Afrika ümumi İcmal coğrafi mövqeyi, sahəsi, sərhədləri və sahil xətti



Yüklə 298,08 Kb.
Pdf görüntüsü
səhifə7/11
tarix14.01.2018
ölçüsü298,08 Kb.
#20625
1   2   3   4   5   6   7   8   9   10   11

 

19 


 

İyul  ayında  materikin  şimal  hisssəsi  çox  qızır,cənub 

hissəsi isə xeyli soyuyur. Ekvatorial qurşağın termik rejimində 

fəsillərdən  asılı  olaraq  ciddi  dəyişiklik  baş  vermir.  Bu  vaxt 

materikin  şimal,  Aralıq  dənizi  sahili  vilayətlərində  orta  aylıq 

temperatur  +28°  (30°-yə  qədər)  olur.  Böyük  Səhranın  geniş 

ərazisində  orta  iyul  temperaturu  +30°,  Çad  çökəkliyinin  şimal 

hissəsində  +32°,  Böyük  Səhranın  şimal-qərb,  cənub-qərb  və 

bütün  qərb  hissəsində  +32°-dir  (Atlantik  sahili  ovalıqdan 

başqa). Böyük Səhranın qərb daxili hissəsində +36°-lik izoterm 

qapanır.  Bu  hissədə  mütləq  maksimum  temperatur  +50°,+58°-

yə  çatır,  torpağın  səthi  +70°-yə  qədər  qızır.  Ekvatorial  zonaya 

yaxınlaşdıqca  rütubət  artdığına  görə  havanın  temperaturu  bir 

qədər düşür (Sudanda +28°, ekvatorial qurşaqda +24°,+26°). 

Ekvatordan cənuba iyul ayının orta temperaturu tədricən 

azalır.  Kalaxaridə  +10°,  +16°,    Karru  yaylasında  və  Əjdaha 

dağlarında  +8°,cənub  sahildə  +12°-dir.  Cənubi  Afrikanın 

yüksək  dağlarında  qışda  şaxtalar  olur,  qar  yağır.  İyul  ayında 

Cənubi Afrikada mütləq minimum temperatur müxtəlif yerlərdə 

-4°,-6°  hətta  -11°-yə  qədər  düşür.  İzotermlərin  gedişinə  relyef 

elementlərinin  də  böyük  təsiri  vardır.  Afrikada  temperaturun 

illik  və  sutkalıq  amplitudu  çox  böyükdür.  Sutkalıq  temperatur 

amplitudu  tropik  qurşaq  səhralarında  +25°,+30°-yə  çatır, 

subtropik  və  ekvatorial  qurşaqda  bu  xeyli  azdır.  Ən  böyük 

temperatur  amplitudu  (+20°,+26°)  Böyük  Səhrada  müşahidə 

olunur.  Temperatur  amplitudu  Cənubi  Afrikada  +14°,+16°, 

ekvatorial qurşaqda isə +2°,+4°-dir. Beləliklə, çox geniş şimal 

tropik  qurşağı  kontinental  tropik  səhra  iqlimi  ilə  səciyyələnir. 

Burada qış aylarının orta temperaturu yer səthinin eyni coğrafi 

enliklərindəki  səhələrin  orta  temperaturundan  bir  qədər  az 

(+4°,+5°),yay  aylarının  orta  temperaturu  isə  xeyli  (+10°,+12°) 

artıqdır.                     

Afrikada  yağıntılar  qeyri-bərabər  paylanmışdır.  Başqa 

materiklərin  eyni  coğrafi  enlikdə  yerləşən  vilayətləri  (Cənubi 




 

20 


və Mərkəzi Amerika, Cənubi və Cənub-Şərqi Asiya) Afrikadan 

daha çox yağıntı alır. Bu ilk növbədə atmosfer sirkulyasiyasının 

xarakterindən  və  kənar  vilayətlərdən  Afrikaya  gələn  hava 

kütlələrinin fiziki-dinamiki xüsusiyyətlərindən asılıdır. 

Rütubətləmə  dərəcəsinə  görə  Afrikada  bir  neçə  qurşaq 

aydın  seçilir.  Ekvator  qurşağı  yağıntıların  bolluğu  ilə  başqa 

sahələrdən  kəskin  fərqlənir.  Burada  yağıntıların  illik  miqdarı 

1500-2000 mm-dir. Maksimal yağıntı ekvatoru coğrafi ekvatora 

yalnız  Konqo  hövzəsində  uyğun  gəlir.  Qvineya  körfəzi 

sahilində ən çox yağıntılar körfəzin şimal-şərq küncündə (Niger 

çayının  deltası  və  Kamerun  dağlarının  qərb  yamacları)  və 

Yuxarı Qvineya yüksəkliyinin qərb hissəsində  (Leone-Liberiya 

massivində,  Futa-Callon  dağları  və  s.)  5°-10°  şimal  enlikləri 

arasında  düşür  Ekvator  qurşağında  yağıntılar  il  boyu  bərabər 

paylanmışdır.  Burada  quraq  ay  yoxdur.  Lakin  payız  və  yazda 

günəş ekvatorda zenitdə olduqda yağıntılar daha çox düşür. 

Шякил 31. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

21 


 

 

 



 

 

 



 

 

Daima  rütubətli  ekvator  qurşağından  şimala  və  cənuba 



yağıntıların  miqdarı  tədricən  azalır,  yağıntılı  dövr  isə  qısalır. 

14°-15° şimal və cənub enlikləri arasında yağıntıların orta illik 

miqdarı  1000  mm-dən  artıq  olur.  Lakin  burada  ilin  quraq  və 

yağıntılı  dövrə  bölünməsi  bütün  üzvi  aləmin  inkişafına  kəskin 

təsir  göstərir.  Hər  iki  subekvatorial  qurşaqda  illik  yağıntılar 

müvafiq  yarımkürənin  yay  fəslində  düşür.  Bu  belə  baş  verir: 

şimal  yarımkürəsində  yay  olduqda  Böyük  Səhra  çox  qızır  və 

alçaq təzyiq sahəsinə çevrilir.Kalaxari üzərində bu vaxt yüksək 

təzyiq  olur.  Passatlar  bu  yüksək  təzyiq  sahəsində  daha  da 

güclənərək  cənub  və  cənub-şərqdən  ekvator  qurşağına  daxil 

olur.  Bu  qurşaqda  quru  tozlu  küləklər  öz  xassəsini  tamamilə 

dəyişir,  çox  rütubət  götürür  və  ekvatoru  keçərək  şimal 

yarımkürəsinə  daxil  olur.  Burada  həmin  küləklər  öz  istiqamə- 

tini  dəyişir  və  şimal-şərqə  hərəkət  edir.  Həmin  küləklər  şimal 

yarımkürəsi  yayında  şimal  subekvatorial  qurşağa,  Sudana  və 

Böyük  Səhranın  cənub  kənar  zonasına  yağıntı  gətirir.  Bu  vaxt 

Qvineya  körfəzindən  (cənub-qərb  istiqamətindən)  daxil  olan 

çox rütubətli daimi dəniz mussonları 15°-18° şimal enliklərinə 

qədər  irəliləyir.  Lakin  Sudanın  şimal  sərhədinə  yaxınlaşdıqca 

bu  havalar  transformasiyaya  uğrayır,  rütubətini  itirir  və  quru-

isti  havalara  çevrilir,  yağıntı  verə  bilmir.  Bunun  ən  başlıca 

səbəblərindən  biri  də  şimal  yarımkürəsi  yayında  səhranın  çox 

qızması  və  kondensasiya  səviyyəsinin  yüksəyə  qalxmasıdır. 

Şimal  və  cənub  subekvatorial  qurşaqların  ekvator  qurşağı 

sərhədində illik yağıntılar 1300-1500 mm olur, yağıntılı dövr 8-



Yüklə 298,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə