Afse a fəLSƏFƏ


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə7/74
tarix22.11.2017
ölçüsü5,05 Kb.
#11505
1   2   3   4   5   6   7   8   9   10   ...   74

Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1 
 
 
 
 
 
 
 
XVIII-XIX əsrlər  
fəlsəfə tarixində insan fenomeni 
(I məqalə) 
 
 
Könül Bünyadzadə
 
 
 
Giriş
 
Fəlsəfə tarixində insan problemi bu və ya digər dərəcədə mərkəzi yer-
lərdən birində dursa da, ona olan münasibət bilavasitə dövrün hakim ideolo-
giyası və aparıcı paradiqmalar tərəfindən müəyyənləşmişdir. Bəzən bu para-
diqmalar qısa müddətli olmuş, bəzən də özündən sonra uzun əsrlərin fəlsəfi 
düşüncəsinin gedişatını  təyin etmişdir. XVIII-XIX əsrlər də bu baxımdan 
xüsusi  əhəmiyyət kəsb edir. Hər  şeydən  əvvəl, məhz bu dövrdə  Qərb və 
Şərq yalnız coğrafi baxımdan deyil, təfəkkür baxımından da müəyyənləşmə-
yə başladı, yəni bu, qərbli və şərqlinin obrazının yaranması dövrüdür. Təbii 
ki, bunun daha açıq əlamətləri özünü ilk növbədə elmə, cəmiyyətə və insana 
münasibətdə göstərdi və  nəticə olaraq Şərq və  Qərb qütbləşməsi yarandı, 
təfəkkürlər fərqli – kəskin zidd olan istiqamətlər boyunca inkişafa başladı. 
Və bu gün eyni nöqtədən başlayıb getdikcə uzaqlaşan iki şüa arasındakı mə-
safə o dərəcədə artıb ki, hətta onların eyni kökdən qaynaqlanması belə təəc-
cüb doğurur. 
XVIII-XIX əsrlər bir çox əhəmiyyətli faktların, kəşflərin, cəsarətli ad-
dımların, bir sıra millətlərin özünüdərk əsri olduğundan bir çox sahənin təd-
qiqatçıları  tərəfindən geniş  və  hərtərəfli araşdırılmışdır. Təbii ki, fəlsəfə 
tarixində  də bu dövr diqqətdən kənarda qalmamışdır. Lakin biz bu dövrü 
əhəmiyyətli bir faktı  nəzərə almaqla tədqiq etməyi düşünürük: qədimdən 
 
- 20 -


Fəlsəfə tarixi 
 
 
- 21 -
bəri insan fenomenində sabit qalan xəttin dövrün tələbi ilə hansı istiqamətə 
döndüyünü. 
Onu da xüsusilə vurğulamaq lazımdır ki, Şərq bölgəsində keyfiyyət 
baxımından hər hansı  dəyişikliklərdən danışmaq mümkün deyil. Qərb böl-
gəsində, xüsusilə Avropa məkanında bir çox dəyişikliklər baş verirdi və istər 
sosial-siyasi həyatda, istərsə də təfəkkürdə və mənəviyyatda gedən bu pro-
seslər nəinki digər məkanlara da yayıldı, həm də onlara güclü təsir göstərə 
bildi. Məsələn, rus təfəkküründə baş vermiş  hər hansı bir oyanış haqqında 
yalnız XIX əsrin ortalarından başlayaraq danışmaq olar – Qərb mütəfəkkir-
lərinin güclü təsir dalğasından sonra. Təbii ki, aparıcı ideya azadlıq, azad 
ruh, azad təfəkkür idi. Bu isə  əsasən üsyankar və romantik ruhlu şairlərin 
(Bayron, Şelli və s.), yaxud filosofların (Şellinq) əks-sədası idi. Lakin böyük 
bir mədəniyyətə malik rus xalqının reaksiyası da birmənalı olmadı və qeyd 
olunan dövrdə (XIX əsrin 40-50-ci illərində) Rusiyada iki cərəyan yarandı: 
slavyanpərəstlər və  qərbçilər. Birincilər, A.S.Xomyakov, İ.V. Kireyevski, 
K.S.Aksakov, Y.F.Samarin kimi ədəbiyyatçılar və  şairlərin, V.İ.Dal, 
S.T.Aksakov, A.N.Ostrovski, A.A.Qriqoryev, F.İ.Tyütçev, N.M.Yazıkov ki-
mi yazıçıların simasında Rusiyanın öz daxili ictimai-siyasi şəraitindən çıxış 
edərək rus ruhunun inkişafının tərəfdarı idilər. Onların görüşlərində  həm 
təhrif olunmamış pravoslavlıq, həm də rus xalqının sahib olduğu müqəddəs-
lik, böyük səbir və quruculuq enerjisi bir vəhdət halında birləşirdi.  
Qərbçilər isə, P.Y.Çaadayev, İ.S.Turgenev, N.A.Nekrasov, C.M.So-
lovyov, İ.A.Qonçarov və s. kimi görkəmli yazıçıların, şairlərin, tənqidçilərin 
simasında Rusiyanın gələcək inkişafını Avropanın yolu ilə getməkdə – inqi-
labi çevrilişlərdə, narahat ruhların azadlıq uğrunda çarpışmalarında görürdü-
lər. Məsələn, teoloq, şair V.S.Solovyov (1853-1900) özünün “ümumvəhdət” 
ideyasında dini görüşləri Avropa fəlsəfəsi, xüsusi ilə Şellinqin fəlsəfəsi ilə 
sintezləşdirir.  
Qərbin artıq görünən müəyyən uğurları, düşüncənin hökmü ilə güclə-
nən mövqeyi Rusiyada da məhz bu istiqamətin tərəfdarlarının üstünlük qa-
zanmasında əhəmiyyətli rol oynadı.  
İslam Şərqində də fəlsəfi təfəkkürdə gedən ziddiyyətli proseslər Avro-
panın təsiri ilə daha da mürəkkəbləşdi. Bir tərəfdən burada gedən mədəni-


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1 
 
 
 
- 22 -
mənəvi şərait Avropadakına bənzəyirdi: bir dinin təməlləri üzərində var olan 
müxtəlif xalqlar. Lakin arada əhəmiyyətli fərqlər var idi. Hər şeydən əvvəl 
islam xristianlıqdan fərqli olaraq təfəkkürləri (!) idarə edən, elmə düşmən 
kəsilən tiran və ikvizitor imici qazanmamışdı. Düzdür, tarixə nəzər Salınar-
sa, bir sıra mütəfəkkirlərin qətlinin şahidi ola bilərik. Lakin bunların səbəbi 
siyasi müstəvidə olduğundan, bunu bilavasitə din və elm arasındakı qarşı-
durma, dinin insanların azadlığını  məhdudlaşdırması kimi yozmaq yanlış 
olardı. Məhz bu səbəbdən, Avropa və  İslam  Şərqində ilk baxışda mənzərə 
eyni görünsə  də, gedən proseslər də, onların gətirdiyi nəticələr də  fərqli, 
hətta daban-dabana zidd idi.  
Bəzi fəlsəfə tarixçilərinin bildirdiyinə görə, XVIII-XIX əsrlər  İslam 
dünyasının ikinci geriləməsi, böhranı dövrüdür (7, s. 209-227). C.A.Kadir 
yazır: “Müsəlmanlar hələ  də keçmişdəki nailiyyətlər ilə qürurlandıqları 
vaxtlarda Qərbin elm və texnologiyanın irəli getməsi ilə əldə etdiyi yeni si-
lahlara laqeyd qaldılar. Nəticə qorxulu bir fəlakət oldu. Digər millətlər mo-
dern axtarışlar ruhu ilə doldular və inkişaf etdilər, müsəlmanlar isə enerjilə-
rini dini və metafizik yönlü faydasız mübahisələrə boş yerə xərclədilər” (7, 
s. 219). Həqiqətən də, islam təfəkküründə artıq XIV-XV əsrlərdə başlanmış 
parçalanmalar,  əsas mahiyyətdən uzaqlaşmalar müşahidə edilirdi, alimlər 
yeni elmi nailiyyətlərdənsə, dini kitablara, görkəmli mütəfəkkirlərin, şairlə-
rin əsərlərinə yeni təfsirlər, şərhlər yazmağa üstünlük verirdilər. Bunun nəti-
cəsi idi ki, uzun əsrlərin böhranından oyanmış və istər insan və dövlət, istər 
insan və din, istərsə də insan və cəmiyyət mövzularında düşünüb yeni ideya-
lar irəli sürən, bunların uğrunda mübarizə aparan Avropanın yanında geridə 
qalmaqda idi. Düzdür, buna kontrarqument kimi islam dünyasının daha çox 
insanların mənəviyyatının qayğısına qalmasını göstərmək olar. Lakin nəzərə 
alınsa ki, Avropa sürətlə dəyişirdi və bu dəyişikliklərin miqyası get-gedə da-
ha böyük coğrafi məkanlara yayılmaqda idi, onda yeni şəraitə, yeni şərtlərə 
uyğunlaşdırılmayan mənəviyyatın kimə lazım olması sualı da yaranır.  
Bununla yanaşı, burada maraqlı bir hal müşahidə edilir: Avropa yeni-
ləşdikcə  İslam  Şərqi daha çox keçmişinə qayıtdı. Bunu bir çox səbəblərlə 
izah edirlər. Hətta bu işdə rasional fəlsəfənin aktivləşməsinə, materializmin 
gen-bol qanad açmasına maneçilik kimi təsəvvüfü də görürlər (7, s. 221). 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə