Ağa Musa Nağıyev haqqında əlavə məlumatlar



Yüklə 257,86 Kb.
Pdf görüntüsü
səhifə9/59
tarix24.12.2017
ölçüsü257,86 Kb.
#17837
1   ...   5   6   7   8   9   10   11   12   ...   59

 
31 
-  “Qalx!  Döz,  bir  az  da  döz!  Bu  gün  ağuşuna  yıxıldığın 
torpaq sabah səni göylərə ucaldacaq. Qalx!!!” 
Beləcə...  özündə  daxili  güc  tapıb,  qarşısına  qoyduğu  məq-
sədə  doğru  gedirdi.  Bu  minvalla  topladığı  vəsaitə  kiçik  bir  tor-
paq  sahəsi  alır.  Və  bir  gün  doğma  torpaq  vədinə  xitabən  ona 
“ənam” göndərir, su quyusu qazarkən neft fontan vurur. O vaxt-
dan 18 yaşlı Musa Nağıyevin də taleyi üzünə gülür.  
Sahibkara  çevrilməmişdən  öncə,  neft  bilicilərini  ətrafına 
toplayır. Böyük bir sahibkar olanadək ağır həyat yolu keçir. 
Nəticədə    1909-cu  ildə  10  milyon  pud  neft  çıxaran  şirkətin 
sahibi olur.    
Neçə-neçə inqilablar, çevrilişlər, müharibələr, milli qırğınlar 
yüz minlərlə insan taleyini məşəqqətə, fəlakətə düçar etmiş, icti-
mai-siyasi  hadisələr  görmüş, XIX və  XX  əsr  artıq  tarixə dönüb 
arxada qalmışdır. 
Tariximizin  keşməkeşli olmasına baxmayaraq, iftixar etmə-
li, ondan öyrənməli, nümunə götürüləsi dəyərləri çoxdur.  
Vətənə,  xalqına  və  milli  dövlətçiliyimizin  inkişafına  böyük 
məhəbbət  bəsləyən Ağa  Musa, Azərbaycanın  tarixi  salnaməsin-
də dərin iz buraxmışdır.  
Yazdıqlarımı oxuduqca, əminəm ki, bunların şahidi olacaq-
sınız.   
 
 
 
                                        


 
32 
YENİ SЯHİFЯ 
 
D
eyirlər dünyanın aqibəti insanların əlindədir. Belələrinə  pe-
şəsi, təcrübəsi, işgüzarlığı və istedadı ilə seçilən insanlar aiddir. 
Azərbaycan tarixində elə şəxsiyyətlər olub ki, onlar yaşadıq-
ları  dövr  ərzində  xalq  və  millət  üçün  işlər  görüblər.  Uzun  illər 
adının  çəkilməsi  yasaq  olan,  amma  hər  zaman  tarixin  və 
qədirbilən insanların yaddaşlarında yaşayan Ağa Musa Nağıyev 
kimi... 
Söhbət bacarığı, istedadı və əməksevərliyi sayəsində iri neft 
sənayeçilərindən birinə çevrilmiş, xalqın, millətin rifahı naminə 
böyük işlər görmüş, Bakı milyonçularından olan Ağa Musa Na-
ğıyev haqqında  gedəcək. 
Ömrünün hələ gənclik çağını yaşayarkən Ağa Musanın  qəl-
bi vətən eşqilə yanırdı. 
Həyatının  50  ildən  çox  hissəsini  xalqın  rifahına  həsr  etmiş, 
Bakı  neftxudaları  sırasında  özünə  məxsus  yeri  olan  Ağa  Musa  
Nağıyevin  xalqın  millət  kimi  formalaşmasında  böyük  rolu  da-
nılmazdır. 
Xalqın zəngin tarixi ilə maraqlanan, şərəfli keçmişimizə eh-
tiramla nəzər salan hər bir ləyaqətli insan üçün onun adı əzizdir. 
İnsanda qürur hissi oyadır bu ad. 
XVIII əsrin axırları, XIX əsrin əvvəllərində Rusiya, Fransa, 
və  Almaniyanın,  eləcə  də  Nobel  qardaşlarının  iri  neft  kompa-
niyaları Azərbaycanda fəaliyyət göstərib, yüksək məbləğdə gəlir 
əldə  edərək  ölkəni  çapıb  –  taladıqları  bir  dövrdə  milli  kapita-
listlər  -  əsilzadə  milyonçularımız  yaranmışdır:    Hacı  Zeynalab-
din  Tağıyev,  Ağa  Musa  Nağıyev,  Şəmsi  Əsədullayev,  Murtuza 
Muxtarov, Alfred Nobel, Əjdərbəy Aşurbəyov, İsabəy Hacınski 
kimi  şəxsiyyətlər  milyonlarını  Azərbaycanın  inkişafına,  milli 
kadrların  yetişdirilməsinə, gənclərin savadlanmasına sərf etmiş, 


 
33 
bununla  da  mənəviyyatımızın,  iqtisadiyyatımızın  formalaşması 
ilə yanaşı bütövlükdə dövlətçiliyimizi  qorumuşlar.  
Ağa  Musa  Nağıyev  tarixə  əfsanəvi  milyonçu  kimi  daxil 
olub. 
Varidatının ümumi miqdarı 413 mln. (bəzi məlumatlara görə 
690  mln.)  məbləğində  dəyərləndirilən  Ağa  Musa  Nağıyev  ka-
pitalını o dövrdə cəhalət girdabında boğulan xalqının maariflən-
məsinə,  onun  dünya  görüşünün  ümumi  mədəni  səviyyəsinin 
yüksəldilməsi istiqamətinə sərf etməklə bərabər, bina tikintisinə 
də  yönəltmişdir.  Onun  ən  ağrılı  yerlərindən  biri  səhiyyə  sahə-
sindəki problemlər idi.  
Oğlu  İsmayılın  faciəli  ölümündən  sonra  təsəllini  xəstə-
xanalar  tikdirməkdə  tapırdı.  Bunlar:  E.Əfəndiyev  adına  və  öz 
adını  daşıyan  xəstəxanalar,  Elmi-Tədqiqat  Pediatriya  İnstitutu 
(OMD) və Sabunçu qəsəbəsindəki Poliklinikanın binalarıdır. 
Ağa Musanın tikdirdiyi hər bir binanın arxasında onun surəti 
və dövrün həsrəti təsvir olunub. Onun hər bir tikilisi  bu gün də 
insan tarixini, insan taleyini qoruyur.  
Bəzəkli  “İsmailiyyə”,  rokkoko  və  borokko  üslubunda 
tikdirdiyi “n” qədər məbədlər! Bunlar dünyanın üzünə açılan ən 
gözəl peyzajdır, nəqşidir Azərbaycanın. 
Xəstəxana tikdirməklə o, dərdini bir qədər  yüngülləşdirmə-
yə  çalışırdı.  Qeyd  etməyin  yeridir  ki,  məhz  onun  vəsaiti  hesa-
bına  Bakıda  qısa  müddət  ərzində  bütöv  bir  ziyalı  nəsli  yetişir. 
1901-ci  ildə  Bakıya  həyat  və  bolluğun  rəmzi  olan  Şollar  suyu-
nun çəkilişində vəsaitin 75 faizini ödəyən Ağa Musa, bütövlük-
də suyun çəkilişinə 24 mln. vəsait  sərf etmişdir. Şollar suyunun 
çəkilişi  Avropa  ölkələrində  ilk  və  nəhəng  inşaat  qurğusu    sa-
yılıb. 


 
34 
Savadsız  və  gənc  olmasına  baxmayaraq,  həyatın  nəbzini 
zərgər dəqiqliyi ilə tuta bilən Ağa Musa Nağıyev əzab-əziyyətlə 
topladığı vəsaiti  hara, niyə və nə üçün xərclədiyini bilirdi.  
O,  xeyirxah  əməlləri  və  ziyalı  təfəkkürü  ilə  zəmanəsinin 
mesenatları arasında özünəməxsus şərəfli yer tutub.  
Lakin  nədənsə  dövrün  qara  qüvvələri,  sözün  məcazi  məna-
sında həyat Universitetini “Qırmızı Diplom”la başa vurmuş Ağa 
Musa Nağıyevin işıqlı fəaliyyətinə qara don geydirmişlər.  
Allahın özünə belə xoş gələn qənaətçilliyi, zərrə qədər israfa 
varmadığını  ifrat  dərəcədə  qabardaraq  Ağa  Musanın  üzərinə 
“xəsis” damğası vurmuşlar.  
Həyata sadə bir ailədə göz açan, ibtidai təhsilini kənd molla-
xanasında  alan  Musa,  uşaq  yaşlarından  əzab-əziyyətlə,  sıxıntı-
larla  üzləşməsinə  baxmayaraq,  həyatda  zəhmətilə  özünə  yol 
açmışdı.  
Deyirlər insan o zaman ölür ki, onu xatırlayan sonuncu şəxs  
həyatdan köçür.  
Təvəzökarlıqdan kənar da olsa, deyirəm:  
Nə yaxşı ki, mən varam.  Ağa Musa ölməyəcək!  
 
 
             
 
        


Yüklə 257,86 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə