Aforizmlər: seçilmişlərdən



Yüklə 3,08 Mb.
Pdf görüntüsü
səhifə1/103
tarix01.07.2018
ölçüsü3,08 Mb.
#52896
  1   2   3   4   5   6   7   8   9   ...   103


 

 

 

 

 

 

 

Aforizmlər:  

 

seçilmişlərdən 

seçilmişlər  

 

 

 

 

Prof. Dr. Səlahəddin Xəlilovun 

təqdimatında

 

 

 

 



 

 

 



 

 

 



 

 

 



Bakı - 2012 


  

 

 



 

 

 



Müəllif-tərtibçi: Səlahəddin Xəlilov 

 

 



 

 

 



 

 

 



 

 

 

Aforizmlər: seçilmişlərdən seçilmişlər.  

Prof. Dr. Səlahəddin Xəlilovun təqdimatında,  Bakı, 

Çaşıoğlu, 2012, 560 səh. 

 

 



Kitaba  Şərqin və  Qərbin tanınmış mütəfəkkirlərinin dərin 

fəlsəfi məna kəsb edən aforizm və  kəlamları daxil edilmişdir. 

Aforizmlərin böyük əksəriyyəti oxucuya ilk dəfədir ki, təqdim olunur.  

Kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.  

 

 

 



 

 

ISBN: 978-9952-8147-2-9 



 

 

 

 

 

©Xəlilov S., 2012


 

 

 

 



3

 

 

 

 

 

Ön söz 


 

 

 



 

Adətən kitablar ön sözlə başlayır. Hikmət kitabının özəl-

liyi isə bundan ibarətdir ki, hər bir aforizm özü bir ön söz, sirli-

sehirli düşüncə dünyasına açılan fərqli bir qapıdır. Bu dünyaya 

məhz hansı qapıdan girməyimizdən çox şey asılıdır. Çünki göz-

lərimiz önündə hər dəfə yeni bir aləm açılacaqdır. Söz sözü gə-

tirir və onların hər düzülüşündən bir naxış yaranır.  

Fikrin düyün nöqtələri xalçanın ilmələri kimidir” (Əbu 

Turxan). Lakin xalçada ilmələr vahid bir ahəngin ifadəsinə 

xidmət etdiyi halda, fikir düyünlərini eyni bir ahənglə düzmək 

daha çətin bir məsələdir. Ona görə  də fikirlərin düzülüşündən, 

neçə birləşməsindən asılı olaraq, çox müxtəlif ahənglər yaranır. 

Fikrin bu tipli ümumiləşmiş, universallaşmış, yığcam, la-

konik deyilişləri əslində fəlsəfi təfəkkürdən ciddi surətdə fərqlə-

nir. Belə ki, bütün bu deyimlər hansı isə məqamın önə çəkilmə-

si, vurğulanması, bəzən hətta mütləqləşdirilməsi hesabına yara-

nır. Yəni burada təhlil yoxdur və konkret situasiyanın doğurdu-

ğu əlahiddə şərtlərdən sərf-nəzər edilir.  

Riyaziyyat, təbiət elmləri ona görə dəqiqdirlər ki, burada 

fikir ilkin vəziyyətin, verilənlərin kafi əsas olması şərti ilə yürü-

dülür.  İlkin vəziyyətdən asılı olmadan, bütün zamanlarda və 

məkanlarda hamı üçün eyni, universal prinsiplər fəlsəfənin pre-




 Aforizmlər: seçilmişlərdən seçilmişlər

 

 

 



 

4

roqativinə aiddir. Amma müdrik fikirlər də həmin bu statusa id-



dialıdır. Bir fərqlə ki, fəlsəfə həqiqətən ən ümumi anlayışlardan 

çıxış edir və hər hansı bir konkret həyati məsələdə bələdçi, məs-

ləhətçi olmaq iddiasına düşmür. Amma müdriklik aşağılarda, 

gerçək həyatın özündə  və  bəzən hətta dibində baş verənləri 

ümumiləşdirir və insanlara həyat və fəaliyyətində yol göstərmək 

və ya bu yola çıraq tutmaq iddiası ilə çıxış edir.  

Filosofun müdrikliyi fikrin daha yüksək məqamında və 

daha yüksək mücərrədləşdirmə  səviyyəsində ortaya çıxır. Ona 

görə də onun dedikləri adi insanlar üçün həm anlaşılmaz, həm 

də gündəlik həyati məsələlərdən çox uzaq olur. Başqa sözlə de-

sək, filosofun tutduğu çıraq yolun özünü, onun künc-bucağını, 

enişini-yoxuşunu yox, ancaq son məntəqəsini işıqlandırır. Am-

ma bu məntəqəyə gedib çatmaq üçün hələ nə qədər müxtəlif hə-

yati vəziyyətlərdən keçmək lazımdır?! Yəni müdrikliyin məkanı 

haradasa cari, gündəlik həyatla bu həyatın üfüqləri arasındadır. 

Burada fəlsəfədəki kimi mücərrəd insan ümumisinin dünya ilə 

münasibətləri yox, müəyyən ictimai mühitlə, milli-mədəni mə-

kanla, konkret inkişaf səviyyəsi ilə bağlı olan əlamətlər, müna-

sibətlər ehtiva olunur. Əslində sıravi insan bir mütəxəssis kimi 

yetişmək üçün müvafiq sahə üzrə ixtisaslaşmış təhsil alır. Am-

ma bir insan kimi həyatını necə qurmaq, necə yaşamaq, nələrə 

üstünlük vermək, hansı  vəziyyətlərdə hansı meyarlardan çıxış 

etmək və s. bu kimi suallarla təkbaşına qalar.  

Bu kitab bir fəlsəfə tədqiqatçısı tərəfindən həm elmi-nə-

zəri müstəvidə, həm də praktik həyat müstəvisində saf-çürük 

edilməklə, hər bir mövzu üzrə minlərlə aforizmdən ancaq ən də-

yərlilərini seçməklə hazırlanmışdır.  

Əlamətdar haldır ki, kitabda imkan daxilində ancaq pozi-

tiv yönlü aforizmlər toplanmış,  ənənəvi “Atalar sözləri” və 

“Aforizm” kitablarında özünə yer etsə də, buna layiq olmayan, 




Ön söz

 

 

 

 

 

5



habelə ikimənalı, neqativ yozumlu fikirlər mətnə daxil edilmə-

mişdir.  

Belə bir sual da ortaya çıxır ki, nəyə görə aforizmlər əsa-

sən əvvəlki dövrlərdə yaşamış mütəfəkkirlər tərəfindən söylən-

mişdir? Niyə müasirlərimizin aforizm “yaradıcılığı”  əksər hal-

larda ya təkrar olur, ya da çox bəsit görünür?  

Müdriklik hansı isə xüsusi təhsilin, peşə və ya ixtisas fəa-

liyyətinin nəticəsi olmayıb, hamının yaşadığı həyat həqiqətlərini 

müşahidə etmək, onların ümumiləşdirilmiş ifadəsini vermək qa-

biliyyətidir. İxtisaslaşmış bilik bizi gündəlik həyatımıza, insani 

mahiyyətimizə  nəinki yaxınlaşdırmır,  əksinə, ondan uzaqlaşdı-

rır. İnsan özgələşir. Ona görə də böyük alimlər, ixtiraçılar və s. 

adi həyatın, insani mahiyyətin biliciləri olmaqdan daha çox, an-

caq müəyyən mütəxəssislər dairəsində anlaşıla bilən fikir fəza-

sında yeni söz deyə bilirlər. Gündəlik həyatda isə onlar çox vaxt 

sıradan biri olurlar. Müasir dövrdə sələflər təkrar etmədən məhz 

müasir həyat üçün spesifik olan və hamımızın yaşadığımız, yəni 

həyati mahiyyətə daxil olan yeni elementlər, yeni çalarlar daha 

çox dərəcədə sivilizasiyanın təsiri ilə əlaqədardır. “İkinci təbiət-

lə” ünsiyyət əsl təbiətin yerini verə bilmir, sosiallaşmış, siyasi-

ləşmiş, intellektuallaşmış bir həyatın özəlliklərindən bəhs edən 

və bu yeni həyat mənzərəsinin dərin mənəvi qatlarını üzə çıxa-

ran hikmətamiz sözlər, təəssüflər olsun ki, az-az yaranır. Bu ba-

xımdan, Xudu Məmmədovun elm və sənətin həyatımıza gətirdi-

yi yeniliklər və onların qarşılıqlı əlaqəsindən irəli gələn cəhətlər 

xüsusilə  əlamətdardır. Məsələn, elmi məqalənin publisistik bir 

əsərdən fərqini göstərmək üçün Xudu Məmmədov yazır ki, istə-

nilən bir elmi məqaləni ilkin hazırlıq olmadan oxumaq təşəbbü-

sü söhbətə ortasından qoşulmaq kimi bir şeydir. Söhbətin əvvə-

lini bilmədiyindən o, heç nə başa düşməyəcək. Sonradan söhbə-

tə qatılmaq təşəbbüsü el arasında “bilmir, qazanda nə bişir, de-



Yüklə 3,08 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə