Ağa Musa Nağıyev haqqında əlavə məlumatlar



Yüklə 257,86 Kb.
Pdf görüntüsü
səhifə46/59
tarix24.12.2017
ölçüsü257,86 Kb.
#17837
1   ...   42   43   44   45   46   47   48   49   ...   59

 
177 
MİLYONЧU  
NAЬIYEVİN VЯRЯSЯSİ 
FЯRЯC NAЬI KİMİ TANINMIШDI 
 
 
SSRĠ
-nin  və  Azərbaycanın  Xalq  Artisti,  rejissor  Adil  İs-
gəndərovun Dövlət Dram Teatrında  fəaliyyəti dövründə - teatrın 
xadimləri  sırasında  Fərəc  Nağıyevin  adına  tez-tez  rast  gəlmək 
olurdu. 
O,  1903-cü  ilin  dekabr  ayında  Bakının  Biəcəri  kəndində 
dünyaya  göz  açıb,  taleyinə  milyonçu  Ağa  Musa  Nağıyevin 
vərəsəsi olmaq yazıldı.  
Məhz bu tale onun incəsənət aləmində fəaliyyətinin kölgədə 
qalmasına səbəb olacaq. 
Müdhiş illər Nağıyev soyadına görə sürgün olan Fərəc Na-
ğıyev  yeni  ailə  qurmuş  həyat  yoldaşı  ilə  birlikdə  1929-cu  ildə 
Bakını tərk edərək, məskunlaşdığı yerlərdə - Orta Asiya, Dağıs-
tan  və  Azərbaycanın  ucqar  rayonlarında  teatrların  təşkilində, 
təbliğində  və  elcə  də  sənətkarların  püxtələşməsində  böyük  rol 
oynayır.  
O,  aktyor,  rejissor,  rəssam  və  bədii  rəhbər  kimi  çalışdığı 
teatrlarda gənc istedadların aşkar olmasına əməyini əsirgəmir.  
Savadsızlığın  hökm  sürdüyü  bir  dövrdə,  manelərdən  çəkin-
mədən   texnikumda təhsil alan Fərəc aktyor, rejissor və  rəssam 
ixtisaslarına yiyələnmişdir. 
Bu gün onun düşüncələrini aydınlaşdırmaq, haqqında danış-
maq nə qədər çətin olsa da, bir o qədər də fərəhlidir.  
Deyirlər ki, övladdan pay olmaz!  Amma... 
Bakının 11 milyonçusundan birincisi olan Ağa Musa Nağı-
yevin  qardaşı  Ağa  Əli  beşinci  övladının  həyata  gəlisini  gözlə-
yirdi.  


 
178 
Qız həsrətində olan Ağa Əlinin yenidən oğlan arzulamasına 
səbəb də elə bu idi ki, o, qardaşına İsmayıl əvəzi övlad pay ver-
məyi qərara almışdı. 
Ağa Musa yeni doğulmuş uşağın adını kədərdən sonra gələn 
sevinc mənasını verən -  Fərəc qoyur. Tanrı bu sevinci yaşamaq 
üçün Ağa Musaya 16 il ömür vəfa edir.  
Fərəc  kiçik  yaşlarından    teatra  həvəs  göstərir.    Ağa  Musa 
onun incəsənətə meyilli olmasının qarşısını almır, əksinə onu al-
qışlayır. 
18  yaşından  sırf  səhnə  fəaliyyətinə  başlayan  Fərəc    özünü 
aktyor  kimi  “Tənqid-Təbliğ”  teatrında  sınayır.  Bakı  Türk  İşçi 
teatrının  səhnəsində isə “Küləklər şəhəri”ndə - Aşıq, “Yanğın”-
da – İvan Vasilyeviç rollarını oynayır. Rejissorluq fəaliyyətində 
ilk işi “Qana qan” və “Qanlı səhra” tamaşaları olur. Dövrün təz-
yiqi onu təxəllüs götürməyə vadar edir. 
Fərəc  Nağı  özünü  ədəbiyyat  sahəsində  də  tanıtmışdı.  Vaxt 
taparkən  o,  şeir  yazmaqla  məşğul  olurdu.  Sayı  200-ə  çatmış: 
“Yuriy”,  “Qazı”,  “Kasıb  və  Tanrı”  kimi  nəzirələrin,  eləcə  də 
“Ehtiyatlı  ol”,  “Vaz  keçsin”,  “Meyxana”,  “Seçki”  və  bir  sıra 
satirik şeirlərin müəllifi olub.  
Əvvəllər  atamız  güzgünün  qarşısında  roldan  rola  girdikcə 
anam  qorxu  hissləri  keçirirmiş,  onun  əsəb  xəstəliyinə  tutuldu-
ğunu düşünürmüş.   
Aşqabad və Şəki Dram teatrlarında o, rejissorluq fəaliyyətini   
davam  etdirir.  Dağıstan  Dram  teatrında  təbliğat  və  təşviqat 
işlərini  aparmaqla  bərabər,  bu  teatrda  rejissor,  aktyor  və  tərti-
batçı rəssam  vəzifələrini də icra edir. O, 1939-cu ildə Dərbənd 
Xalq  teatrının  yaranmasına  nail  olur.  Sonradan    həmin  teatrın 
direktoru  təyin olunur.  


 
179 
Fərəc,  Bakıda  Xətai və  Əbilov adına mədəniyyət  evində  də 
bədii rəhbər və rejissor kimi çalışır. O, özünü estrada səhnəsində 
də sınaqdan keçirir. 
Satira  janrında  işləməsi,  sonralar  onun  masa  bəyi  kimi 
təsdiqlənməsində böyük rol oynayır.   
Fərəc  qədim  xalq  meydan  oyunlarına  ikinci  nəfəs  verir. 
Yazdığı  70  səhifəlik  “Qaravəlli”  ssenarisinin  Mərkəzi  Komitə 
tərəfindən  təsdiqlənməsinə  də  öz  gücü  ilə  nail  olur.  Və  Xalq 
yaradıcılıq  mədəniyyət  evinin  “Qaravəlli”  teatrı  adlandırılma-
sına böyük qüvvə sərf edir. 
Fərəc Nağıyevin yaradıcılığına nəzər saldıqca düşünürəm ki, 
o,  bir  inqilab  olub  sənət  aləmində.  O  bunu  bildiyindən  deyirdi: 
mənim qədrimi öləndən sonra biləcəklər. 
- Təəssüflər olsun ki, bu günədək zər qədrini bilən bir zərgar 
tapılmayıb... 
“Aşıq  Qərib”,  “Əsli  və  Kərəm”,  “Sevil”,  “Aydın”  tamaşa-
larına eskizləri hazırlayan Fərəc Nağıya Dövlət Dram Teatrının 
rejissoru Adil İskəndərovun  təklifi ilə “Xırs quldurbasan” tama-
şasına epiloq və proloqu şeirlə yazmaq da həvalə olmuşdu. Son-
radan “Spartak” əsərinə  ssenari yazması onu bir qədər də məş-
hurlaşdırır. 
 “Mehman”, “Səhər”, “Kəndlilər” filmlərində rol alan Fərəci 
“Məşədi  İbad”  filmində  (Məşədini  –  bəyi  geyindirən  rolunda)  
görənlər  bilirdilər  ki,  rejissorun  məqsədi  onun  tikiş  tikmək 
bacarığını  göstərmək olub. 
Fərəc  Nağı  sənətin  fədaisi  olmağla  bərabər,  səhnənin  fəh-
ləsinə belə çevrilməyi qəbahət hesab etmirdi.  
Afişaların,  dəvətnamələrin,  səhnə  quruluşunun  hazırlanma-
sında Fərəcin əməyi unudulmazdır. 
Ola  bilər  bu  çoxlarında  təəccüb  oyatsın,  amma  Fərəci  tanı-
yanlar bunların şahididir. 


 
180 
Həyatda  olduğu  kimi  ailədə  də  rolu  çox  böyük  olub.  Ata 
kimi nə qədər hökümlü idisə, bir o qədər də mülayim, həyat yol-
daşı kimi nə qədər diqqət tələb edirdisə, bir o qədər də nəvazişli, 
baba sevgisi  sonsuz  idi. Qızları  ilə  dost kimi,  oğul  övladları ilə 
isə çox ciddi rəftar edərdi. 
Fərəc Nağıyev yaşasaydı, bu il 106 yaşı tamam olacaqdı.  
O, gözəl ata olmaqla bərabər qəlbimdə hər zaman əvəzedil-
məz insan kimi yaşayır. Kağız  üzərində onun həyatından qeyd-
lər  etdikcə  düşünürəm  ki,  bu  gün  də  onun  qayğısına,  nəvazi-
Ģinə nə qədər ehtiyacım var.  
Əyər sağ olsaydılar, Ağa Musa babamın və atamın etdiklə-
rini aşkarladığıma görə hər ikisi deyərdi:  
“Sağ ol, mənim qeyrətli qızım!” 
 
 
 
 
 
 


Yüklə 257,86 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə