƏLZADƏDƏN
Azərbaycan dilində latın əlifbası ilə. Yazılış tarixi 29 sent­yabr, 1929-cu il, Ağdam. Cizgili vərəqin bir üzünə göy mürəkkəblə yazılmışdır. Məktub «Molla Nəsrəddin» idarəsində çalışan Əli Nəzmiyə ünvanlanmışdır.

Məzmunu: Mirəhməd Ağamirov və Həsənqulu Əliyevə «Molla Nəsrəddin» jurnallarının çatmadığını bildirir və abunə yazılmaq üçün çek göndərilməsini xahiş edir.
Başlanır: Möhtərəm Əli Nəzmi. Salam…

Bitir: … Bədəlzadə. Ağdam yer-meşə İttifaqı.

Ölçüsü: 22x35 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 474.
13.«BOŞBOĞAZ» VƏ «HƏFTEFƏHM»DƏN
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 13 avqust, 1910-cu il, Yengi Buxara. «Elan» vərəqəsinin arxa uzunə qara mürəkkəblə yazılmışdır.

Məzmunu: Həkim haqda yazı yaza bilmədiklərini və o haqda yazmağı onun öhdəsinə buraxdığını bildirirlər.
Başlanır: Möhtərəm Molla Nəsrəddin dayı!..

Bitir: … Müxlisiniz: Boşboğaz. Mühibbiniz: Həftefəhm.

Ölçüsü: 36x31,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 187*.
14.CABBAR İSGƏNDƏRLİDƏN
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Cizgili vərəqin hər iki üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Məktubda qırmızı və göy karandaşla bəzi hesablamalar vardır.

Məzmunu: Məktub ilə yanaşı satılmayan kitabların poçtla idarəyə göndərdiyini yazır. Camaatdan nisyə apardıqları qəzet-jurnalların pulunu yığan kimi ona çatdıracağını bildirir və jurnal göndərilməsini xahiş edir.
Başlanır: Sevgili Molla əmi! Bu məktub…

Bitir: … Məsləkdaşınız: Cabbar İsgəndərli.

Ölçüsü: 21,5x35 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 199.
15.CƏLİL MƏMMƏDQULUZADƏDƏN
Rus dilində. Yazılış tarixi 29 avqust 1910-cu il, Ağdam. Te­leqram qara karandaşla yazılmışdır. M.Sidqiyə ünvanlanmışdır.

Məzmunu: 37-ci nömrənin çox yaxşı olduğunu yazır.
Başlanır: Tiflis. «Molla Nasreddin»…

Bitir: Spasibo. Djalil.

Ölçüsü: 22x26 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 183.
16.DÖVLƏT KANTORASI «İTTİFAQ MƏTBUAT»

BAKI ŞÖBƏSİNDƏN
Rus dilində. Yazılış tarixi 29 yanvar, 1931-ci il, Bakı. Sa­ya vərəqin bir üzünə bənövşəyi rəngdə makina çapı ilə yazılmışdır. Məktub Bakı şöbəsinin müdiri Fedoseyev və intişar şöbəsinin müdiri Zanisin imzaları ilə təsdiqlənir.

Məzmunu: Yanvar ayı üçün hara və nə qədər jurnal göndərmələri barəsində məlumat vermələri xahiş olunur.
Başlanır: V izdatelğstvu «Molla-Nasreddin»…

Bitir: … Zav.otd. rasprostraneniə: Zanis.

Ölçüsü: 19x10,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 322.
17.ƏLƏKBƏR ƏLƏKBƏROVDAN

I
Azərbaycan dilində latın əlifbası ilə. Yazılış tarixi 5 fevral, 1930-cu il, Bənkə. Cizgili vərəqin hər iki üzünə bənövşəyi mürəkkəblə yazılmışdır.



Məzmunu: Adları göstərilənlərə bir illk jurnal göndərilməsini xahiş edir.
Başlanır: Möhtərəm müdir! Poçta vasitəsilə…

Bitir: … məktəb müəllimi Ələkbər Ələkbərov.

Ölçüsü: 17x22 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 193.
18.ƏLƏKBƏR ƏLƏKBƏROVDAN

II
Azərbaycan dilində latın əlifbası ilə. Bənkə. Yazılış tarixi qeyd edilməmişdir. Dama-dama vərəqin bir üzünə göy mürəkkəblə yazılmışdır. Məktubun arxasında bənövşəyi mürəkkəblə rus dilində C.Məmmədquluzadənin xətti ilə belə bir qeyd vardır: «27 marta 30 q. poluçil ot Alekp. Alek­perova 27 r. 70 k. Spolna».



Məzmunu: Göstərilən ünvanlara jurnal göndərilməsini xahiş edir.
Başlanır: Möhtərəm Mirzə! Poçta vasitəsilə…

Bitir: … məktəb müəllimi Ələkbər Ələkbərov.

Ölçüsü: 18x21,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 193*.

19.ƏLƏKBƏR KƏRİMOVDAN
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 18 may, 1928-ci il, Lənkəran. Saya vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Məktub «Molla Nəsrəddin» idarəsində çalışan Əli Nəzmiyə ünvanlanmışdır.

Məzmunu: «Molla Nəsrəddin» məcmuəsinə abunə yazılmaq üçün çek göndərilməsini xahiş edir.
Başlanır: Yoldaş: Əli Nəzmi! Bu gün…

Bitir: … Lənkəran. Ələkbər Kərimov.

Ölçüsü: 17,5x17,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 484.
20.ƏLİ ƏLİYEVDƏN
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 8 mart, 1929-cu il, Aşağı Göynük. Cizgili vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Məktub üzərində qırmızı karandaşla bəzi əlavələr edilmişdir.

Məzmunu: Özü haqqında məlumat verdikdən sonra 6 aylıq abunə haqqını göndərdiyini bildirir və məqaləsinin çap olunmasını xahiş edir.
Başlanır: Sevgili, möhtərəm Molla Nəsrəddin…

Bitir: … İmza: Əli Salman oğlu Əliyev.

Ölçüsü: 21,5x17,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 192.

21.ƏLİ MÜCRİM TAĞIZADƏDƏN


Azərbaycan dilində latın əlifbası ilə. Yazılış tarixi 5 iyun, 1930-cu il, Yalama. Poçt kartına qara mürəkkəblə yazılmışdır. Məktubun sonunda ünvanını rus dilində qeyd etmişdir.

Məzmunu: Jurnalların göstərilən ünvana göndərilməsini xahiş edir.
Başlanır: «Molla Nəsrəddin» idarəsinə! Kükəl…

Bitir: … Mudjrim Taqizade. Əli Mücrim Tağız.

Ölçüsü: 9x14 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 221.
22.ƏSƏDULLAZADƏDƏN

I
Azərbaycan dilində latın əlifbası ilə. Yazılış tarixi 7 okt­yabr, 1930-cu il, Naxçıvan. Cizgili vərəqin bir üzünə bənövşəyi, qırmızı mürəkkəb və qara karandaşla yazılmışdır. Məktubun sonunda xahişlə əlaqədar olaraq Əsədullazadə ilə birgə 7 nəfərin də adları çəkilmişdir.



Məzmunu: «Bisavad» imzası ilə yazılmış məqalənin müəl­lifinin adının heç bir təşkilata verilməməsini xahiş edirlər.

Başlanır: «Molla Nəsrəddin» idarəsinə! 28…

Bitir: … çıxartmağa çalışırlar. Əsədullazadə.

Ölçüsü: 22x33 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 196.
23.ƏSƏDULLAZADƏDƏN

II
Azərbaycan dilində latın əlifbası ilə. Yazılış tarixi 21 no­yabr, 1930-cu il, Naxçıvan. Cizgili vərəqin bir üzünə qara ka­randaşla yazılmışdır.



Məzmunu: Poçtla jurnal üçün olan 47 manat 87 qəpik borcunu göndərdiyini və jurnalın hər nömrəsində Naxçıvandan məktub verilməsini xahiş edir.

Başlanır: «Molla Nəsrəddin» idarəsinə!..

Bitir: … Mətbuat salamları ilə: Əsəddulazadə.

Ölçüsü: 22,5x19 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 196.

24.FİNGERİTDƏN


Rus dilində. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqin bir üzünə qara rəngdə makina çapı ilə yazılmışdır. Məktubun yuxarı küncünün cırılmasına baxmayaraq mətn tamdır.

Məzmunu: Qəzet-poçt idarəsinin nəzdində mətbuatın intişarı şöbəsinin açıldığını xəbər verir və doldurulmuş vərəqələrin göndərilməsinin gecikdirilməməsini xahiş edir.
Başlanır: V redak-üiö jurnala…Uvajaemıe…

Bitir: … Prodvijeniə peçati (Finqerit).

Ölçüsü: 21x14,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 225.
25.GORANBOY ƏHMƏDLİ RAYON

RABİTƏ ŞÖBƏSİNDƏN
Azərbaycan dilində latın əlifbası ilə. Yazılış tarixi 19 okt­yabr, 1931-ci il, Goranboy. Cizgili vərəqin bir üzünə göy karandaşla yazılmışdır.

Məzmunu: Redaksiyaya göndərilən pulun çatıb-çatma­masına dair cavab yazmalarını xahiş edir.
Başlanır: «Molla Nəsrəddin» idarəsinə…

Bitir: … təcili surətdə cavab verəsiniz.

Ölçüsü: 21x10,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 323.
26.H.ƏLİZADƏDƏN
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 23 may, 1929-cu il, Naxçıvan. Cizgili vərəqin bir üzünə göy ka­randaşla yazılmışdır.

Məzmunu: Göstərilən ünvanlara jurnal göndərilməsini xa­hış edir.
Başlanır: «Molla Nəsrəddin» qəzetinin idarəsinə!..

Bitir: … qəzetinin müvəkkili: H.Əlizadə.

Ölçüsü: 18x22 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 194.

27.HƏMİDDƏN
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 1 aprel, 1929-cu il. Harada yazıldığı qeyd edilməmişdir. Cizgili vərəqin hər iki üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Məktub «Molla Nəsrəddin» idarəsində çalışan Əli Nəzmiyə ünvanlanmışdır.

Məzmunu: Jurnala abunə yazılanların sayını bildirir.

Başlanır: Möhtərəm bəradərim Əli Nəzmi…

Bitir: … qəbul ediniz. Sizin: Həmid.

Ölçüsü: 12,5x21,5 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 493.
28.HƏSƏN ƏLİZADƏ ŞAHTAXTLIDAN

I
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 25 sent­yabr, 1929-cu il, Möhsünlü. Dama-dama vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Məktubun əvvəlində vurulan bənövşəyi rəngdə ştampın içərisində «Həsən Əli Zadə Şahtaxtlı. Qasan Ali-zade Şaxtaxtlı» qeyd olunmuşdur.



Məzmunu: 8 manat 80 qəpik abunə pulunun göndərildiyini bildirir və adları göstərilənlərə jurnal göndərilməsini xahış edir.
Başlanır: «Molla Nəsrəddin» qəzeti idarəsinə!..

Bitir: … Möhsünlü, Həsən Əli Zadə Şahtaxtlı.

Ölçüsü: 11,5x20 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 192.
29.HƏSƏN ƏLİZADƏ ŞAHTAXTLIDAN

II
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 26 sentyabr, 1929-cu il, Kiçik Vedi. Dama-dama vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Məktubun əvvəlində vurulan bənövşəyi rəngdə ştampın içərisində «Həsən Əli Zadə Şahtaxtlı. Qasan Ali-zade Şaxtaxtlı» qeyd olunmuşdur. Vərəqin arxasında isə C.Məmmədquluzadənin xətti ilə rus dilində bənövşəyi mürəkkəblə məktubla bağlı bəzi qeydlər vardır.



Məzmunu: Öz hesabına 6 aylıq jurnal göndərilməsini xahış edir.
Başlanır: «Molla Nəsrəddin» qəzeti idarəsinə!..

Bitir: … müdiri Həsən Əlizadə müxbiriniz.

Ölçüsü: 10,5x16 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 192.
30.HÜSEYN HÜSEYNOVDAN
Azərbaycan dilində latın əlifbası ilə. Yazılış tarixi 4 avqust, 1930-cu il, Göyçay. Saya vərəqin hər iki üzünə bənövşəyi mürəkkəblə yazılmışdır.

Məzmunu: Jurnalların ünvanlara düzgün çatdırılmaması haqda yazır.
Başlanır: Molla əmi! Qaytarılır iki nüsxə…

Bitir: … Göyçaydan Hüseyn Hüseynov.

Ölçüsü: 21,5x15 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 230.
31.XALQ KOMİSSARLAR ŞURASI VƏ

İQTİSADİ MÜŞAVİRƏDƏN
Azərbaycan dilində latın əlifbası ilə. Yazılış tarixi 18 may, 1926-cı il, Bakı. Saya vərəqin bir üzünə qırmızı rəngdə makina çapı ilə yazılmışdır. Həmin mətn vərəqin o biri üzündə rus dilində bənövşəyi rəngdə makina çapı ilə yazılmışdır. Məktub XKŞ-nın sədri Q.Musabəyov, Azərbaycan İctimai Şuranın Umur İdarəsinin müdiri Ə.Rzayev və dəftərxana müdiri C.Məhəmməd-Zadənin imzaları ilə təsdiqlənir.

Məzmunu: İran xalqı və Rza şahla bağlı məqalə və şəkillərin xarici siyasətimizə vurduğu ziyanı nəzərə alınaraq, C.Məmmədquluzadəyə bundan sonra bu kimi işlərə jurnalda yol verməməsi tövsiyyə edilir.
Başlanır: «Molla Nəsrəddin» jurnalı müdiri…

Bitir: … Dəftərxana müdiri: C.Məhəmməd-Zadə.

Ölçüsü: 22x35 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 305.
32.XALQ MAARİF KOMİSSARLIĞINDAN
Rus dilində. Yazılış tarixi 18 dekabr, 1927-ci il, Bakı. Sa­ya vərəqin bir üzünə bənövşəyi rəngdə makina çapı ilə yazıl­mışdır. Məktub yubileyin keçirilməsi üzrə Mərkəzi Komissiyanın sədri T.Hüseynov və katibinin imzaları ilə təsdiqlənir.

Məzmunu: C.Məmmədquluzadənin M.F.Axundovun vəfatının 50 illik yubileyi münasibəti ilə təşkil olunmuş komissiyanın üzvü seçildiyi bildirilir.
Başlanır: Djalilu Mamed-Kuli-Zade (Molla…

Bitir: … po provedeniə öbileə: T.Quseynov.

Ölçüsü: 22x17,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 310.
33.XALQ MAARİF KOMİSSARLIĞININ

AZƏRBAYCAN ƏDƏBİYYATI ŞÖBƏSİNDƏN
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 24 may, 1926-cı il, Bakı. Saya vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Vərəqin yuxarı küncündə «məxfi» sözü yazılmışdır. Məktub Azərbaycan Ədəbiyyat və Mətbuat müdiri H.Terequlov və katibi Axundzadənin imzaları ilə təsdiqlənir.

Məzmunu: Bundan sonra «Molla Nəsrəddin» jurnalında dərc olunacaq bütün məqalələrin üzərində C.Məmmədqu­lu­zadənin «getdi» qeydi ilə imzasının da olması tələb olunur.
Başlanır: «Molla Nəsrəddin» jurnalının məsul…

Bitir: … H.Terequlov. Katib: Axundzadə.

Ölçüsü: 22x18 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 307.
34.XALQ TORPAQ KOMİSSARLIĞINDAN
Rus dilində. Yazılış tarixi 3 iyul, 1930-cu il, Bakı. Saya və­rəqin hər iki üzünə qara rəngdə makina çapı və bənövşəyi mürəkkəblə yazılmışdır. Məktub redaktor və katibin imzaları ilə təsdiqlənmişdir.

Məzmunu: Bu ildən «Molla Nəsrəddin» jurnalı redaksiyasına «Yeni kənd» jurnalından bir nüsxə göndərəcəklərini bildirir və əvəzində öz jurnallarından göstərilən ünvana göndərilməsi xahiş olunur.
Başlanır: V redaküiö jurnala «Molla…

Bitir: … jurnal Vaş nami ne poluçaetsə.

Ölçüsü: 21x14,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 318.

35.XƏLİL XƏLİLOVDAN
Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 18 okt­yabr, 1930-cu il. Harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqin bir üzünə qara karandaşla yazılmışdır.

Məzmunu: Jurnalların Səlyan Maarif şöbəsi əvəzinə göstərilən ünvana göndərilməsini xahiş edir.
Başlanır: «Molla Nəsrəddin» məcmuəsi…

Bitir: … müəllim Xəlil Xəlilov.

Ölçüsü: 14,5x18,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 226.
36.XƏZRİ DAİRƏ KONTROL KOMİSSİYONU

FƏHLƏ-KƏNDLİ MÜFƏTTİŞLİYİNDƏN
Azərbaycan dilində latın əlifbası ilə. Yazılış tarixi 31 mart, 1931-ci il, Xəzri. Dama-dama vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır.

Məzmunu: «Molla Nəsrəddin» jurnalının 1930-cu il 28-ci nömrəsinin 8-ci səhifəsində Xuray kənd Şurası haqda yazılmış «Həmi öylə, həmi böylə» adlı məqalənin yersiz olduğu bildirilir.
Başlanır: Bakı, «Molla Nəsrəddin» jurnalı…

Bitir: … olduğu üçün məlum edilir.

Ölçüsü: 21x14,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 324.
Məktuba ayrıca vərəqdə yazılmış L.Cabbarovun sədrliyi və C.Seyidovun katibliyi ilə 1931-ci il 28 mart tarixli iclasının 5 №-li protokolundan çıxarış əlavə olunmuşdur. Saya vərəqin bir üzünə qara makina çapı ilə yazılmışdır. Sənədin sonunda bənövşəyi rəngdə «Xəzri Dairə Kontrol Komissiyonu»nun ştampı vardır.

Məzmunu: Çıxarışda Kənd Şura sədri Abdul Hacıyofun toyda 5000 rubl toplaması və yaşı tamam olmayan qızların ərə verməsi barəsində «Molla Nəsrəddin» jurnalında olan material üzrə araşdırma aparıldığı və işə xitam verildiyi bildirilir.
Ölçüsü: 21x16,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 324.
37.İBN-YƏMİN ƏLİVERDİYEVDƏN

I
Azərbaycan dilində latın əlifbası ilə. Yazılış tarixi 6 okt­yabr, 1929-cu il, Ordubad. Saya vərəqin bir üzünə bənövşə­yi mürəkkəblə yazılmışdır.



Məzmunu: «Molla Nəsrəddin» məcmuəsi ilə bağlıdır.

Başlanır: «Molla Nəsrəddin» məcmuəsi…

Bitir: … Ordubad kooperativ Kantorasından.

Ölçüsü: 22,5x36 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 191*.
38.İBN-YƏMİN ƏLİVERDİYEVDƏN

II
Azərbaycan dilində latın əlifbası ilə. Yazılış tarixi 12 okt­yabr, 1929-cu il, Ordubad. Saya vərəqin hər iki üzünə qara ka­randaş və bənövşəyi mürəkkəblə yazılmışdır.



Məzmunu: Abunəçilərin siyahısını göndərir.
Başlanır: Ordubaddan «Molla Nəsrəddin» jurnalına…

Bitir: … müvəkkiliniz: İbn-Yəmin Əliverdiyev.

Ölçüsü: 22,5x34 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 191*.
39.İBN-YƏMİN ƏLİVERDİYEVDƏN

III
Azərbaycan dilində latın əlifbası ilə. Yazılış tarixi 5 mart, 1930-cu il, Ordubad. Poçt kartına bənövşəyi mürəkkəblə yazılmışdır.



Məzmunu: Adları göstərilən abunəçilərə məcmuə göndərilməsini xahiş edir.
Başlanır: «Molla Nəsrəddin» idarəsinə!..

Bitir: … müvəkkiliniz: İbn-Yəmin Əliverdiyev.

Ölçüsü: 10,5x14,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 191.
40.İBN-YƏMİN ƏLİVERDİYEVDƏN

IV
Azərbaycan dilində latın əlifbası ilə. Yazılış tarixi 29 may, 1930-cu il, Ordubad. Poçt kartına bənövşəyi mürəkkəblə yazılmışdır.



Məzmunu: Abunə üçün 30 manat pul göndərdiyini yazır.

Başlanır: «Molla Nəsrəddin» idarəsinə!..

Bitir: … kooperativində İbni-Yəmin Əlverdiyev.

Ölçüsü: 10,5x15 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 191.
41.İBRAHİM HACIZADƏDƏN
Azərbaycan dilində latın əlifbası ilə. Yazılış tarixi 31 mart, 1929-cu il, Nəriman dairəsi. Cizgili vərəqin bir üzünə bə­növşəyi mürəkkəblə yazılmışdır.

Məzmunu: Abunəçilərin siyahısını göndərir və 14 manat abu­nə haqqını aprelin 15-nə kimi çatdırılacağını yazır.
Başlanır: Möhtərəm Molla Nəsrəddin…

Bitir: … İbrahim Hacızadə. Nəriman dairəsi.

Ölçüsü: 22,5x22,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 227*.
42.«İMDAD» AĞDAM İSTEHLAK

CƏMİYYƏTİNDƏN


Rus dilində. Yazılış tarixi 13 fevral, 1931-ci il, Ağdam. Saya vərəqin bir üzünə qara rəngdə makina çapı və göy karandaşla yazılmışdır. Məktuba ayrıca vərəqdə «İmdad» kooperativinin müdiri İ.Əliyev, kütləvi mədəni iş təlimatçısı N.Əhmədov və kooperativin kargüzarı İldırım Əkpərovun imzaları ilə təsdiqlənən «Molla Nəsrəddin» jurnalı abunəçilə­rinin siyahısından ibarət akt da əlavə olunmuşdur.

Məzmunu: Bu ilin fevral ayının 1-dən abunə olduqları jurnalları ala bilmədiklərini və çatmayan nömrələrin göndərilməsini xahiş edir.
Başlanır: V red. jurn. «Molla Nasreddin»…

Bitir: … vpredğ na akkuratnuö dostavku.

Ölçüsü: 21x10,5-21,5x33 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 319.
Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə