Afrika ümumi İcmal coğrafi mövqeyi, sahəsi, sərhədləri və sahil xətti



Yüklə 298,08 Kb.
Pdf görüntüsü
səhifə11/11
tarix14.01.2018
ölçüsü298,08 Kb.
#20625
1   2   3   4   5   6   7   8   9   10   11

 

31 


Рудолф 

Мверу 


Алберт 

Киву 


Едуард 

Чад 


 

Тана(Дембеа) 

8500 

5000(йахын) 



4200 

3000 


2000 

10000(дашгын 

заманы 

20000) 


3100-3600 

73 


14 

48 


780 

114 


7(йахын) 

72 


375 

931 


619 

1460 


912 

240 


1830 

 

                      Vulkan-bənd  göllərindən  ən  böyüyü  Həbəşistan 



yaylasındakı  Tana  gölüdür.Göllər  şərqi  Afrika  landşaftının  ən 

görkəmli  elementlərindən  biridir.Şirin  sulu  olduğundan  yerli 

əhali qədimlərdən bu göllərin sahilində məskən salmışdır.Səhra 

gölləri və axarsız göllərdən Rudolf gölünün suyu duzludur.Çad 

gölündən  Bedele çökəyinə olan  yeraltı  axar onun suyunu şirin 

saxlayır. 

  

Torpaq və bitki örtüyü 

Afrikada  torpaq  və  bitki  örtüyünün  yayılmasında  enlik 

coğrafi zonallıq  qanunu özünü başqa materiklərdə olduğundan 

daha  aydın  göstərir.Bunun  başlıca  səbəbləri  materikin 

ərazisinin  şimal  və  cənub  yarımkürələrdə  bərabər  paylanması 

və əksərən düzənlik və yaylalardan ibarət olmasıdır. Ekvatorial 

torpaq və bitki zonalarından subtropik qurşaqlara qədər coğrafi 

zonalar  hər  iki  yarım-  kürədə  inkişaf  etməklə,  qoşa  zonallıq 

əmələ gətirir.Enlik coğrafi zonallıqla yanaşı torpaq və bitkilərin 

yayılmasında  yüksəkliyə  görə  zonallıq  da  müşahidə  edilir.Bu 

şaquli zonallıq xüsusilə daha yüksək Şərqi Afrikada,Həbəşistan 

yaylasında və vulkanik dağlarda,həmçinin Atlas,Kap və Əjdaha 

dağlarında daha aydın görünür. 

              Afrika  isti  olduğundan  dördüncü  dövrdə,yüksək 

enliklərdə  iqlimdə  baş  verən  dəyişikliklər  (iqlimin  soyuması) 

burada torpaq və bitki örtüyünün inkişafına ciddi tə’sir göstərə 

bilməmişdir.Arxey  və  proterozoy  eralarından  bəri  çox  hissəsi 



 

32 


dəniz transqressiyaları ilə örtülməyən bu materikdə bitki örtüyü 

eralar boyu təkmilləşmiş və zənginləşmişdir. 

           Ekvatorial  zonanın  bitki  örtüyündə  isə  üçüncü 

dövrdən,hətta mezozoy erasından qalmış bitki nümayəndələrinə 

təsadüf  edilir.Afrikanın  bitki  örtüyü  paleotropik,qolarktika  və 

Kap  vilayətlərinə  daxildir.Burada  olan  40000-dən  artıq  bitki 

növünün  çox  hissəsi  paleotropik  vilayətdədir.Afrikada  9000-ə 

qədər endemik bitki növü vardır. 

 

 

Шякил 33. Торпаг юртцйц. 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

             Afrikada  isti  sevən  bitkilərin  yetişməsi  üçün  çox 

əlverişli  şərait  mövcuddur.Lakin  rütubətin  qeyri-bərabər 

paylanmasından burada çox sıx rütubətli ekvatorial meşələr və 




 

33 


seyrək  ağaclı,sıx  və  hündür  otlu  savannalarla  yanaşı,bitkisi 

olduqca  kasıb  olan,yaxud  tamamilə  bitkisiz  ərazilər  də 

vardır.Beləliklə,Afrikada  bitki  örtüyünün  yayılmasında  yalnız 

istiliyin  bolluğu  kifayət  deyildir.Rütubət  bolluğu  üzvi  aləmin 

xarakteri və sıxlığını müəyyən edən ən başlıca təbii amildir. 

                       Afrikada 

tropik,ekvatorial 

və 


subtropik 

qurşaqlarda 

zonal 

torpaqlar 



daha 

geniş 


ərazilərdə 

yayılmışdır.Bununla  yanaşı  dağlıq  sahə  torpaqları  və 

düzənliklərin intrazonal torpaqları da xeyli sahə tutur. 

            Ekvatorial  zonada  və  Şimali  Qvineya  yüksəkliyində 

daima  rütubətli  tropik  meşələr  altında  qırmızı-sarı  laterit 

torpaqlar  inkişaf  etmişdir.Çox  sıx  və  mərtəbəli  tropik  meşələr 

altında  inkişaf  edən  bu  torpaqların  səthinə  heç  vaxt  günəş 

şüaları  düşmür.İl  boyu  torpaq  çox  nəm  olur  və  qələviləşməyə 

məruz  qalır.Yüngül  və  tez  həll  olan  komponentlər  alt  qatlarda 

toplanır.Bəzi  yerlərdə  bu  torpaqlar  qədim  laterit  aşınma  qatı 

(dəmirli  aşınma  qatı)  üzərində  inkişaf  edir.  Bəzi  yerlərdə  isə 

onlar alüminium-ferrum tərkiblidir.Mexaniki tərkibi gilli,qumlu 

və qumsaldır. 

             Daima  rütubətli  qiley  meşələri  zonasında  intrazonal 

torpaqlar,Konqo çökəyinin dibində laterit-qiley torpaqlar,çaylar 

boyu  ensiz  zolaq  əmələ  gətirən  allüvial  torpaqlar,Qvineya 

körfəzinin  şimal  sahili  boyu  inkişaf  etmiş  manqr  meşələrinin 

bataqlıq  torpaqları,nəhayət  olduqca  az  sahədə  inkişaf  etmiş 

(Lome  ətrafında)  tropik  qara  torpaqlar  yayılmışdır.Bu  axırıncı 

tip  adətən  yağıntıların  miqdarı  xeyli  az  olan  sahələrdə  əmələ 

gəlmişdir. 

              Ekvatorial zonanın bitki örtüyü çox zəngindir. (Konqo 

hövzəsində  4  dərəcə  şm.e.  ilə  5  dərəcə  c.e.  arasında,Qvineya 

körfəzinin şimal sahilində 8 dərəcə şm.e.qədər)-3000-dən artıq 

ağac  növü  vardır.Meşələr  mərtəbəlidir.Meşələrin  içərisi  çox 

qaranlıq olduğundan ot bitkisi yox dərəcəsindədir.Lakin rütubət 

və  qaranlığı  sevən  kollar  və  lianlar  (sarmaşıqlar)  sıx  və 

keçilməz  cəngəlliklər  yaradır.Bu  zona  üçün  həmişəyaşıl 




 

34 


meşələr  xarakterikdir.İl  boyu  temperatur  yüksək-  dir  və  az 

tərəddüd 

edir,yağıntılar 

isə 


1500-2000 

mm-dən 


artıqdır.Piptadeniya,seyba,terminaliya  və  s.  ağaclar  bu  meşələr 

üçün  çox  səciyyəvidir.Məhsuldarlığı  cəhətdən  ekvatorial 

qileylər  (meşələr)  başqa  meşələrdən  çox  irəlidir.Belə  ki,  bir 

hektar  sahədə  400-700  ağac  olur.Bunlardan  yalnız  4-5-i  eyni 

növə aiddir. 

 

Шякил 34. Тябии ландшафт типляри. 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



           Hündürlüyü  50-80  m-ə  çatan  nəhəng  ağaclar,yağ 

palması (Elaeis guinensis),rafiya (şərab palması Rhaphia),seyba 

(Ceiba tonningi),kola (Cola nitida) və fikuslar tropik meşələrdə 

ən  yüksək  mərtəbəni  təşkil  edir.  Aşağı  mərtəbələrdə  banan, 

müxtəlif  ayıdöşəyiləri,  liberiya  qəhvəsi  (Coffea  liberica), 

lianlar,  landofilya,  səhləb  çiçəyi,  danaayağılar,  yosunlar  və  s. 




 

35 


(kolamus, palma rotanq, okean sahilində manqr meşələri) geniş 

yayılmışdır.Tropik  meşələrdə  bir  çox  qiymətli  və  mənfəətli 

ağac  növləri  vardır.  Bunlardan  çörək  ağacı  (Sterculia 

africana,Ophalo  carpum  procerum),  sarı  ağac,  səndəl  ağacı, 

kola,  kauçukluların  bir  çox  növü,  çox  möhkəm  oduncağı  olan 

eben  ağacı,  yağ  palması,  liberiya  qəhvəsi,  okean  sahillərində 

kokos palması (hind qozu) və s. göstərmək olar. 

               Ekvator  zonasına  paralel  olaraq  şimalda  və  cənubda 

nisbətən  ensiz  zona  əmələ  gətirən,  dövrü  rütubətli  tropik 

meşələrin  və  hündürotlu  savannaların  qırmızı  laterit  torpaqları 

yayılmışdır.  Bu  zonada  yarpağını  tökən  meşələr,  çay  boyu 

sahələrdə  isə  həmişəyaşıl  qalereya  meşələri  yerləşir.  Tipik 

savanna  ilə  rütubətli  qileylər  arasında  ensiz  park  meşələri 

uzanır.Bunlar  bir növ savannaları xatırladır. Hündürboylu taxıl 

otları  olan  savannada  pandanus,fikuslar  və  başqa  ağaclardan 

ibarət seyrək meşələr yerləşir. 

             Savanna torpaqları və bitkiləri zonası rütubətli meşələr 

zonasını  şimaldan  və  cənubdan,dağ  savannaları  isə  şərqdən 

əhatə edir. Qvineya və Sudanda savannalar Atlantik okeanının 

sahillərindən  yuxarı  Nil  çökəyi  bataqlıqlarına  qədər  uzanır  və 

öz növbəsində səhralar zonası ilə əhatələnir. Şimal yarımkürəsi 

savannalarında  qırmızı,  qonur,  cənub  yarımkürəsində  isə 

qəhvəyi-qırmızı torpaqlar inkişaf etmişdir. 

              Savannaların bitki örtüyü müxtəlifdir. Burada ən geniş 

sahələr 

hündürboylu  otlar  (taxılkimilər  və  s.),seyrək 

meşələr,çay ətrafı sahələrdə isə qalereya meşələri ilə örtülüdür. 

Ağac bitkilərindən baobab, çətirli zürafə akasiyası savannalarda 

tipik  mənzərə  yaradır.  Hündürboylu  otlardan  filotu,  daşdayan 

və s göstərmək olar. 

              Savanna  daxilində  bir  neçə  zona  ayrılır.  Bu  zonalar 

arasında keçid tədricidir. Ekvatorial qileylərlə sərhəddə yağıntı 

çox,  quraq  dövr  qısa  (2  ay)  olduğundan  hündürboylu  hiqrofil 

otlar  və  qileylərdə  yayılmış  ağacların    bir  çoxuna  rast  gəlinir 

(yağ  palması-Elaeis  guineensis,  pandanus,  yağ  ağacı-



 

36 


Buthyrospermum,  palma  dum-hiphaena  və  s.).Şimala  getdikcə 

yağıntılar  azalır,  quraq  ayların  sayı  artır,  bitki  örtüyündə 

kserofitlər üstünlük  təşkil  edir.  Qvineya-  Sudan savannalarının 

orta qurşağı orta boylu otlardan,tək-tək bitən baobab və zürafə 

akasiyası  ağaclarından  ibarətdir.  Sıx  meşələr  yalnız  çay 

dərələrindədir.  Savannaların  şimal  qurşağında  alçaq-seyrək 

otlar  və  akasiya  kolluqları  inkişaf  etmişdir.  Kollu  akasiya  və 

tikanlı  kollar,seyrək  meşələr  cənub  yarımkürə  savannalarında 

daha geniş ərazi tutur. Savannaların bu qurşağında yağıntıların 

miqdarı  az  olsa  da,  il  boyu  müəyyən  vaxtda  düşür.Bu 

qurşaqdan  şimalda  səhralaşmış  savanna  ensiz  zolaq  əmələ 

gətirir.Sahil  adlanan bu  qurşaqda,bitki  örtüyü çox seyrəkdir.Ot 

bitkiləri azdır (aristida),quraqlığa davamlı kollar (Acacia albida 

və s.)  yayılmışdır. Bəzi  yerlərdə  qumluqlara təsadüf edilir.Çad 

gölü,orta Nigerin dirsəyi bu qurşaqda yerləşir. Orta Niger, Çad 

və  Yuxarı  Nil  çökəklərində  bataqlıqlarda  papirus,qamış 

cəngəllikləri,tək-tək ağaclar yayılmışdır. 

                   Cənubi  Afrikada səhra zonası  ensiz olduğundan və 

burada  səhra  materikin  şərq  sahilinə  çixa  bilmədiyindən,onu 

çox yerdə müxtəlif tipli savannalar əvəz edir. Geniş ərazi tutan 

savannalar  Konqo  çayının  sol  qollarının  yuxarı  axarını, 

Okovanqo,  Kunen  çaylarının  yuxarı  axarlarını  və  Zambezinin 

bütün hövzəsini (Nyasa, Tanqanika göllərinin ətraf sahələri də 

daxil  olmaqla)  tutur.  Burada  Anqolanın  yüksək  otlu 

savannaları, seyrək meşələri, Zimbabve və Mozambikin seyrək 

meşələri,  çay  boyunca  qalereya  meşələri  yayılmışdır.  Böyük 

çayların  daima  rütubətli  geniş  terraslarında  və  vadilərində  isə 

rütubətli tropik meşələrə təsadüf edilir. Çökəklərdə və subareal 

delta bataqlıqlarında papirus və qamış bitir. 

               Böyük  Səhranın  cənub  yarısında  (təxminən  25°-26° 

şm.enindən  cənuba)  tropik  səhra  bitkiləri  yayılmışdır.Burada 

səhralaşmış  savannaya  paralel  olaraq  otlu-kollu  səhra  qurşağı 

uzanır.  Taxılkimilərdən  Aristida  papposa,  A.Funicalata  və  s. 

kollardan  xırda  boylu  akasiyaların  növlərinə,  qədim  dərələrdə 




 

37 


isə  palma  talalarına  rast  gəlinir.  Böyük  Səhranın  daha  geniş 

daxili  hissələrində  kolluq  səhra  bitkiləri  yayılmışdır.  Kök 

sistemi  yaxşı  inkişaf  etmiş  alçaq  boylu,  yastıqvarı  kollar  çox 

seyrəkdir. Bu sahədə torpağın səthi çılpaqdır. 

           Böyük  Səhranın  şimal  yarısında  subtropik  səhra  tipli 

otlu-kollu  sahə  daha  geniş  areala  malikdir.  Taxılkimilərdən 

şiyavər,  kollardan  akasiya,  innab,  qərbdə  Atlantik  okeanı 

sahilində  kaktusabənzər  südlüyənlər,  müxtəlif  kollar,  daşlı 

səhralarda  yastıqvarı  tikanlı  kollar  (Anabasis  aritiodes),  qumlu 

səhralarda taxıl kimilərdən aristidanın növləri, kollardan retam, 

cır  moruq,  şoranlarda  halofitlər  yayılmışdır.  Böyük  Səhranın 

vahələrində,  Nil  vadisində  xurma  palması,  bağlar  və  taxıl 

zəmiləri əsas yer tutur. Şimali Afrika səhralarında ən geniş yer 

tutan tropik və subtropik səhra torpaqlarıdır. 

            Cənubi  Afrikada  tipik  səhra  bitkiləri  yağıntısı  az  olan 

qərb  sahilə  sıxışdırılmışdır.  Namib  səhrasında  sukkulent 

bitkiləri  olan  səhra  formasiyası,onu  şərqdən  əhatə  edən 

yüksəkliklərdə 

isə 

otlu-kollu 



səhra 

bitkiləri 

yayılmışdır.Kalaxari  çökəyinin  geniş  hissəsini  səhralaşmış 

savannalar tutur. Burada akasiya kolları,ağacları və seyrək taxıl 

otları yayılmışdır. Tipik səhra bitkiləri Kalaxarinin cənub-qərb 

kənarındadır.Karru yaylasında kolluq, sukkulent bitkili səhralar 

və  yarımsəhralar,ondan  şərqdəki  yayla  və  yüksəkliklərdə  isə 

əsasən  müxtəlif  ot  bitki  formasiyaları,taxıllardan  Themeda 

triada,şırımlı  topalın  müxtəlif  növləri,okeana  tərəf  baxan 

yamaclarda, 

otlu-ağaclı-kollu 

kserofit 

bitkilər 

yayılmışdır.Cənub  tropiki  enliklərində  tipik  səhra  torpaqları 

yalnız  Namib  səhrasında,Narınc  çayı  hövzəsində  və 

Kalaxarinin  cənub-qərb  qumlu  sahələrindədir.Qalan  sahələrdə 

qırmızı-qonur,dağ  qırmızı-qonur  torpaqları,Kalaxaridən  cənub 

və  cənub-şərqdəki  yüksəkliklərdə  az  sahədə  tropik  qara 

torpaqlar,boz-qəhvəyi,dağ boz-qəhvəyi torpaqlar yayılmışdır. 

              Afrikanın  şimal  və  cənub  ucqarlarında  subtropik 

bitkiləri  və  torpaqları  inkişaf  etmişdir.  Şimali  Afrikada  Aralıq 



 

38 


dəmizi sahili boyu səhralaşmış çöllər uzanır. Burada alfa otu və 

boz  torpaqlar  geniş  yayılmışdır.  Atlas  dağlarının  quraq  cənub 

hissəsi  də  (Səhra  Atlası  və  Şott  yaylası)  bu  formasiyaya 

daxildir.  Atlas  dağlarında  relyef  və  iqlimin  müxtəlifliyi  bitki 

örtüyünün 

müxtəlifliyinə 

səbəb 

olmuşdur. 



Dağların 

yamaclarında mantar palıdı (Quercus suber), daş palıd (Quercus 

ilex)  və  başqa  növlərdən  ibarət  həmişəyaşıl  meşələr,  hələb 

şamından  (Pinus  halepensis),  Atlantika  sidr  (Cedrus  atlantica) 

ağacından  və  s-dən  ibarət  iynəyarpaqlı  meşələr,  zeytun 

plantasiyaları,  cırtdan  palmalar,  tikanlı  zizifus  kolluqları  və 

s.inkişaf etmişdir. 

          Atlas 

dağlarında,  dəniz  sahili  düzənliklərdə  və 

dağətəyində subtropik sarı torpaqlar, dağlarda dağ-qonur meşə, 

dağ-qəhvəyi  torpaqları,  Mərakeş  yaylasında  qəhvəyi  və  qara 

subtropik  torpaqlar  geniş  yer  tutur.  Kap  subtropik  vilayətində 

az  bir  sahədə  sarı  torpaqlar,qalan  sahələrdə  isə  qəhvəyi,dağ-

qəhvəyi,  dağ-boz-qəhvəyi  torpaqlar  yayılmışdır.  Bu  vilayət 

daima  yaşıl  bərk  yarpaqlı  kserofit  formasiyaları  ilə  Aralıq 

dənizinin  flora  sahəsini  xatırladır.Lakin  Atlas  dağları  üçün 

xarakter olan ağac bitkilərindən mantar palıdına, daş  palıda və 

s.Kap vilayətində rast gəlinmir. Bura üçün daima yaşıl kserofit 

kollardan 

Protolaesea, 

Erilaceas 

campositae, 

dağlarda 

podokarpus və s.ibarət dağ meşələri səciyyəvidir. 

                Şərqi  Afrikada  enlik  zonallıq  yüksəklik  zonallığı  ilə 

əvəz  olunur.  Dağların  çox  rütubətli  yamaclarında  və  rütubətli 

dərələrdə  daima  yaşıl  tropik  meşələr,  Həbəşistanın  yüksək 

yaylalarında  isə  dağ  savannaları  (bunun  çox  hissəsini  dağ 

çölləri tutur) yerləşir. 

                Madaqaskarda  bitki  zonaları  qərbdən  şərqə  bir-birini 

əvəz  edir.  Çox  rütubətli  şərq  sahilboyunda  və  dağların  şərq 

yamacında  rütubətli  tropik  meşələr  inkişaf  etmişdir  (səyahətçi 

ağacı,  tamarind,  müxtəlif  palmalar),  orta  zonada  otlu  savanna, 

şərqdə isə tikanlı kolluqlar zonası yerləşir. 




 

39 


                Adanın  şərq  sahilində  ensiz  düzənlik  sahənin  dövrü 

rütubətlənən  tropik  meşələri  altında  əsasən  qırmızı-laterit 

torpaqlar,  dağların  şərq  yamacının  daima  rütubətli  tropik 

meşələri  altında  humuslu  dağ  lateritləri  inkişaf  etmişdir.  Şərq 

yamaclarda,yaylanın  dövrü  rütubətlənən  tropik  meşələrində  və 

hündür otlu savannalarında dağ qırmızı torpaqlar,qərb və cənub 

sahil  ovalıqlarında  və  dağətəyində  kserofit  tropik  meşələrin 

qəhvəyi-qırmızı,quru  savannaların  qırmızı-qonur  torpaqları 

inkişaf  etmişdir.  Madaqaskar  ərazisində  temperatur  şəraitinin 

eyni  olmasına  baxmayaraq  şərqdən  qərbə  yağıntıların 

miqdarının  kəskin  azalması  coğrafi  zonaların  meridian 

istiqamətində  uzanmasına  səbəb  olmuşdur.  Burada  coğrafi 

zonallıq eyni zamanda oroqrafik şəraitlə сых əlaqədardır. 

 

 



 

 

 



Heyvanları 

Afrika  heyvanlar  aləminə  görə  başqa  materiklərdən 

kəskin  fərqlənir.  Burada  olan  müxtəlif  heyvan  növlərinin  bir 

çoxuna  başqa  materiklərdə,  həmçinin  Afrika  ilə  eyni  coğrafi 

enliklərdə  yerləşən  sahələrdə  belə  rast  gəlmək  mümkün  deyil. 

Materikin  şimal  hissəsi  (Böyük  Səhra  və  Atlas  dağları) 

Qolarktika  zoocoğrafi  vilayətinə,  qalan  hissəsi  isə  Həbəşistan 

(Efiopiya)  zoocoğrafi  vilayətinə  daxildir.  Madaqaskar  və  ona 

yaxın adalar Madaqaskar zoocoğrafi vilayətinə aid edilir. 

Qolarktikanın  Aralıq  dənizi  yarımvilayətinə  aid  edilən 

Şimali Afrika heyvanlar aləminə görə Cənubi Avropaya (Aralıq 

dənizi  adalarına)  çox  yaxındır.  Lakin  burada  özünəməxsus 

heyvan  növləri  ilə  yanaşı  (tək  hürgüclü  dəvə,  yallı  qoyun, 

Afrika  dəvəquşusu,  buynuzlu  gürzə,  Əlclzairdə  və  Mərakeşdə 

quyruqsuz  makaki  meymunu  və  s.)  Həbəşistan  vilayəti  üçün 

səciyyəvi  heyvan  növlərinə  də  rast  gəlinir  (Atlas  dağlarında 

gözlüklü  ilan  və  s.).  Hər  iki  vilayət  üçün  səciyyəvi 

heyvanlardan  antilop,  şir,  vəhşi  pişik,  zolaqlı  kaftar,  çaqqal  və 

s.  göstərmək  olar.  Bunlardan  əlavə,  Böyük  Səhrada 



 

40 


sürünənlərin  bir  çox  növləri,  müxtəlif  kərtənkələlər,  quşlardan 

flaminqo,  dəvəquşu  və  s.vardır.  Qışda  buraya  şimal 

ölkələrindən külli miqdarda quşlar uçub gəlir. 

Həbəşistan  zoocoğrafi  vilayətinin  heyvanlar  aləmi  də 

çox  zəngindir.  Bura  üçün  xarakterik  heyvanlardan  savannalar 

zonasında  yaşayan  zürafə,  tropik  Afrikada  geniş  areala  malik 

olan  şir  (Leo-leo),  hippopotam,  kərgədan,  Afrika  fili,  zebr 

(şərqi  və  cənubi  Afrikada),  Afrika  tovuz  quşu  (Konqo 

hövzəsinin  şərqində),  qorilla,  şimpanze  və  s.,həşəratlardan 

canlılar  üçün  çox  təhlükəli  olan  sese  milçəyi,yırtıcılardan 

savanna və seyrək meşələrdə çox yayılmış leopard, vəhşi pişik, 

kaftar,  gəmiricilərin  bir  çox  növü  geniş  yayılmışdır.  Afrikada 

bir  çox  heyvanların  arealını  insan  xeyli  məhdudlaşdırmışdır. 

Ümumiyyətlə  əhalisi  sıx  olan  yerlərdə  heyvanlar,  xüsusən 



yırtıcılar çox qırılmışdır. 

Yüklə 298,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə