Ağa Musa Nağıyev haqqında əlavə məlumatlar



Yüklə 257,86 Kb.
Pdf görüntüsü
səhifə14/59
tarix24.12.2017
ölçüsü257,86 Kb.
#17837
1   ...   10   11   12   13   14   15   16   17   ...   59

 
50 
1920-ci  ildən  etibarən  xəstəxanaya  Rusiyada  ilk  Səhiyyə 
Naziri  olmuş  Semaşkonun adı verilir. 
Xəstəxanaların tikinti materiallarında antibakterial material-
lardan - gümüş tozundan, xüsusi kafeldən istifadə olunub. Tava-
nın 5 metrə yaxın hündürlüyü, pəncərələrin çox geniş və hündür 
olması  və  sair  bu  kimi  şərtlər  milyonçunun  ixtiraları  olub.  O 
zaman  akademik  Çazov  əməliyyat  otağına  baxarkən,  həddən 
artıq heyrətləndiyini gizlətmədən, ilk dəfə belə otaq gördüyünü 
vurğulamışdır. 
Görünür elə bu şərtlər xəstələrin qısa müddətdə şəfa tapma-
larına səbəb olub.    
Nəvə  nigaranlığı  ömür  payıma  düşdüyündən,  yükün  çəki-
sindən  asılı  olmayaraq,  çiynimə  götürdüyüm  bu  ağırlığı  sona 
qədər  daşımalıyam.  Çünki  babam  11  yaşında  ikən  hələ  fəqərə 
sütunu  bərkiməmiş    belində  daşıdığı  palanın  ağırlığını  (16  kq.) 
mən hiss edirəm.  
Yorulmaq bilmədən çalışacağam. Artıq 18-19 ildir ki, Nağı-
yevlər nəsil şəcərəsinin yorulmaz yolçusuyam.   
Bu gün də ruhların izi ilə onların söz və əməllərini, yaddan 
çıxan  anları  arxiv  sənədlərinin  arasında  durmadan  axtarıram. 
Əsas  məqsədim  -  Ağa  Musa  Nağıyevin  halal  haqqını  qaytar-
maqdır. 
Tarixi  yaşatmaq baxımından Ağa Musa Nağıyevin simasın-
da  əski  milyonçuların  həyatını  daha  ətraflı  öyrənib  yaddaşlara 
köçürmək  günümüzün reallığıdır. 
Bütün səyimi babamın fəaliyyətini araşdırmağa, həyatındakı 
qaranlıq  məqamlara  işıq  saçmağa  yönəltdim.  Milyonçunun  və 
atamın arxivini yaradıb, həll olmayan çox məqamları üzə çıxar-
mağa cəhd edirəm.  
Milli mənafelər naminə böyük xidmətləri olmuş Musa Nağı-
yevin fəaliyyətini işıqlandırdıqca sanki həyatımda yeni səhifələr 


 
51 
açıram. Ağa Musanın həyatında indiyədək oxunmayan səhifələri 
sürətlə vərəqləyirəm. 
70  yaşınadək  xarici  görkəmini  qoruyub  saxlaya  bilən  Ağa 
Musa  Nağıyev  heç  vaxt  düşünməzdi  ki,  ömrünün  son  ilidir. 
Çünki o, atasına söz vermişdi ki, 100 bina tikdirəcək və 100 yaş 
yaşayacaq. 
Onun ağrılarını özümünkü kimi qəbul edib, əgər nə vaxt isə 
maddi imkanlar yol verərsə, 2 bina tikdirib, Ağa Musa Nağıyevi 
tarixdə 100 bina tikdirən kimi tanıtmağa söz vermişəm. 
                                                                 
P.S.  Hələ  1990-1992-ci  illərdə  Tibb  İnstitutunda  təhsil 
alarkən Cümşüd Cümşüdov yardım olaraq buradan xəstəxanaya 
bir  qədər  tibbi  ləvazimatlar,  o  cümlədən  stol-stul  aparmaq 
məqsədilə  bir  yük  maşınının  sürücüsünə  müraciət  edir.  Haraya 
gedəcəyindən  bixəbər  olan  sürücü  yükü  aparmaq  üçün  25  rubl 
istəyəndə, gənc tələbə onu məsafənin az olduğunu təkrarən başa 
salsa da, sürücü tələbindən dönməyir.  
Mənzil  başına  çatanda  yükün  “Ağa  Musa  Nağıyev”  xəstə-
xanasına daşındığını görən sürücünü elə bil ilan vurur. Puldan 
imtina edib, deyir: “Allah keçsin günahımdan. Gör mən nə bö-
yük günah işlətmişəm? Bura ki, Pirdir. Burada xəstə şəfa tapır, 
mən isə pul davası edirəm”. 
Bu  əhvalatı  C.Cümşüdov  mənimlə  2000-ci  ildə  görüşərkən  
nəql etmişdir. 
Həmin tələbə indi insanlara sağlamlıq bəxş etməkdə davam 
edib, Elmi Tədqiqat Kafedrasının Dosentidir. 


 
52 
ONUN HЯYATINI NAЬILA  
BЯNZЯDİRЯM 
 
A
ğa Musanın həyatı sanki nağıla bənzəyir: “Yoxsulluqdan – 
zənginliyə, şan-şöhrətdən unutqanlığa”! 
Millətin  dövləti  olmadığı  zamanda  Ağa  Musa  bir  dövlətin  
görəcəyi işləri həyata keçirib. 
Neftdən əldə etdiyi gəliri millətinin tərəqqisinə sərf etmişdi. 
Heyif ki, onu xəsislikdə qınayanlar tapıldı. 
Onun hər dəfə işlətdiyi bu kəlam: - “Unutmayın ki, Allah da 
israfçılığı sevmir” - məyər xəsislikdən xəbər verir? 
Ağa  Musanın  qənaətçilliyi  xalqına  xidmətdə  yönəlmişdi. 
Başqaları  kimi  o,  sərvətini  eyş-işrətə  deyil,  işıqlı  əməllərə  sərf 
etmişdi. 
Rus  rublunun alıcılıq  qabiliyyəti  yüksək olduğu  bir dövrdə,  
neftin  hesabına  varlanan  Ağa  Musa  gəlirini  daşınmaz  əmlaka 
yönəldirdi.  
Onun fikrincə bu sahə neft qədər gəlir gətirməsə də, etibarlı 
sayılır.  
Bina tikintisinə aludə olan Ağa Musa hər zaman bu işə ata-
sının tövsiyəsi ilə başladığını vurğulayırdı.  
Binalarının  tikintisini  əsasən  “Qasımov  qardaĢları”   
“K” Ģirkətlərinə  tapĢırırdı
Bakı  milyonçuları  arasında  Ağa  Musa  Nağıyev  dövrünün 
böyük azərbaycanlı milyonçusu kimi tanınmışdı. 
Beləki o, Azərbaycanda inqilabadək Bakının arxitekturasına 
fenomen  binalar  tikdirməklə  gözəllik  bəxş  edənlərdən  birincisi 
sayılırdı.  Binaların  tikintisi  zamanı  Şərq  və  Avropa  memarlıq 
məktəblərinin nümunələrindən istifadə etməklə bərabər, arxitek-
tura  və  dizayn  məsələsində  Ağa  Musanın  öz  təklifləri,  mülahi-
zələri əsas götürülmüşdür. Yüksək zövqə malik olan Ağa Musa-
nın  təkliflərində  simmetriyanın  son  dərəcə  dəqiqliklə  gözlənil-
məsi,  binanın  əzəmətli  və  fasadının  cəlbedici  olması  üçün  ver-


 
53 
diyi məsləhətlər bu gün də memarları heyrətləndirməklə yanaşı, 
onun fitri istedadına dərin rəğbət bəsləməkdə davam edir.  
Tikdirdiyi  binalar  bu  gün də  Bakının arxitekturasına xüsusi 
yaraşıq  verməklə  bərabər,  paytaxtın  kübar  irslərini  bütövlükdə 
təsdiqləyir.  
Bakının ən çox gözə gəlimli yerlərində Azərbaycan memar-
lığının nümunələri kimi görünən tikililər – məhz Ağa Musa Na-
ğıyevin şəxsi vəsaiti və təkliflərin əsasında inşa edilmişdir. Ağa 
Musa Nağıyevin tikdirdiyi binalar elmimizin məbədidir.   
O, iyirmi  ildən artıq Şəhər Dumasının Qlasnısı olmuşdur.  
Avropalaşmaq niyyətində olanlara: “Qərbi Azərbaycana gə-
tirəcəyəm” – deyirdi. 
Onun tikililərindən bəzilərinə kiçik səyahət etdikcə:                    
–  N.Rəfibəyli 49;  1910-cu ildə inşa olunan  Nizami küçə-
sindəki 93 saylı və Rəsil Rza küçəsindəki 23 saylı binalar; 1912-
ci ildə inşa olunan Səməd Vurğun küçəsindəki 12 saylı bina, Xa-
qani  14 və16 saylı binaları  – keçmiş  “Astoriya”  mehmanxanası 
insanı heyrətə gətirir.  
Ağa Musa Nağıyevin tikdirdiyi və bu gün Azərbaycanın ta-
rixinə çevrilən şedevr binalarından çoxu inzibati müəssisələr ki-
mi fəaliyyət göstərir: “SOKAR” və Rusiyanın “LUKOYL” neft 
şirkəti,  Elmlər  Akademiyasının  Rəyasət  Heyəti  binası,  Zabitlər 
evi, Diaspora, “ÜNS” teatrı, “Azərittifaq”, Ağır Cinayətlər üzrə 
Məhkəmə, İqtisad Universiteti, dörd xəstəxana, “KİRXA”, Sina-
qoq  üçün  nəzərdə  tutulmuş,  sonradan  “qəddar  düşmənlərimiz” 
tərəfindən  naməlum  yol  ilə  zəbt  edilmiş  kilsə,  R.Rza  küçəsi  11 
və  12-də  keçmiş  İncəsənət  İnstitutu  yerləşən  binalar,  həmin 
küçədə  Xaqani  ticarət  evinin  yerində  keçmişdə  fəaliyyət  gös-
tərən  Tibb  Universiteti  və  Tənqid-Təbliğ  teatrının  binası,  Gül 
pasajı,  M.Ə.Rəsulzadə  8  –  keçmiş  Qastonom  (prodmaq  kimi 
məşhur olan), İctimai yığıncaqlar keçirilməsi üçün nəzərdə tutul-
muş – Xaqani 47, həmin küçədə “Məhkəmə ekspertizası”, Mər-
dəkanda “Abşeron” mədə-bağırsaq sanatoriyası... 


Yüklə 257,86 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə