Afse a fəLSƏFƏ


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə28/74
tarix22.11.2017
ölçüsü5,05 Kb.
#11505
1   ...   24   25   26   27   28   29   30   31   ...   74

Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1 
 
 
 
- 84 -
nazirliyi belə bir bəyanat verir ki, Rusiya SSRİ-nin yeganə varisi olduğu 
üçün,  İranla bağlanmış 1921 və 1940-cı illər müqaviləsinə uyğun olaraq 
“Xəzər dənizində həyata keçirilən hər hansı fəaliyyətə görə mütləq şəkildə 
onun və  İranın razılığı alınmalıdır”. Varislik məsələsində ruslar 21 dekabr 
1991-ci ildə “MDB-nin yaranması” və “SSRİ-nin öhdəliklərinin yerinə yeti-
rilməsi haqqında” MDB dövlət başçılarının imzaladığı sazişə istinad edirdi-
lər. Bu sənəddə o vaxt Rusiya belə bir maddə yerləşdirmişdi ki, Rusiya 
SSRİ-nin yeganə varisdir və onun bütün beynəlxalq öhdəliklərinin yerinə 
yetirilməsini öz üzərinə götürür. 
Azərbaycanın mövqeyi: Rusiyanın bu dövrdəki Xəzərin statusu ilə 
bağlı bütün qeyri-konstruktiv cəhdlərinə ardıcıl və davamlı  şəkildə sinə 
gərən yeganə ölkə Azərbaycan Respublikası olmuşdur. Bu məsələ ətrafında 
ümumiyyətlə əsas mövqe toqquşması da bu iki ölkə arasında yaşanmışdır. 
Azərbaycan Rusiyanın bəzi bəlli dairələrini qeyri-konstruktiv və im-
periya düşüncəli hərəkətlərinə öz konstruktiv təklifləri və beynəlxalq hüqu-
qa söykənən mövqeyi ilə cavab verməyə, Xəzər dənizində həyata keçirdiyi 
fəaliyyətin istər beynəlxalq hüquqa, istərsə  də  Xəzər hövzəsi ölkələrinin 
söykəndiyi dövlətlərarası hüquqa və praktikaya tam uyğunluğunu sübuta ye-
tirməyə çalışırdı. O israrla sübut edirdi ki, bəzi iddiaların əksinə olaraq bü-
tün hallarda – istər Xəzər “qapalı su hövzəsi” hesab edilsin, istər beş ölkənin 
sərhədində yerləşən “qapalı dəniz” olsun, Azərbaycanı reallaşdırmaq istədi-
yi layihələri və həyata keçirdiyi fəaliyyəti qətiyyən inkar etmir. Əgər BMT-
nin ”Beynəlxalq dəniz hüquqları haqqındakı” Konvensiyasına əsaslanılarsa, 
o zaman “ortaq dənizdə” hər sahil dövlətinin öz “iqitsadi zonasına” malik 
olmaq və bu zonada ayrıca, yaxud başqa dövlətlərlə birgə sərbəst fəaliyyət 
göstərmək hüququ mövcuddur. 
Azərbaycan həm də bəyan edirdi ki, əlbəttə o bütün bu işləri reallaşdı-
rarkən ilk növbədə öz milli maraqlarını təmin etmək məqsədi daşıyır. Lakin 
Xəzərdə enerji layihələri reallaşdırarkən, Azərbaycan hər zaman region öl-
kələrinin ortaq milli maraqlarını və beynəlxalq hüququ əsas tutmuşdur. Bu-
na görə də Azərbaycanın fəaliyyəti heç bir Xəzərətrafı ölkənin iqtisadi-siya-
si maraqlarını pozmur, əksinə bölgədə hamı üçün bərabər, rəqabətə əsasla-
nan əməkdaşlıq şəraiti yaradaraq, bu layihələrdə iştirak etmək və onlardan 


Siyasi elmlər 
 
 
- 85 -
öz xalqının maraqları üçün istifadə etmək, iqtisadi dividentlər qazanmaq im-
kanı təmin etmişdir. 
Azərbaycan Rusiyanı istinad etdiyi və beynəlxalq hüquqi əsası olma-
yan heç bir “öhdəliyi” və “dövlətüstün hüququ” qəbul etmirdi və bundan 
sonra da etməyəcəyini birmənalı şəkildə bəyan edirdi. O qeyd edirdi ki, “is-
tər keçimş SSRi-İran sazişləri, istər SSRİ-nin varisi olan Rusiyanın indiki 
hərəkətləri, bunlar hamısı keçmişdə qalmışdır və bütün bunlar Azərbaycanın 
müstəqil dövlət olaraq öz ərazisinin bir parçası hesab olunan və 1995-ci il-
dən onun Konstitusiyasına salınmış, Xəzər dənizinin ona məxsus milli sek-
toru üzərindəki fəaliyyət azadlığını  məhdudlaşdıra bilməz. Azərbaycanın 
beynəlxalq hüquqla qorunan milli ərazisi və onun üzərindəki suveren haqları 
heç bir beynəlxalq müqavilə və dövlətlərarası sazişlərin, birgə və ayrıca fəa-
liyyətlərin predmetinə çevrilə bilməz.” Mütəxəssislərin fikrinə görə, əslində 
Azərbaycanın bu mövqeyi, yanaşması  və müvafiq tələbləri sonrakı illərdə 
Xəzərin statusu ilə bağlı imzalanmış Rusiya- Qazaxıstan birgə sazişinin əsas 
qayəsini təşkil etmişdir [9, s.36]. 
Bundan başqa, Azərbaycan yuxarıda istinad olunan SSRİ-İran sazişinə 
o dövrkü bəzi Rusiya rəsmi dairələrinin yanaşmasını da birmənalı  şəkildə 
pisləyərək, bəyan edirdi ki, “1921-1940-cı illərdə bağlanmış SSRİ-İran mü-
qaviləsi Xəzərin statusunu bu gün bəzilərinin təqdim etdiyi və şərh etdiyi ki-
mi heç də mürəkkəbləşdirmir, əksinə onu daha aydın vəziyyətə gətirir. Bu 
da ondan ibarətdir ki, SSRİ zamanında  İran Xəzərdəki öz 14%-lik payını 
alır və beləliklə də ona aid dəniz sərhədlərini təsdiqləyir. O ki, qaldı SSRİ-
nin tərkibindən çıxan digər 4 xəzərətrafı ölkənin milli sektoru və dəniz sər-
hədlərinə, bununla bağlı da hələ 1970-i ildə SSRİ zamanında birgə müqavilə 
imzalanmış və Xəzərin bu məkanda qalan 86%-lik su hövzəsi dörd hissəyə - 
sektorlara bölünmüşdür. Deməli, SSR-nin varisi olan Rusiya da bu ölkənin 
öhdəliyini və  qərarlarını  təmin etməyə borcludur. Məhz bu hüquqi 
vəziyyətdən çıxış edən Azərbaycan, öz milli haqqı kimi Xəzərin ona məxsus 
sektorunda istənilən fəaliyyətlə məşğul ola bilər. Bu fəaliyyət nə beynəlxalq, 
nə də ki, hər hansı Xəzərətrafı ölkənin hüququnu pozmur”. 
Ruslar,  əlbəttə o dövrdə öz mövqelərinin  əsassız olduğunu bilirdilər
lakin Azərbaycanın bu sahədə nümayiş etdirəcəyi ciddi, əsaslandırılmış 


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1 
 
 
 
- 86 -
mövqeni və möhkəm milli iradəni, o cümlədən də beynəlxalq aləmin bu işdə 
ona verəcəyi dəstəyi gözləmirdilər. Bəzi dairələr Azərbaycanın bu təzyiqlər 
qarşısında sona qədər davam gətirə bilməyəcəyinə ümid bəsləyərək, ondan 
öz xeyirlərinə “yeni-yeni güzəştlər” qoparmaq haqqında düşünürdülər. Odur 
ki, 1997-ci ildə həmin dairələr İranın 1992-ci ilədə irəli sürdüyü və o zaman 
nədənsə diqqətdən kənarda qalan “Xəzərdə birgə razılaşdırılmış regional 
əməkdaşılq” ideyasını yenidən ortaya atır və bütün xəzərətrafı ölkələri buna 
qoşmağa cəhd göstərməyə başlayırlar.  Əlbəttə, Azərbaycan Xəzər hövzəsi 
ölkələrinin enerji sahəsində regional əməkdaşlığının əleyhinə deyildi və re-
allaşdırmaq istədiyi bütün layihələrdə onların hər birinin yüksək səviyyədə 
iştirakını arzu edirdi. Lakin o öz milli hüququnu və maraqlarını hansısa təz-
yiq yolu ilə kiməsə güzəştə getmək fikrindən də uzaq idi. Ona görə də Azər-
baycan bəyan edirdi ki, biz regional əməkdaşlığın  əleyhinə deyilik. Lakin, 
regional əməkdaşlıq heç bir ölkəyə öz milli sektorunda ayrıca və başqaları 
ilə birlikdə  sərbəst fəaliyyət göstərmək imkanını  məhdudlaşdırmamalıdır. 
Istənilən ölkə ona məxsus sektorda, iqtisadi səmərəliliyindən asılı olaraq 
həm Xəzərətrafı ölkələrlə, həm də digər beynəlxalq qurumlarla sərbəst iş 
aparmaq, birgə fəaliyyət göstərmək hüququna malik olmalıdır. 
Azərbaycan öz geosiyasi və geoiqtisadi mövqeyini həm də onunla 
əsaslandırırdı ki, SSRİ-nin dağılması və onun yerində dörd yeni müstəqil öl-
kənin yaranması ilə Xəzərin hüquqi statusu hövzəətrafı beş ölkənin qarşılıqlı 
və birgə məsələsi olmaqla yanaşı, həm də BMT-nin 1982-ci ildə qəbul edil-
miş  və bütün üzv dövlətlər üçün məcburi hüquqi öhdəlik yaradan “Dəniz 
hüquqları Konvensiyasına”  əsaslanmalıdır və deməli həm də beynəlxalq 
məsələdir. Bəhs olunan Konvensiyada dənizlər və su hövzələri- açıq, yarım 
qapalı, qapalı olmaqla üç qrupa bölünür. Su hövzəsinin dəniz kimi qəbul 
olunmasının meyarı onun Okeanla, yaxud başqa su hövzələri ilə birbaşa, bo-
ğazlar və çaylar vasitəsilə birləşməsi hesab olunur. Konvensiya sahildən 12 
millik su hövzəsini dövlətin tam “suveren ərazisi”, 200 millik hövzəni onun 
“iqtisadi suveren zonası”, ölkələrarası milli sərhədlərini isə qarşı dövlətlə 
dənizin ortaq xətti üzrə  müəyyən edir. “İqtisadi suveren zonada” hər bir 
dövlət müstəqil  şəkildə elmi tədqiqat işləri aparmaq, iqtisadi fəaliyyətlə 
məşğul olmaq, mövcud ərazinin təbii sərvətlərini mənimsəmək və Konven-


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə