Ağa Musa Nağıyev haqqında əlavə məlumatlar



Yüklə 257,86 Kb.
Pdf görüntüsü
səhifə10/59
tarix24.12.2017
ölçüsü257,86 Kb.
#17837
1   ...   6   7   8   9   10   11   12   13   ...   59

 
35 
AЬA MUSA, YAШIN MЦBARЯK! 
 
 
Xalqını, elini sevdi Musa bəy
Tikdirdi saraylar, etdi xeyli səy. 
Möhtəşəm binalar oldu yaraşıq, 
Gözəl Bakımıza zinət, həm işıq! 
                                                  
 
                                         Oğlu İsmayılın adını anıb,  
                                         İmarət ucaltdı, oduna yanıb. 
                                        «İstiqlal» küçəsi, oduna yanıb, 
                                        Alim – akademik burda dərs alıb! 
 
 
Dostun Zeynalabdin və bir də Sənə
Kapitalist damğası vurdular hələ. 
Musa bəy, yaxşılıq getməz heç zaman, 
Dəyişsə əsrlər, qısalsa zaman! 
                                                    
 
                                         Abidə ucaltdın əməllərinlə, 
                                         Əbədi yaşadın bu könüllərdə. 
                                         Qohumların, elin mübarək deyə
                                        Yüz əlli yaşına yığışdı belə! 
 
 
Doğma Biləcəri, doğulan yurddan, 
Minayə ruhuna dualar deyər
Uyu, uyu torpağında, rahat yat, rahat, 
Qoy cənnət, behiştə dönsün o həyat!                    
 
                                 Şairə - Minayə ġirvanlı 
  


 
36 
QЯNAЯTLЯ YAШA,  
PADШAH  OLARSAN
 
 
A
zərbaycan  xalqının  xoşbəxtliyi  ondadır  ki,  xalqının  səxa-
vətli, böyük xeyriyyəçi oğulları olub!  
Tarix  bizə  bu  dədə-babalarımızın  qədir  qiymətini  bilməyi, 
kimliyimizə özgələşməyin nə demək olduğunu öyrətdi.  
Doğum və ölüm arasındakı məsafədə hərə öz həyat trayekto-
riyasını  cızır.  Dünyaya  göz  açdığımız  kimi,  bir  gün  də 
gözlərimizi  yumub,  ona  əlvida  deyirik.  Ancaq  hər  şey  bununla 
bitmir. Çünki axirət evinin qapısına hərə bir cürə üz tutur. İnsan 
var  ki,  dünyaya  gəldiyi  kimi  pak  və  təmiz,  günahsız    köçür  bu 
dünyadan.  İllər  boyu  belə  insana  rəhmət  oxunur,  gördüyü  işlər 
minnətdarlıqla xatırlanır.  
Bakı milyonçusu, xeyriyyəçi Ağa Musa Nağıyev belə insan-
lardan olub. Ömrü boyu xeyirxahlığa, insanlığa can atıb.  
Bu  mənada  onun  dəyərini  heç  nə  və  heç  kim  ilə  müqayisə 
etmək mümkün deyil. 
Ağa Musa Nağıyev  özü olub!  
“Qənaətlə yaşa, padşah olarsan”! Təəssüf ki, bu ərəb məsə-
lini  unudan  müasirlər  Ağa  Musa  Nağıyevin  təsərrüfatçılıq  iste-
dadını düzgün və layiqincə qiymətləndirə bilməyib, bunu xəsis-
lik adlandırmışlar. 
Amma Ağa Musa Nağıyevin mesenatlıq fəaliyyəti başqa söz 
deyir. Onun tikdirdiyi binalar bu gün Müstəqil Azərbaycan Res-
publikasına və onun azad xalqına minnətsiz, təmənnasız xidmət 
edir. 


 
37 
Pulunun qədrini bilən Ağa Musa Nağıyev onu havaya sovur-
mayıb.  
“Pul  qazanmaq  igidlik,  onu  saxlaya  bilmək  müdriklik
yerində  xərcləmək  isə  istedad  tələb  edir”.  Bu  zərb  misalı  onun 
bütün varlığında cəmlənmişdi. 
Gözünün  ağı-qarası  hesab  etdiyi  İsmayıl  sarıdan  ürəyində 
dərinləşmiş yaraya məlhəm qoyan və o yaranın qaysaqlanmasını 
tezləşdirən oğlu – vərəsəsi Fərəc Nağıyev xalqa xidmət yolunun 
– başqa bir məcazda ləyaqətli davamçısı oldu.  
“Ot kökü üstə bitər” – deyiblər. Onların hər ikisinin barəsidə 
nə  qədər  xoş  sözlər  deyilsə,  savab  hesab  olar.  İnsana  ehtiram 
əlaməti sayılar.  


 
38 
HAMBAL VЯ MİLYONЧU 
 
Ġ
mkansız  ailədə  dünyaya  göz  açan  Musa  11  yaşından  zəh-
mətə  qatlaşıb  hamballıq  edib,  ailəsinə  kömək  edir.  Ağırlığı  bir 
pud (16 kq) olan hambal palanına bir o qədər də çəkidə yük yük-
ləyib,  ona-buna  xidmət  edən  Musa,  elə  bil  qarşısında  açılacaq 
səadət qapılarını əvvəlcədən görürdü.  
O,  inanırdı  ki,  ağır  zəhməti  hədər  getməyəcək.  Əlinin  qa-
barı,  ayaqlarının  döyənəkləri  hesabına  qazandığı  pulu  qəpik-
qəpik  toplayaraq  kiçik  bir  torpaq  sahəsi  alır.  Hələ  o  zaman  ağ-
lına da gətirməzdi ki, kiçik  torpaq sahəsində qazdırdığı quyudan 
su əvəzinə neft fontan vuracaq və bu neft bir müddət sonra onu 
Bakının  ən  iri    maqnatlarından  birinə  çevirəcək.  Tale  onunla 
zarafat etmədi. Doğrudan da onun üzünə bəxt qapılarını açdı. 
Vaxtı  ilə  nefti  vedrə-vedrə  satan  Musa,  sonradan  30  min 
işçini,  saysız-hesabsız  var-dövləti  idarə  etməklə  savadın  əsas 
şərt  olmadığını  təsdiqləyir.  İşgüzarlıq,  məsuliyyət  və  istedad 
sayəsində həyat məktəbini bacarıqla başa vuran Musa, bu gün də 
başqaları üçün örnəkdir.  
Bəlkə  də  müasir  dövrdə  Avropa  ölkələrində  savad  alanlar 
düşünürlər ki, bu təhsil onları da Ağa Musa edə bilər.  
Musanın sanki piano çalan, daxili intellektindən xəbər verən 
nazik uzun barmaqları onun keçmişindən soraq vermirdi.  Onun 
foto  şəkilləri  daxilən  intellektual  bir  insan  olduğunu  xatırladır, 
mənəvi zənginliyindən xəbər verirdi.  
Bisavad  olmasına  baxmayaraq,  onun  sahibkarlıq  fəaliyyəti  
bütövlükdə bir məktəb idi. 
Ağa Musa Nağıyevin xasiyyəti də fərqli olub. Pulunun qəd-
rini  bilib,  göyə  sovurmayıb,  yeri  gələndə  isə  əsirgəmədən 
xərcləyib. 
Mədənlərindən  birində  fəhlələrin  nahar  fasiləsində  yararsız 
taxtalardan  tonqal  qalayıb,  ocağın  istisinə  yığışdıqlarını  görən 
Ağa  Musa,  onlardan  birinin  eşdiyi  papirosunu  (hazır  siqaret 
kasıblar üçün əl çatmaz olub) kibritlə yandırdığının şahidi olur. 


Yüklə 257,86 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə