Ağa Musa Nağıyev haqqında əlavə məlumatlar



Yüklə 257,86 Kb.
Pdf görüntüsü
səhifə11/59
tarix24.12.2017
ölçüsü257,86 Kb.
#17837
1   ...   7   8   9   10   11   12   13   14   ...   59

 
39 
Kənardan izlədiyi bu mənzərə onun xoşuna gəlmir. “Günahkarı” 
yanına  çağırıb,  işdən  azad  olduğunu  bildirəndə,  fəhlənin  ona 
verdiyi: “Günahım nədir Ağa?” sualına belə cavab alır: “Qarşın-
dakı  ocağı  qoyub,  kibritdən  istifadə  edən  bir  kəs,  mənim  malı-
mın qədrini heç bilməz”. 
Fəhlənin  işdən  qovulduğunu  pis  qələmə  verənlər  bunu  Ağa 
Musanın  xəsisliyinə  yozublar.  Yüksək  daxili  intellektə  malik 
olan  bu  milyonçunun  israfçılığı  sevməyib,  qənaətçil  olduğunu 
duyan olmayıb. Ağa Musa Nağıyev bu günün sahibkarları üçün 
bir örnəkdir.  
Ona düzgün qiymət verilməyin vaxtı çoxdan yetişib.           
Ramanadakı  neft  mədənlərinin  xidmət  üsulunu  yaxşılaşdır-
maq məqsədilə ilk dəfə məhz Ağa Musa Nağıyev “Dəzgahların 
təmir  emalatxanası”nı  yaradır.  Neft  istehsalı  artdıqca,  yeni  iş 
yerləri yaranırdı. Bu özü özlüyündə bir inkişaf idi. 
Bibiheybət  mədənlərində  biri-birinin  ardınca  fontan  vuran 
neft quyuları onun milyonçu olmasına səbəb olur. 
Bakının iri mülk sahibkarlarından birincisi sayılan Ağa Mu-
sanın başqalarından fərqi - köhnə Bakının memarlıq simasına ən 
çox töhfə verməsi olmuşdur. 
Əvəzedilməz uşaqlıq illərinin şirinliyini hiss etmədən boya-
başa çatan Ağa Musanın çəkdiyi əzab və əziyyəti Tanrı tərəfin-
dən qiymətləndiriləndə, ağlına gəlməzdi ki, belə məşhurluq son-
radan başına bəlalar gətirəcək... 
 
      
 
 
 
                                   


 
40 
YЦZDЯN İKİ ЯSKİK 
 
 
Ya rəbb, nə zaman bəs verilər insana qiymət? 
Qiymət dediyin ölçüyə gəlməz, bu həqiqət. 
 
Göstərdi səxa aləmə car oldu, nə fayda, 
Yox faydası gər, yoxsa cahan içrə ədalət. 
 
Torpaqdan olan sərvəti qaytardı dübarə, 
Yüzdən iki əskik tikilən qaldı imarət. 
 
Bərbad eləyəndir bu fələk, çox da güvənmə
Qəm çəkməyi Allah bizə göndərmiş əmanət. 
 
Kim tapdalasa, özgəsinin həqqini hərgah, 
Şəksiz çəkəcək haqqın önündə o xəcalət. 
 
 
On bir vətən oğlundan əzəl sən yada düşdün
Aslan kimi bir pəncələşən var buna əbət. 
 
Munis əlini çəkdi qara mərmərin üstə, 
Bir gün “Həcəri”eyləyə Allah ona qismət. 
 
 
Gülarə Munis,   
Şair-publisist 
 
 
                
 
 
          


 
41 
AZЯRBAYCAN  SЯNAYESİNDЯ  
MİLLİ BURJUAZİYA 
 
 
A
zərbaycanda neftin inkişafına həsr etdiyi kitabını mənə hə-
diyyə edən müəllif – İqtisad Universitetinin dosenti Zoya xanım 
Nuriyeva belə bir dərkənar qoyub:  
“Bu kiçik kitabçada öz əksini tapmış, haqqında qalaq-qalaq 
kitablar yazılmağa layiq olan, həyatını, əməyini Vətəninin – mil-
lətinin  gələcəyinə  fəda  edən,  lakin  hələ  layiqli  qiymətini  alma-
yan Azərbaycanın görkəmli - tanınmış xeyriyyəçi oğlu Ağa Musa 
Nağıyevin nəvəsi -Dilarə xanıma kiçik xatirə”.  
Belə yazılara rast gəldikcə, düşünürəm... İnsan anadan olan-
dan,  beşik  başından  axirət  dünyasının  astanasınadək  bir  ömür 
hekayəti  yaşayır.  Dünya  isə  yarandığından  təzadlar  üstündə  qə-
rar  tutub.  O,  sevinci,  toyu,  kədəri,  qəm  yükü  ilə  bərabər  dö-
zülməz dərdləri də yaşamağı öyrədir. 
Bütün  bunların  hamısı  insan  dünyaya  gəldiyi  gün  qismətinə 
yazılan tale payıdır. Amma bu qismət payını pozan da, onu əksinə 
çevirib  məhvə  sürükləyən  də  insan  özü  olur.  Elə  də  olur  ki,  xe-
yirxah əməlləri ilə insan ölməzliyə vəsiqə alır. Belələrindən olub  
-  babam  Ağa  Musa  Nağıyev.  O,  millətin,  xalqın  mənəvi  inkişafı 
üçün varlığından keçən insan olub. Bu yolda çalışdığım odur ki, 
xalqın  qəlbində  Ağa  Musa  Nağıyev  sevgisini  yaşadım.  Çünki  
Ağa Musa Nağıyev inanırdı ki, min təlatümlər olsa da, nə qədər 
küləklər əssə də, qədir bilən xalqı onun layiqli qiymətini verəcək. 
Deyilənlərə  görə  əməllərimlə  onu  yenidən  yaşatdım.  Bu 
mühüm    işi  yerinə  yetirmək  isə  mənim  alın  yazım,  tale  payım 
oldu! 
İnanıram  ki,  Ağa  Musa  hər  zaman  yaşayacaq,  çünki  mən 
axırıncı deyiləm!  Axarıncıyam! 
 
Mən  nələr çəkmişəm ömrün yolunda


 
42 
Qollarım beşik olsun, gəl, uzan qollarımda! 
 
 
AĞA  MUSA! 
 
Məzarı didərgin, ruhu didərgin, 
Addan başqa varı, yoxu didərgin. 
Yığdığı dövlətin çoxu didərgin, 
Dərdi ağır, neft kralı Ağa Musa. 
 
Sənə simic deyir, səndən xəbərsiz,       
İncidir ruhunu gendən, xəbərsiz. 
Biz bir yol gedirik öndən xəbərsiz. 
Kaş biləsən, neft kralı Ağa Musa.   
 
Axirət istərdin Kərbəlada sən, 
Kərbəla zülmünü gördün burda sən. 
Düz dörd dəfə şəhid oldun yurdda sən 
Səhib kişi, neft kralı Ağa Musa. 
 
Binalar tikdirdin, bitcisi çatmır, 
Yüzə çatmaq üçün ikisi çatmır. 
Nəvən Dilarənin yetkisi çatmır, 
Gəl, hardasan neft kralı Ağa Musa?! 
 
                                           
Nizami Muradoğlu, 
 şair   
                                                                         
 


Yüklə 257,86 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə