Afrika ümumi İcmal coğrafi mövqeyi, sahəsi, sərhədləri və sahil xətti



Yüklə 298,08 Kb.
Pdf görüntüsü
səhifə2/11
tarix14.01.2018
ölçüsü298,08 Kb.
#20625
1   2   3   4   5   6   7   8   9   10   11

 

çatan  alt  paleozoyda  toplanmış  kontinental  kap  seriyası 



çöküntüləri 

paleozoyun 

axırlarında 

qırışıqlığa 

məruz 

qalmışdır.Paleozoyun  ikinci  yarısı  və  alt  mezozoyda  (trias 



dövrün-  də)  Cənubi  Afrikada,  Konqo  hövzəsinin  və  Şərqi 

Afrikanın  cənubunda  tektonik  əyilmələr  sahə-  sində  karru 

sisteminin 

buzlaq,kontinental,göl 

çöküntü 

kompleksi 

toplanır.Kap  qırışıqlığının  şimal  ətəyində  hertsin  dövründə 

yaranmış  dağətəyi  əyilmə  sahəsində  bu  çöküntülər  daha 

qalındır  (10  km).  Gil,  qum,  qumdaşı,  konqlomerat  və  buzlaq 

çöküntülərindən  (tillitlərdən)  ibarət  olan  karru  sistemi 

çöküntüləri qırışıqlıqda iştirak etmir. Lakin bəzi yerlərdə onları 

tektonik qırılmalar kəsir. 

              Karbon  dövründə  Cənubi  Afrikada  bir  neçə  buzlaşma 

mərkəzi  olmuşdur.  Güman  edilir  ki,ekvatora  yaxın  sahələrdəki  

buzlaşma  mərkəzlərində  relyefin  yüksəkliyi  3000  m  və  daha 

artıq  olmuşdur.  Cənubi  Afrikanın  qərb  hissəsini  təşkil  edən 

süxurlardan  ibarət  tillitlər  hələ  19-cu  əsrin  əvvəllərində 

Braziliya  syerralarında  aşkar  edilmişdir.  Bu  və  bir  sıra  başqa 

faktlar paleozoy erasında Cənubi Amerikanın Afrika ilə bitişik 

olması haqda fikir söyləməyə imkan vermişdir. 

              Cənubi Afrikanın kaynozoy çöküntüləri əsasən müasir 

relyefin alçaq sahələrində,o cümlədən burada  ən böyük  əyilmə 

sahəsi olan Kalaxaridə daha geniş  yayılmaqla, kalaxari sistemi 

çöküntüləri adlanır. (göl, allüvial, eol və su mənşəli kontinental 

çöküntülərdir).  Cənubi  Afrikada  üst  paleozoy  və  mezozoyun 

dəniz çöküntülərinə materikin kənarlarında ensiz zolaq şəklində 

rast gəlinir. 

             Şimali  Afrikada  platformanın  kristallik  süxurları 

(ərazinin  2/3  və  daha  çox  hissəsində)  paleozoy  və 

mezokaynozoyun  kontinantal  və  dəniz  çöküntüləri  ilə 

örtülüdür.  Paleozoy  çöküntüləri  (devon,  karbon  dövrləri) 

Tunduf  sineklizinin  şimal  kənarında  geniş  sahə  tutur.  Bunlar 

kuest tirələri və maili səthli yaylalar əmələ gətirmişdir. Silur və 

devon  dövrü  çöküntüləri  həmçinin  Syerra-Leone  qalxanından 




 

şimalda və Volta sineklizində yayılmışdır. Çox yerdə, xüsusilə 



Şimali  Qvineya  yaylasında  paleozoy  çöküntüləri  qumdaşı 

qatlarından ibarətdir. 

              Böyük  Səhra  tavasında  mezozoyda  baş  verən  əyilmə 

nəticəsində  yura  və  xüsusilə  təbaşir  dövründə  geniş  dəniz 

transqressiyası  olmuşdur.  Son  zamanlar  bir  sıra  tədqiqatçılar 

təbaşir 


dövründə 

Dünya 


Okeanı 

səviyyəsinin 

müasir 

dövrdəkinə  nisbətən  300  m.  yüksək  olmasını  sübut  etməyə 



çalışmışlar.  O  zaman  Dünya  Okeanının  dərinliyi  indikinə 

nisbətən  xeyli  az  olmuş  və  okean  suları  demək  olar  ki,  bütün 

materiklərin alçaq platforma düzənliklərini örtmüşdür. Sonralar 

okean  dibini  təşkil  edən  lava  örtüyü  soyuduqca  sıxlığı  və 

okeanın  dərinliyi  artmışdır.  Bu  dənizlər  çəkildikdən  sonra 

yerində üfüqi yatan və sonralar bəzi yerlərdə çox zəif platforma 

qırışıqlarında  yığılmış  əhəngdaşı,  qumdaşı,  gil  və  s.  çöküntü 

layları  qalmışdır.  Böyük  Səhranın  sineklizlərində  üçüncü  və 

dördüncü  dövrlərdə  də  kontinental,  bəzi  yerlərdə  dəniz 

(paleogen)  çöküntüləri  toplanmışdır.  Aralıq  dənizinə  yaxın 

sahələrdə bu çöküntülər daha geniş yer tutur. Konqo çökəyinin 

kənarlarında  Karru  sisteminin  cavan  qatları  (trias),  daxili 

hissələrində  isə  üçüncü-dördüncü  dövrlərin  dəniz,  göl  və  çay 

çöküntüləri yığılmışdır. 

               Şərqi  Afrikada  qədim  kristallik  süxurlar  çox  yerdə 

mezozoy  və  xüsusilə  kaynozoyun  (oliqosen  və  miosen  yaşli) 

effuziv  süxurları  ilə  örülüdür.  Somali  yarımadasının  cənub 

yamacı  üçüncü  dövrün,  Halla  yaylasının  qərbi  isə  yura 

dövrünün dəniz çöküntülərindən ibarətdir. Hind okeanının sahil 

ovalıq  və  düzənlikləri  mezozoy  və  kaynozoyun  dəniz 

çöküntülərindən təşkil olunmuşdur. 

               Atlas  dağları,  Afrikanın  başqa  sahələrindən  fərqli 

olaraq  kristallik  süxurlardan  tutmuş  dördüncü  dövrə  qədər 

müxtəlif  dövrlərin  vulkanik  və  çökmə  süxurlarından  ibarət 

olub, hertsin və alp qırışıqlıqlarına məruz qalmışdır. 



 

                Afrika  materiki  tektonikasının  ən  başlıca  xüsusiyyəti 



onun  proterozoyun  axırlarından  başlamış  platforma  rejiminə 

keçməsidir. 

Afrika 

yer 


səthinin 

ən 


qədim 

sabit 


platformalarından  biridir.  Geosinklinal  sahələr  onun  yalnız 

şimal və cənub kənarlarında yerləşən Atlas və Kap vilayətlərini 

əhatə edir. 

                Afrikanın  başlıca  tektonik  strukturları  böyük  sahə 

tutmaqla,  əksərən  dairəvi  və  ya  oval  formalı  anteklizlər  və 

sineklizlərdir. Böyük Səhra və Sudanda qərbdən şərqə Regibat, 

Ahaqqar, Tibesti və Nubiyə-Ərəbistan anteklizləri (qalxanları), 

Seneqal,  Tunduf,  Çad  sineklizləri,  bundan  cənubda  Syerra-

Leone  qalxanı,  Ços  massivi,  Kamerun  və  Azande  qalxanları 

yerləşir. Bu sırada cənub-qərb - şimal-şərq istiqamətli əyilmələr 

sahəsi  (sinekliz  və  qrabenlər)  Volta  və  Benue  çayları  üzrə 

uzanır. 


                Mərkəzi  Afrikanın  ən  böyük  tektonik  strukturu 

Konqo  sineklizidir.  Dairəvi  formalı  sinekliz  hər  tərəfdən 

qalxanlarla  əhatələnir.  Materikin  cənub  hissəsini  Kalaxari 

sineklizi,onun kənar qalxanları və Karru sineklizi təşkil edir. 

                Şərqi  Afrikada  kristallik  süxurlar  şimaldan  cənuba 

böyük  məsafədə  uzanan  iki  qalxan  əmələ  gətirir.  Başqa 

qalxanlara  nisbətən  bu  iki  antekliz  kaynozoyda  daha  çox 

yüksəyə  qalxmış  və  bunların  tağında  nəhəng  qırılmalar 

(qrabenlər) sistemi yaranmışdır. 

               Nubiyə-Ərəbistan  qalxanının  tağında  böyük  Eritreya 

qrabeni (uzunluğu 2400 km-dən çox,eni 400 km,dərinliyi 4 km-

ə  qədər),  cənub-şərq  kənarında  isə  ona  perpendikulyar 

istiqamətdə  uzanan  Ədən  qrabeni  yerləşir.  Hər  iki  sistem 

Danakil  qrabenində  birləşir  və  ensiz  bir  yarıq  şəklində  cənub-

qərbə  uzanır,  Şərqi  Afrikada  Rudolf  gölündən  keçərək 

Unyamvezi sahəsində itir. Yaylanın qərbində isə onu əvəz edən 

ikinci  rift  zonası  yaranır.  Bu  zona  Albert  gölünün  şimal 

kənarından  başlayıb,  Tanqanika  və  Nyasa  göllərindən 




Yüklə 298,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə