Ağa Musa Nağıyev haqqında əlavə məlumatlar



Yüklə 257,86 Kb.
Pdf görüntüsü
səhifə4/59
tarix24.12.2017
ölçüsü257,86 Kb.
#17837
1   2   3   4   5   6   7   8   9   ...   59

 
13 
sədini  Çəmbərəkənd  qəbiristanlığında  “əmanət”  kimi  torpağa 
tapşırır.  
Amma baş verən qovğalar arzuları  yarımçıq qoyduğu kimi, 
bir çox ocaqları da qəfildən söndürdü.  
Milyonçunun  oğlu  Fərəc  Nağıyev  Teatr  Texnikumunun 
aktyorluq,  rejissorluq  və  rəssamlıq  fakultələrini  bitirməsinə  və 
çoxşaxəli  ixtisaslara  yiyələnməsinə  baxmayaraq,  kapitalist  öv-
ladı  olması  taleyinə  ağır  bir  zərbə  vurdu.  Uzun  illər  sürgün  hə-
yatı yaşadı.  
Ötən  əsrin  ortalarında  Vətənə  dönən  Fərəc  Nağıyev  yenə 
sənətlə məşğul olur, bir sıra filmlərə çəkilir. Maraqlı şeirlər  ya-
zır, bir sıra tamaşalara bədii tərtibat verir.  
Bütün bunlara baxmayaraq, nəsli, nəcabətilə bağlı dodaqları 
kilidlənmiş Fərəc, yalnız ömrünün sonunda atası Ağa Musa Na-
ğıyevin adını çəkərək xarici banklarda varidatı oldğunu bildirir.       
Bu  gün  İqtisad  Universitetinin  akt  zalında  bu  məşhur  mil-
yonçunun  və  oğlu  İsmayılın  portretləri  asılıb.  Təhsil  alan  tələ-
bələr,  çalışan  müəllimlər  hər  gün  bu  iman  sahiblərini  ehtiramla 
yad edirlər.  
Tikdirdiyi  xəstəxanalardan  biri  1992-ci  ildən  Ağa  Musa 
Nağıyevin adını daşıyır.   
Dilarə Nağıyevanın böyük cəfakeşlik və övlad yanğısı ilə il-
lər  uzunu  arxivlərdən,  yaddaşlardan  topladığı  xatirələr,  faktlar 
əsasında  ”Xalq üçün ömrünü şam kimi əridən...” adlı kitabında 
məşhur  milyonçunun  həyatından,  millət  üçün  gördüyü  işlərdən 
söhbət açılır.  
Düşünürəm  ki,  Ağa Musa Nağıyevin  haqqının qaytarılması 
uğrunda  aparılan  mübarizəyə  dəstək  verilməlidir.  Bunu  bizdən 
Ağa Musanın əməl sahibi olması tələb edir. Ağa Musa Nağıyev 
heç zaman tarixdən silinməyəcək. 
Əslində  Ağa  Musa  Nağıyevin  yaxşılıqlarının,  faydalı  işlə-
rinin  üzərindən  qəsdən  xətt  çəkilib.  Uzun  illər  kölgəsini  qara-
layıblar. 


 
14 
Milyonçu  Şəmsi  Əsədullayev  müflisləşərək  ağır  vəziyyətə 
düşüb,  özünü  öldürmək  qərarına  gələndə,  ona  öz  varidatı  ilə 
kömək göstərən məhz Ağa Musa Nağıyev olur.  
Deyirlər  ki,  ianə  toplayarkən  oğlu  İsmayılın  atasından  çox 
pul verdiyini soranlara “mən samançı oğluyam, o isə milyonçu” 
deyə  cavab  verdi.  Çünki  onun  milyonlara  necə  çətinliklərlə  sa-
hib  olması  heç  zaman  yadından  çıxmırdı.  Maraqlıdır  ki,  bütün 
ömrü boyu, hətta varidatını  saymaq mümkün olmayan məqam-
larda da tikdirdiyi binaların üzərinə bu işarələri əks etdirib. Ağa 
Musa  saman  satan  oğlu  olduğunu,  vaxtı  ilə  limanda  hamballıq 
etdiyini nə unudub, nə danıb. 
İsrafçılıqdan və yersiz xərclərdən boyun qaçıran Ağa Musa, 
pulunu  sağa-sola  sovuran  oğlu  İsmayıla  baxıb  deyərdi:  “Atam-
atam, mən o, ola bilmərəm, görün o, kimin oğludur”? 
Ağa  Musa  həm  ciddiliyi  ilə,  həm  də  özünəməxsus  atmaca-
ları  və  zarafatları  ilə  hamıdan  seçilirdi.  O,  bütün  suallara  yu-
morla cavab verərdi.  
Deyilənə görə çəkməsini silənə bir qəpik verən Ağa Musaya 
çəkməçi: “Ağa, filankəs də bir qəpik, sən də? – sualına: Üç qə-
pik versəm, qədrimi biləcəksən?” – deyib.  
Hazırcavablığı,  müdrikliyilə  bağlı  el  arasında  dolaşan  rəva-
yətlərdə  Ağa  Musanın  necə  böyük  ağıl  və  idrak  sahibi  olduğu 
aydın  duyulur.  Rəvayətlərdən  birində  danışılır  ki,  hətta  onu 
oğurlayanlara Ağa Musa tələb olunan pulun hamısını verməyə-
cəyini  bildirərək deyib:  
- Əgər öldürsəniz, heç onu da almayacaqsız. 
Dilarə  xanımın  danışdıqlarından  aydın  görünür  ki,  Ağa 
Musa  11  yaşından  belini  palan  döyə-döyə  halal  zəhmət  sayə-
sində milyonçu olmuşdur. O, nahaqdan deməzdi ki: “Zər qədrini 
zərgər bilən kimi, pulunun da qədrini bilən varlana bilər”.  
Tikililərilə  hətta  Bakı  milyonçularını  lərzəyə  gətirən  Ağa 
Musanın  nəslinin  başına  gələn  zülmün  həddi  olmayıb.  Nəinki 
yaxın  adamlarını,  övladlarını,  hətta  ən  uzaq  qohumlarını  da 


 
15 
Vətəndən  sürgün  ediblər,  zindanlara  atıblar,  qətlə  yetiriblər. 
Ədəbiyyatda mənfi obrazını yaradaraq karikaturasını çəkiblər. 
Nəşini  bir  neçə  dəfə  gordan  ediblər.  Gördükləri  işlərin,  xe-
yirxahlıqların üstündən xətt çəkərək az qala süni gülüş hədəfinə 
çevirməyə çalışıblar.  
Amma həqiqət deyilən bir inci var ki, o min arşın quyunun 
dibinə salınsa da, nə vaxtsa üzə çıxır. Günəşin üzündən qara bu-
ludun çəkiləsi vaxt yetir. Bax onda deyirlər ki, hər dövranın bir 
gərdişi var!   
 
Flora Xəlilzadə, 
yazıçı-publisist, 
“Azərbaycan” rəsmi qəzetinin  
şöbə müdiri 


 
16 
BAKINI QURUB–YARADAN  
NEFTXUDALAR 
 
T
arix zaman-zaman  görkəmli şəxsiyyətlər yetişdirib, onlar:  
Hacı Zeynalabdin Tağıyev, Ağa Musa Nağıyev, Şəmsi Əsə-
dullayev,  Murtuza  Muxtarov,  Alfred  Nobel,  Əjdər  bəy  Aşur-
bəyov,  İsabəy    Hacınski,  Hacı  Əhədulla  Eldarov,  Kərbəlayi 
Abdulla Zərbəliyev, Alfons Rotşeld, Teymurbəy  Qulubəyovdur.  
Çox  qəribədir  ki,  onları  eyni  tale  izləyib.  Sadə  ailənin  öv-
ladları, savad görməyib, fəhləlikdən həyata atılanlar.  
Bakı yalnız nefti, tarixi-memarlıq abidələri, bənzərsiz Xəzəri 
və  Abşeronu  ilə  deyil,  həm  də  neftxudaları  -  milyonçuları  ilə 
tarixləşən şəhərdir. Hətta 70 illik Sovet rejimi onların üstündən 
xətt çəkə bilmədi. Bu da ondan irəli gəlir ki, həmin şəxslər bütün 
məqamlarda  minilliklərini  saxlaya  biliblər.  İndi  həmin  milyon-
çuların  adları  xalqımızın  qürur  mənbəyidir,  desək  yanılmarıq. 
Hacı  Zeynalabdin  Tağıyev,  Ağa  Musa  Nağıyev,  Şəmsi  Əsədul-
layev, İsa Bəy Hacınski və digər milyonçular bütün göstəriciləri 
ilə  milli  sahibkar  olduqlarını  təsdiqləyiblər.  Bolşevizmin  qara 
yeli  Azərbaycanda  əsməyə  başlanandan  bu  milyonçuların  vari-
datları  əllərindən  alınmış,  həmin  nəsildən  olan  başıpapaqlılar 
ya  güllələnmiş,  ya  da  sürgün  olunmuşdu.  Bakıda  qalan  arvad-
uşaqları isə bilərəkdən səfil gününə salınmışdı.  
Çağdaş zamanımızda həmin milyonçuların davamçıları bar-
maqla sayılacaq saydadır. 
 
 
Hacı Zeynalabdin Tağıyev (1823 -1. 09. 1924)  
 
 
Azərbaycanın ticarət sənaye-maliyyə burjuaziyasının yuxarı 
dairələri  içərisində  ən  koloritli,  ən  nüfuzlu  simalardan  biri  ol-
muşdur. 


Yüklə 257,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə