Afaq Yusifli İshaqlı



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə1/15
tarix11.07.2018
ölçüsü0,77 Mb.
#54925
  1   2   3   4   5   6   7   8   9   ...   15


 

Afaq Yusifli İshaqlı 

 

 

 



 

 

 



 

 

Mirzə Fətəli Axundzadə  



irsinin orta məktəbdə tədrisi

 

 



 

Azərbaycan Respublikası 

Təhsil nazirinin 

16 may 2012-ci il tarixli 

837 saylı əmri ilə metodik 

vəsait kimi nəşr olunur. 

 

 



 

 

 



 

 

 



Bakı - 2012 


Afaq Yusifli İshaqlı 

 

 



 

 

Elmi redaktor: Əlyar Səfərli 



                           AMEA-nın müxbir üzvü 

Rəyçi: Nəzakət Əliyeva 

            filologiya üzrə fəlsəfə doktoru  

 

Afaq Yusifli İshaqlı.  



Mirzə Fətəli Axundzadə irsinin orta məktəbdə tədrisi. 

Bakı, Nurlan 2012. 58 səh. 

 

 

 



 

Китабда  Мирзя  Фятяли  Ахундзадянин  орта  мяктябдя 

кечилян  ясярляринин  тядриси  мясяляляриндян  сющбят  ачылыр.  Мцяллиф 

орта  мяктяб  програмы  ясасында  Ахундзадянин  щяйат  вя 

йарадыъылыьынын неъя тядрис олунмалы олдуьуну шярщ едир. 

 

 

 

 

 



 

 

 



 

 

 



 



   Afaq  Yusifli, 2012




M.F.Axundzadə irsinin orta məktəbdə tədrisi 

 

 



 

 

 



 

 

 



 

 

Ustadın doğumunun  



200 illiyi 

m ü n a s i b ə t i l ə  


Afaq Yusifli İshaqlı 

 

 



 

 

Bir neçə söz 



 

 

Hər  bir  insanın  ömründə  elə  anlar  olur  ki,  onun 

həyat  yolunu  bədbəxtlik  kəsir.  Bu,  doğma  yurdun 

dağıdılması,  haqsız  ittiham,  əzizinin  ölümü,  onu  ömürlük 

şikəst  edə  biləcək  xəstəlik  ola  bilər.  Həmin  anda  Allah 

insanı sual qarşısında qoyaraq sınağa çəkir: ” Nə üçün sən 

özünün  qısa,  əzab  və  məhrumiyyətlərlə  dolu  həyatından 

dördəlli yapışmısan? Sənin mübarizənin mənası nədədir?” 

Bu  suala  necə  cavab verəcəyini  bilməyənlər    qədər-

ləri  ilə  barışırlar.  Öz  mövcudluğuna  məna  və  izahat 

verməyə çalışanlar isə  Allahın onları nahaq yerə məhkum 

etdiyini düşünərək öz talelərinə üsyan edirlər. Onda səmavi 

bir  atəşlə  alışanlar  külə  döndərməyən,  lakin  əvvəlki 

divarları  yandırıb  yox  edən  yanğından  xilas  olaraq 

özlərinin    əsl  qabiliyyətlərini  aşkar  edirlər.  Qorxaqlar  və 

cəsarətsizlər  heç  vaxt  bu  atəşi  öz  qəlblərinə  yaxın 

qoymazlar,  onlar  yalnız  hər  şeyin  əvvəlki  kimi  olmasını 

istəyirlər  ki,  öyrəşdikləri  kimi  sakit  və  adi  həyatlarını 

yaşasınlar. Yalnız cəsurlar inanılmaz bir qətiyyətlə keçmişi 

yandıraraq  hər  şeydən,  hətta  Allahdan  imtina  edirlər  ki, 

irəliləyə bilsinlər. 

Cəsarət inadkarlıqdan ayrılmazdır. 

Allah  bu  bəndəsini  məmnuniyyətlə  seyr  edir,  çünki 

O  məhz  bunu  istəyirdi:  hər  kəs  öz  həyatına  cavabdeh 

olmalıdır.  Yaradılışın  başlanğıcında  Yaradan  öz  qullarını 

əvəzsiz bir nemətlə – minlərlə qərarın içərisindən ən doğru 

olanını  seçə  bilmək  və  həmin  qərarı  həyata  keçirə  bilmək 

qabiliyyəti ilə silahlandırmışdı. 


M.F.Axundzadə irsinin orta məktəbdə tədrisi 

 

 



Yalnız qəlbində səmavi atəşi daşıyanlar Allaha qarşı 

çıxmaq  cəsarətinə malikdirlər. Yalnız onlar Allaha, Onun 

Məhəbbətinə  qayıtmaq  yolunu  tanıyırlar,  çünki  bilirlər  ki, 

onun göndərdiyi bədbəxtlik cəza deyil – sınaqdır. Allah öz 

sonsuz  şəfqəti  ilə  insanı  ona  görə  qaçılmaz  olacaqların 

uçurumuna  məhkum  edir  ki,  yaratdığı  taleyini  qəbul 

etməsin,    SEÇSİN  VƏ  SEÇİLMİŞ  OLSUN!  MİRZƏ 

FƏTƏLİ AXUNDZADƏ KİMİ! 

 

*** 



Afaq Yusifli İshaqlı 

 

 



 

 

 

I HİSSƏ 

 

 

Bədii yaradıcılığı yaşadığı dövrün ədəbi hadisəsinə 

çevrilən, əsərləri ilə zamanını və mühitini səciyyələndirən, 

ədəbi 


məktəb 

yaradan 


sənətkarlar 

sırasında  

M.F.Axundzadə  xüsusi  yer  tutur.  Tədqiqatçılar  haqlı 

olaraq XIX əsri “Axundzadə əsri” adlandırırlar. (2.119) 

Təbiidir  ki,  M.F.Axundzadənin  yaradıcılığında 

təmsil  olunan  dövrü  və  mühiti  aydın  təsəvvür  etmədən 

böyük  mütəfəkkirin  əsərlərinin  ideya-bədii  əhəmiyyətini 

müəyyənləşdirmək  çətindir.  Böyük  yazıçı  demək  olar  ki, 

bütün  əsərlərinin  mövzusunu  real  həyatdan  götürmüş, 

əsərlərində    yeni  siyasi  və  ictimai-iqtisadi  münasibətlərə 

uyğunlaşan 

Azərbaycan 

cəmiyyətinin 

mənzərəsini 

yaratmışdır.  Əgər  onun  ilk  komediyası  mövzuca 

“Zəmanədən şikayət” əsəri ilə səsləşirsə, bu təsadüfi deyil. 

Yazıçı  qaranlıq  mühitdə  əziyyət  çəkən,  nadanlar 

əhatəsində  olan  Hacı  Nurunun  simasında  sanki  öz 

avtoportretini  yaradır.  Komediyalarının  əksəriyyətində 

gənclər  yaşadıqları  –  gah  “qamışlığa”,  gah  “bataqlığa” 

oxşatdıqları  mühitdən  qaçmağa  çalışırlar.  Əgər  Şahbaz 

bəy  xarici  dil  öyrənib  mənsəb  sahibi  olmaq  istəyirsə, 

Heydər bəy öz vəziyyəti ilə əlaqədar “suallar verir”, çıxış 

yolu  axtarır,  yaşadığı  zəmanənin  təsiri  ilə  adi  bir 

qaçaqmalçıya çevrilir. Teymur ağa zamanın axınına tabe 

olur, Bayraməli dastan qəhrəmanları kimi fənd işlədərək 

rəqibini aradan götürməyə çalışır. Bu gəncləri əhatə edən 

mühit  nə  üçün  qaranlıq  idi,  onlar  hansı  qanunlara 

uyğunlaşmaq  məcburiyyətində  idilər?  Məlum  və  məşhur 



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə