Afrika ümumi İcmal coğrafi mövqeyi, sahəsi, sərhədləri və sahil xətti



Yüklə 298,08 Kb.
Pdf görüntüsü
səhifə10/11
tarix14.01.2018
ölçüsü298,08 Kb.
#20625
1   2   3   4   5   6   7   8   9   10   11

 

28 


hissəsinin  sularını  toplayan  Göy  Nil  çox  suludur.  Çay  öz 

axırıncı qolu Atbaranın mənsəbindən aşağı 2700 km məsafədə 

heç  bir  qol  qəbul  etmədən,Böyük  Səhranın  şərq  hissəsini 

cənubdan  şimala  kəsib  keçir  və  Aralıq  dənizinə  tökülməzdən 

əvvəl özünün yaratdığı böyük deltada (sahəsi 22 min kv.km) bir 

çox qollara ayrılır. 

Nil  səhrada  qutuvarı  terraslı  dərə  ilə  axır.  O  burada 

Nubiyə  qumdaşlarını  və  kristallik  süxurları  kəsir  və  böyük 

dirsəklər  yaradır.  Səhrada  çay  bir  çox  astanalar  əmələ  gətirir. 

Bu astanalar hələ Misir fironları dövründən səyyahların qitənin 

içərilərinə  (bu  yeganə  yoldur)  daxil  olmasına  ciddi  maneə 

törətmişdir.  Qədim  Misirdə  hələ  5500  il  əvvəl  Nil  çayının 

rejimini  öyrənmək  üçün  müşahidələr  aparılmağa  başlamışlar. 

Qədim  yunan  tarixçisi  Herodot  Misiri  Nilin  bəxşişi 

adlandırmışdır. 

Misir  ərazisində  çay  geniş  terraslı  vadi  ilə  axır.  Bu 

sahədə Nil dərəsi olduqca sıx məskunlaşmışdır. 

Nil  çayının  səviyyəsi  yuxarı  axarında  iyun  ayından 

başlayaraq  qalxır  və  yüksək  səviyyə  dalğası  çayın  orta-aşağı 

axarında  yalnız  avqust  və  sentyabrda  çatır.  Çay  Böyük 

Səhradan  keçdikdə  öz  sularının  yarıya  qədərini  itirir.  Buna 

baxmayaraq,  Qahirə  yaxınlığında  onun  səviyyəsi  6-7  m-ə 

qalxır. 

Nil  çayı  üzərində  suvarma  məqsədi  ilə  kiçik 

hidrotexniki qurğular hələ eramızdan çox əvvəl tikilmişdir. Son 

iki  əsrdə  bu  çay  üzərində  bir  neçə  bənd  inşa  edilmişdir. 

Bunlardan  ən  böyüyü  SSRİ-nin  bilavasitə  köməyi  ilə  tikilmiş 

yüksək Asuan bəndidir.

2

 

Zair  sululuğuna  görə  yalnız  Amazon  çayından  geridə 



qalır. Konqo çökəyinə meyli olan geniş ekvator və subekvator 

qurşaqlarının  səth  suları  bu  çaya  axır.Zair  hövzəsində  çay 

şəbəkəsi sıx, çaylar (hətta kiçik çaylar belə) çox suludurlar. 

Çayın başlanğıcı Luapula çayının sağ qolu Zambezidir. 

Çay Zair adını yalnız Mveru kölündən çıxan Luvua və Lualaba 



 

29 


çayları  birləşdikdən  sonra  alır.  O,  iki  dəfə  ekvatoru  kəsir  Çay 

sağdan  və  soldan  (yəni  şimal  və  cənub  subekvator 

qurşaqlarından)  bir  çox  qol  qəbul  edir.  Onun  sutoplayıcı 

hövzəsinin və qollarının çoxu ekvatordan cənubdadır. Çayın sol 

qollarının  sahəsi  sağ  qollarının  sahəsindən  iki  dəfə  böyükdür. 

Zairin ən böyük sol qolu Kasai çayıdır. Bu çay bütün Lunda və 

Qərbi  Katanqa  yaylalarının  şimala  meyli  olan  sahələrinin 

suyunu  toplayır.  Sağda  böyük  qollar  Uele-Ubanqidir.  Çay 

qollarının  və  sutoplayıcının  qeyri-bərabər  paylanması,  sahənin 

assimetrikliyi  su  rejiminə  təsir  göstərir.  Ümumiyyətlə  Zair  il 

ərzində  çox  sulu  olur.  Lakin  cənub  yarımkürəsi  yayında 

(noyabr-fevral aylarında) cənub qollar çaya daha çox su gətirir. 

Bu vaxt çayda səviyyə çox qalxır. İkinci zəif səviyyə qalxması 

şimal  yarımkürəsinin  yay  fəslində  olur.  Yüksək  və  alçaq 

səviyyə arasında fərq başqa çaylarda olduğu kimi çox da böyük 

deyildir.  Yüksək  səviyyə  zamanı  su  sərfi  60  min  kub.m/san, 

alçaq səviyyə zamanı 30 min kub.m/san-dir. 

Zair çayı və qolları üzərində bir çox astana və şəlalələr 

vardır.Onun  yatağı  okean  dibində  2000  m  dərinliyə  qədər 

davam  edir  və  bu  çay  okeana  o  qədər  su  gətirir  ki,  böyük 

məsafədə okean suyunun rəngini dəyişir və şirinləşdirir. 

Niger öz mənbəyini subekvator qurşağında bol yağıntılı 

yüksəkliklərdən  (Leone-Liberiya  massivindən)  götürüb,  böyük 

məsafədə şimal-şərqə, Böyük Səhraya tərəf axır və 16-17  şimal 

enliklərində  öz  istiqamətini  dəyişib,  şərqə,  sonra  isə  cənub-

şərqə  axır.  Öz  yolunda  Niger  böyük  bir  yarımdairə  cızır  və 

dənizə töküldüyü yerdə sahəsi 25 min kv.km-dən çox olan delta 

yaradır.  Niger  öz  yuxarı  və  aşağı  axarında  çox  suludur.  Orta 

axarında  o  suyunun  əksəriyyətini  qumlara  hopdurur  və 

buxarlanmaya  itirir.  Burada  çayın  suyundan  suvarma  məqsədi 

ilə  də  çox  istifadə  edilir.  Sebu  və  Timbuktu  şəhərləri  arasında 

çay çox geniş bir sahədə qollara ayrılır, böyük subaeral delta və 

bataqlıqlar  əmələ  gətirir.  Nigerdə  maksimal  axım  may-

oktyabrda 

olur. 

Ümumiyətlə 



çay 

mürəkkəb 

rejimə 



 

30 


malikdir.Yuxarı  axarda  çox  sulu,  orta  axarda  az  sulu,  aşağı 

axarında  isə  nəhəng  bir  çaydır.  Burada  onun  eni  4-5  km, 

dərinliyi  20-30  m-dir.  Niger  də  Nil  və  Konqo  kimi  astanalı 

olduğundan gəmiçiliyə az yararlıdır. 

 

Gölləri. 

Afrikada  müxtəlif  mənşəli  göllər  vardır.  Ən  böyük 

göllər  tektonik  çökəklərdə  yerləşir.  Səhra  və  semiarid 

vilayətlərin  çökəklərində  relikt  göllər,  yaxud  onların  qurumuş 

çalaları  qalmaqdadır.Vulkanik  ərazilərdə  vulkan  gölləri 

vardır.Qvineya  körfəzinin  şimal  sahilində  isə  laqunalara  rast 

gəlmək mümkündür. 

                     Neogendən əvvəl Afrikada çox böyük relikt göllər 

olmuşdur.Çad  və  Konqo  çökəyinin  geniş  bir  hissəsini  tutan 

göllərin  bir  qismi  iqlimin  aridləşməsi  nəticəsində  ya  tamamilə 

qurumuş,  yaxud  dayaz  və  kiçik  göllərə  çevrilmişdir  (Çad,Əl-

Cuf,  Kattara,  Atlas  və  Tunis  Şottları,    Makarikari,  Nqami  ). 

İqlimin  tərəddüdü  ilə  əlaqədar  olaraq  Şərqi  Afrika  yaylası 

göllərinin  də  səviyyəsi  xeyli  aşağı  düşmüşdür,  onlardan  bək 

çökəklərin az bir hissəsini tutur (Rudolf,Rukva və s.). 

                      Afrika 

göllərinin  əksəriyyəti  şərqi  Afrika 

qrabenləri  zonasında  yerləşir.Burada  sahəsinə  görə  ən  böyük 

göl  Viktoriya,dərinliyinə  görə  isə  Tanqanikadır.Bu  göl  Baykal 

gölündən  sonra  dərinliyinə  görə  dünya  gölləri  arasında  ikinci 

yerdə durur. 

 

Ъядвял 10. 



 

 

 



Африканын бюйцк эюлляри. 

Эюлцн ады 

Сащяси (км

2

)  Максимал 



дяринлийи 

(м-ля) 


Дяниз 

сявиййясиндян 

йцксяклийи 

(м-ля) 


Викторийа 

Танганика 

Нйаса 

68000 


32900 

30800 


80 

1435 


706 

1136 


773 

472 



Yüklə 298,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə