112
113
MİLYONЧUNUN O BİRİ
DЦNYASI
(Ağa Musa Nağıyevin dörd məzarı)
H
əyatın belə bir qanunu var: - İnsan dünyaya gəldiyi gün-
dən ömrünün sonunadək uzun və yaxud qısa yol gedir. Bu za-
man kəsiyində həyatda necə iz qoyacağı isə insanın özündən
asılıdır.
Görünür dünyanın yükünü çiyinlərində daşımaq Tanrı
tərəfindən ancaq “Seçilmiş” insanlara tapşırılır. Necə ki, o vaxt
H.Z.Tağıyev deyib: - “Tanrı mənə dövlət verib və bu biçarələri
mənə tapşırıb”.
İnsanlar həmin “seçilənləri” xeyriyyəçi adlandırıblar.
Bunlar irəlidə adları çəkilən mesenatlarımız – xeyriyyəçi-
lərimiz olub.
Ağa Musa Nağıyevin arzusu: 100 bina tikdirmək, vəsiyyəti
isə oğlu İsmayılın yanında - Kərbəlada dəfn olunmaq idi.
Arzusuna çatmağa tikdirmədiyi 2 bina qalmışdı, ömür vəfa
etmədi...
Vəsiyyətinə isə əməl etmək mümkün olmadı. Yalnız vəfa-
tından 80 il keçdikdən sonra, 1998-ci il də, milyonçunun “Əma-
nət” qəbri rahatlıq tapdı.
1919-1998-ci illərdə məcburi olaraq onun məzarının dörd
dəfə yerini dəyişilir.
Beləki, 4 mart 1919-cu ildə Ağa Musa dünyasını dəyişərkən,
əlacsızlıq ucbatından qardaşı Ağa Əli cəsədi “Çəmbərəkənd”
qəbiristanlığında dəfn edir. “Əmanət” qoyulan baş daşı Kərbəla
yolu gözləməli olur.
Artıq Nağıyevlər nəsli çoxdan müflisləşib. 1931-ci ildə bu
yerdə Kirovun adına park salındığından, Ağa Əli bu dəfə də
imkansızlıq ucbatından milyonçunun nəşini Kərbəlaya deyil,
114
Biləcəri “Proparka” deyilən (Qaya altı) qəbiristanlığına köçürür.
Həmin “Əmanət” baş daşı onunla ata yurduna köçür.
Bu proses belə həyata keçir: Fərəcin həyat yoldaşı Zəhra
xanım nə vaxt isə Ağa Musanın nişan üçün - Fərəcə bağışladığı
qiymətli boyun bağını “Torqhüseyn” deyilən zərgərlikdə satdırır
və Ağa Əli bu pula qardaşının ikinci qəbrini müvəqqəti olaraq
“rahat” hala gətirlb, yenə “Kərbəla əməliyyatı” haqda olan
düşüncələrini davam edir.
1932-ci ildə Ağa Əli dünyasını dəyişir.
1938-ci ildə “Proparka” qəbiristanlığının yerində Vaqon De-
posunun salınacağı xəbəri Nağıyevlər nəslini çox sarsıdır. Mil-
yonçunun vəfatından artıq 19 il keçsə də, qəbri “Əmanət” qalsa
da, bu vəziyyət haqda heç düşünmək də olmurdu .Sonradan
Vətən müharibəsi, Sovet quruluşu – totalitar rejim, o biri tərəfdə
isə Nağıyevlərin “Kapitalist ünsürləri” kimi təqibi, imkansızlıq
və sairə...
Qəbiristanlığın söküləcəyi xəbəri oğlu Fərəcə çatanda, Bakı
onun üçün əlçatmaz olduğundan, həyat yoldaşı Zəhra xanım kö-
məyinə çatır. Gizli yollarla Bakıya gələn Zəhra qaynı Zeynalab-
dinin köməyi ilə gecə ikən, kəfən qıtlığından, milyoncunun
nəşini balış üzünə yığıb, Biləcəri “Dağüstü” qəbiristanlığında
torpağa tapşırıb, vəfalı “Əmanət” daşını üzərinə qoyur.
Əməllərilə yadda qalacağına, quruculuğu və xeyriyyəçiliyi
ilə örnək olacağına, Bakının bəzəyinə çevrilən 98 binası və saya
gələ bilməyən yatırımları olan Ağa Musa Nağıyev inanmazdı ki,
ruhu 80 il Kərbəla həsrətilə yanacaq.
1998-ci ildə xeyriyyəçi Hacı Əvəzin təşəbbüsü ilə Ağa
Musa Nağıyevin nəşi ata yurdu Biləcəri qəbiristanlığında
dördüncü dəfə kəfənə tutulub, məzara tapşırılarkən - iyulun 23-
də yayın qızmar vaxtında güclü yağış yağırdı. Elə bil təbiət də
onun acı taleyinə, ona qarşı olan haqsızlığa, biganə münasibətə
qarşı üsyan elan edirdi.
115
Bəlkə də təbiət Ağa Musa Nağıyevin birinci məzarının ye-
rində Kirov parkı salanların halına ağlayırdı...?
Daimi məzarın üstünə daşdan yonulmuş İsmailiyyə binası-
nın (AMEA binası) maketini qoymaqla Hacı Əvəz mənən Ağa
Musanı Kərbəlada uyuyan oğlu İsmayılın ruhu ilə qovuşdurmuş
oldu.
Nəhayət 1998-ci ildə axund Hacı Əvəzin xeyriyyəçiliyi
sayəsində nəvələri – Dilarə, Rauf və Solmaz ilə milyonçunun
Bakını inciləriylə bəzəyən, əməlləri ilə daima yaşayan, qəlbi
bala dağlı bir insanın – Ağa Musanın nəşi Biləcəri qəbiristan-
lığının girəcəyində dördüncü və daimi qəbirdə rahatlıq tapdı.
80 il onu qoruyan – baş daşını isə indi qəbrin üzərindəki
İsmailiyyə binasının maketi qoruyur.
Bu məzar bizim və bizdən sonra gələn nəsillərin qəlbində
hər zaman Ağa Musanın və eləcə də vaxtsız dünyasını dəyişmiş
oğlu İsmayılın xatirəsini yaşadacaq.
Hacı Əvəz Ağa Musanın nəşini Kərbəlaya göndərmək tək-
lifini edəndə, belə qərara gəldik ki, 80 il rahatlıq tapa bilməyən
milyonçunun nəşi ata yurdunda qalsa, daha məqsədə uyğun olar.
Bizim də bir ibadət yerimiz olar.
2007-ci ildə Binəqədi İcra Hakimiyyəti, interyeri bir qədər
pozulmuş olan bu qəbri rekonstruksiya etməyi qərara aldı.
Məzarın rekonstruksiyasında və tədbirin keçirilməsində xüsusi
xidmətləri olan Binəqədi İcra Hakimiyyətinin başçısı Alı
Qocayev cənablarına və Biləcəri Bələdiyyəsinin Sədri cənab
İlham Xəlilova, İcra başçısının müavinləri Fizuli Aslanova,
Eldar Ağayevə və Vüsal İsmayılova, Şöbə müdiri Ramiz
Göyüşova, Biləcəri rayonunun Binəqədi İcra Hakimiyyətinin
nümayəndəsi Sahib Quliyev cənablarına təşəkkürümüzü bildir-
məklə bərabər, bu insanların iştirakı ilə keçirilən tədbirdə Ağa
Musa Nağıyevin xalqı qarşısındakı xidmətləri bir daha səsləndi.
Dostları ilə paylaş: |