Ağ ciyər rentgenogrammasında patologiya aşkarlanmamışdir



Yüklə 15.98 Kb.
tarix05.03.2018
ölçüsü15.98 Kb.
: snsk -> file
file -> Əczaçılıq (ali)
file -> Narkalogiya
file -> Məsələ №1. Xəstə 21 yaşında kişi. Anamnez vitae
file -> Suallar: Diaqnostika taktikası: Ən optimal diaqnostik və ya əlavə müayinə metodu hansıdır?
file -> Nevrologiya Məsələ №
file -> Psixiatriya ixtisası üzrə 230 yeni test tapşırığı
file -> Psixiatriya ixtisası üzrə 230 yeni test tapşırığı 14. 12. 12-ci IL tarixində əlavə olunub

Məsələ 1.

Xəstə V., 52 yaşında, klinikaya aşağı ətraflarda ödemlər ilə əlaqədar daxil olmuşdur. Başqa şikayətləri yoxdur. Son 3 il müddətində həkimə müraciyyət etməmişdir və əvvəllər xəstə olmamışdır. Toksiki maddələrlə kontaktı inkar edir. Dediyinə görə əvvəl ödemlər səhər saatlarında topuq nahiyyəsində müşahidə olmuşdur, sonralar artmış və daimi xarakter daşıyır. Hal hazırda müayinədə ödemlər baldırların orta hissəsinə qədərdir. Ağ ciyərlərdə vezikulyar tənəffüs eşidilir, xırıltılar yoxdur. Ürək tonları karlaşıb, ritm düzdür, auskultasiyada küy eşidilmir, nəbz 1dəq.84 vurur, A/T 165/100 mm.c.süt. Perkussiyada qarının yan tərəflərində perkutor səs kütləşib, hansı kı, xəstə böyrü üstə çevrildikdə keçir. Qaraciyər və dalaq əllənmir.

Qanın kliniki analizində - EÇS - 35mm/s. Qanın biokimyavi analizində: sidik cövhəri 7,2 mmol/l, kreatinin 95mmol/l, elektrolitlər norma, albumin 28 q/l, ümumi zülal 62 q/l, xolesterin 6,2 mmol/l, şəkər 5,0 mmol/l, zərdabda komplement norma.

Sidiyin ümumi analizi: xüsusi çəki 1030, epitel yoxdur, zülal 5,2 q/l, eritrosit g/s 1, leykosit g/s 2, silindr, şəkər, ketonlar yoxdur. Sutkalıq sidikdə zülal 9,2 qr. Sidikdə zülalların elektroforezində əsas tərkibi albumindir.

Ağ ciyər rentgenogrammasında patologiya aşkarlanmamışdir.

Qarın boşluğu üzvlərinin USM-də qarın boşluğunda az miqdarda sərbəst maye aşkarlanıb, böyrəklərin ölçüləri adi, patoloji dəyişiklik yoxdur.


Suallar:

1. Diaqnostika taktikası: ən optimal diaqnostik və ya əlavə müayinə metodu hansıdır?

2. Klinik diaqnoz nədir?

3. Müalicə taktikası: ən optimal müalicə taktikasını qeyd edin.


Ədəbiyyat: "Nefrologiya",M.M.Ağayev ,Bakı 2007

Məsələ №2.

Xəstə 9 yaşında, xəstələndiyinin üçünçü günü klinikaya aşağıdakı şikayətlərlə daxil olmuşdur: baş ağrıları, sifətində, baldırlarına qədər şiş, “ət suyu” rəngində sidik ifrazı. Uşaq birinci hamiləlikdəndir. Hamiləliyin birinci yarısı toksikozla və vaxtından əvvəl doğuşla başa çatmışdır. Uşağın anadan olduqda çəkisi 3150qr., uzunluğu 50 sm. Uşaq 5 yaşından xroniki tonzillit, tez-tez baş verən kəskin respirator virus infeksiyası diaqnozu ilə dispanser nəzarətindədir. Genialoji anamnez patologiyasızdır.

Hazırki xəstəlik keçirdiyi anginadan 2 həftə sonra baş vermişdir.

Daxil olarkən ümumi vəziyyəti orta ağırdır. Dərisi və görünən selikli qişaları təmiz, adi rəngdədir. Sifətində şiş, baldırlarda və topuqlarda pastozluq vardır. Əsnəyi kəskin hiperemiyalıdır, badamcıqlar 2-3 dərəcə böyümüş, ərpsizdir. Ürək-ağciyər faliyyəti kafidir. A/T - 130/85 mm.c.süt. Nəbz -102 /dəq. Qarnı yumşaqdır, palpasiyada ağrısızdır. Qaraciyəri qabırğa altı qövsdədir. Böyrəklər əllənmir, döyəcləmə simptomu hər iki tərəfdən mənfidir. Sutkalıq diurez 300-400 ml, sidik qırmızı rəngdədir.



Müayinələr. Qanın ümumi analizi: Hb-125q/l, eritrositlər-4,3x1012/l, leykositlər-12,3x109/l, çubuqnüv.-5%, seqmentn.-60%, eozinofillər-5%, limfositlər-24%, monositlər-6%, EÇS-20 mm/s.

Sidiyin ümumi analizi: miqdarı-70,0 ml, rəngi-qırmızı, şəffaflığı-natamam, mühiti-qələvi, xüsusi çəki-1023, epitel-1-2 g/s, eritrositlər-dəyişilmiş g/s örtür, leykositlər-2-3g/s, silindrlər - dənəli 3-4g/s, zülal -0,99q/l.

Qanın biokimyəvi analizi: ümumi zülal-65q/l, albumin-53%, qlobulinlər-47%, sidik cövhəri-7,5 mmol/l, kreatinin- 78 mmol/l, kalium-5,21mmol/l, xolesterin-6,0mmol/l.

Qarın boşluğu üzvlərinin USM-si: qaraciyər, dalaq, öd kisəsi, mədəaltı vəz patologiyasızdır. Böyrəklər-yerləşməsi adi, ölçüləri böyüməyib, parenxima dəyişməyib. KLS-mi dəyişiksizdir.



Suallar:

1. Diaqnostika taktikası: ən optimal diaqnostik və ya əlavə müayinə metodu hansıdır?

2. Klinik diaqnoz nədir?

3. Müalicə taktikası: ən optimal müalicə taktikasını qeyd edin.


Ədəbiyyat: "Nefrologiya",M.M.Ağayev ,Bakı 2007
Məsələ №3.

Xəstə C.,43 yaşında, şikayətləri ümumi zəiflik, ürək bulanma, periodik olaraq baş ağrılarındandır. Xəstənin ambulator kartasında sidiyin ümumi analizində proteinuriya qeyd olunmuşdur. Baxış zamanı sifəti pastozdur, dəri örtükləri avazımışdır, qurudur. A/T -170/110 mm c.süt., ürək tonları ritmikdir, aorta üzərində II tonun aksenti eşidilir. Ağ ciyərlərində patologiya yoxdur. Qarnı yumşaqdır, palpasiya zamanı ağrısızdır, döyəcləmə simptomu hər iki tərəfdən mənfidir. Böyrəklər əllənmir.

Qanın ümumi analizində: eritr.-3,0x1012/l, Hb-100q/l, r. g.-0,9, leykositlər-7,8x10⁹/l, l eykoformula dəyişiksizdir, EÇS-35mm/s.

Sidiyin ümumi analizi: xüsusi çəki-1002, zülal-1,0q/l, leykositlər-4-5 g/s, eritrositlər-5-8g/s, silindr: hialin -4-5g/s, dənəli - 5-6g/s. Qanın biokimyəvi analizi: ümumi zülal – 60 q/l, albumun – 28 q/l, kreatinin – 370 mkmol/l, sidik cövhəri – 15 mmol/l, sidik turşusu – 470 mmol/l, K - 5,6 mmol/l, Na – 135 mmol/l, Ca - 2,0 mmol/l.

Böyrəklərin USM-si: tipik yerləşmislər, ölçüləri - sağ böyrək- 9,8x4,0x3,4sm, parenxima nazikləşib 1,3 sm, beyin və qabıq maddənin differrensiasiyası pozulub. KLS - dəyişiksizdir. Nefroskleroz əlamətləri vardır. Sol böyrək - 9,4x3,8x3,6sm, parenxima - 1,2 sm. KLS - genişlənməyib. Nefroskleroz əlamətləri.

Suallar:

1. Diaqnostika taktikası: ən optimal diaqnostik müayinə metodu hansıdır?

2. Klinik diaqnoz nədir?

3. Müalicə taktikası: ən optimal müalicə taktikasını qeyd edin.


Ədəbiyyat: "Nefrologiya", M.M.Ağayev, Bakı, 2007.

Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə