Afse a fəLSƏFƏ



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə8/74
tarix22.11.2017
ölçüsü5,05 Kb.
#11505
1   ...   4   5   6   7   8   9   10   11   ...   74

Fəlsəfə tarixi 
 
 
- 23 -
Lakin  İslam  Şərqində gedən prosesləri bir tam halında nəzərdən keçirsək
burada bir deyil, bir neçə amilin rolunu görərik.  
Digər tərəfdən, Qərbdə gedən ictimai-siyasi proseslər gündən-günə 
böyüyən daha böyük bir təhlükə idi və islam bunu görməkdə, dərk etməkdə, 
qarşısını almaqda göstərdiyi etinasızlıq yavaş-yavaş acizliyə çevrilməkdə 
idi. İstər torpaqlarını itirməkləri, var-dövlətlərinin yağmalanması, insanları-
nın ucuz işçi qüvvəsi kimi istifadəsi – bunların heç biri islam təfəkkürünü 
oyada bilmədi. Yalnız bir fakt – güvəndikləri yeganə qüvvəyə, xəzinələrinə 
– dinlərinə təcavüzü hiss edəndə islam dünyası hərəkətə gəldi: “Müsəlman-
lar sadəcə siyasi hürriyyətlərinin təhlükədə olmayıb qurumlarının, mədəniy-
yətlərinin və  hətta həyatlarının məhək daşı olan dinlərinin də  hədələnməsi 
qarşılığında bütünlüklə əndişə və qorxuya qapıldılar” (2, s. 279). Qərb təfək-
kürünün formalaşması ilə bu siyasi, hərbi müdaxiləyə bir də intellektual hü-
cum əlavə olundu. Həqiqətən də, Avropanın, daha dəqiq desək, artıq Qərbin 
bu siyasi, ən əsası isə intellektual təcavüzü birbaşa, kobud şəkildə nadir hal-
da olurdu. Üstünlük mahiyyəti, təfəkkürü, dünyagörüşünü kökündən dəyiş-
dirən üsullara verilirdi: Qərb dillərində  məktəblər açılır, qərbyönümlü 
maarifçilik işlərinin miqyası genişləndirilir və bu, ümumiyyətlə  Şərqə  ən 
işıqlı və tərəqqipərvər bir yol kimi təqdim edilirdi.  
Təbii ki, bu problemləri islam dünyasının ayrı-ayrı mütəfəkkirləri dərk 
edirdilər və “bu insafsız siyasətə” cavab olaraq müsəlman dünyası “nəhayət 
ki, silkinib bir yanda torpaqlarının Qərb imperializminin yağmalanmasına 
qarşı müdafiə, digər yanda isə inanclarını xristian missionerlərinin hücumla-
rından qorunma istiqamətində coşduran bir hərəkətlə zirvəyə qalxdı” (2, s. 
280). Paradoksal haldır ki, bəzi tədqiqatçılar bu dövrü İslam aləminin dur-
ğunluq, digərləri isə ayrı-ayrı filosofların varlığından, onların görüşlərindən, 
apardıqları geniş fəaliyyətdən çıxış edərək onu həm də həmin islam dövlət-
lərinin yeni renessans dövrü adlandırırlar (Geniş bax: 9, s. 241-345). Məsə-
lən, XVIII əsrdə yaşayıb-yaratmış  Məhəmməd b. Əbdülvahhabın (1700-
1787) yaradıcılığı  və başlanğıcını onun ideyalarından götürmüş  vəhhabilik 
cərəyanı  Ərəbistanın, Yəmənin,  İraqın, Suriyanın və Livanın, Seyid Mə-
həmməd b. Əli əs-Sənusinin (1787-1837) “şəriətə bağlı olan üləma və sufi-
lərin metodunu” sintezləşdirən və həm Qəzalinin, həm də İbn Teymiyyənin 


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1 
 
 
 
- 24 -
görüşlərini birləşdirən ideyalarının ifadəsi olan sənusiyyə hərəkatını, İslam 
həqiqətlərini yalnız islam ölkələrində deyil, Qərbdə  də yayan Cəmaləddin 
Əfqaninin (1835-1891) əks-sədası günümüzə qədər çatan maarifçilik işlərini 
Şimali Afrikanın renessansı, Molla Hadi Səbzəvarinin (1797-1872) Molla 
Sədra fəlsəfəsinin  şərhini ehtiva edən yaradıcılığını  İran renessansı, yaxud 
görkəmli mütəfəkkir Məhəmməd İqbalın sələfi olmuş Şah Vəliyullah Dəhlə-
vinin (1703-1763) “İslam təsəvvüfü və fiqhinin ünsürlərini araşdırıb təhlil 
etmiş və onları müsəlman cəmiyyətinə son dərəcə yararlı olacaq bir biçimdə 
yeni təqdimatını” (8, s. 364) və Seyid Əhməd Xanın (1817-1898) islahatları 
Hind-Pakistan yarımadasının renessansı və s. adlandırırlar. Böyük planda bu 
mütəfəkkirlərdən hər biri ümumiyyətlə islam dünyasında əhəmiyyətli hesab 
ediləcək addımlar atmışdırlar, ideyaları müəyyən proseslərin başlanmasına 
səbəb olmuşdurlar.  Əbu Turxanın qeyd etdiyi kimi, “çökən bir millət 
uçurumun tam dibinə çatmalıdır ki, qalxmaq üçün təkan vura bilsin”. Demə-
li, bir baxımdan, XIX əsrin sonları islam ölkələrinin həm tam çökməsinin, 
həm də yenidən oyanışının  şahidi ola bilər. Lakin digər tərəfdən,  ənənəvi 
ideyaların yenidən şərhi və təqdimi, yaxud maarifçilik niyyətlərinin bir şəx-
sin simasında parlayıb yenidən tənəzzülə uğraması, yaxud vəhhabilik hərə-
katında olduğu kimi, ideyaların yayılmasında güc tətbiq edilirsə, bunun nə 
dərəcədə renessans olub-olmaması mübahisəli məsələdir və bunu tədqiqatçı-
lara həvalə edirik. 
Bundan  əlavə, bu böyük mütəfəkkirlərin fəlsəfi görüşlərini məhz bi-
zim tədqiqat obyektimiz kontekstində araşdırmağı məqsədəuyğun hesab et-
mirik.  
Əvvəla, bu şəxsiyyətlərdən hər biri ənənəvi prinsiplərin yenidən can-
landırılmasının tərəfdarıdır. Bu, vəhhabilikdə olduğu kimi, fiqh və sünnələr, 
Sənusudə  və  Dəhləvidə olduğu kimi təsəvvüf, Səbzəvaridə olduğu kimi 
Molla Sədra fəlsəfəsi idi. Bu, təməl üzərində yeni bir binanın qurulmasından 
daha çox, təməlin yeni şərhləri, interpretasiyaları idi. Hər nə qədər ayrı-ayrı 
dövlətlərin ərazisindəki renessansdan – yenidən doğuluşdan, oyanışdan söz 
getsə də, təqdim olunan fəlsəfələr təfəkkürün şaquli istiqamətdə deyil, üfüqi 
istiqamətdə inkişafının nəticəsi idi. Bu səbəbdən XVIII-XIX əsrlərin insanı 
X-XII  əsrlərin insanından prinsipial olaraq fərqlənmirdi, kamillik anlayışı-


Fəlsəfə tarixi 
 
 
- 25 -
nın meyarları dəyişməmişdi, dünyada gedən proseslər sanki müsəlmanın ba-
şı üzərindən keçib gedirdi. Bunu bir tərəfdən, yuxarıda da qeyd etdiyimiz ki-
mi, haqlı olaraq islami prinsiplərin sabitliyi və mükəmməlliyi ilə izah etmək 
mümkündür. Digər tərəfdən, yenə  də haqlı olaraq islam dünyasına sürətlə 
dəyişən Qərb dünyası yanında bir “geridəqalmış”, cahil imici qazandırırdı.  
Bununla yanaşı, həmin dövrdə Qərb missionerləri kifayət qədər aktiv 
idilər və “geriqalmış” Şərqi öz “işıqlı” ideyaları ilə maarifləndirirdilər, təbii 
ki, köhnə  əsrlərdən qalma meyarlar yanında bu yeniliklər çox cazibəli 
görünür və istər-istəməz onları qəbul və tətbiq edirdilər: dövlət quruluşunda, 
təhsildə, mədəniyyətdə, əxlaqda və s. Əslində, yuxarıda adlarını çəkdiyimiz 
mütəfəkkirlərin fəaliyyətinin bir məqsədi də  məhz bu axının, aşılanmanın 
qarşısını almaq idi. Daha əsası isə, İslam Şərqində gedən bu proseslər sadə-
cə İslamın çökməməsi, məlum hikmətlərin unudulmaması üçün əhəmiyyətli 
addımlar idi. 
Bütün bu deyilənlərdən belə bir qənaətə  gəlmək olur ki, XVIII-XIX 
əsrin insanını istər Qərbdə, istərsə  də bütün Şərqdə tanımaq üçün ilk 
növbədə Qərb insanını tanımaq lazımdır.  
 
XVIII əsr – Şərq təfəkküründən Qərb təfəkkürünə keçid dövrü 
kimi 
XVIII-XIX əsrlər Qərb fəlsəfə tarixində bir sıra xüsusiyyətlərinə görə 
ayrıca bir dövr kimi ayrılır. Əvvəla, bu dövr Renessansdan sonra gələn və 
müəyyən mənada həmin mərhələnin düşüncələrdə yaratdığı dəyişikliklərin, 
yaxud yeni rüşeymlərin boy atdığı bir dövrdür. Daha dəqiq desək, Renes-
sans dövründə başlanmış oyanışın, çevrilişlərin müəyyən mənada davamı 
idi. Yəni nəticədir. Təsadüfi deyil ki, XVII əsr tarixdə bəzən “dahilər dövrü” 
adlandırılır və sonrakı əsrlər bir növ bu ideyaların inkişaf etdirilməsi ilə xa-
rakterizə olunur. Başqa sözlə desək, Renessans dövründə oyanmış və müəy-
yən dərəcədə artıq “boy atmış” ideyalar” bu dövrdə sistemləşmiş, daha yük-
sək səviyyəyə qalxa bilmişdir.  
Qeyd etdiyimiz kimi, XVIII-XIX əsrlərdə Avropada ön planda duran 
ideyaların kökü Renessans dövrünə gedib çıxır. Bu baxımdan, biz öz təhlil-


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə