Afse a fəLSƏFƏ



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə2/74
tarix22.11.2017
ölçüsü5,05 Kb.
#11505
1   2   3   4   5   6   7   8   9   ...   74

 
 
- 5 -
 
 
 
 
 
Redaksiya Şurasından  
 
 
 
Ön söz əvəzi
  
Demokratikləşdirmənin sosial-siyasi rakursdan  
mədəni-mənəvi rakursa transferi haqqında 
 
XX əsrin böyük filosofları belə bir sual qoyurlar ki, “ilahiyyatın qul-
luqçusu olmuş fəlsəfə siyasətə qulluq edə bilərmi?”
1
 XXI əsr bu suala “hə” 
deyə cavab verir. Əlbəttə,  əgər siyasət özünü dərk etməyə çalışsa və ali 
məqsədinin məhz insanlara qulluq etmək olduğunu nəzərə alsa, onda fəlsə-
fənin xidmətindən istifadə etmək bir zərurətə çevrilir. Həm də  fəlsəfənin 
metafizik problemlərlə məşğul olması, ilahiyyatın tematikasına müraciət et-
məsi heç də o demək deyil ki, o, cəmiyyət və dövlətçilik problemlərinə tət-
biq oluna bilməz. 
Necə ki, tarix fəlsəfəsinin, eləcə də siyasətşünaslığın təməl prinsipləri 
Platon və Aristotel tərəfindən, məhz fəlsəfi dünyagörüşü müstəvisində işlə-
nib-hazırlanmışdır. Ona görə də bu gün siyasətin yenidən fəlsəfəyə üz tut-
ması tamamilə qanunauyğundur. Həm də biz bunu heç də “yolunu azmış öv-
ladın dönüşü” (F.Dostoyevski) kimi təqdim etmək istəmirik. Əlbəttə, siyasət 
tarixində yolunu azmaq hallarına çox misallar gətirmək olar. Amma bunlar 
əsasən tarixin uğursuz səhifələrinə aiddir. Uğurlu siyasət, bəşəri tərəqqiyə 
xidmət edən siyasi kurslar həmişə fəlsəfəyə söykənmişdir. 
                                                 
1
  Левинас  Э.  Смысл  истории // "Избранное:  Трудная  свобода",  Москва, 
РОССПЭН, 2004, с. 516.  


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1 
 
 
 
- 6 -
Nəzərə alınmalıdır ki, hər bir dövr təkcə cismani dünyada baş verən 
dəyişikliklərlə deyil, həm də düşüncə  tərzindəki yeniliklərlə  səciyyələnir. 
Yeni metodlarla silahlanmış idrak ənənəvi hadisələrə də fərqli mövqelərdən 
yanaşır və bu da öz növbəsində dünyanın yeni mənzərəsinin formalaşmasına 
səbəb olur. 
Elmin öz tədqiqat metodları vardır və zaman keçdikcə onlar da yeni 
keyfiyyət kəsb edir və zənginləşir. Fəlsəfə isə elmə nəzərən daha ətalətlidir 
və ona görə də fəlsəfi dünyagörüşünün dəyişilməsi üçün təkcə maddi dünya-
da deyil, həm də onun inikası olan elmdə və incəsənətdə yeni keyfiyyət mər-
hələsinə keçidlərin baş verməsi tələb olunur. 
Yaşadığımız təbii mühitlə yanaşı, həm də sosial mühitin, siyasi reallı-
ğın nisbi müstəqil inkişaf qanunauyğunluqları  aşkar edilərkən onların öz 
arasında da müəyyən daxili rabitə olduğu məlum olur. İnsanın özü də həm 
bioloji, həm sosial, həm də mənəvi varlığın üzvi surətdə birləşdiyi sinkretik 
reallıqdır. Buna görə  də biz insanla dünya arasında münasibətdən danışar-
kən, bir tərəfdən dünyanın, digər tərəfdən də insanın fərqli rakurslarını nəzə-
rə almağa borcluyuq. Əlbəttə, insanın sosial varlıq kimi məhz sosial mühit-
lə, bioloji varlıq kimi təbii mühitlə və ruhi-mənəvi varlıq kimi mədəni-mə-
nəvi mühitlə əks-əlaqədə öyrənilməsi daha məqsədəuyğundur. Lakin bu tə-
rəflər arasında çarpaz münasibətlər də mümkündür. Məsələn, sosial-mənəvi 
mühit insanın psixikasına və  nəticə etibarilə bioloji varlığına təsir edərək 
onun sağlamlığını  şərtləndirən  əsas amillərdən biri kimi çıxış edir. Yaxud 
tərsinə, təbii mühitin ahəngdarlığı ekoloji cəhətdən təmizliyi və ya təbii-es-
tetik gözəllik insanın həm sağlamlığı üçün, həm də  mənəvi durumu və 
yaradıcı fəaliyyəti üçün önəmli şərtlər sırasındadır. 
Cəmiyyətin mənəvi həyatı nisbi müstəqil bir hadisə olsa da, o, siyasi-
hüquqi durumla sıx surətdə  əlaqədardır. Hüquq sistemi təkmilləşdirilməsə, 
insanın mənəvi-intellektual tələbatını ödəyən vasitələrə  nəzarət etmək və 
onları yönləndirmək mümkün olmaz. Belə ki, istər fikir azadlığının, söz 
azadlığının təmin edilməsi, istərsə də yaradıcı fəaliyyətin məhsullarının tən-
zimlənməsi və müəlliflik hüququnun təmin edilməsi bu sahədə müvafiq qa-
nunvericilik aktlarının olmasını tələb edir. Yəni mənəvi-intellektual proses-
lər siyasi-hüquqi gerçəklikdən müəyyən mənada asılı olur. Məhz buna görə-


Redaksiya Şurasından  
 
 
- 7 -
dir ki, sosial və siyasi müstəvilərdə azadlığın bərqərar olması elm və sənət 
sahələrində yaradıcı mühitin təmin edilməsi, habelə fikir plüralizminə mey-
dan açılması üçün şərt olur. 
Cəmiyyətin demokratikləşdirilməsi heç də ancaq siyasi proseslərə aid 
olmayıb ictimai həyatın bütün sahələrinə və rakurslarına aiddir. Eynilə azad 
rəqabət prinsipi də  təkcə iqtisadiyyata aid olmayıb, yaradıcı  fəaliyyət 
sahələri üçün də mühüm şərtdir. İstər siyasi və ideoloji sahələrdə, istərsə də 
elmi fəaliyyət sahəsində yeni fikrin söylənməsi, nəşr olunması  və  əhaliyə 
çatdırılması müəyyən müqavimətlə qarşılanır. Rəsmi qadağalar qoyulmasa 
da, ictimai rəyin mövqeyindən çox şey asılıdır. Demokratik ölkələrdə senzu-
ranı bir növ ictimai rəy əvəz edir. Onun yaratdığı baryerləri keçmək çətin ol-
duğundan, əksər hallarda ictimai şüurun ideya səviyyəsinə qaldırılması əvə-
zinə, ideyanın bayağılaşması, bəsitləşməsi və ictimai şüur səviyyəsinə endi-
rilməsi müşahidə olunur. Müasir kapitalizm cəmiyyətində “kütləvi mədəniy-
yətin” geniş yayılması  və  məhz aşağı  səviyyəli təbəqə üçün nəzərdə tutul-
muş əsərlərin geniş yayılması bir növ əksəriyyəti təmin etməklə, zahirən de-
mokratizm prinsipinə  bənzəsə  də, dərin qatda demokratikləşməyə ziddir. 
Belə ki, demokratiya heç də kütləviləşmə və bayağılaşma kimi başa düşülə 
bilməz. Demokratik quruluşlu ölkələrdə sosial-siyasi həyatla mədəni-mənə-
vi həyat arasında çarpaz münasibətin belə bir xüsusiyyəti də nəzərə alınma-
lıdır ki, burada məqsəd elitar şüurun kütləvi şüura tabe etdirilməsi olmayıb, 
əksinə, kütlənin önəmli bir hissəsini yüksək mənəvi-intellektual səviyyəyə 
qaldırmaq istiqamətində məqsədyönlü bir ictimai prosesi həyata keçirmək-
dir. 
İctimai quruluşun elə formaları optimal hesab olunur ki, burada hər bir 
zaman kəsiyində ictimai rəy nəzərə alınmaqla yanaşı onun məqsədyönlü su-
rətdə dəyişdirilməsi və azlıqda qalan yaradıcı təfəkkür sahiblərinin mövqe-
yinin müxtəlif vasitələrlə  cəmiyyətə  təlqin olunması  həyata keçirilir. Belə 
ki, istər təhsilin məzmunu, istər kütləvi informasiya vasitələrinin oriyentasi-
yası, televiziya proqramlarının tematikası və ideya istiqaməti elitar azlıq tə-
rəfindən, ictimai maraqları, dövlətçilik mövqeyini nəzərə almaqla müəyyən 
edilir; amma bu amillər bütövlükdə  cəmiyyətin düşüncə  tərzinə, zövqünə, 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə