Afrika ümumi İcmal coğrafi mövqeyi, sahəsi, sərhədləri və sahil xətti



Yüklə 398,54 Kb.
səhifə2/3
tarix04.02.2018
ölçüsü398,54 Kb.
#24109
1   2   3

İqlimi

Afrikanın iqlimi hər şeydən əvvəl, qitənin coğrafi mövqeyi ilə onun ekvatorial, tropik və qismən subtropik qurşaqlarda yerləşməsi ilə müəyyən edilir. Materik ərazisinin təxminən ¾ hissəsi üzərində günəş ildə iki dəfə zenitdə olur və bol şüa enerjisi verir. Afrikanın ekvatorial qurşağında ümumi radiasiyanın illik kəmiyyəti 100-140 kkal/kv. sm, tropik qurşaqlarda 180-200 kkal/kv.sm, Böyük Səhranın şərqində 220 kkal/kv.sm,subtropik qurşaqlarda isə 140-160 kkal/kv.sm-ə bərabərdir. İllik radiasiya balansı materik üzərində 60-70 kkal/kv.sm-dir. Beləliklə, Afrika illik radiasiya kəmiyyəti və radiasiya balansına görə başqa materiklərdən fərqlənir. O Yer kürəsinin ən isti materikidir.

Afrika iqliminə qonşu okeanların və Asiya üzərində yaranan barik sahələrin, eləcə də materikin şimal və cənub hissəsində fəsillər üzrə bir-birinin əksi olan dəyişkən təzyiq sahələrinin təsiri böyükdür. Afrika üzərində subtropiklərarası atmosfer sirkulyasiyası, külək rejimi yağıntıların materikin üzərində paylanmasının əsas amilidir. Ekvatorial qurşaqda alçaq təzyiq sahəsi, tropiklərdə isə yüksək təzyiq sahəsinin hakim olması il ərzində tropiklərdən ekvator qurşağına hava cərəyanı yaranmasına səbəb olur. Bundan əlavə Afrikanı şərqdən və qərbdən əhatə edən Hind və Atlantik okeanları üzərində mövcud olan daimi təzyiq sahələrindən (Cənubi Hind okeanı, Şimali və Cənubi Atlantika antisiklonları) müxtəlif xassəli hava kütlələri daxil olur.

Ekvatorial qurşaqda il boyu qalxan cərəyan, tropiklərdə isə enən hava cərəyanları, tropiklərlə ekvator arasında isə üfüqi hava cərəyanları hakimdir. Tropiklərdən ekvatora əsən quru, isti, tozlu hava passat cərəyanlarıdır. Ekvatordan şimal və cənub subekvatorial zonalara gələn ekvatorial mussonlar çox rütubətli olur. Subekvatorial zonaların dövrü rütubətlənməsi də ekvatorial mussonların davamlılığından asılıdır. Okeanlar üzərində yerləşən daimi təzyiq mərkəzlərindən gələn havalardan yalnız cənub Hind okeanı antisiklonu materikin cənub-şərq sahillərinə çox rütubət gətirir. Azor maksimumu və Cənubi Atlantika antisiklonlarının sağ cinahlarından tropik enliklərdə Afrikaya daxil olan hava kütlələri sərin olduğundan rütubət tutumu azdır, həm də bu hava kütlələri materikə yalnız müvafiq yarımkürələrin yayında daxil olduğundan, çox qızmar quru üzərində daha da qızır və yağıntı ayırmaq qabiliyyətini itirir. Qərbdə bütün il boyu yalnız ekvatorial qurşağa bol yağıntı düşür.Bu yağıntıları Qvineya körfəzinin şimal və şimal-şərq sahillərindən daxil olan rütubətli dəniz hava kütlələri gətirir.

Göstərilən sadə hava sirkulyasiyası sxemi ilin fəsillərindən asılı olaraq xeyli dəyişir. Bunun başlıca səbəbi müvafiq yarımkürələrdə yay fəslində materikin şimal və cənub tropik qurşaqlarında alçaq təzyiq sahələrinin yaranmasıdır. Buna görə tropiklərdən ekvatora əsən passatların illik rejimində ciddi dəyişiklik baş verir. Passatlar yalnız hər yarəmkünənin qış fəslində tropiklərin ümumi (zonal) yüksək təzyiq qurşaqlarına qoşulması ilə güclənir və çox təsirli olur. Onlar ekvatorial qurşağa, hətta onu keçib əks yarımkürəyə daxil olur. Ekvatorial zonada passatlar çox rütubətlənir və keçdiyi yarımkürənin subekvatorial qurşağında ekvatorial mussonları adlanırlar. Bu küləklər ekvatorial qurşağa şimal-şərqdən (şimal yarımkürəsində qış olan zaman) və cənub-şərqdən (cənub yarımkürəsində qış olan zaman) əsir. Ekvator qurşağını keçdikdə bunlar ekvatordan şimalda sağa, cənubda isə sola meyl edirlər.

Qışda Ön Asiya yaylaları üzərində yaranan yüksək təzyiq sahəsindən materikin şimal-şərqinə (xüsusilə Somaliyə) passatlar daxil olur. Dəniz üzərindən keçən passatlar xeyli rütubətlənir və yağıntı verir. Fəsillərin dəyişməsi ilə əlaqədar olaraq Cənubi Hind okeanı antisiklonunun da təsir dairəsi dəyişir. Şimal yarımkürənin qışında onun sol cinahı küləkləri Afrikanın cənub-şərq sahillərinə, cənub yarımkürənin qışında isə cənub subekvatorial və tropik qurşaqlarında şərq sahillərə (Əjdaha dağlarına) çox yağıntl verir, qurunun içərilərinə isə quru halda daxil olur.

Yanvar ayında materikin şimal hissəsi soyuyur və burada antisiklon hava şəraiti yaranır. Yanvarın orta temperaturu Aralıq dənizi sahillərində və Böyük Səhranın şimal hissəsində +12°,orta hissəsində +12°,+16°, cənub hissəsində +16°,+20°-dir. Atlas dağlarını +8° yanvar izotermi əhatə edir. Yayla və yüksək dağlarda isə yanvar ayında temperatur 0°-yə enir və şaxtalar olur. Bu vaxt orta temperatur ekvator qurşağında +24°,+26°,Yuxarı Nil çökəyində isə +28° olur.

Yanvar ayı materikin cənub hissəsində yayın qızmar ayıdır. Kalaxaridə bu ayın orta temperaturu +26°,+28°, (Kalaxari səhrasının qızmar cənub-qərbində +30°) cənub sahildə isə +18°, +20°-dir.Şərqi Afrika yaylalarında bu vaxt orta temperatur +20°,+24° olur. Yanvar ayında materikin şimal yarısında mütləq minimum temperatur 0°, yəni xeyli aşağı olur. Mənfi temperatur 20° şimal enindən şimalda müşahidə edilir (-7° qədər). Atlas dağlarında və yüksək Şott yaylasında -10°,-20° şaxtalar olur.Şimal subekvatorial qurşaqda yanvarda ən alçaq temperatur +8°,+10° müşahidə edilmişdir. Bu vaxt cənubi Afrikada mütləq maksimum temperatur +40°,+45° dərəcəyə (50°-yə qədər) çatır.

Шякил 30

İyul ayında materikin şimal hisssəsi çox qızır,cənub hissəsi isə xeyli soyuyur. Ekvatorial qurşağın termik rejimində fəsillərdən asılı olaraq ciddi dəyişiklik baş vermir. Bu vaxt materikin şimal, Aralıq dənizi sahili vilayətlərində orta aylıq temperatur +28° (30°-yə qədər) olur. Böyük Səhranın geniş ərazisində orta iyul temperaturu +30°, Çad çökəkliyinin şimal hissəsində +32°, Böyük Səhranın şimal-qərb, cənub-qərb və bütün qərb hissəsində +32°-dir (Atlantik sahili ovalıqdan başqa). Böyük Səhranın qərb daxili hissəsində +36°-lik izoterm qapanır. Bu hissədə mütləq maksimum temperatur +50°,+58°-yə çatır, torpağın səthi +70°-yə qədər qızır. Ekvatorial zonaya yaxınlaşdıqca rütubət artdığına görə havanın temperaturu bir qədər düşür (Sudanda +28°, ekvatorial qurşaqda +24°,+26°).

Ekvatordan cənuba iyul ayının orta temperaturu tədricən azalır. Kalaxaridə +10°, +16°, Karru yaylasında və Əjdaha dağlarında +8°,cənub sahildə +12°-dir. Cənubi Afrikanın yüksək dağlarında qışda şaxtalar olur, qar yağır. İyul ayında Cənubi Afrikada mütləq minimum temperatur müxtəlif yerlərdə -4°,-6° hətta -11°-yə qədər düşür. İzotermlərin gedişinə relyef elementlərinin də böyük təsiri vardır. Afrikada temperaturun illik və sutkalıq amplitudu çox böyükdür. Sutkalıq temperatur amplitudu tropik qurşaq səhralarında +25°,+30°-yə çatır, subtropik və ekvatorial qurşaqda bu xeyli azdır. Ən böyük temperatur amplitudu (+20°,+26°) Böyük Səhrada müşahidə olunur. Temperatur amplitudu Cənubi Afrikada +14°,+16°, ekvatorial qurşaqda isə +2°,+4°-dir. Beləliklə, çox geniş şimal tropik qurşağı kontinental tropik səhra iqlimi ilə səciyyələnir. Burada qış aylarının orta temperaturu yer səthinin eyni coğrafi enliklərindəki səhələrin orta temperaturundan bir qədər az (+4°,+5°),yay aylarının orta temperaturu isə xeyli (+10°,+12°) artıqdır.

Afrikada yağıntılar qeyri-bərabər paylanmışdır. Başqa materiklərin eyni coğrafi enlikdə yerləşən vilayətləri (Cənubi və Mərkəzi Amerika, Cənubi və Cənub-Şərqi Asiya) Afrikadan daha çox yağıntı alır. Bu ilk növbədə atmosfer sirkulyasiyasının xarakterindən və kənar vilayətlərdən Afrikaya gələn hava kütlələrinin fiziki-dinamiki xüsusiyyətlərindən asılıdır.

Rütubətləmə dərəcəsinə görə Afrikada bir neçə qurşaq aydın seçilir. Ekvator qurşağı yağıntıların bolluğu ilə başqa sahələrdən kəskin fərqlənir. Burada yağıntıların illik miqdarı 1500-2000 mm-dir. Maksimal yağıntı ekvatoru coğrafi ekvatora yalnız Konqo hövzəsində uyğun gəlir. Qvineya körfəzi sahilində ən çox yağıntılar körfəzin şimal-şərq küncündə (Niger çayının deltası və Kamerun dağlarının qərb yamacları) və Yuxarı Qvineya yüksəkliyinin qərb hissəsində (Leone-Liberiya massivində, Futa-Callon dağları və s.) 5°-10° şimal enlikləri arasında düşür Ekvator qurşağında yağıntılar il boyu bərabər paylanmışdır. Burada quraq ay yoxdur. Lakin payız və yazda günəş ekvatorda zenitdə olduqda yağıntılar daha çox düşür.

Шякил 31.

Daima rütubətli ekvator qurşağından şimala və cənuba yağıntıların miqdarı tədricən azalır, yağıntılı dövr isə qısalır. 14°-15° şimal və cənub enlikləri arasında yağıntıların orta illik miqdarı 1000 mm-dən artıq olur. Lakin burada ilin quraq və yağıntılı dövrə bölünməsi bütün üzvi aləmin inkişafına kəskin təsir göstərir. Hər iki subekvatorial qurşaqda illik yağıntılar müvafiq yarımkürənin yay fəslində düşür. Bu belə baş verir: şimal yarımkürəsində yay olduqda Böyük Səhra çox qızır və alçaq təzyiq sahəsinə çevrilir.Kalaxari üzərində bu vaxt yüksək təzyiq olur. Passatlar bu yüksək təzyiq sahəsində daha da güclənərək cənub və cənub-şərqdən ekvator qurşağına daxil olur. Bu qurşaqda quru tozlu küləklər öz xassəsini tamamilə dəyişir, çox rütubət götürür və ekvatoru keçərək şimal yarımkürəsinə daxil olur. Burada həmin küləklər öz istiqamə- tini dəyişir və şimal-şərqə hərəkət edir. Həmin küləklər şimal yarımkürəsi yayında şimal subekvatorial qurşağa, Sudana və Böyük Səhranın cənub kənar zonasına yağıntı gətirir. Bu vaxt Qvineya körfəzindən (cənub-qərb istiqamətindən) daxil olan çox rütubətli daimi dəniz mussonları 15°-18° şimal enliklərinə qədər irəliləyir. Lakin Sudanın şimal sərhədinə yaxınlaşdıqca bu havalar transformasiyaya uğrayır, rütubətini itirir və quru-isti havalara çevrilir, yağıntı verə bilmir. Bunun ən başlıca səbəblərindən biri də şimal yarımkürəsi yayında səhranın çox qızması və kondensasiya səviyyəsinin yüksəyə qalxmasıdır. Şimal və cənub subekvatorial qurşaqların ekvator qurşağı sərhədində illik yağıntılar 1300-1500 mm olur, yağıntılı dövr 8-10 ay davam edir və iki maksimum müşahidə edilir. Savannaların şimal (şimal yarımkürəsində) və cənub (cənub yarımkürəsində) sərhədində yağıntıların miqdarı 200 mm, yağınyılı dövrün davamlılığı isə 1-2 aya qədərdir. Ekvator qurşağına tərəf savannalarda yağıntıların miqdarı artır (1300-1500 mm-ə qədər) və yağıntılı dövr uzanır (8-10 aya qədər). Savannanın orta hissələrində isə illik yağıntılar 500-800 mm olmaqla,yağıntılı dövr 5-6 ay davam edir.

Afrikada şimal və cənub tropikləri az yağıntı alır. Böyük Səhrada yağıntıların illik miqdarı 200 mm-dən, onun çox geniş daxili vilayətlərində isə 50 mm-dən azdır. Kalaxarinin şimal və şərq hissəsi 250-500 mm, qərb hissəsi 200 mm-dən az, Namib səhrası isə 50 mm-dən az yağıntı alır. Böyük Səhra üzərində kondensasiya səviyyəsi 5 km yüksəkdə yerləşir. Bundan əlavə, qışda burada yüksək təzyiq sahəsi yarandığına görə, dəniz və okeanlardan rütubətli hava gəlmir.Yay aylarında isə Böyük Səhra o qədər qızır ki, kənarlardan bura az-çox daxil olan rütubətli havalar çox qızır və doyma dərəcəsindən kəskin uzaqlaşır. Beləliklə, ilin hər iki yarısında, səhra üzərində atmosfer sirkulyasiyasının hər iki şəraitində burada yağıntı düşməsi ehtimalı çox azalır.

Buna baxmayaraq, tropiklərdə az da olsa yağıntı düşür. İllik yağıntı bir yaxud iki leysan zamanı düşür. Bəzən bir neçə il dalbadal yağıntısız keçir. Böyük Səhranın cənub hissəsində yağıntılar əsasən yayda, şimal hissəsində isə qışda düşür (Aralıq dənizi rejimi).

Şimal yarımkürəsi üçün yuxarıda deyilənlər təxminən eyni sxem üzrə cənub yarımkürəsinin yay fəslində təkrar olunur. Lakin bütün bu proseslər şimal yarımkürəsində olduğu kimi tam təkrar olmur. Burada materikin cənub-şərq kənarı Hind okeanından gələn dəniz mussonlarının təsiri altındadır. Yağıntıların illik miqdarı 500-1000 mm-dən artıqdır.

Afrikanın şimal və cənub kənar hissələrini tutan subtropik qurşaqlarda yağıntıların illik miqdarı 500-800 mm (Liviya sahillərində 250 mm), Kap dağlarında 1000 mm-ə qədərdir. Hər iki qurşaqda yay quraq, qış yağıntılıdır. Bir tərəfdən yağıntıların azlığı, digər tərəfdən buxarlanma qabiliyyətinin çox yüksək olması böyük rütubət çatışmazlığı yaradır. Yalnız çox yağıntılı ekvator və subekvator qurşaqlarında, rütubət bolluğu hiss olunur. Başqa sahələrdə buxarlanma qabiliyyəti düşən yağıntıların miqdarından 5-10 dəfə, Böyük Səhrada 20-30 dəfə artıqdır.

Шякил 32.

Afrikada aşağıdakı iqıim tipləri ayrılır: 1)Ekvator iqlimi. 2)Subekvator iqlimi (şimal və cənub subekvator iqlim qurşağını tutur). 3)Tropik passatlar iqlimi (hər iki yarımkürənin tropik qurşağı səhralarını əhatə edir). 4)Subtropik iqlim (Afrikanın həm şimal, həm də cənub yarımkürə subtropikləri Aralıq dənizi iqliminə aid olub, qışı rütubətli –mülayim, yayı quru və istidir).
Çayları və gölləri

Afrika ərazisi çay şəbəkə sıxlığının paylanması və səth axımının xüsusiyyətlərinə görə bir-birindən kəskin fərqlənən sahələrdən ibarətdir. Təbii şəraitin başqa komponentlərində olduğu kimi, səth sularının materik ərazisində paylanmasında da coğrafi zonallıq qanunu çox aydın nəzərə çarpır. Çay şəbəkəsinin sıxlığı və çayların sululuğu səth axımının həcmindən asılıdır. Səth axımının böyüklüyü isə yağıntıların miqdarından, buxarlanmadan,səthin meyilliyi dərəcəsindən, süxurların litolokiyasından, torpaq və bitki örtüyündən asılıdır. İл ərzində çox yağıntı alan ekvator qurşağında çay şəbəkəsi daha sıx, çaylar isə çox suludur. Bu qurşaqda səth axımı layının qalınlığı 400 mm-lə 1500 mm arasında dəyişir.Yağıntıların miqdarı 2000-3000 mm-dən artıq olan Qvineya körfəzinin şimal-şərq və şimal-qərb sahillərində dağların yamaclarında axım layının qalınlığı maksimal kəmiyyətə çatır. Konqo hövzəsinin böyük hissəsində bu rəqəm 400-600 mm-ə qədərdir Ekvator qurşağından şimala və cənuba tərəf axım layının qalınlığı azalır. Subekvator qurşağında 200-400 mm, Şərqi Afrika yaylalarının az yağıntılı sahələrində 100-200 mm-ə qədər, tropiklərdə isə 50 mm-dən azdır. Qitənin şimal və cənub ucqarında səth axımının 200 mm-ə qədər artması müşahidə edilir.

Beləliklə,Afrikada çay şəbəkəsi ekvator və ekvatoryanı qurşaqlarda daha sıxdır. Qitənin ən böyük çaylarından Nil, Konqo, Niger, Zambezi əsas su ehtiyatını bu qurşaqlardan alır. Axım layının qalınlığı 50 mm-dən az olan tropiklərdə daimi axarlı çaylar yoxdur (tranzit çaylar müstəsnalıq təşkil edir). Axım layı yenidən bir qədər artan subtropik zonalarda kiçik çaylar vardır. Bunların çoxu isti və quraq yay aylarında quruyur.

Afrikanın səth axarı Atlantik və Hind okeanlarına, Aralıq dənizinə və daxili hövzəyə aiddir. Atlantik okeanı hövzəsinə materik ərazisinin 36.05%-i, Hind okeanına 18.28%-i, Aralıq dəni- zinə 14.88%-i aiddir. Daxili hövzə ərazinin 1/3 hissəsini tutur (9 mln.kv.km).

Afrikanın müasir çay sistemi cavandır. Neotektonik mərhələdə onun kənarlarının və şərq yaylalarının qalxması qədim dərələrin çox dərinləşməsinə, astanalar yaranmasına səbəb olmuşdur. Bu mərhələdə yüksəlməkdə olan kənar yayla və yüksəkliklərin yamaclarında yeni çay dərələri əmələ gəlmiş, bir çox yerdə çay qovuşmaları baş vermişdir. Afrika çaylarının oxşar cəhətləri onları hamsının çox astanalı olması, dərələrinin tez-tez istiqamətləri dəyişməsidir. Çay dərələrinin bu morfoloji xüsusiyyətləri onların cavanlığını bir daha sübut edir. Bu xüsusiyyətlərin özləri isə daha çox ərazinin tektonik quruluşu ilə bağlıdır. Çay dərələrinin istiqaməti əksər hallarda tektonik qırılmaların istiqamətinə uyğun gəlir, yaxud qırılmalar zonasını keçdikdə onlar astana və şəlalələr əmələ gətirirlər. Buna görə də Afrika çaylarının enerji ehtiyatı olduqca böyükdür (dünya çayları enerji ehtiyatının 20%-ə qədəri).

Afrikanın səhralarında bir çox quru dərə sisteminin mövcudluğu keçmişdə tropik qurşaqların daha çox rütubət alması və burada daimi yaxud dövrü axarlı çayların olduğu haqda fikir söyləməyə imkan verir. Quru dərələrin bir çoxu Ahaqqar massivindən başlanıb, ətraf səhralarda qurtarır. Müəyyən edilmişdir ki, keçmişdə öz sularını okeana çatdıran bəzi çayların dərələrini qumlar basmışdır.Quru dərələrdən bəzilərinin uzunluğu 1000-1500 km-ə çatır. Atlas dağlarının cənub yamaclarından başlanan Saura dərəsi (vadisi) Tuat çökəyinə qədər uzanır. Yaxud Ahaqqar massivinin cənub yamacında yerləşən çox şaxəli quru dərələr birləşərək Azavan vadisini yaradır. Bu keçmişdə Niger çayının böyük qollarından biri idi.

Kalxaridə də bir çox quru dərə sisteminə rast gəlmək mümkündür. Bunların çoxu okeana axarı olan keçmiş çay dərələridir. Beləliklə, dördüncü dövr plüvial epoxasında Afrikanın müasir axarsız sahələrinin xeyli hissəsindən okeana axar var idi. Bununla belə müasir axarsız hövzələrin çox geniş bir hissəsindən kaynozoyun ikinci yarısından etibarən okeana axar olmamışdır (Çad gölü çökəyi, Əl-Cof, Tuat vahəsi və s.). Bu pleystosendən (çox güman maksimal buzlaşma dövründən) sonra iqlimdə aridləşmə təmayülünün artmasını göstərir.

Hazırda materik ərazisinin 35%-dən çoxunda yağıntıların miqdarı o qədər azdır ki, daimi, hətta az-çox davam edən müvəqqəti axarlı çaylar belə əmələ gələ bilmir. Bununla belə, Afrikanın ekvator və subekvator qurşağında yaranan nəhəng çayların bir neçəsi dünya çayları arasında görkəmli yer tutur. Nil uzunluğuna görə birinci, Konqo isə sululuğuna görə ikinci yerdə durur. Afrikanın 4 çayı isə dünyanın böyük çayları sırasına daxildir.



Африканын бюйцк чайлары щаггында мялумат ъядвяли.

Чайларын ады

Узунлуьу

(км-ля)


Су топлайыъы щювзянин сащяси (мин км2 -ля)

Иллик ахымы (км2-ля)

Сцлбахым (млн. тон-ла)

Нил

Конго


(Заир)

Ниэер


Замбези

Нарынъы


Сенегал

6671

4700
4160

2660

1860


1430

2800

3690
2092

1330

1020


441

70

1350
293

500

91

-



88

68
67

100

153


-

Afrika çaylarının illik su rejimi onların qidalanması ilə sıx bağlıdır. Çaylar yağış suları hesabına qidalanır. Qar suları olduqca az sahədə kiçik çayların qidalanmasında müəyyən rol oynayır. (Atlas dağlarında, cənub kənar dağlarında, Kilimancaro, Keniya, Elqon və s. dağlarda).

Çaylar yağış suları ilə qidalandığından, yağıntılı fəsildə onlar olduqca çox su aparır, quraq dövrdə isə lap dayazlaşırlar. Ekvator qurşağı çaylarında səviyyə il boyu yüksək olur. Şimal subekvator qurşağı çayları şimal yarımkürəsi yayında, cənub subekvator qurşağı çayları isə cənub yarımkürəsi yayında daşırlar. Aralıq dənizi və Kap vilayəti çayları qışda çox su axıtdığı halda, yayda bəzən quruyurlar. Aşağıda Afrikanın böyük çaylarının qısa səciyyəsi verilir.

Nil uzunluğuna görə dünyada birinci, sutoplayıcı hövzəsinin sahəsinə görə beşinci yeri tutur. Nil öz mənbəyini ekvatorial Şərqi Afrikadan götürür. Bu nəhəng çayın mənbəyini Stenli (1875-ci ildə) kəşf etmişdir. O müəyyən etmişdir ki, Nilin başlanğıcını Viktoriya gölünə tökülən Kaqera çayı təşkil edir. Son zamanlar Nil çayının mənbəyinin başqa kiçik çay olması faktı irəli sürülmüşdür. Bu variantda Nilin uzunluğu 170 km artıq olmaqla 6841 km-ə çatır.

Nil yuxarı axarında çox yağmurlu yaylalardan axır və burada bir çox göllər onun səviyyəsini tənzim edir. Yuxarı axarında çay çox suludur. O,Viktoriya gölündən Kioqa gölünə axır (bu hissə Yuxarı Nil adlanır) və suyunu bir qədər də artırıb, Albert gölünə (Viktoriya Nil), buradan isə çox sulu böyük çay kimi yuxarı Nil çökəyinə (Şərqi Sudan çökəyinə) istiqamətlənir (bu hissə əvvəlcə Albert-Nil, sonra Bəhr-Əl-Cəbəl çayı adlanır).Yuxarı hissədə çay çox suludur, iti axır, bir çox astana və şəlalələr (Murçison,hündürlüyü 50 m) yaradır.

Şərqi Sudan çökəyində çayın sürəti azalır, o çoxlu qollara ayrılır, suyu geniş əraziyə yayılır. Bataqlıq və qamışlıqlardan ibarət olan bu sahədə Nil bir çox qol qəbul edir (Bəhr-əl-Qəzəl, Sobat və s.) və buradan aşağı Ağ Nil adlanır. Xartum yaxınlığında Nil sağdan özünün ən böyük qolu olan Göy Nili qəbul edir. Həbəşistan yaylasının geniş daxili və qərb hissəsinin sularını toplayan Göy Nil çox suludur. Çay öz axırıncı qolu Atbaranın mənsəbindən aşağı 2700 km məsafədə heç bir qol qəbul etmədən,Böyük Səhranın şərq hissəsini cənubdan şimala kəsib keçir və Aralıq dənizinə tökülməzdən əvvəl özünün yaratdığı böyük deltada (sahəsi 22 min kv.km) bir çox qollara ayrılır.

Nil səhrada qutuvarı terraslı dərə ilə axır. O burada Nubiyə qumdaşlarını və kristallik süxurları kəsir və böyük dirsəklər yaradır. Səhrada çay bir çox astanalar əmələ gətirir. Bu astanalar hələ Misir fironları dövründən səyyahların qitənin içərilərinə (bu yeganə yoldur) daxil olmasına ciddi maneə törətmişdir. Qədim Misirdə hələ 5500 il əvvəl Nil çayının rejimini öyrənmək üçün müşahidələr aparılmağa başlamışlar. Qədim yunan tarixçisi Herodot Misiri Nilin bəxşişi adlandırmışdır.

Misir ərazisində çay geniş terraslı vadi ilə axır. Bu sahədə Nil dərəsi olduqca sıx məskunlaşmışdır.

Nil çayının səviyyəsi yuxarı axarında iyun ayından başlayaraq qalxır və yüksək səviyyə dalğası çayın orta-aşağı axarında yalnız avqust və sentyabrda çatır. Çay Böyük Səhradan keçdikdə öz sularının yarıya qədərini itirir. Buna baxmayaraq, Qahirə yaxınlığında onun səviyyəsi 6-7 m-ə qalxır.

Nil çayı üzərində suvarma məqsədi ilə kiçik hidrotexniki qurğular hələ eramızdan çox əvvəl tikilmişdir. Son iki əsrdə bu çay üzərində bir neçə bənd inşa edilmişdir. Bunlardan ən böyüyü SSRİ-nin bilavasitə köməyi ilə tikilmiş yüksək Asuan bəndidir.2

Zair sululuğuna görə yalnız Amazon çayından geridə qalır. Konqo çökəyinə meyli olan geniş ekvator və subekvator qurşaqlarının səth suları bu çaya axır.Zair hövzəsində çay şəbəkəsi sıx, çaylar (hətta kiçik çaylar belə) çox suludurlar.

Çayın başlanğıcı Luapula çayının sağ qolu Zambezidir. Çay Zair adını yalnız Mveru kölündən çıxan Luvua və Lualaba çayları birləşdikdən sonra alır. O, iki dəfə ekvatoru kəsir Çay sağdan və soldan (yəni şimal və cənub subekvator qurşaqlarından) bir çox qol qəbul edir. Onun sutoplayıcı hövzəsinin və qollarının çoxu ekvatordan cənubdadır. Çayın sol qollarının sahəsi sağ qollarının sahəsindən iki dəfə böyükdür. Zairin ən böyük sol qolu Kasai çayıdır. Bu çay bütün Lunda və Qərbi Katanqa yaylalarının şimala meyli olan sahələrinin suyunu toplayır. Sağda böyük qollar Uele-Ubanqidir. Çay qollarının və sutoplayıcının qeyri-bərabər paylanması, sahənin assimetrikliyi su rejiminə təsir göstərir. Ümumiyyətlə Zair il ərzində çox sulu olur. Lakin cənub yarımkürəsi yayında (noyabr-fevral aylarında) cənub qollar çaya daha çox su gətirir. Bu vaxt çayda səviyyə çox qalxır. İkinci zəif səviyyə qalxması şimal yarımkürəsinin yay fəslində olur. Yüksək və alçaq səviyyə arasında fərq başqa çaylarda olduğu kimi çox da böyük deyildir. Yüksək səviyyə zamanı su sərfi 60 min kub.m/san, alçaq səviyyə zamanı 30 min kub.m/san-dir.

Zair çayı və qolları üzərində bir çox astana və şəlalələr vardır.Onun yatağı okean dibində 2000 m dərinliyə qədər davam edir və bu çay okeana o qədər su gətirir ki, böyük məsafədə okean suyunun rəngini dəyişir və şirinləşdirir.

Niger öz mənbəyini subekvator qurşağında bol yağıntılı yüksəkliklərdən (Leone-Liberiya massivindən) götürüb, böyük məsafədə şimal-şərqə, Böyük Səhraya tərəf axır və 16-17 şimal enliklərində öz istiqamətini dəyişib, şərqə, sonra isə cənub-şərqə axır. Öz yolunda Niger böyük bir yarımdairə cızır və dənizə töküldüyü yerdə sahəsi 25 min kv.km-dən çox olan delta yaradır. Niger öz yuxarı və aşağı axarında çox suludur. Orta axarında o suyunun əksəriyyətini qumlara hopdurur və buxarlanmaya itirir. Burada çayın suyundan suvarma məqsədi ilə də çox istifadə edilir. Sebu və Timbuktu şəhərləri arasında çay çox geniş bir sahədə qollara ayrılır, böyük subaeral delta və bataqlıqlar əmələ gətirir. Nigerdə maksimal axım may-oktyabrda olur. Ümumiyətlə çay mürəkkəb rejimə malikdir.Yuxarı axarda çox sulu, orta axarda az sulu, aşağı axarında isə nəhəng bir çaydır. Burada onun eni 4-5 km, dərinliyi 20-30 m-dir. Niger də Nil və Konqo kimi astanalı olduğundan gəmiçiliyə az yararlıdır.


Gölləri.

Afrikada müxtəlif mənşəli göllər vardır. Ən böyük göllər tektonik çökəklərdə yerləşir. Səhra və semiarid vilayətlərin çökəklərində relikt göllər, yaxud onların qurumuş çalaları qalmaqdadır.Vulkanik ərazilərdə vulkan gölləri vardır.Qvineya körfəzinin şimal sahilində isə laqunalara rast gəlmək mümkündür.

Neogendən əvvəl Afrikada çox böyük relikt göllər olmuşdur.Çad və Konqo çökəyinin geniş bir hissəsini tutan göllərin bir qismi iqlimin aridləşməsi nəticəsində ya tamamilə qurumuş, yaxud dayaz və kiçik göllərə çevrilmişdir (Çad,Əl-Cuf, Kattara, Atlas və Tunis Şottları, Makarikari, Nqami ). İqlimin tərəddüdü ilə əlaqədar olaraq Şərqi Afrika yaylası göllərinin də səviyyəsi xeyli aşağı düşmüşdür, onlardan bək çökəklərin az bir hissəsini tutur (Rudolf,Rukva və s.).

Afrika göllərinin əksəriyyəti şərqi Afrika qrabenləri zonasında yerləşir.Burada sahəsinə görə ən böyük göl Viktoriya,dərinliyinə görə isə Tanqanikadır.Bu göl Baykal gölündən sonra dərinliyinə görə dünya gölləri arasında ikinci yerdə durur.

Ъядвял 10.

Африканын бюйцк эюлляри.



Эюлцн ады

Сащяси (км2)

Максимал дяринлийи (м-ля)

Дяниз сявиййясиндян йцксяклийи (м-ля)

Викторийа

Танганика

Нйаса

Рудолф


Мверу

Алберт


Киву

Едуард


Чад
Тана(Дембеа)

68000

32900


30800

8500


5000(йахын)

4200


3000

2000


10000(дашгын заманы 20000)

3100-3600



80

1435


706

73

14



48

780


114

7(йахын)


72

1136

773


472

375


931

619


1460

912


240

1830

Vulkan-bənd göllərindən ən böyüyü Həbəşistan yaylasındakı Tana gölüdür.Göllər şərqi Afrika landşaftının ən görkəmli elementlərindən biridir.Şirin sulu olduğundan yerli əhali qədimlərdən bu göllərin sahilində məskən salmışdır.Səhra gölləri və axarsız göllərdən Rudolf gölünün suyu duzludur.Çad gölündən Bedele çökəyinə olan yeraltı axar onun suyunu şirin saxlayır.


Yüklə 398,54 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə