Afse a fəLSƏFƏ



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə4/74
tarix22.11.2017
ölçüsü5,05 Kb.
#11505
1   2   3   4   5   6   7   8   9   ...   74

Fəlsəfə tarixi 
 
 
- 11 -
                                                
bir quruluşa türkdilli xalqların zəngin keçmişindən, nailiyyətlərindən, onla-
rın tarixi prosesə, ictimai şüura təsirindən bəhs edən tarix də lazım deyildi. 
Kütləvi şüura belə bir fikir yeridilirdi ki, kapitalizmin yanından ötərək bir-
başa sosializmə keçid etmiş xalqların nəinki dövlətçiliyi, heç mədəniyyəti 
də olmamışdır. Milyonlarla insanlar buna inanırdı.  
 Tam yeni bir bünövrəyə söykənən yeni ictimai quruluşa istiqamət 
alan sosialist ideologiyası şüurlu olaraq keçmişin irsindən qalıq kimi imtina 
edirdi. Türkdilli xalqların mənəvi mədəniyyət məhsulları “mülkədar-bəy 
qalıqları” kimi qiymətləndirilirdi.  
 Deyilənlər həmçinin başqa bir səbəblə də izah olunur. Uzun illər hu-
manitar elmlərdə avroposentrist meylləri hökm sürürdü. Avroposentrist ba-
xışlara görə, mənəvi mədəniyyətin yüksək nümunələri sivil adlandırılan 
xalqların ruhunun yaradıcı fəaliyyətinin məhsullarıdır. Belə bir fikir yürüdü-
lürdü ki, sivil inkişafdan məhrum olan xalqlar yüksək intellektual fəaliyyətə 
qadir olmadıqlarına görə onların mədəniyyətinin dərin fəlsəfi mənası ol-
mamışdır.  
 Filosoflar çox yaxşı bilirlər ki, bu fikri konseptual baxımdan daha 
aydın formada özünün “Fəlsəfə tarixindən mühazirələr”ində Hegel ifadə et-
mişdir. Onun “Öz xüsusi mənasında fəlsəfə Qərbdən başlayır”, “Şərq fikrini 
biz fəlsəfə tarixindən çıxarmalıyıq”, “...burada fəlsəfi idraka yer yoxdur”
1
 
kimi fikirləri bunun əyani sübutudur.  
 Fəlsəfə  və onun tarixinə bu cür qiymət iki əsr bundan əvvəl verilsə 
də, belə bir mövqe hələ indi də qalmaqdadır. Ancaq deyilənlər bu gün artıq 
sosial və ideoloji səbəblərlə yox, fəlsəfənin təyini, onun məna və məzmunu-
nu, fəlsəfənin elmlə, incəsənətlə, poeziya ilə, dinlə  və s. qarşılıqlı nisbəti 
məsələlərinin bu gün də aktual olması ilə izah olunur.  
 Fəlsəfə mədəni-tarixi, sosial-siyasi kontekstlə əlaqələndiriləndə, coğ-
rafi şəraitlə, xalqın sosial-psixoloji xüsusiyyətləri ilə əlaqədə nəzərdən keçi-
riləndə fəlsəfə fenomeni xüsusilə diskussiyalara səbəb olur. Bu cür koqnitiv 
situasiyanın nəticəsidir ki, fəlsəfənin yaranması, onun universal fenomen 
olub-olmaması və s. ilə bağlı fikir eyniliyi yoxdur.  
 
1
 Гегель Г.В. Лекции по истории философии. Кн.1. СПб: Наука, 1993. c. 146, 147. 


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1 
 
 
 
- 12 -
 Bu cür mürəkkəb məsələlər filosofları fəlsəfənin milli obrazını inkar 
edənlərə  və onu qəbul edənlərə ayırdı. Bundan başqa, fəlsəfənin mənşəyi 
barəsində də filosoflar arasında fikir eyniliyi yoxdur. Bəziləri fəlsəfənin mü-
əyyən səbəblərdən yalnız qədim Yunanıstanda, Hindistanda, Çində yaran-
mış və sonradan dünyanın digər bölgələrinə ötürülmüş unikal fenomen oldu-
ğunu qeyd edirlər. Digərləri isə hesab edirlər ki, fəlsəfə bütün mədəniyyətlə-
rə xas olmuş və bütün xalqların tarixində özünə yer almışdır. Bunlarla bağlı 
olan başqa bir məsələlərdə də fikir ayrılığı müşahidə edilməkdədir.  
 Beləliklə, müasir şəraitdə  fəlsəfənin təyini, statusu, mahiyyətinə ya-
naşmalar olduqca müxtəlifdir ki, bu da çox vaxt türkdilli xalqların fəlsəfəsi 
də daxil olmaqla onun “Afrika fəlsəfəsi”, “İndoneziya fəlsəfəsi” və s. bu 
kimi formalarının inkar edilməsinə gətirib çıxarır.  
 Oxucuya müasir türkdilli xalqların öyrəndiyi problemlərin bir qismi-
ni, özü də çox vacib bir qismini təqdim edən “Dünya fəlsəfi irsi”nin redak-
siya şurası bu situasiyaya aydınlıq gətirməyə, diskussiyaya öz münasibətini 
bildirməyə cəhd göstərmişdir. Biz hesab edirik ki, türkdilli xalqların fəlsə-
fəsi türkdilli xalqların fəlsəfi fikrinin bütün nailiyyətlərini özündə birləşdirir. 
Türkdilli xalqların tarixi kimi, fəlsəfəsində də hələ çoxlu sayda “ağ ləkələr” 
var, çünki o, sovet məkanında rəsmi fəlsəfə kimi qəbul olunmurdu.  
 Maraqlıdır ki, türkdilli xalqların fəlsəfəsini tədqiq edən peşəkarlar 
arasında da bu cür fikir mövcud idi. Onların fikirlərinə görə, köçərilik intel-
lektual fəaliyyətlə və onun oturaq həyat tərzi əsasında yaranana ali forması 
ilə – fəlsəfə ilə bir araya sığmır.  
 Obyektiv tədqiqatçılar (V.V.Bartold, V.V.Radlov, B.A.Serebrennikov, 
N.K.Dmitriyev, N.A.Baskakov, L.N.Qumilyov, N.T.Sauranbayev, M.B.Bala-
kayev, A.İ.İskakov, S.A.Amanjolov və b.) türkdilli xalqların öyrənilməsində 
ciddi addımlar ata bilmiş, türkdilli xalqların tarixi, dili, ənənələrinin, habelə 
türk xalqlarının ən tanınmış nümayəndələrinin dünyagörüşünün öyrənilmə-
sinə xüsusi töhfələr vermişdilər.  
 Lakin bu araşdırmaların ən böyük çatışmazlığı onda idi ki, türk xalq-
larının mənəvi həyat fenomenləri ya dil (bu halda dil və dil işarələri tədqiqat 
paradiqması üstünlük təşkil edirdi), ya da şifahi xalq yaradıcılığı ( bu halda 
filoloji tədqiqat paradiqması üstünlük təşkil edirdi) fenomenlərinə reduksiya 


Fəlsəfə tarixi 
 
 
- 13 -
edilirdi. Buna görə də sovet dövrünün türkologiyasında dilçilik, filologiya, 
tarix əsas istiqamətlərdən idi. Bir elm və peşə biliyi sahəsi kimi fəlsəfə isə 
ideologiyanın təsiri altında olduğundan “türk” problematikasından getdikcə 
daha da çox aralanırdı.  
 Buna görə də geniş oxucu türkdilli xalqların fəlsəfəsi ilə tanış deyildi. 
Bu işdə pantürkçülük və panislamçılıq ideyaları ilə mübarizə aparan bolşe-
vizmin rolu da az olmamışdır.  
 Beləliklə, sovet hökumətinin yetmiş illik tarixi millət və milliyyətlə-
rin çiçəklənməsi və bir-birinə yaxınlaşması  bəyan edən, təcrübədə isə bu 
xalqların manqurtlaşmasını  həyata keçirən bir dövr olmuşdur. Sovet höku-
məti dövründə bolşeviklərin həyata keçirdiyi siyasət türk xalqların mədəniy-
yətinə və tarixinə böyük ziyan vurdu. SSRİ-nin ərazisində yaşayan türkdilli 
xalqların öz milli dillərini inkişaf etdirmək, milli dildə təhsil almaq imkanla-
rından məhrum olduqlarına və yalnız xammal mənbəyi kimi dəyərləndiril-
diklərinə görə sivilizasiyanın magistral inkişaf yolundan uzaq düşdülər.  
 Totalitar sistemin dağılması  və postsovet məkanında yeni müstəqil 
türkdilli dövlətlərin yaranması ilə  əlaqədar  əsaslı  dəyişikliklər baş verdi. 
Həm intellektual mühitdə, həm də kütləvi şüurda türkdilli xalqların mədəni 
qaynaqlarına marağın artması
 
göstərdi ki,
 
bu köklər unudulmamış, tarixi 
yaddaşda qalmışdır.  
 Qazaxıstanda, Özbəkistanda, Qırğızıstanda, Azərbaycanda, Tatarıs-
tanda və b. türkdilli bölgələrdə türk mədəniyyətinə, tarixinə və fəlsəfi fikri-
nə həsr olunmuş elmi tədqiqatlar aparılmağa başlayır. Aktual ictimai tələbə 
cavab olan bu tədqiqatlar ictimai şüurda baş vermiş dəyişiklikləri və cəmiy-
yətin öz tarixi və mənəvi mədəniyyətinə marağının artması proseslərini əks 
etdirirdi. Elmi tədqiqatların da aparılması əsaslı dəyişikliklərə məruz qaldı. 
Birincisi, onlar siyasi rəhbərliyin və deməli, əvvəllər elmdə hakim olan sin-
filik prinsipinin diktatından azad oldu. İkincisi, elmi tədqiqatların diapazonu 
da əhəmiyyətli şəkildə genişləndi, buraya əvvəllər araşdırma obyekti olma-
yan mövzular da daxil edildi. Üçüncüsü, fəlsəfi tədqiqatlarda türkdilli xalq-
ların tarixi və mədəniyyəti, onlların qaynaqları və nümayəndələri problemlə-
ri üstünlük təşkil etməyə başladı.  
 Müasir  şərait, xüsusən də qlobal maliyyə böhranı bir çox ölkələr, o 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə