Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikası



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə14/457
tarix25.12.2022
ölçüsü4,61 Mb.
#97890
1   ...   10   11   12   13   14   15   16   17   ...   457
ADTM dərsliyi ağarəhim müəllim

Ağarəhim Əsərlər 
19 
nimsəyirlər. Onlar praktik şəkildə öyrənirlər ki, səs, hərf, heca, söz 
və cümlələr nitqin elementləridir. Danışarkən (və ya yazarkən) hə-
min elementlərdən istifadə olunur. 
Savad təlimi dövründə müvafiq bilik, bacarıq və vərdişlərə yi-
yələnən şagirdlərdə ana dili üzrə təilimə güclü maraq oyanır, növ-
bəti tədris materiallarının mənimsənilməsi intensivləşir. Onlarda 
elementar yaradıcılıq və təşəbbüskarlıq qabiliyyəti aşılanır.
2. Savad təlimi dövründə oxu vərdişlərinin 
yaradılması 
Savad təlimi dövründə uşaqların oxu vərdişlərinə yiyələnmələri, 
hər hansı materialın məzmununu şüurlu, düzgün və dərindən mə-
nimsəmələri bu sahədəki işin səmərəli təşkilindən asılıdır. Ona görə 
də savad təlimi dövründə oxu üzrə iş aparılarkən aşağıdakı cəhətlər 
diqqət mərkəzində saxlanmalıdır: 
a) oxu təlimi dilin səs sisteminə uyğunlaşdırılmalı; 
b) səs və hərf arasındakı münasibətlər açılmalı; 
c) oxu prosesində dilin ədəbi tələffüz qaydaları gözlənilməli; 
ç) oxu təlimində düzgünlüyə, sürətə, ifadəliliyə və şüurluluğa 
diqqət yetirilməlidir. 
Məlumdur ki, savad təlimi dövründə oxu səslər üzərində aparı-
lan işlərə əsaslanır. Şagirdlər hələ məktəbəqədərki dövrdə öyrəndi-
yi, nitq praktikasında işlətdiyi söziərı, onların tərkibindəki ayrı-ayrı 
səsləri ayırd etməyi, fərqləndirməyi bacarırlar. Savad təlimi döv-
ründə isə sözdəki hər bir səs müxtəlif səslərin tərkibindən ayrılır, 
diqqətlə öyrənilir. 
Belə bir əməliyyatdan sonra həmin çap şəkli (hərf) məktəblilərə 
təqdim olunur. O, müxtəlif hecaların, sözlərin tərkibində digər səs 
və hərflərlə kompleks şəkildə birləşir. Şagirdlər hər dəfə onu yeni 
əlaqələr sistemində (heca və sözlərin tərkibində) birləşdirib oxuyur-
lar. Savad təlimi dövründə təhlil-tərkib prosesinin düzgün və səmə-
rəli təşkili, səs və hərflərin uşaqların şüurunda möhkəmləndirilmə-
sini təmin etməklə, onların ilk gündən hecalarla oxu vərdişlərinə yi-



Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   457




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə