Ağa Musa Nağıyev haqqında əlavə məlumatlar



Yüklə 257,86 Kb.
Pdf görüntüsü
səhifə2/59
tarix24.12.2017
ölçüsü257,86 Kb.
#17837
1   2   3   4   5   6   7   8   9   ...   59

 

Baba adını XXI əsrdə yaşatmaq məqsədilə Ağamusa təxəl-
lüsünü götürdüm.  
Deyirlər ki, “Ot kökü üstə bitər”. Bu nəslin davamçısı olaraq 
çalışıram ki, cəmiyyətdə layiqli yer tutam. 
Haqqında eşitdiklərimi və düşündüklərimi həyata keçirdikcə 
“Musaman”  (Musa  xəstəsi)  xəstəliyinə  tutulduğumu  hiss  edi-
rəm.  
Babam  xalq  üçün  çalışıb.  İnanıram  ki,  onun  qiymətini  qə-
dirbilən  xalqı  mütləq  verəcək!  Düşünürəm  ki,  onun  etdiklərini 
anlamaq üçün bir dəqiqəlik sükut bəs edər.  
Yalnız bircə dəqiqəlik müqəddəs sükut!  
 
 
 
 
 
 
                            


 

R E D A K T O R D A N 
 
 
ZAMANLA  BЮYЦYЯN İNSAN 
 
 
Z
iddiyyətli,  sevincli–kədərli  və  faciəli  həyatı  bütövlükdə 
doğma xalqının tarixi və mədəniyyəti ilə bağlı olub xeyriyyəçi-
milyonçu Ağa Musa Nağıyevin. 
XIX  əsrin  sonlarında,  XX  əsrin  əvvəllərində  neftə  artan 
tələbat Azərbaycan milli burjuaziyasının təşəkkülünə səbəb olur. 
Onların  malik  olduqları  var-dövlət  həmin  dövrün  bəzi  hökm-
darlarının xəzinələrində olduğundan  da artıq idi.  
Dünənədək  heç  kimin  tanımadığı,  saymadığı  sadə  insanlar 
qısa müddət ərzində varlandılar. Sanki hansısa bir sehirbaz Hacı 
Zeynalabdin  Tağıyevi,  Ağa  Musa  Nağıyevi  və  bir  çoxlarını 
milyonçuya çevirdi.  
Bu milyonçuların üzərinə sanki tarix vacib bir vəzifə qoydu 
–  xalqını  maarifləndirmək  missiyasını.  Lakin  onların  arasında 
pullarını zinət əşyaları almağa sərf etməyə üstünlük verənlər də 
tapıldı.  Bəziləri  isə  maarifləndirilmənin  əhəmiyyətini  dərk 
edərək,  təhsilin  inkişafına  vəsait  buraxdı.  Neft  sahibkarı  Ağa 
Musa Nağıyev belə vətənpərvərlərin sırasına daxil oldu. 
Onun  və  digər  mesenatların  əməyi  və  milyonları  sayəsində 
Azərbaycanda  qısa  müddət  ərzində  bütöv  bir  ziyalılar  nəsli 
təşəkkül tapdı.  
1917-ci  ildə  Azərbaycanda  mesenatlığa  müvəqqəti  olaraq 
son  qoyuldu.  Ağa  Musa  Nağıyev  kimilərin  -  milli  burjuaziya 
nümayəndələrinin  üzərinə  “xalq  düşməni”  damğası  vuraraq  tə-
qibə məruz qoydular.  
Lakin “bütün sirlər nə vaxtsa aşkar olur”- deyiblər.  


 

Sosializmin  dağılması  ilə  keçmiş  düşmənlər  “qəhrəman-
lara”,  sosialist  inqilabının  qəhrəmanları  isə  “milli  xainlərə” 
çevrildi. 
Ağa  Musa  Nağıyev  ilə  eyni  vaxtda  Sovet  Ensiklopediya-
sında “geniş” yer verilmiş Gülbekyan adlı bir mesenat da fəaliy-
yət  göstərib.  Vətənində  heç  vaxt  yaşamayan  mesenat  həyatını 
İraq,  Fransa,  Avstraliya  və  Rusiyada  keçirməsinə  baxmayaraq, 
müstəqillik qazanandan sonra xalqın ilk tədbiri onun adının əbə-
diləşdirilməsini keçirmək  olmuşdur.  
O  vaxtdan  Yerevanın  mərkəzində  heykəli  qoyulmaqla 
bərabər, adına küçə də verilib.    
Bəxt, tale, qismət deyilən anlamlara inanmayanlara bir məs-
ləhətim var: Neft milyonçusu Ağa Musa Nağıyevin həyat tarix-
çəsinə  nəzər  salsınlar.  Çünki  şaxtanın  bıçaq  kimi  sümüyə  işlə-
diyi qış axşamlarının birində dünyaya gəlmiş Ağa Musanın mil-
yonları  sonradan  başına  gələn  hadisələrin  qarşısını  ala  bilmə-
yəcək. Bu həmin gün onun alnına yazılmış tale qisməti imiş.  
Tanrı  onu  kiçik  yaşlarından  özündən  böyük    yükün  altına 
yıxır. Zəhmətinin bəhrəsini – yalnız çörəyə və qəndə çatan pulu 
qazanıb,  ona  möhtac  olan  ailəsinə  köməkdə  görür.  Uşaqlığını 
unudur.  
Sonradan    xeyirxahlığı,  ziyalı    təfəkkürü  ilə  zəmanəsinin 
mesenatları  arasında özünəməxsus yer tutanlardan olur. 
“Zamanla  böyüyən  insan”  -  Ağa  Musa  Bakının  simasına 
çevrilir. 
XX  əsrin  əvvəllərində  Bakının  daha  çox  ehtiyac  duyduğu 
sahələrin dirçəlişi, xalqın tələbatını ödəmək baxımından məşhur 
mesenatın həyata keçirdiyi tədbirlər bu gün fövqəladə zəhmətin 
və xalqa bağlılığın təzahürü kimi diqqəti cəlb edir.  
A.M.Nağıyevin qazandığı sərvətin ölçüsü hesaba gəlməzdir. 
Onun  ictimai  fəaliyyətini  öyrəndikcə,  xalq  onu  daha  çox  qiy-
mətləndirir. 
Azərbaycanda    Sovet  hakimiyyəti  qurulduqdan  sonra  Ağa 
Musa  Nağıyev  kimi  xeyriyəçi-milyonçulara  “istismarçı-kapita-


 

list” damğası vurulur. Bunun nəticəsidir ki, milyonçu dünyasını 
dəyişdikdən  sonra  vəsiyyətinə  rəğmən  Kərbəla  ona  qismət  ol-
mur. 
Keçmişimizə  hörmətlə  yanaşmaq,  Azərbaycanın  tarixini, 
onun  dəyərli  səhifələrini  övladlarımıza,  gələcək  nəslə  ötürmək 
hər birimizin borcudur. 
Dilarə xanımın bu mövzuya müraciət  etməsi və  zaman mə-
safəsində  qazandığı  nailiyyətləri,  onun  vətənpərvərlik  hisslərin-
dən, humanizmindən, incə, nəcib duyğularından irəli gəlir. Xey-
riyyəçilik prinsipləri ilə tanınan, insanlara maddi və mənəvi da-
yaq olan bu xanımın ürək genişliyi onun ətrafında olan insanlara 
sevgi hissini aşılayır.  
O,  xalq  üçün  yaşanan  ömrün  davamçısı  olaraq  məsuliyyət 
və qətiyyəti gündəmə gətirib. 
Onun yazdığı hər bir fəsildə Azərbaycanın dövlətçilik prin-
sipləri,  onun  coğrafiyası,  tarixi,  tanınmış  simaların  portret  ciz-
giləri əsas xətt olaraq təqdim olunur. Buradakı hər iz tariximizin 
bir parçası,  yaşanılan illərin əks-sədasıdır desək, fikrimizdə ya-
nılmarıq.   
Neçə əsirlik tariximizi “ Daş kitabə”lər vasitəsilə bizlərə əxz 
etməkdir onun məqsədi. 
Kitabı  oxuyarkən  Dilarə  xanımın  bu  sahədə  etdiklərinə  nə-
zər yetirdikcə, artıq onun saldığı ləpirləri görmək olur.         
                                                         
 
Akademik Arif HəĢimov  
AMEA-nın birinci vitse-prezidenti 
                                                    
 
 
   
 
 
 


Yüklə 257,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə