Afrika ümumi İcmal coğrafi mövqeyi, sahəsi, sərhədləri və sahil xətti



Yüklə 298,08 Kb.
Pdf görüntüsü
səhifə8/11
tarix14.01.2018
ölçüsü298,08 Kb.
#20625
1   2   3   4   5   6   7   8   9   10   11

 

22 


10  ay  davam  edir  və  iki  maksimum  müşahidə  edilir. 

Savannaların  şimal  (şimal  yarımkürəsində)  və  cənub  (cənub 

yarımkürəsində)  sərhədində  yağıntıların  miqdarı  200  mm, 

yağınyılı  dövrün  davamlılığı  isə  1-2  aya  qədərdir.  Ekvator 

qurşağına  tərəf  savannalarda  yağıntıların  miqdarı  artır  (1300-

1500  mm-ə  qədər)  və  yağıntılı  dövr  uzanır  (8-10  aya  qədər). 

Savannanın  orta  hissələrində  isə  illik  yağıntılar  500-800  mm 

olmaqla,yağıntılı dövr 5-6 ay davam edir. 

Afrikada  şimal  və  cənub  tropikləri  az  yağıntı  alır. 

Böyük  Səhrada  yağıntıların  illik  miqdarı  200  mm-dən,  onun 

çox  geniş  daxili  vilayətlərində  isə  50  mm-dən  azdır. 

Kalaxarinin şimal və şərq hissəsi 250-500 mm, qərb hissəsi 200 

mm-dən  az,  Namib  səhrası  isə  50  mm-dən  az  yağıntı  alır. 

Böyük  Səhra  üzərində  kondensasiya  səviyyəsi  5  km  yüksəkdə 

yerləşir.  Bundan  əlavə,  qışda  burada  yüksək  təzyiq  sahəsi 

yarandığına  görə,  dəniz  və  okeanlardan  rütubətli  hava 

gəlmir.Yay  aylarında  isə  Böyük  Səhra  o  qədər  qızır  ki, 

kənarlardan  bura  az-çox  daxil  olan  rütubətli  havalar  çox  qızır 

və doyma dərəcəsindən  kəskin  uzaqlaşır.  Beləliklə,  ilin  hər iki 

yarısında,  səhra  üzərində  atmosfer  sirkulyasiyasının  hər  iki 

şəraitində burada yağıntı düşməsi ehtimalı çox azalır. 

Buna baxmayaraq,  tropiklərdə  az da olsa  yağıntı düşür. 

İllik yağıntı bir yaxud iki leysan zamanı düşür. Bəzən bir neçə 

il  dalbadal  yağıntısız  keçir.  Böyük  Səhranın  cənub  hissəsində 

yağıntılar  əsasən  yayda,  şimal  hissəsində  isə  qışda  düşür 

(Aralıq dənizi rejimi). 

Şimal  yarımkürəsi  üçün  yuxarıda  deyilənlər  təxminən 

eyni  sxem  üzrə  cənub  yarımkürəsinin  yay  fəslində  təkrar 

olunur.  Lakin  bütün  bu  proseslər şimal  yarımkürəsində olduğu 

kimi  tam  təkrar  olmur.  Burada  materikin  cənub-şərq  kənarı 

Hind  okeanından  gələn  dəniz  mussonlarının  təsiri  altındadır. 

Yağıntıların illik miqdarı 500-1000 mm-dən artıqdır. 

Afrikanın  şimal  və  cənub  kənar  hissələrini  tutan 

subtropik  qurşaqlarda  yağıntıların  illik  miqdarı  500-800  mm 




 

23 


(Liviya  sahillərində  250  mm),  Kap  dağlarında  1000  mm-ə 

qədərdir.  Hər  iki  qurşaqda  yay  quraq,  qış  yağıntılıdır.  Bir 

tərəfdən  yağıntıların  azlığı,  digər  tərəfdən  buxarlanma 

qabiliyyətinin  çox  yüksək  olması  böyük  rütubət  çatışmazlığı 

yaradır.  Yalnız  çox  yağıntılı  ekvator  və  subekvator 

qurşaqlarında,  rütubət  bolluğu  hiss  olunur.  Başqa  sahələrdə 

buxarlanma  qabiliyyəti  düşən  yağıntıların  miqdarından  5-10 

dəfə, Böyük Səhrada 20-30 dəfə artıqdır. 

Шякил 32. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Afrikada  aşağıdakı  iqıim  tipləri  ayrılır:  1)Ekvator 



iqlimi.  2)Subekvator  iqlimi  (şimal  və  cənub  subekvator  iqlim 

qurşağını tutur). 3)Tropik passatlar iqlimi (hər iki yarımkürənin 

tropik  qurşağı  səhralarını  əhatə  edir).  4)Subtropik  iqlim 

(Afrikanın  həm  şimal,  həm  də  cənub  yarımkürə  subtropikləri 

Aralıq  dənizi  iqliminə  aid  olub,  qışı  rütubətli  –mülayim,  yayı 

quru və istidir). 



 

Çayları və gölləri 


 

24 


Afrika  ərazisi  çay  şəbəkə  sıxlığının  paylanması  və  səth 

axımının  xüsusiyyətlərinə  görə  bir-birindən  kəskin  fərqlənən 

sahələrdən  ibarətdir.  Təbii  şəraitin  başqa  komponentlərində 

olduğu  kimi,  səth  sularının  materik  ərazisində  paylanmasında 

da  coğrafi  zonallıq  qanunu  çox  aydın  nəzərə  çarpır.  Çay 

şəbəkəsinin  sıxlığı  və  çayların  sululuğu  səth  axımının 

həcmindən  asılıdır.  Səth  axımının  böyüklüyü  isə  yağıntıların 

miqdarından,  buxarlanmadan,səthin  meyilliyi  dərəcəsindən, 

süxurların litolokiyasından, torpaq və bitki örtüyündən asılıdır. 

İл  ərzində  çox  yağıntı  alan  ekvator  qurşağında  çay  şəbəkəsi 

daha sıx, çaylar isə çox suludur. Bu qurşaqda səth axımı layının 

qalınlığı  400  mm-lə  1500  mm  arasında  dəyişir.Yağıntıların 

miqdarı  2000-3000  mm-dən  artıq  olan  Qvineya  körfəzinin 

şimal-şərq  və  şimal-qərb  sahillərində  dağların  yamaclarında 

axım  layının  qalınlığı  maksimal  kəmiyyətə  çatır.  Konqo 

hövzəsinin böyük hissəsində bu rəqəm 400-600 mm-ə qədərdir 

Ekvator  qurşağından  şimala  və  cənuba  tərəf  axım  layının 

qalınlığı  azalır.  Subekvator  qurşağında  200-400  mm,  Şərqi 

Afrika  yaylalarının  az  yağıntılı  sahələrində  100-200  mm-ə 

qədər, tropiklərdə isə 50 mm-dən azdır. Qitənin şimal və cənub 

ucqarında  səth  axımının  200  mm-ə  qədər  artması  müşahidə 

edilir. 


Beləliklə,Afrikada  çay  şəbəkəsi  ekvator  və  ekvatoryanı 

qurşaqlarda  daha  sıxdır.  Qitənin  ən  böyük  çaylarından  Nil, 

Konqo, Niger, Zambezi əsas su ehtiyatını bu qurşaqlardan alır. 

Axım  layının  qalınlığı  50  mm-dən  az  olan  tropiklərdə  daimi 

axarlı  çaylar  yoxdur  (tranzit  çaylar  müstəsnalıq  təşkil  edir). 

Axım  layı  yenidən  bir  qədər  artan  subtropik  zonalarda  kiçik 

çaylar  vardır.  Bunların  çoxu  isti  və  quraq  yay  aylarında 

quruyur. 

Afrikanın  səth  axarı  Atlantik  və  Hind  okeanlarına, 

Aralıq  dənizinə  və  daxili  hövzəyə  aiddir.  Atlantik  okeanı 

hövzəsinə materik ərazisinin 36.05%-i, Hind okeanına 18.28%-



Yüklə 298,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə