Afse a fəLSƏFƏ


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə5/74
tarix22.11.2017
ölçüsü5,05 Kb.
#11505
1   2   3   4   5   6   7   8   9   ...   74

Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1 
 
 
 
- 14 -
                                                
cümlədən türkdilli dövlətlər üçün inteqrasiya məsələlərini aktuallaşdırdı. Bu 
ölkələrin ictimai elm nümayəndələri, kulturoloqları və dinşünasları öz ölkə-
lərinin elmi proqramlarının inkişaf strategiyasında bir sıra kompleks tədqi-
qatlar həyata keçirə, türkdilli xalqların tarixi və  mədəniyyətinə dair birgə 
səylərlə fundamental araşdırmalar apara bilərlər. Bu məqsədlə ali məktəblər 
üçün yeni dərsliklərin və dərs vəsaitlərinin, məsələn, “Türk xalqlarının fəl-
səfə tarixi”, “Mərkəzi Asiya xalqlarının fəlsəfə tarixi”, “Türk fəlsəfəsi” və s. 
kimi dərsliklərin buraxılması məqsədə müvafiq olar.  
 Müasir  fəlsəfə elmi axtarışların yeni istiqamətlərini üzə  çıxarır. Bu 
mənada türk xalqlarının fəlsəfəsinin öyrənilməsi Şərq fəlsəfəsi ilə daha də-
rindən tanış olmaq imkanlarını açar. Qərb fəlsəfəsindən fərqli olaraq Şərq 
fəlsəfəsi insanın dünyaya bütöv bir tam kimi münasibət bəsləməsi məntiqinə 
tabedir. Buna görə də yeni tarixi dövrün təfəkkürü yalnız Şərq mədəniyyəti 
məntiqi çərçivəsində dərk oluna bilər. Bu, ona görə önəmlidir ki, formalaş-
maqda olan inteqral dünyagörüşü və qlobal təfəkkür müasirliyin çağırışları-
nın dünyaya bütöv bir tam kimi münasibət əsasında dərk etməyə can atır.  
Alma-Atada nəşr olunmuş 20 cildlik “Dünya fəlsəfi irsi” silsiləsində 
fəlsəfənin müxtəlif dövr və mərhələlərinə həsr olunmuş əsərlər dərc edilmiş-
dir.
1
 Bu işdə məqsəd müasir oxucunu fəlsəfi biliyin zənginliyi və son dərəcə 
maraqlı problemləri ilə tanış etməkdir. Mövzularının istiqaməti ilə seçilən 
bu cildlərdə çoxlu sayda fəlsəfi məktəblərə yer ayrılmış, onların nümayən-
dələrinin fəlsəfi təlimləri araşdırılmışdır. Buraya antik və orta əsr fəlsəfəsi
alman klassik fəlsəfəsi, müasir Qərb və  Şərq fəlsəfəsi, habelə postqeyri-
klassik fəlsəfə nümayəndələrinin əsərləri daxil etdirilmişdir. Nəhayət, silsi-
lənin sonuncu, iyirminci cildi müasir türk fəlsəfəsinə həsr edilmişdir.
2
  
Türk xalqlarının mədəniyyətinin inkişafında aşağıdakı dövrləri qeyd 
etmək olar: qədim, orta əsrlər və müasir. Onların da hər biri öz növbəsində 
mərhələlərə ayrıla bilər, məsələn, müasir dövr fəlsəfəsində sovet mərhələsi-
ni, müstəqillik dövrü fəlsəfəsini və s. qeyd etmək olar. 
 Ölkələr sosial, siyasi və mənəvi inkişaf yollarını müstəqil seçsələr də, 
onlar arasında ümumi cəhətlər də var. Bu, təkcə mədəni-tarixi köklərə, dinə, 
 
1
 Элемдik философиялык мурa. Жиырма томдык. Алматы: «Жазушы», 2007-2009. 
2
 Kaзipri туркi философиясы. 20 том. Алматы: «Жазушы», 2009.-512 б. 


Fəlsəfə tarixi 
 
 
- 15 -
sovet keçmişindən miras qalmış iqtisadi, təhsil və digər standartlara yox
həmçinin dünyanın bu bölgəsində yaşayıb-yaratmış mütəfəkkirlərin öz əsər-
lərində  tərənnüm etdikləri ümumi mənəvi dəyərlərə  də aiddir. Əl-Fərabi, 
Yusif Balasaqunlu, Əhməd Yəsəvi, Mahmud Qaşqari, əl-Biruni, Bəhmənyar 
əl-Azərbaycani və b. bu gün də yaşadığımız XXI əsrin mənəviyyatının yara-
dıcılarıdır. Onların yaradıcılığı müasirliyin ehtiyac duyduğu mənəvi-mədəni 
təməl ola bilər.  
 Bunları  nəzərə alaraq bu cildə  tərtibatçılar müasir türk fəlsəfəsi sa-
həsində aparılan araşdırmalardan müasir türkdilli ölkə  tədqiqatçılarının 
dünya mədəniyyəti və fəlsəfi fikrinə verdikləri töhfələri göstərmək üçün ən 
əhəmiyyətlilərini salmışdılar. Müasir türkdilli filosofların diqqət mərkəzində 
ontologiya qnoseologiya, tarix fəlsəfəsi və  fəlsəfə tarixi, aksiologiya və 
praksiologiya, etika və estetika məsələləri durur. Onlar dialektika, elmi id-
rak metodologiyası, qloballaşma proseslərinin dinamikası problemlərinin 
öyrənilməsinə xüsusi töhfələr vermişdilər.  
 Bu cildə daxil etdirilmiş əsərləri müəlliflər arasında həm öz ölkələrin-
də, onun hüdudlarından kənarda tanınmış olan filosof alimlər, akademik və 
fəlsəfə elmləri doktorları var. 
 Kitabın strukturunda da müasir türk fəlsəfəsinin ən mühüm istiqamət-
ləri öz əksini tapmışdır. Belə ki, cild türkdilli xalqların fəlsəfəsinin müasir 
inkişaf mərhələsində mühüm əhəmiyyət kəsb edən problem ilə – türk fəlsə-
fəsinin mahiyyəti və xüsusiyyətləri problemi ilə açılır. Transformasiya, mo-
dernləşmə və qloballaşma və identikliyin axtarılması şəraitində bu, ən mü-
rəkkəb və çətin problemlərdən biridir. Hazırda türkdilli xalqların tarixində, 
mədəniyyətində və fəlsəfi fikrində ağ ləkələrin aşkar edilməsi, maddi mədə-
niyyət abidələrinin öyrənilməsi istiqamətində intensiv işlər aparılır, fəlsəfə-
nin  əvvəlki inkişaf mərhələlərinə yenidən baxılır, elmi tədqiqatların yeni 
empirik bazası yaradılır.  
 Yeni reallıqların yeni metodoloji yanaşmalar əsasında öyrənilməsinə 
baxmayaraq türk fəlsəfəsinin mahiyyəti, təyini, mənası, ümumiyyətlə fəlsə-
fənin mənası kimi fundamental xarakterli məsələlər əbədi məsələ olaraq qal-
maqdadır. Bu sahədə dərin və ciddi tədqiqatlar hələ aparılmamışdır. “Türk 
fəlsəfəsi: on sual və cavab” (Qazaxıstan müəllifləri A.Nısanbayev, N.Ayu-


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1 
 
 
 
- 16 -
pov, T.Qabitov) kitabında göstərilən bu suallara cavab verməyə cəhd edilir. 
Bu kitabdan materialların nəşri ilə türk fəlsəfəsinin problem məkanına və 
onun fundamental və mürəkkəb problemlərinin həlli yollarına qapılar açılır. 
Düşünürük ki, nəzəri xarakteri, məna dolğunluğu və yenili ilə o, bu sahədə 
fəlsəfi biliklərimizi əhəmiyyətli şəkildə genişləndirə bilər.  
 Müasir  türk  fəlsəfəsində onun fundamental problemlərinin dərki ilə 
bağlı olan digər maraqlı və mühüm istiqamətlərdən biri də keçmişin mənəvi 
irsinin, onun dünyanın mədəni ənənələri və fəlsəfi nailiyyətləri ilə əlaqələri-
nin öyrənilməsidir. 
 Fəlsəfədə keçmiş həmişə indidir, o, mənəvi yaddaş və zamanların əla-
qəsidir. Türk dünyasının filosofları fəlsəfə tarixinə maraq göstərirlər. Tərti-
batçılar cildə onların həm Qərb, həm də Şərq fəlsəfəsinin, dünya mədəniy-
yətinin və fəlsəfi fikrin ən parlaq nümayəndələrinə maraqlarını əks etdirən 
bəzi əsərlərini daxil etmişlər. Bunlar J.Abdildinin (Qazaxıstan), Q.Çarıyevin 
(Türkmənistan),  Ş.Günaltayın (Türkiyə), A.Arslanın (Türkiyə) Aristotelin, 
Kantın, Hegelin, İbn-Sinanın, əl-Qəzalinin fəlsəfi irsinin araşdırılmasına və 
onların əsasında mənəvi və intellektual mədəniyyətin inkişaf problemlərinin 
təhlilinə həsr olunmuş əsərlərindən çıxarışlardır. 
 Türkdilli xalqların fəlsəfə tarixinin öyrənilməsi təkcə fəlsəfi bilik sa-
həsində çalışan mütəxəssislər üçün önəmli deyil. Bu, həm də türk fəlsəfəsi-
nin məkanını genişlənməsi, onda yeni araşdırma üfüqlərinin açılması ilə 
izah olunur. Hal-hazırda türk fəlsəfəsi dünya fəlsəfəsi kontekstinə qoşul-
maqdadır. Müxtəlif fəlsəfi cərəyan və məktəblərin müqayisəli təhlili əsasın-
da türk fəlsəfəsinin məzmunu və problemlərinə yenidən baxılır. Müasir türk 
filosofu isə artıq yalnız öz vətəninin tarixi və fəlsəfəsini öyrənməklə kifayət-
lənməyib geniş dünya fəlsəfəsi səhnəsinə çıxış etmişdir. Dünya fəlsəfəsinin 
məzmunu ilə zənginləşməklə onlar türk fəlsəfəsinin özünün də məzmununu 
zənginləşdirirlər. Sözü gedən cildə türkdilli ölkə tədqiqatçılarının, o cümlə-
dən M.Hayrullayevin (Özbəkistan), A.Narınbayevin (Qırğızıstan), K.Gürso-
yun (Türkiyə), M.Orınbəyovun (Qazaxstan) və A.Qasımcanovun (Qazax-
stan) türk fəlsəfəsinin müxtəlif problemlərinə  həsr olunmuş  əsərləri daxil 
edilmişdir.  
 “Müasir türk fəlsəfəsi”nin sonuncu bölməsi elmi-texniki tərəqqi, in-


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə