Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikası



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə3/457
tarix25.12.2022
ölçüsü4,61 Mb.
#97890
1   2   3   4   5   6   7   8   9   ...   457
ADTM dərsliyi ağarəhim müəllim

Ağarəhim Əsərlər 

1870-ci ildə Şamaxıda S.Ə.Şirvani, 1892-ci ildə Ordubadda
1894-cü ildə Naxçıvanda M.T.Sidqi, 1883-cü ildə Şuşada S.Vəlibə-
yov, az sonra M.M.Nəvvab, 1893-cü ildə Təbrizdə M.H.Rüşdiyyə 
yeni məzmunlu ibtidai məktəblərin yaradılmasına nail oldular. 
Məktəblər maddi texniki baza, dərs ləvazimatları ilə, dərsliklərlə tə-
min edildilər. Məktəblilərə nizam-intizam qaydaları ilə yanaşı ana 
dilinin sadə nəzəri və praktik məsələləri də öyrədilirdi. 
1880-ci ildən Azərbaycan məktəblərində sövti üsul tətbiq edildi 
və çox keçmədi ki, ―üsuli-cədid‖ məktəbləri açılmağa başladı. Mə-
sələn, M.Möhsün Şuşada, M.İsmayıl Lənkəranda, S.Ə.Şirvani Şa-
maxıda, M.T.Sidqi Naxçıvanda bu tipli məktəblərin açılmasına nail 
oldular. 
S.Ə.Şirvani üç bölmədən ibarət ―Məcmuəyi-asari-Hacı Seyid 
Əzim Şirvani‖ dərs kitabını yazdı. Birinci bölməyə Sədinin ―Gülüs-
tan‖ından, fars və rus kitablarından 71 tərcümə, ikinciyə 51 nəsihət, 
üçüncüyə isə özünün yazdığı öyüd və nəsihətlərini daxil etdi və ilk 
dəfə həmin dərslikdən şairin öz məktəbində istifadə olundu. 
M.T.Sidqi Ordubad və Naxçıvan məktəbləri üçün ―Qiraət‖, 
―Vəsiət‖, ―Məktəbin daxili qaydaları‖, ―Coğrafiya xüsusunda məlu-
mati-mücmən‖, ―Qrammatika qiraət‖ kitablarını yazdı. Bu kitablar 
çap olunmasa da, o dövr üçün yüksək qiymətləndirilməlidir. 
F.Köçərli ana dilinin tədrisi sahəsində görkəmli rol oynamışdır. 
O, Azərbaycan dili, onun sadəliyi və təmizliyi uğrunda ardıcıl mü-
barizə aparmış, ―Molla Nəsrəddin‖ jumalında kəskin və tutarlı mə-
qalələri ilə fərqlənmişdir. 1912-ci ildə ―Balalara hədiyyə‖ kitabını 
nəşr etdirmişdir. 102 səhifəlik kitabın birinci hissəsində 42 tərbiyə-
vi mətn, ikinci hissəsində isə 33 mənzum parça vardır. Hər mətnlə 
bağlı müəllif atalar sözləri və tapmacalar da vermişdir. ―Türk əlif-
bası və qiraət‖, ―İkinci il‖, ―Üçüncü il‖, ―Türk ədəbiyyatına ilk qə-
dəm‖, ―Yeni türk əlifbası‖ və s. kimi dərs kitabları M.Mahmudbə-
yovu Azərbaycanda görkəmli müəllim və metodist kimi tanıtmış-
dır. O, 1906-cı ildə ―Rəhbər‖ adlı məcmuənin nəşrinə başlamışdır. 
Bu məcmuədə F.Köçərli, S.M.Qənizadə, A.Səhhət, M.Ə.Sabir, 
S.Əbdürrəhmanbəyzadə və s. kimi elm və mədəniyyət xadimləri



Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   457




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə